Məhkəmə qərarları › İş №e-2(004)-2288/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2288/2024

02.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2288/2024 02.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 avqust 1991-ci il tarixli, 181 nömrəli qərarının ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, Ərizəçi tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 avqust 1991-ci il tarixli, 181 nömrəli qərarının arxivdə saxlanılan nüsxəsinin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron rayon XDS İcraiyyə komitəsinin 28 avqust 1991-ci il tarixli qərarı ilə Aqrar-Sənaye Kompleksi işçiləri həmkarlar ittifaqının 16 iyun 1991-ci il tarixli, 993 nömrəli məktubu nəzərə alınaraq ona Novxanı sovxozu ərazisindən 0,06 hektar torpaq sahəsi verilmişdir. 06 iyul 2023-cü il tarixli sorğusuna cavab olaraq göndərilmiş arxiv sorğusunda isə Abşeron rayon XDS İcraiyyə Komitəsinin qərarında ata adı səhv qeyd edilmiş, “X1” yerinə “Ərizəçi Qulu oğlu” yazılmışdır. Odur ki, qərarda göstərilmiş “Ərizəçi” ilə həmin qərarın arxivdə saxlanılan nüsxənin ona məxsus olması faktı müəyyən olunmalıdır. Həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Bu faktın müəyyən edilməsi ona mülkiyyət hüququnu realizə etmək məqsədi üçün lazımdır. Belə ki, bu uyğunsuzluq ona torpaqla bağlı mülkiyyət hüququnu realizə etməyə mane olur, mülkiyyət hüququnu qeydiyyatdan keçirə bilmir, 4 saylı Abşeron Ərazi İdarəsi ərizəsinin təminindən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin və onun nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron Rayon Dövlət Arxivinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubuna əlavə edilmiş Arxiv Çıxarışından görünür ki, Abşeron Rrayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 181 nömrəli Qərarına əsasən Aqrar Sənaye kompleksi işləri həmkarlar ittifaqının 16 iyun 1991-ci il tarixli 993 nömrəli məktubu ilə Ərizəçi Qulu oğluna Aqrar-Sənaye Kompleksi işçiləri həmkarlar ittifaqının 16 iyun 1991-ci il tarixli, 993 nömrəli məktubu nəzərə alınaraq ona Novxanı sovxozu ərazisindən torpaq sahəsi verilmişdir. İş materiallarında olan Abşeron Rrayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 181 nömrəli Qərarından Çıxarışa əsasən Aqrar Sənaye kompleksi işləri həmkarlar ittifaqının 16 iyun 1991-ci il tarixli 993 nömrəli məktubu ilə Ərizəçi Aqrar-Sənaye Kompleksi işçiləri həmkarlar ittifaqının 16 iyun 1991-ci il tarixli, 993 nömrəli məktubu nəzərə alınaraq ona Novxanı sovxozu ərazisindən torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli Bildirişdə qeyd edilmişdir ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.06 ha torpaq sahəsi üzərində hüquqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 08 yanvar 2024-cü il tarixli ********** qeydiyyat nömrəli Ərizəçi müraciətinə baxılmış, aparılan araşdırma zamanı hüquq sahibinə bağ sahəsinin ayrılması barədə arxiv əsaslarında saxlanılan adlı siyahıda və müraciət üzrə əlavə edilmiş xx.xx.2023-cü il tarixli T/575 nömrəli arxiv arayışında hüquq sahibinin ata adına münasibətdə uyğunsuzluq olduğu aşkar edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən 100 manat məbləğində dövlət rüsumu Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə tərəfindən məhkəmənin hesabına ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli qərarının 6-cı bəndində göstərilir ki, Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.3-cü bəndində göstərilir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də, sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırılması zamanı işdə iştirak edən tərəfin izahatı, təqdim edilmiş rəsmi sənədlərlə - Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 avqust 1991-ci il tarixli, 181 nömrəli qərarının arxivdə saxlanılan nüsxəsinin Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyətli faktlar müəyyən edilir. Hazırda ərizəçi qeyd olunan texniki səhvin düzəldilməsini və Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 avqust 1991-ci il tarixli, 181 nömrəli qərarının arxivdə saxlanılan nüsxəsinin Ərizəçi məxsus olmasını başqa qaydada müəyyən edə bilmir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 avqust 1991-ci il tarixli, 181 nömrəli qərarının arxivdə saxlanılan nüsxəsinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar