Məhkəmə qərarları › İş №e-2(004)-2318/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2318/2022

31.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2318/2022 31.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədirliyi, Əlizadə Şamil Akif oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi İddiaçı maraqlı şəxs Bakı Şəhər Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “hüquqmüəyyənedici sənədin şəxsə aid olmasına” dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Bakı Şəhər Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “hüquqmüəyyənedici sənədin şəxsə aid olmasına” dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Oktyabr rayonu, (Yasamal) XDS İK-nın 7/1 saylı, 23.03.1988-ci il tarixli qərarına əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi AB Yaşayış sahəsi, 38 saylı evin 94 saylı mənzilinə dair verilmiş 264815 saylı, 05.04.1988-ci il tarixli orderin ərizəçi xx xxxxx 1944-cü ildə Bakı şəhərində doğlumuş İddiaçı aid olması barədə hüquqi faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Bildirmişdir ki, güclü leysan yağışlardan sonra Qafar müəllimin evi yararsız hala düşmüş, bu səbəbdən də Yeni Günəşli qəsəbəsi AB yaşayış sahəsi 38 saylı mənzilə köçürmüşlər. Bu mənzilin orderi təqdim olunan zaman həmin orderdə İddiaçı deyil, İddiaçı Əli oğlu qeyd edilmişdir. Məhkəmədən 264815 saylı 05.04.1988-ci il tarixli orderin ərizəçi İddiaçı aid olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X1 Qafarın onun əri olduğunu, əvvəllər Yasamalda yaşadıqlarını, yeni evin orderini onlara icrada işləyən rus millətindən olan Qolubov soyadlı şəxsin verdiyini, həmin şəxsin adını xatırlamadığını, orderin səhv verildiyini, onların da həmin vaxt orderə baxmadıqlarını, hal-hazırda Günəşlidə yaşadıqlarıını, Qafarın atasının adının Əli Ağa olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 Qafarın onun atası olduğunu, Günəşlidə yaşadıqlarını, ailəli olduğunu, həyat yoldaşınıın rəhmətə getdiyini, babasının adının Əli Ağa olduğunu bildirmişdir. Maraqlı şəxs qismində cəlb olunmuş Bakı Şəhər Suraxanı Rayon İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasında təkrar iştirak etməmiş və məhkəməyə gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Arxiv çıxarışından görünür ki, 21-23 mart tarixlərində baş vermiş leysan nəticəsində Sultanova küçəsindəki 100 və 102 saylı evlər zərər görmüş və zərərçəmiş ailələrin köçürülməsi zərurəti yaranmışdır. Sultanov küçəsi 100 ünvanında 4 nəfər ailə üzvü ilə (özü, həyat yoldaşı, 2 uşağı) birlikdə yaşayan İddiaçı Əli oğluna Günəşlidə, məhəllə 4041-də, 94 saylı mənzilin verilməsi qərara alınmışdır. İş materiallarında olan 264815 saylı orderdən görünür ki, İddiaçı Əli oğluna Günəşlidə 6-cı blok, 2-ci mərtəbədə yerləşən, 3 otaqlı, 38,6 kv metr olan 94 saylı mənzil verilmişdir. Ailə üzvləri:həyat yoldaşı Mirzəyeva N.A, oğlu Mirzəyev E.Q., qızı Mirzəyeva T.Q. İş materiallarında olan Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti başçısının 1-ci müavininin X5 qarşı ünvanladığı 23.02.2022-ci il tarixli məktubdan görünür ki, X5 bildirilmişdir ki, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən rayon icra hakimiyyətinin başçısı rayonunun inzibati ərazi vahidində yerləşən və rayon icra Hakimiyyəti tərəfindən order verilmiş mənzillərlə bağlı sərəncam verə bilər. Onun atasının istifadəsində olan mənzil Bakı şəhəri Suraxanı rayonu ərazisində yerləşdiyindən orderə düzəliş edilməsi ilə bağlı xahişin yerinə yetirilməsi mümkün olmamışdır. X5 Suraxanı rayonu İcra Hakimiyyətinə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən X5 ünvanlanmış 02.03.2022-ci il tarixli məktubdan görünür ki, X5 aidiyyəti üzrə məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Azərbaycan Respublikasıınn Dövlət Arxivi tərəfindən X5 ünvanlanamış 17.11.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1944-cü ilə dair Bakı şəhəri Oktyabr (Yasamal) rayonu üzrə doğum haqqında qeydiyyat kitabında xx xxxxx 1944-cü ildə doğulan İddiaçı təvəllüdü qeyd olunur. Atası: X11, anası X20r. İş materiallarında olan АЗ № 163242 seriya nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, İddiaçı ilə X3 arasında 21 oktyabr 1970-ci il tarixdə 1083 nömrəli akt qeydi il nikah bağlanmışdır. İş materiallarında olan İ—ЖГ № 277795 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 atası İddiaçı Əliağa oğlu, anası isə X6r. İş materiallarında olan AZ-T №183192 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 atası İddiaçı Əliağa oğlu, anası isə X6r. Məhəkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, iş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri, Oktyabr rayonu, (Yasamal) XDS İK-nın 7/1 saylı, 23.03.1988-ci il tarixli qərarına əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi AB Yaşayış sahəsi, 38 saylı evin 94 saylı mənzilinə dair verilmiş 264815 saylı, 05.04.1988-ci il tarixli orderin ərizəçi xx xxxxx 1944-cü ildə Bakı şəhərində doğlumuş İddiaçı aid olması faktı müəyyən edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərin surətindən görünür ki, qeyd edilən mənzil İddiaçı verilmiş, mənzilin orderində İddiaçı Əli oğlu yazılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmə qaydasında baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının MPM-nin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T Dİ : Ərizə təmin edilsin. Bakı şəhəri, Oktyabr rayonu, (Yasamal) XDS İK-nın 7/1 saylı, 23.03.1988-ci il tarixli qərarına əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi AB Yaşayış sahəsi, 38 saylı evin 94 saylı mənzilinə dair verilmiş 264815 saylı, 05.04.1988-ci il tarixli orderin ərizəçi xx xxxxx 1944-cü ildə Bakı şəhərində doğlumuş İddiaçı aid olması faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar