Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2355/2022 21.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında sadələşdirilmiş qaydada baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31.12.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********70182 olan “X1 8 Pro 6” markalı telefon üçün 383 manat ödənilməmiş hissə, 18.05.2019-cu il tarixli müqaviləyə əsasən, “Samsung” soyuducu, “Gorenje” blender üçün 815 manat ödənilməmiş hissə, 10.07.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********84832 olan “Huavei P smart Z” markalı telefon üçün 86 manat ödənilməmiş hissə, 05.04.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodları **********59324 və **********11314 olan “iPhone Xs” markalı telefonlar üçün 1934 manat ödənilməmiş hissə olmaqla, ümumilikdə 3218 manat borcun və 52,18 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verldikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3, 442, 445, 600-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Belə ki, məhkəmə araşdırmasında müəyyən edilmişdir ki, 31.12.2019-cu il tarixli alqısatqı müqaviləsinə əsasən, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh 100 manat ilkin ödəniş olunmaqla, 12 ay müddətinə aylıq 52,6 manat ödəmək şərti ilə ümumi məbləği 731,2 manat olan İMEİ kodu **********70182 olan “X1 8 Pro 6” markalı telefon verilmişdir. 18.05.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh ilkin ödənişsiz, 18 ay müddətinə aylıq 136 manat ödəmək şərti ilə ümumi məbləği 2448 manat olan “Samsung” soyuducu və “Gorenje” blender verilmişdir. 10.07.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh 96 manat ilkin ödəniş olunmaqla, 12 ay müddətinə aylıq 44 manat ödəmək şərti ilə ümumi məbləği 624 manat olan İMEİ kodu **********84832 olan “Huavei P smart Z” markalı telefon verilmişdir. 05.04.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh 1000 manat ilkin ödəniş olunmaqla, 18 ay müddətinə aylıq 286,2 manat ödəmək şərti ilə ümumi məbləği 6151,6 manat olan İMEİ kodları **********59324 və **********11314 olan “iPhone Xs” markalı telefonlar verilmişdir. 28.03.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 31.12.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 383 manat, 18.05.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 815 manat, 10.07.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 86 manat, 05.04.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 1934 manat olmaqla, ümumilikdə 3218 manat borcu vardır. Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh 31.12.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********70182 olan “X1 8 Pro 6” markalı telefon üçün 383 manat ödənilməmiş hissə, 18.05.2019-cu il tarixli müqaviləyə əsasən, “Samsung” soyuducu, “Gorenje” blender üçün 815 manat ödənilməmiş hissə, 10.07.2019cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********84832 olan “Huavei P smart Z” markalı telefon üçün 86 manat ödənilməmiş hissə, 05.04.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodları **********59324 və **********11314 olan “iPhone Xs” markalı telefonlar üçün 1934 manat ödənilməmiş hissə olmaqla, ümumilikdə 3218 manat borc alınaraq "xxxx" MMC-yə ödənilməlidir. İddiaçı "xxxx" MMC tərəfindən ödənilmiş 52,18 manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidi. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh 31.12.2019-cu il tarixli müqaviləyə əsasən 383 (üç yüz səksən üç) manat, 18.05.2019-cu il tarixli müqaviləyə əsasən 815 (səkkiz yüz on beş) manat, 10.07.2019-cu il tarixli müqaviləyə əsasən 86 (səksən altı) manat, 05.04.2020-ci il tarixli müqaviləyə əsasən 1934 (min doqquz yüz otuz dörd) manat olmaqla, ümumilikdə 3218 (üç min iki yüz on səkkiz) manat borc və 52,18 (əlli iki manat on səkkiz qəpik) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-2355/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2355/2022
21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver