Məhkəmə qərarları › İş №e-2(004)-2305/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2305/2023

07.08.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2305/2023 07.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Bakı şəhər Maraqlı şəxs2 yanında Qəyyumluq və Himayəçilik Komissiyası və Maraqlı şəxs1 cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Bakı şəhər Maraqlı şəxs2 yanında Qəyyumluq və Himayəçilik Komissiyası və Maraqlı şəxs1 cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx xxx 2004cü il təvəllüdlü Maraqlı şəxs1 fəaliyyət qabiliyyəti olmayan sayılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu Maraqlı şəxs1 18 yaşına kimi sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir. Hazırda Maraqlı şəxs1 27 may 2022-ci il tarixdə 18 yaşı tamam olmuşdur. Lakin o, səhhəti ilə bağlı özünü idarə edə bilmir. Ona 1-ci qrup əlillik dərəcəsi verilməlidir. O, ağır kəmağıllıq, imbesillik dərəcəsində ağıl zəifliyindən, nitq qabliyyətinin pozuntusundan əziyyət çəkir. Uşağın anası da birinci qrup əlildir. Hər ikisini ərizəçi qulluq edir. Lakin Maraqlı şəxs1 18 yaşı tamam olduğundan onun müavinətini və ona baxmaqla bağlı müavinəti ala bilmir. Ona görə də, xx xxx 2004-cü il təvəllüdlü Maraqlı şəxs1 fəaliyyət qabliyyəti olmayan sayılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil ərizəyə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İş üzrə maraqlı şəxslər Maraqlı şəxs2 yanında Qəyyumluq və Himayəçilik Komissiyasına və Maraqlı şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq maraqlı şəxslər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxslərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Bakı Baş Səhiyyə İdarəsi Uşaq Nevroloji Xəstəxanasının 1637, 64, 3542 saylı və Uşaq Ruhi-Əsəb Dispanserinin 196/12 saylı epikrizlərindən görünür ki, xx xxx 2004-cü il təvəllüdlü Maraqlı şəxs1 ağır kəmağıllıq, kəskin imbesillik, kobud nitq və davranış pozuntusu, serebral iflic diaqnozları ilə müxtəlif dövrlərdə müalicələr almağa davam etmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli 1725/22 saylı ambulator xəstəlik tarixindən çıxarışdan görünür ki, Maraqlı şəxs1 ağır kəmağıllıq, kəskin imbesillik, kobud nitq, davranış və dayaq-hərəki aparatının pozuntuları ilə diaqnozu qoyulmuşdur. Daim kənar şəxslərin himayəsinə ehtiyacı vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli 1586 saylı rəyindən görünür ki, Maraqlı şəxs1 ağır dərəcəli əqli gerilik davranış pozuntuları aşkar olunur. Hal-hazırda Maraqlı şəxs1 hazırki psixi vəziyyəti ilə əlaqədar o, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyildir, buna görə də Maraqlı şəxs1 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. Beləliklə, ərizəçinin izahatına, iş materiallarında olan xəstəlik kağızlarına, ekspert rəyinə və iş materiallarına əsasən məhkəmə hesab edir ki, Maraqlı şəxs1 fəaliyyət qabiliyyətli olmayan hesab olunmasına kifayət qədər əsas vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumlarının (valideynlərin, uşaqların, bacı-qardaşların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. ünvan 1 ünvanında qeydiyyatda olan xx xxx 2004-cü il tarixində Bakı şəhərində anadan olmuş Azərbaycan Respublikası vətəndaşı Maraqlı şəxs1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar