Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2309/2024 21.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə” ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, oğlu xx.xx.1964-cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, ərizəçinin oğlu X2 xx.xx.1964-cü ildə Bakı şəhərində doğulub, hazırda 60 yaşı var və ərizəçi ilə birlikdə yaşayır. F.Quliyev doğulandan epilepsiya xəstəsidir və uşaqlıqdan psixi inkişafı olduqca zəif getdiyindən yaşıdlarından çox geri qalıb. Belə ki, hazırda 60 yaşında olmasına baxmayaraq, F.Quliyev müstəqil şəkildə qərar qəbul etmək, evi tərk etmək və geri dönmək, əmək fəaliyyəti ilə məşğul olmaq, müstəqil ünsiyyət qurmaq və başqa primitiv hərəkətləri etmək imkanına malik deyil. Bu səbəblərdən daimi qulluğa və nəzarətə eytiyacı olduğundan ərizəçi ilə birlikdə yaşayır. 20 ildən artıqdır ki, F.Quliyevə müddətsiz İ qrup əlillik təyin edilib. F.Quliyevin epileptik tutmalarının nəzarətə götürülməsi və minimuma endirilməsi üçün uzun illərdir ki, o, müalicə olunur. Məhz bu müalicələrin sayəsində epileptik tutmalarının sayı təqribən ayda 1-2 dəfəyə endirilib. Lakin, tutmaların nə zaman baş verəcəyi məlum olmadığından daim nəzarət altında saxlanmaya ehtiyacı var. F.Quliyevin əqli və psixi xəstəliyi, daim kənar şəxsin qulluğuna və nəzarətinə möhtac olması onun tam fəaliyyət qabiliyyətli şəxs kimi hərəkət etməsinə imkan vermir. Əlilliyi ilə bağlı sənədlərinin yenilənməsi, pensiya üçün sənədləşmə işlərinin aparılması və digər icra edilməli işlərinin olmasına baxmayaraq xəstəliyi səbəbindən qərar qəbul etmək, fikrini ifadə etmək və iradəsinə uyğun hərəkət etmək iqtidarında olmaması onu bu işləri görmək imkanından məhrum edir. Bütün bu səbəblərdən hesab edirik ki, X1 məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz hesab edilməsi zəruridir. Ərizəçi nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. İş materiallarına əsasən müəyyən edilir ki, xx.xx.1964-cü il təvəllüdlü X2 1-ci qrup əlildir. İş materiallarına xx.xx.1964-cü il təvəllüdlü X1 müvafiq tibbi sənədləri əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 1755 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən müəyyən olunur ki, X1 tam fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsaslar vardır. Məhkəmə hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Mülki iş üzrə tələbin qanuni əsasının aşağıdakı hüquq normaları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-in 305.1.3-ci maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə məhkəmə iş materiallarında olan sübutlar hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1964-cü il təvəllüdlü X1 üzərində qəyyumluğun təyin edilməsi zəruri olmaqla hüquqi əsaslar vardır. İş materiallarında olan müvafiq ekspert rəyinə əsasən ərizənin təmin edilməsinə əsasların olması müəyyən edilir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır, təmin edilməlidir. xx.xx.1964-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qətnamə müvafiq qaydada qəyyum təyin edilmə üçün hüquqi əsas təşkil etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə” ərizəsi təmin edilsin. xx.xx.1964-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə müvafiq qaydada qəyyum təyin edilmə üçün hüquqi əsas təşkil etsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-2309/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2309/2024
21.08.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver