Məhkəmə qərarları › İş №e-2(004)-2310/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2310/2022

20.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2310/2022 20.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 21.12.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********65313 olan Samsung Galaxy A11 markalı telefon üçün 369 (üç yüz altmış doqquz) manat ödənilməmiş hissə, 36 (otuz altı) manat cərimə; 10.07.2020ci il tarixli müqaviləyə əsasən, GREE kondisioner üçün 654 (altı yüz əlli dörd) manat ödənilməmiş hissə, 65 (altmış beş) manat cərimə, 26.05.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********16823 olan Samsung Galaxy A20s markalı telefon üçün 199 (yüz doxsan doqquz) manat ödənilməmiş hissə, 19 (on doqquz) manat cərimə olmaqla, ümumilikdə 1342 manat borc, 33,42 manat dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə 21.12.2020-ci il tarixli, 10.07.2020-ci il tarixli və 26.05.2020-ci il tarixli müqavilələrinə əsasən, İMEİ kodu **********65313 olan Samsung Galaxy A11 markalı telefon, GREE kondisioner, İMEİ kodu **********16823 olan Samsung Galaxy A20s markalı telefon almış və nəticədə 1342 (min üç yüz qırx iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 21.12.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 442,8 (dörd yüz qırx iki manat səksən qəpik) manat (12 ay x 36,9 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********65313 olan Samsung Galaxy A11 markalı telefon üçün ümumilikdə, 405 (dörd yüz beş) manat olmaqla ondan, 369 (üç yüz altmış doqquz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 36 (otuz altı) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 10.07.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 988,2 (doqquz yüz səksən səkkiz manat iyirmi qəpik) manat (18 ay x 54,9 manat + 0 manat ilkin ödəniş) GREE kondisioner üçün ümumilikdə, 719 (yeddi yüz on doqquz) manat olmaqla ondan, 654 (altı yüz əlli dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 65 (altmış beş) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 26.05.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 594 (beş yüz doxsan beş) manat (12 ay x 49,5 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********16823 olan Samsung Galaxy A20s markalı telefon üçün ümumilikdə, 218 (iki yüz on səkkiz) manat olmaqla ondan, 199 (yüz doxsan doqquz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 19 (on doqquz) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 803 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında 21.12.2020-ci il tarixdə ümumilikdə dəyəri 442,8 manat təşkil edən Samsung Galaxy A11 markalı telefon, 10.07.2020-ci il tarixdə ümumilikdə dəyəri 988,2 manat təşkil edən GREE kondisioner, 26.05.2020-ci il tarixdə ümumilikdə dəyəri 594 manat təşkil edən Samsung Galaxy A20s markalı telefonun alqı-satqısına dair müqavilələr bağlanılmışdır. Tərəflər arasında bağlanmış 21.12.2020-ci il tarixli, 22147507 nömrəli, 10.07.2020-ci il tarixli 21014204 nömrəli, 26.05.2020-ci il tarixli 20310388 nömrəli əlavə ödəniş cədvəllərinin 2 bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İddiaçının cərimə borcu üzrə tələb etdiyi məbləğ 21.12.2020-ci il tarixli, 22147507 saylı müqavilə üzrə 36 manat, 10.07.2020-ci il tarixli, 21014204 saylı müqavilə üzrə 65 manat, 26.05.2020-ci il tarixli 20310388 saylı müqavilə üzrə 19 manat təşkil edir. 21.12.2020-ci il tarixli təhvil-təslim aktına əsasən 22147507 nömrəli alqı-satqı müqaviləsi üzrə Samsung Galaxy A11 markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. 10.07.2020-ci il tarixli təhvil-təslim aktına əsasən 21014204 nömrəli alqı-satqı müqaviləsi üzrə GREE kondisioner tam qüsursuz halda təhvil verilmişdir. 26.05.2020-ci il tarixli təhvil-təslim aktına əsasən 20310388 nömrəli alqı-satqı müqaviləsi üzrə Samsung Galaxy A20s markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. 12.02.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№8********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 33,42 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, yuxarıda qeyd edilən malın alqı-satqısına dair müqavilələrə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və 25.03.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən onun tərəf olduğu 21.12.2020-ci il tarixli, 22147507 nömrəli müqavilə üzrə cavabdehə 369 manat əsas borc, 36 manat cərimə borcu, cəmi 405 manat; 10.07.2020-ci il tarixli, 21014204 nömrəli müqavilə üzrə cavabdehə 654 manat əsas borc, 65 manat cərimə borcu, cəmi 719 manat və 26.05.2020-ci il tarixli, 20310388 nömrəli müqavilə üzrə cavabdehə 199 manat əsas borc, 19 manat cərimə borcu, cəmi 218 manat olmaqla, ümumilikdə 1342 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqısatqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilələr üzrə iddiaçı cavabdehdən əşyaların ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, 21.12.2020-ci il tarixli, 22147507 nömrəli müqavilə üzrə 36 manat, 10.07.2020-ci il tarixli, 21014204 nömrəli müqavilə üzrə 65 manat, və 26.05.2020-ci il tarixli, 20310388 nömrəli müqavilə üzrə 19 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 21.12.2020-ci il tarixli, 22147507 nömrəli müqavilə əsasında əsas borc üzrə 369 manat, cərimə borcu üzrə 36 manat; 10.07.2020-ci il tarixli, 21014204 nömrəli müqavilə əsasında əsas borc üzrə 654 manat, cərimə borcu üzrə 65 manat və 26.05.2020-ci il tarixli, 20310388 nömrəli müqavilə əsasında əsas borc üzrə 199 manat, cərimə borcu üzrə 19 manat, ümumilikdə hər üç müqavilə üzrə 1342 manat borc və dövlət rüsumu kimi ödənilmiş 33,42 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 21.12.2020-ci il tarixli 22147507 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 369 (üç yüz altmış doqquz) manat, cərimə borcu üzrə 36 (otuz altı) manat; 10.07.2020-ci il tarixli 21014204 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 654 (altı yüz əlli dörd) manat, cərimə borcu üzrə 65 (altmış beş) manat və 26.05.2020-ci il tarixli 20310388 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 199 (bir yüz doxsan doqquz) manat, cərimə borcu üzrə 19 (on doqquz) manat olmaqla, cəmi 1342 (bir min üç yüz qırx iki) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 33,42 (otuz üç manat qırx iki qəpik) manat pul tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar