Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2317/2023 04.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən TERMOPOT PANASONİC üçün 320 (üç yüz iyirmi) manat ödənilməmiş hissə, 32 (otuz iki) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********07057 XİAOMİ REDMİ NOTE 9 markalı telefon üçün 357 (üç yüz əlli yeddi) manat ödənilməmiş hissə və 35 (otuz beş) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən HOFFMANN SİAC kondisioner üçün 642,5 (altı yüz qırx iki manat əlli qəpik) ödənilməmiş hissə və 64,5 ( altmış dörd manat əlli qəpik) manat cərimə , xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********67902 XİAOMİ POXO X3 PRO markalı telefon üçün 1009,98( bir min doqquz manat doxsan səkkiz qəpik ) manat ödənilməmiş hissə və 100,02 (yüz manat iki qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən HUAWEİ BAND 6, MARSHALL qulaqlıq üçün 236,04 (iki yüz otuz altı manat dörd qəpik) ödənilməmiş hissə və 23,96 (iyirmi üç mnat doxsan altı qəpik) manat cərimə , xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən BLENDER BRAUN, SAÇQİRXAN PANASONİC, TRİMMER WAHL, ÇAYNİK KENWOO üçün 372 (üç yüz yetmiş iki ) manat ödənilməmiş hissə və 37 (otuz yeddi)manat cərimə borcu olmaqla, ümumilikdə 3230 manat borc və 52,3 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Cavabdeh məhkəmə bildirişi və ona əlavə edilmiş sənədlər lazımı qaydada göndərilmiş, lakin o, qanunla nəzərdə tutulmuş vaxt ərzində hər hansı əsaslandırılmış etirazın dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, 22104124 saylı alğı-satqı müqaviləsinə əsasən satıcı ("xxxx" MMC) Çaynik Kenwood SJM610, Blender Braun, Saçqırxan Panasonic, Trimmer Wahl adlı əmlakları alıcıya verməyi, alıcı isə onu qəbul edib qiymətini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 22104124 saylı alğı-satqı müqaviləsinə əlavəyə əsasən Cavabdeh Çaynik Kenwood SJM610, Blender Braun, Saçqırxan Panasonic, Trimmer Wahl adlı əmlaklar üçün ilkin ödənişsiz, 24 ay ərzində hər ay 40,1 manat olmaqla cəmi 962,4 manat ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 22226084 saylı alğı-satqı müqaviləsinə əsasən satıcı İmei kodu **********07057 XİAOMİ REDMİ NOTE 9 markalı telefonu alıcıya verməyi, alıcı isə onu qəbul edib qiymətini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 22226084 saylı alğı-satqı müqaviləsinə əlavəyə əsasən Abbasov X1 **********07057 XİAOMİ REDMİ NOTE 9 markalı telefon üçün ilkin ödənişsiz, 12 ay ərzində hər ay 68,10 manat olmaqla cəmi 840,20 manat ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 23016096 saylı alğı-satqı müqaviləsinə əsasən satıcı Termopot Panasonic alıcıya verməyi, alıcı isə onu qəbul edib qiymətini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 23016096 saylı alğı-satqı müqaviləsinə əlavəyə əsasən Cavabdeh TERMOPOT PANASONİC üçün ilkin ödənişsiz, 24 ay ərzində hər ay 16,00 manat olmaqla cəmi 384 manat ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 23082995 saylı alğı-satqı müqaviləsinə əsasən HOFFMANN SİAC kondisionerini alıcıya verməyi, alıcı isə onu qəbul edib qiymətini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 23082995 saylı alğı-satqı müqaviləsinə əlavəyə əsasən Cavabdeh HOFFMANN SİAC kondisioner üçün ilkin ödənişsiz, 18 ay ərzində hər ay 45,90 manat olmaqla cəmi 861,20 manat ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ******* saylı alğı-satqı müqaviləsinə əsasən satıcı İmei kodu **********67902 XİAOMİ POCO X3 PRO markalı telefonu alıcıya verməyi, alıcı isə onu qəbul edib qiymətini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ******* saylı alğı-satqı müqaviləsinə əlavəyə əsasən Abbasov X1 **********67902 XİAOMİ POCO X3 PRO markalı telefon üçün ilkin ödənişsiz, 18 ay ərzində hər ay 56,11 manat olmaqla cəmi 1009,98 manat ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ******* saylı alğı-satqı müqaviləsinə əsasən satıcı HUAWEİ BAND 6, MARSHALL qulaqlığı alıcıya verməyi, alıcı isə onu qəbul edib qiymətini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ******* saylı alğı-satqı müqaviləsinə əlavəyə əsasən Cavabdeh HUAWEİ BAND 6, MARSHALL qulaqlıq üçün ilkin ödənişsiz, 12 ay ərzində hər ay 19,67 manat olmaqla cəmi 236,04 manat ödəməyi öz öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2020-ci il tarixli, 22104124 saylı alğı-satqı müqaviləsi üzrə 372 manat əsas, 37 manat cərimə olmaqla, cəmi 409 manat, xx.xx.2021-ci il tarixli, 22226084 saylı alğı-satqı müqaviləsi üzrə 357 manat əsas, 35 manat cərimə olmaqla, cəmi 392 manat, xx.xx.2021ci il tarixli, 23016096 saylı alğı-satqı müqaviləsi üzrə 320 manat əsas, 32 manat cərimə olmaqla, cəmi 352 manat, xx.xx.2021-ci il tarixli, 23082995 saylı alğı-satqı müqaviləsi üzrə 642,5 manat əsas, 64,5 manat cərimə olmaqla, cəmi 707 manat , xx.xx.2021-ci il tarixli, ******* saylı alğı-satqı müqaviləsi üzrə 1009,98 manat əsas, 100,02 manat cərimə olmaqla, cəmi 1110 manat , xx.xx.2021-ci il tarixli, ******* saylı alğı-satqı müqaviləsi üzrə 236,04 manat əsas, 23,96 manat cərimə olmaqla, cəmi 260 manat olmaqla, ümumilikdə 3230 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satğı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satğı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası , müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satğı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Göründüyü kimi, tərəflər arasında nisyə alğı-satğı müqaviləsi bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilələr üzrə öhdəliyini yerinə yetirməmiş, əmlakların dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Cərimənin əsas borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq xx.xx.2020-ci il tarixli, 22104124 saylı alğı-satqı müqaviləsi üzrə 10 manat, xx.xx.2021-ci il tarixli, 22226084 saylı alğı-satqı müqaviləsi üzrə 10 manat, xx.xx.2021-ci il tarixli, 23016096 saylı alğı-satqı müqaviləsi üzrə 10 manat, xx.xx.2021-ci il tarixli, 23082995 saylı alğı-satqı müqaviləsi üzrə 20 manat, xx.xx.2021-ci il tarixli, ******* saylı alğı-satqı müqaviləsi üzrə 50 manat, xx.xx.2021-ci il tarixli, ******* saylı alğı-satqı müqaviləsi üzrə 10 manat cərimə müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli, 22104124 saylı müqavilə üzrə 372 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2021-ci il tarixli, 22226084 saylı müqavilə üzrə 357 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2021-ci il tarixli, 23016096 saylı müqavilə üzrə 320 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2021-ci il tarixli, 23082995 saylı müqavilə üzrə 642,50 manat ödənilməmiş hissə, 20 manat cərimə, xx.xx.2021-ci il tarixli, ******* saylı alğı-satqı müqaviləsi üzrə 1009,98 manat ödənilməmiş hissə, 50 manat cərimə, xx.xx.2021-ci il tarixli, ******* saylı alğı-satqı müqaviləsi üzrə 236,04 manat ödənilməmiş hissə, 10 manat cərimə olmaqla, cəmi 3047,52 (üç min qırx yeddi manat əlli iki qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 52,30 manat pul tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, 22104124 saylı müqavilə üzrə 372 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2021-ci il tarixli, 22226084 saylı müqavilə üzrə 357 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2021-ci il tarixli, 23016096 saylı müqavilə üzrə 320 manat ödənilməmiş hissə, 10 manat cərimə, xx.xx.2021-ci il tarixli, 23082995 saylı müqavilə üzrə 642,50 manat ödənilməmiş hissə, 20 manat cərimə, xx.xx.2021-ci il tarixli, ******* saylı alğı-satqı müqaviləsi üzrə 1009,98 manat ödənilməmiş hissə, 50 manat cərimə, xx.xx.2021-ci il tarixli, ******* saylı alğı-satqı müqaviləsi üzrə 236,04 manat ödənilməmiş hissə, 10 manat cərimə olmaqla, cəmi 3047,52 (üç min qırx yeddi manat əlli iki qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 52,30 manat pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-2317/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2317/2023
04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver