Məhkəmə qərarları › İş №e-2(004)-2345/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2345/2025

22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2345/2025 22.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, olan PS5 oyun diski, PS5 oyun pultu, APPLE AİRPODS PRO qulaqlıq üçün 2246.8 manat ödənilməmiş hissə, 1123.40 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********13974 İPHONE 11 markalı telefon üçün 1496 manat ödənilməmiş hissə, 748 manat cərimə; xx.xx.2021-ci il, tarixli müqaviləyə əsasən, APPLE WATCH 7 qol saatı, MARSHALL səsucaldıcı üçün 1169.7 manat ödənilməmiş hissə, 584.85 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********94175 SAMSUNG GALAXY A53 markalı telefon, SAMSUNG CHARGER üçün 516.9 manat ödənilməmiş hissə, 258.45 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, APPLE MACBOOK AİR 13 kompüter üçün 1776 manat ödənilməmiş hissə, 888 manat cərimə, ümumilikdə 10808.10 manat borc, 122.43 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, PS5 oyun diski, PS5 oyun pultu, APPLE AİRPODS PRO qulaqlıq, İmei kod **********13974 İPHONE 11 markalı telefon, APPLE WATCH 7 qol saatı, MARSHALL səsucaldıcı, İmei kod **********94175 SAMSUNG GALAXY A53 markalı telefon, SAMSUNG CHARGER, APPLE MACBOOK AİR 13 kompüter almış və nəticədə 10808.10 (on min səkkiz yüz səkkiz manat, 10 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 2695.86 (iki min altı yüz doxsan beş manat, 86 qəpik) manat (18 ay x 149.77 manat + 0 manat ilkin ödəniş) olan PS5 oyun diski, PS5 oyun pultu, APPLE AİRPODS PRO qulaqlıq üçün ümumilikdə, 3370.20 (üç min üç yüz yetmiş manat, 20 qəpik) manat olmaqla ondan, 2246.8 (iki min i) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 1123.40 (bi rmin yüz iyirmi üç manat 40 qəpik) manat cərimə, xx.xx.2022-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1796.04 (bir min yeddi yüz doxsan altı manat, 4 qəpik) manat (18 ay x 99.78 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********13974 İPHONE 11 markalı telefon üçün ümumilikdə, 2244 (iki min iki yüz qırx dörd) manat olmaqla ondan, 1496 (bir min dörd yüz doxsan altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 748 (yeddi yüz qırx səkkiz) manat cərimə; xx.xx.2021-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2390.04 (iki min üç yüz doxsan manat, 4 qəpik) manat (18 ay x 132.78 manat + 0 manat ilkin ödəniş) olan APPLE WATCH 7 qol saatı, MARSHALL səsucaldıcı üçün ümumilikdə, 1754.55 (bir min yeddi yüz əlli dörd manat, 55 qəpik) manat olmaqla ondan, 1169.7 (bir min yüz altmış doqquz manat, 70 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 584.85 (beş yüz səksən dörd manat, 85 qəpik) manat cərimə; xx.xx.2022-ci il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1351.98 (bir min üç yüz əlli bir manat,98 qəpik) manat (18 ay x 75.11 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********94175 SAMSUNG GALAXY A53 markalı telefon, SAMSUNG CHARGER üçün ümumilikdə, 775.35 (yeddi yüz yetmiş beş manat, 35 qəpik) manat olmaqla ondan, 516.9 (beş yüzon altı manat, 90 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 258.45 (iki yüz əlli səkkiz manat, 45 qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3561.6 (üç min beş yüz altmış bir manat, 60 qəpik) manat (24 ay x 148.4 manat + 0 manat ilkin ödəniş) olan APPLE MACBOOK AİR 13 kompüter üçün ümumilikdə, 2664 (iki min altı yüz altmış dörd) manat olmaqla ondan, 1776 (bir min yeddi yüz yetmiş altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 888 (səkkiz yüz səksən səkkiz) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-cü il tarixli müqavilələr üzrə son ödəniş tarixi xx.xx.2024-cü il olmaqla cəmi ödədiyi məbləğ 4590.12 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər; tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclasında iştirak etməmiş, elektron kabinet vasitəsilə məhkəməyə ərizə verərək, məhkəmə iclasına onların iştirakı olmadan baxaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək, 2018-ci ildən "xxxx" MMC ilə aralarında bağlanmış müqavilələr üzrə ödənişlərdə gecikmələr etmədiyini, son 3 il ərzində şəxsi və maliyyə vəziyyətində yaranmış çətinliklər səbəbilə ödənişlərdə gecikmələr baş verdiyini, 4 aydan sonra maliyyə yükünün azalacağını, bunların nəzərə alınaraq cərimə borcunun azaldılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23267858 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC müştəri Cavabdeh 0 manat ilkin ödəniş etməklə 24 ay müddətinə hər ay 148.40 manat ödəmək şərtilə qiyməti 3561.6 manat olan APPLE MACBOOK AİR 13 vermişdir. Müştəri isə müqavilədə göstərilən şərtlərlə malın qiymətini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin 2-ci bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Əlavənin 5-ci bəndinə əsasən müştəri “Ödəniş cədvəli”nin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 357 manat cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 23267858 nömrəli təhvil-təslim aktına əsasən Cavabdeh 23267858 nömrəli müqavilə üzrə APPLE MACBOOK AİR 13 tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC müştəri Cavabdeh 0 manat ilkin ödəniş etməklə, 18 ay müddətinə hər ay 132.78 manat ödəmək şərtilə qiyməti 2389.97 manat olan APPLE WATCH 7 qol saatı, MARSHALL səsucaldıcı vermişdir. Müştəri isə müqavilədə göstərilən şərtlərlə malın qiymətini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin 2-ci bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Əlavənin 5-ci bəndinə əsasən müştəri “Ödəniş cədvəli”nin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 239 manat cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh ******* nömrəli müqavilə üzrə APPLE WATCH 7 qol saatı, MARSHALL səsucaldıcı tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 13921219 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC müştəri Cavabdeh 0 manat ilkin ödəniş etməklə, 18 ay müddətinə hər ay 75.11 manat ödəmək şərtilə qiyməti 1351.98 manat olan SAMSUNG GALAXY A53 markalı telefon, SAMSUNG CHARGER vermişdir. Müştəri isə müqavilədə göstərilən şərtlərlə malın qiymətini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin 2-ci bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Əlavənin 5-ci bəndinə əsasən müştəri “Ödəniş cədvəli”nin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 135.2 manat cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh 13921219 nömrəli müqavilə üzrə SAMSUNG GALAXY A53 markalı telefon, SAMSUNG CHARGER tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 10781645 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC müştəri Cavabdeh 0 manat ilkin ödəniş etməklə, 18 ay müddətinə hər ay 99.78 manat ödəmək şərtilə qiyməti 1796.04 manat olan İPHONE 11 vermişdir. Müştəri isə müqavilədə göstərilən şərtlərlə malın qiymətini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin 2-ci bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Əlavənin 5-ci bəndinə əsasən müştəri “Ödəniş cədvəli”nin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 179.6 manat cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh 10781645 nömrəli müqavilə üzrə İPHONE 11 tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 02982118 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC müştəri Cavabdeh 0 manat ilkin ödəniş etməklə, 18 ay müddətinə hər ay 149.77 manat ödəmək şərtilə qiyməti 2695.92 manat olan PS5 oyun diski, PS5 oyun pultu, APPLE AİRPODS PRO vermişdir. Müştəri isə müqavilədə göstərilən şərtlərlə malın qiymətini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin 2-ci bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Əlavənin 5-ci bəndinə əsasən müştəri “Ödəniş cədvəli”nin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 269.59 manat cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh 02982118 nömrəli müqavilə üzrə PS5 oyun diski, PS5 oyun pultu, APPLE AİRPODS PRO tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubuna əsasən iddiaçı cavabdehə göndərilən malların tam saz və korlanmamış vəziyyətdə geri qaytarılmasını, bu mümkün olmadıqda, malların müqaviləyə əlavədə qeyd olunmuş dəyərinin tam şəkildə ödənilməsini təklif etmiş, 3 iş günü ərzində riayət olunmadığı təqdirdə, məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1776 manat əsas, 888 manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1169.7 manat əsas, 584.85 manat cərimə; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1496 manat əsas, 748 manat cərimə; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 516.9 manat əsas, 258.45 manat cərimə; xx.xx.2022ci il tarixli müqavilə üzrə 2246.8 manat əsas, 1123.4 manat cərimə borcu olmaqla, cəmi 10808.10 manat borcu yaranmışdır. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Təqdim edilmiş sənədlər əsasında müəyyən olunur ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23267858 nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, 13921219 nömrəli, xx.xx.2022-ci il tarixli, 10781645 nömrəli, xx.xx.2022-ci il tarixli, 02982118 nömrəli müqavilələrdən irəli gəlir. Müqavilələrin şərtlərinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə ödənişi ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimələrin əsas borc məbləğlərinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu (cərimə) azadılmalıdır. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin nisyə alqı-satqı müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1776 manat əsas, 88 manat cərimə borcu olmaqla, cəmi 1864 manat; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1169.7 manat əsas, 60.3 manat cərimə borcu olmaqla, cəmi 1230 manat; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 516.9 manat əsas, 25.1 manat cərimə borcu olmaqla, cəmi 542 manat; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1496 manat əsas, 74 manat cərimə borcu olmaqla, cəmi 1570 manat; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2246.8 manat əsas, 112.2 manat cərimə borcu olmaqla, cəmi 2359 manat, ümumilikdə 7565 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 122.43 manat məbləğində dövlət rüsumunun 95.65 manat məbləği cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1776 (min yeddi yüz yetmiş altı) manat əsas, 88 (səksən səkkiz) manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1169.7 (min yüz altmış doqquz manat yetmiş qəpik) manat əsas, 60.3 (altmış manat otuz qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 516.9 (beş yüz on altı manat doxsan qəpik) manat əsas, 25.1 (iyirmi beş manat on qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1496 (min dörd yüz doxsan altı) manat əsas, 74 (yetmiş dörd) manat cərimə; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2246.8 (iki min iki yüz qırx altı manat səksən qəpik) manat əsas, 112.2 (yüz on iki manat iyirmi qəpik) manat cərimə borcu olmaqla, cəmi 7565 (yeddi min beş yüz altmış beş) manat və dövlət rüsumu olaraq ödənilmiş 95.65 (doxsan beş manat altmış beş qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMCyə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar