Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2383/2023 15.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçıların qanuni nümayəndəsi (anaları) - X3, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik, X2 İşləri və Hüquqlarının Müdafiəsi Komissiyasını və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə qarşı "mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X5 Cavabdeh qarşı "mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, H.Cavid pr-ti, məh.528, ev.B, 29 saylı mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi, mənzildən çıxarılması və mediasiya prosesi zamanı ödənilmiş məbləğdən 25 manat Cavabdeh tutularaq iddiaçı X4 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə iddiaçı siyahısından X3 çıxarılması və iddiaçı kimi xx.xx.2011-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.2012-ci il təvəllüdlü İddiaçı2 cəlb edilməsini və Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik, X2 İşləri və Hüquqlarının Müdafiəsi Komissiyasını və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb olunmasını xahiş etmişdir. Həmçinin iddiaçı iddia tələbinə dəqiqləşdirmə ərizəsi ilə müraciət edərək mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və mənzildən çıxarılma barədə iddia ərizəsinə kompensasiyanın məbləği olaraq 21600 (iyirmi bir min altı yüz) manat məbləği təyin etməklə Cavabdeh bu məbləğin ödənilməsi şərtilə onun Bakı şəhəri, Yasamal rayonu, H.Cavid pr-ti, məh.528, ev B, 29 saylı mənzildən qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2005-ci il tarixli nikahın pozulması barədə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edilmiş və 10 fevral 2014-cü il tarixdə bu nikah ləğv edilmişdir. İddiaçının himayəsində birgə nikahdan olan 2 övladları var və hal-hazırda da, onlar hər ikisi iddiaçının himayəsində olmaqla Almaniyada yaşayırlar. İddiaçı ilə cavabdeh birgə nikah dövründə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid pr-ti, məh.528,ev.B, m.29 əmlakı əldə etmişlər və bu əmlak cavabdehin adına rəsmləşdirilmişdir. Lakin, nikah pozulmamışdan öncə, yəni 04 fevral 2014-cü il tarixdə Bakı şəhər 3 saylı ASAN Xidmət Mərkəzində həm cavabdehin, həm də iddiaçının iştirakı ilə birgə nikahdan doğulmuş övladları İddiaçı1 və İddiaçı2 adına “Bağışlama” müqaviləsi rəsmləşdirilərək onların adlarına mənzil bağışlanılmışdır. Bağışlama müqaviləsi əsasında 27 aprel 2022-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə Çıxarış yetkinlik yaşına çatmayan uşaqların–İddiaçı1 və İddiaçı2 adına keçirilmişdir. Hal-hazırda cavabdehin qeydiyyatda olduğu və yaşadığı ünvan ünvan 1 göründüyü kimi, mübahisəli mənzil iki uşaqların adlarına olsa da, həmin mənzildən nə uşaqlar, nə də ki onların rəsmi qəyyumu olan iddiaçı-ana istifadə edə bilmir. Yuxarıda da göstərdiyimiz kimi, iddiaçı və uşaqları hal-hazırda Almaniyada yaşayılar və uşaqlar orada təhsil alırlar. Azərbaycana gəldikləri təqdirdə isə, cavabdeh uşaqları mənzilə buraxsa da, ananın evə daxil olmasına imkan vermir. Baxmayaraq ki, fevral 2014-cü ildən bu yana cavabdeh həmin mənzildən və orada iddiaçıya məxsus olan cehiz əşyalarından istifadə edir, bunun müqabilində iddiaçıya bu mənzildən istifadə etməyə imkan yaratmır. Yəni, artıq 9 ildir ki, bu mənzil cavabdehin tam olaraq bütün əşyalarla birlikdə istifadəsindədir. Bildirir ki, hazırda iddiaçının anası yaşlı qadın olduğundan iddiaçı və uşaqları Azərbaycana birdəfəlik köçüb yaşamaq niyyətindədirlər, hətta qeyd edim ki, bir dəfə bu cəhd iddiaçı tərəfindən edilmişdir və hər iki övladı Bakıda yerləşən özəl məktəblərdən olan Landau School-a imtahan verib keçmişdilər. Lakn, cavabdehin iddiaçıya yaratdığı bu mənzil problemi səbəbindən, iddiaçı Azərbaycana qayıtmaqdan imtina etmişdir, çünki fiziki olaraq qalmağa yerləri yoxdur. Məlumat üçün bildirim ki, iddiaçı Almaniyada “Ginekologiya” sahəsi üzrə çalışır və işinin əsas hissəsi onlayn şəkildə məsləhətlərin verilməsindən ibarətdir. Yəni, tam olaraq Azərbaycana köçüb yaşamaq imkanı var və buna niyyətlidir. Əlavə olaraq qeyd edim ki, iddiaçının atası bir neçə il əvvəl vəfat etdiyi zaman da, cavabdeh iddiaçını evə buraxmamış və aralarında ciddi münaqişə olmuş və polis orqanlarının müdaxiləsi ilə iş həll olunmuşdur, lakin bunlara baxmayaraq, 2022-ci ilin yay aylarında iddiaçı və uşaqları Bakıya gəldikdə cavabdeh iddiaçını yenə də mənzilə buraxmamış və indi də buraxmaq niyyətində deyil. İddiaçı və uşaqları hər dəfə Azərbaycana gəldiyi zaman nənəsinin yaşadığı evdə qalırlar və orada 1 ay yaşayırlar. Qeyd edim ki, nənənin yaşadığı evi iddiaçının atası qızının (iddiaçının) adına nikahdan öncə almış və orada hər Bakıya gələndə yaşamışlar. Yəni, rəsmi olaraq nikahdan əvvəl iddiaçının adına alınan mənzil olsa da, faktiki olaraq o mənzil iddiaçının valideynlərinə məxsusdur və o mənzildə iddiaçının anası hazırda yaşayır. Yuxarıda da qeyd etdiyimiz kimi, hazırda mübahisəli olan cavabdehin yaşadığı mənzil 2014-cü ilin fevral ayından tam olaraq cavabdehin istifadəsi verilmişdir. Yəni, iddiaçı öz uşaqları ilə yalnız bir çamadanını götürüb çıxmış o mənzildən çıxmış və Almaniyaya getmiş, mənzil üçün alınmış 7000 avroluq əşyalar hamısı mənzildə cavabdehin istifadəsində qalmışdır. Qeyd etmək yerinə düşər ki, iddiaçının qəyyumluğunda olan hər iki uşaq hazırda cavabdehin yaşadığı Bakı ş, Yasamal rayonu, H.Cavid pr-ti, məh.528, ev.B, 29 saylı mənzildə qeydiyyatdadırlar və rəsmi olaraq həmin mənzilin mülkiyyətçisidirlər. Nəzərinizə çatdırmaq istəyirik ki, iddiaçı X5məhkəməyə müraciət etməmişdən öncə ilkin mediasiya ilə bağlı Mediasiya Şurasına müraciət etmişdir. xx.xx.2023-cü il tarixli arayışa əsasən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə qərar qəbul edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan da göründüyü kimi ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci nağd qaydada iddiaçı X5tərəfindən ödənilmişdir. Lakin cavabdeh mediasiya prosesinə gəlmədiyi üçün onun tərəfindən ödəniş həyata keçməmişdir. Buna görə də, məbləği yarısı, yəni 25 manat ondan tutulmalıdır. Əlavə olaraq qeyd edək ki, mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma və iddiaçının uşaqları ilə birlikdə mənzilə köçürülməsi barədə iddiaçı bir müddət öncə məhkəmədə iddia qaldırmış və 16 fevral 2023-cü il tarixli e-2(004)-380/2023 saylı Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçının uşaqları ilə birlikdə Bakı ş, Yasamal rayonu, H.Cavid prti, məh.528,ev.B, 29 saylı mənzilə köçürülməsi qət edilmiş, iddia qalan hisssədə rədd edilmişdir. Bildiririk ki, məhkəmə prosesi zamanı iddia predmetində kompensasiya təklifi edilmədiyi üçün, hakim (Toğrul Axundov) tərəfindən “kompensasiyan ödənilməsi şərtilə istifadə hüququna xitam verilməsi” iddiası ilə məhkəməyə yeni iddia tələbi kimi verilməsi məsləhət görülmüşdür. Bu səbəbdəndir ki, hazırda yeni iddia tələbi kimi məhkəməyə müraciət edirik və iddianın təmin olunmasını xahiş edirik. Yuxarıda da göstərdiyimiz kimi, iddiaçı uşaqları ilə birlikdə Azərbaycana qayıdıb orada yaşamaq fikrindədir, və qayıtdıqda onların bir mənzildə yaşaması qeyri-mümkündür. Buna görə də, ona müvafiq kompensasiyanın ödənilməsi şərtilə yaşayış hüququna xitam verilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qanuni nümayəndəsi (anaları) - X5, onun nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışına əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 528, ev B, 29 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə ½ hissə üzrə İddiaçı1 adına ********** saylı qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdır. Həmin mənzil üzrə ½ hissə İddiaçı2 adına rəsmiləşdirilmişdir. Həmin mənzil hazırda Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarında olan Cavabdeh ilə X5 arasında xx.xx.2014-cü il tarixində bağlanmış bağışlama müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətinə əsasən Cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 21 nömrəli reyestr kitabının 2426 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********15- 05101-093002, qeydiyyat nömrəsi ********** olan, xx.xx.2012-ci il tarixli çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 11/1284 saylı arayışa əsasən mülkiyyətində olan ünvan 2 ünvanında 05 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən, 52,1 kv.m. yaşayış sahəsi, 21,7 kv.m. yardımçı sahəsi,73,8 kv.m. ümumi sahəsi olan, 03 otaqlı mənzili övladları İddiaçı1 və İddiaçı2 bağışlamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1154/2014 saylı, xx.xx.2014- cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, Cavabdeh ilə X5 arasında xx.xx.2005ci il tarixli Bakı şəhəri Səadət Sarayı tərəfindən 2850 saylı qeyd ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından olan uşaqları – xx.xx.2011-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.2012-ci il təvəllüdlü İddiaçı2 anası X3 himayəsində saxlanılmaları, Cavabdeh tərəflərin birgə nikahından olan övladları xx.xx.2011-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.2012ci il təvəllüdlü İddiaçı2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 103 manat, cəmi 206 manat sabit pul şəklində alimentin tutularaq iddiaçıya ödənilməsi, alimentin tutulmasının, məhkəməyə müraciət edildiyi tarixdən, yəni 07 yanvar 2014-cü il tarixdən hesablanması qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-380/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı X5 övladları İddiaçı1 və İddiaçı2 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 528, ev B, 29 saylı mənzilə köçürülmələri qət edilmişdir. Beləliklə, iş materiallarına əsasən məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçıların qanunu nümayəndəsi X5 ilə Cavabdeh arasında bağlanılmış nikah xx.xx.2014-cü il tarixdə pozulmuş, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.2012-ci il təvəllüdlü İddiaçı2 iddiaçının himayəsində saxlanılmışlar. X5 ilə cavabdeh birgə nikah dövründə ünvan 2 əmlakı əldə etmişlər və bu əmlak cavabdehin adına rəsmiləşdirilmişdir. Lakin, nikah pozulmamışdan əvvəl, yəni 04 fevral 2014-cü il tarixdə Bakı şəhər 3 saylı ASAN Xidmət Mərkəzində həm cavabdehin, həm də X5 iştirakı ilə birgə nikahdan doğulmuş övladları İddiaçı1 və İddiaçı2 adına “Bağışlama” müqaviləsi rəsmiləşdirilərək onların adlarına mənzil bağışlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə X3 övladları ilə birlikdə həmin mənzilə köçürülmələri qət edilmişdir. Həmçinin iddiaçı kimi göstərilən uşaqlar hazırda Almaniyada yaşayır və orada təhsil alırlar. Hazırda isə iddiaçıların qanunu nümayəndəsi X5 həmin mənzilə cavabdehin istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsini xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 may 2008-ci il tarixli qərarında mülkiyyətçi ilə yazılı razılaşmasının bağlanması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mülkiyyətçinin razılığı kimi şərh olunmuşdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il qərarına əsasən» mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır.» Beləliklə, məhkəmə iş materiallarına əsasən müəyyən etmişdir ki, X5 ilə Cavabdeh birgə nikahından doğulmuş iddiaçılar İddiaçı1 və İddiaçı2 hazırda Almaniyada yaşayır və orada təhsil alırlar. Uşaqların məhkəmədə dindirilməsi qeyri-mümkün olmuşdur. Həmçinin iddia ərizəsi və məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, hazırki iddia tələbi iddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi – X1nın mənafeyinə uyğun olduğundan, yəni verilən tələb uşaqların mənafeyi və hüquqlarına ziddir. X1 cavabdehlə yola getmədiyinə və cavabdehlə aralarında şəxsi münasibətə görə hazırki mənzildən kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsini tələb edir. Odur ki, məhkəmə hesab edir ki, uşaqlar Almaniyada yaşadığından və hazırki mənzilə istifadə hüququna xitam verilməsi tələbində uşaqların heç bir maraq və mənafeləri olmadığından iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Halbuki, R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil. Eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, h ərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik, X2 İşləri və Hüquqlarının Müdafiəsi Komissiyasını və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə qarşı "mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-2383/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2383/2023
15.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver