Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2383/2022 16.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X15 oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi İddiaçı maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxsna qarşı “vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxsna qarşı “vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı X4 vəsiyyətnamə üzrə vərəsəsi kimi tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəçi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək X7 tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib olunmuş vəsiyyətnamədə imzanın onun özünə məxsus olması, İddiaçı X3 xx.xx.2021-ci il tarixli vəsiyyətnaməsi üzrə vərəsəsi kimi tanınması və İddiaçı adına vərəsəlik şəhadətnaməsinin verilməsinin Bakı şəhəri 14 saylı notariat ofisinin üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxsə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onun iştirakı olmadna keçirilməsini xahiş etməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X2 bildirmişdir ki, İddiaçı onun qardaşı oğludur, X7 rəhmətə gedən qardaşının həyat yoldaşıdır. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, X3 nə Azərbaycanda, nə də ki, orta Asiyada heç bir qohumu yoxdur. O, orta Asiyadan gəlmişdir. Onunla münasibətinin ancaq telefonla olduğunu, qardaşı rus qızı aldığı üçün ondan xoşu gəlmədiyini, Qalinanın rəhmətə gedən Camalın yoldaşı olduğunu, İddiaçı isə Cəlalın oğlu olduğunu, Qalinanın əmlakı Elyaza vəsiyyət etdiyini, Elyazın həmişə onun yanında olduğunu, hər zaman onunla məsləhətləşdiyini, ona görə də ona vəsiyyət etdiyi, bir dəfə Qalinanın mobil telefonda nəyi var hamısının Elyazın olduğunu bildirdiyini, vəsiyyətnamənin tərtibini görmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X1 atasının onun anası ilə dayıoğlubibiqızı olduğunu, Qalina xanımı tanıdığını, münasibətlərinin yaxşı olduğunu bildirmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, Qalina həmişə deyirdi ki, nəyi var Elyazındır. Çünki, Elyazı hamıdan çox istəyirdi. Elyaz onun yoldaşının qardaşı oğludur. Yəni ki, qaynının oğludur. Uşaqları yox idi. Burda başqa qohumları yox idi. Ümumiyyətlə o, həmişə deyirdi ki, o qohumlarını burda tapmışdır. X12muşdur. Amma heç vaxt ora ilə əlaqəsi olmamışdır. Həmişə deyirmiş ki, heç kəsi yoxdur. Həmçinin Qalinanın qohumlarının olub-olmadığını bilmədiyini, həmişə Elyazın ən yaxını olduğunu dediyini, Qalinanın savadlı qadın olduğunu bildirmişdir. Qeyd etmişdir ki, Qalina həmişə deyirdi ki, o hər şeyi yazıb verib Elyaza. İş materiallarında olan AZ-İİ N 209135 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 11 yanvar 2022-ci ildə dəqiqləşdirilməmiş ağciyər- ürək çatmamazlığından vəfat etmişdir. İş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin qeydiyyat vəsiqəsindən görünür ki, Naxçıvani küçəsi 1 nömrəli yaşayış evinin 102 saylı mənzili X3 xüsusi mülkiyyətindədir. İş materiallarında olan 13 dekabr 2021-ci il tarixli vəsiyyətnamədən görünür ki, Q. Batoyeva bütün daşınar və daşınmaz əmlakını, pul vəsaitlərini İddiaçı vəsiyyət etmiş və bütün qohumlarını vəsiyyətnamədən çıxartdığını bildirmişdir. İş materillarında olan xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, X6 bütün dövlət və qeyri-dövlət orqanlarında notariat ofislərində, Arxivlərdə, Asan, DOST Xidmət Mərkəzlərində DİN-də, DYP-də, AR ƏMDKY DƏDRX Əİ-də, Ədliyyə Nazirliyinin İcra və Probasiya Şöbələrində və digər qurumlarda onu təmsil etmək, nümayəndəsi olmaq, lazımi sənədləşdirmə işləri aparmaq, sənəd imzalamaq və digər hərəkətləri İddiaçı etibar etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 14 saylı Notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, İddiaçı bildirimişdir ki, vəsiyyətnamənin saxlanılması üçün notariusda rəsmən depozitə qoyulmadığından, həmçinin notarius və ya yerli idarə orqanı tərəfindən təsdiq edilmədiyindən vəsiyyətnamənin qüvvədə olub-olmadığını yoxlamaq, eyni zamanda vəsiyyətnamənin şəxsən Q.Batoyeva tərəfindən yazılmasını və şəxsən özü tərəfindən imzalanmasını müəyyən etmək mümkünsüzdür. Bu səbəbdən də həmin miras əmlaka dair İddiaçı adına vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək imkanları xaricindədir. Vəsiyyətnamənin qüvvədə olub-olmadığını yoxlamaq, həmçinin vəsiyyətnamənin Q.Batoyeva tərəfindən şəxsən yazılması və şəxsən öz tərəfindən imzalanmasının müəyyən etmək üçün məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Zəruri sənədlər və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi notariat ofisinə təqdim edildikdən sonra miras qoyandan qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi məsələsinə baxıla bilər. İş materiallarında olan X11 tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X4 adından İddiaçı adına yazılmış 13 dekabr 2021-ci il tarixli vəsiyyətnamənin (rus dilində tərtib olunmuş “Завещание” adlı sənəd) sonunda “Батоева Галина Афанасьевна” yazılarından əvvəlki imza X7 tərəfindən icra olunmuşdur. Məhəkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını, şahidlərin ifadələrini dinləyərək iş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X7 tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib olunmuş vəsiyyətnamədə imzanın onun özünə məxsus olması faktı müəyyən edilməli, İddiaçı X3 xx.xx.2021-ci il tarixli vəsiyyətnaməsi üzrə vərəsəsi kimi tanınmali və İddiaçı adına vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyi Bakı şəhəri 14 saylı notariat ofisinin üzərinə qoyulmalıdır. Belə ki, iş materialları və şahid ifadələri ilə vəsiyyətnamədəki imzanın Batoyeva Qalinaya məxsus olması, vəsiyyətnamənin Qalina Batoyeva tərəfindən verilməsi müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 305.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının MPM-nin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T Dİ : Ərizə təmin edilsin. X7 tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib olunmuş vəsiyyətnamədə imzanın onun özünə məxsus olması faktı müəyyən edilsin. İddiaçı X3 xx.xx.2021-ci il tarixli vəsiyyətnaməsi üzrə vərəsəsi kimi tanınsın. İddiaçı adına vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyi Bakı şəhəri 14 saylı notariat ofisinin üzərinə qoyulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №e-2(004)-2383/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2383/2022
16.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver