Məhkəmə qərarları › İş №e-2(004)-2285/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2285/2023

25.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2285/2023 25.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli, ********* saylı alğısatqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə yaranmış 4004 manat əsas, 1201,2 manat cərimə borcu olmaqla, cəmi 5205,2 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 72,05 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli alğı-satqı müqaviləsinə əsasən müqavilədə nəzərdə tutulmuş əşyalar cavabdehə verilmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq müqavilə üzrə cəmi 1144 manat ödəniş etmişdir. Hazırda cavabdehin müqavilə üzrə cəmi 4004 manat əsas borcu vardır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, cərimə mçüqaviləyə əsasən gecikdirilmiş günlərin sayına uyğun olaraq hesablanmışdır. Cavabdeh sonuncu dəfə 2023cü ilin fevral ayında ödəniş etmişdir. xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmasına baxmayaraq, avqust ayından etibarən ödəmələrdə gecikmələr olmuşdur. Odur ki, göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alğı-satqı müqaviləsinə əsasən müəyyən edilir ki, satıcı – "xxxx" MMC 1 saylı əlavədə göstərilmiş əmlakı alıcıya - Cavabdeh verməyi, alıcı isə onu qəbul edib, avadanlığın qiymətini müəyyən edilmiş qaydada satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. - İddiaçı MMC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ********* nömrəli alğısatqı müqaviləsinə əlavəyə əsasən müəyyən edilir ki, Cavabdeh “Samsung G998” markalı telefon, “X2 15” markalı kompüter, “Honor 9X Lite” markalı telefon, “Honor 8A Prime” markalı telefon, “Nokia 106 DS” markalı telefon, “X1 Magic Earbuds” markalı qulaqlıq və 2 ədəd “X4 Magic” markalı saata görə ilkin ödəniş 5.850 manat olmaqla 5148 manat məbləği 18 ay ərzində hər ay 286 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. - İddiaçı MMC tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alğı-satqı müqaviləsi üzrə 4004 manat ödənilməmiş hissə, 12.012 manat cərimə borcu olmaqla, ümumilikdə 16.016 manat məbləğində borcu vardır. İddia tələbindən müəyyən edilir ki, iddiaçı tərəfindən cərimə borcu 90 faiz güzəşt edilərək 1201,2 manat müəyyən edilmişdir. Qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etməsinə baxmayaraq, borclu Cavabdeh nisyə alğı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini lazımi qaydada və vaxtında icra etmədiyindən, nisyə aldığı əşyaların dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəmədiyindən və iddia tələbi əsas borcunun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, hesablanmış cərimənin götürülmüş borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə iddia ərizəsində göstərilən dəbbə pulunun 1201,2 manat məbləğində deyil, əsas borcun (4004 manat) 7% həcmində, yəni 280 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq sayır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 62,48 manat məbləğində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 4004 manat əsas borc, 280 manat cərimə olmaqla, cəmi 4284 manat borc və ödənilmiş dövlət rüsumunu əvəzi olan 62,48 manat məbləğində pul "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 4004 manat əsas borc, 280 manat cərimə olmaqla, cəmi 4284 (dörd min iki yüz səksən dörd) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 62,48 (altmış iki manat qırx səkkiz qəpik) manat məbləğində pul "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar