Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2390/2024 24.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi İmanzadə Ziya Yadigar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə xx.xx.2023-cü il tarixli 13683995 nömrəli, xx.xx.2023-cü il tarixli 10715286 nömrəli və xx.xx.2023-cü il tarixli 11671485 nömrəli müqavilə bağlamaqla playstatıon 5, ps5 dualsense chargıng statıon, ps5 oyun pultu, apple macbook aır 13 kompüter, apple watch ultra 2 qol saatı alaraq 6584 (altı min beş yüz səksən dörd) manat öhdəliyi yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1752 (bir min yeddi yüz əlli iki) manat (18 ay x 97 manat + 6 manat ilkin ödəniş) olan playstatıon 5, ps5 dualsense chargıng statıon, ps5 oyun pultu üçün ümumilikdə, 1367.7 (bir min üç yüz altmış yeddi manat yetmiş qəpik) manat olmaqla ondan, 1164 (bir min yüz altmış dörd) manat ödənilməmiş hissə, 203.7 (iki yüz üç manat yetmiş qəpik) manat dəbbə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2675.04 (iki min altı yüz yetmiş beş manat dörd qəpik) manat (12 ay x 222.92 manat + 0 manat ilkin ödəniş) olan apple macbook aır 13 kompüter üçün ümumilikdə, 2327.2 (iki min üç yüz iyirmi yeddii manat iyirmi qəp) manat olmaqla ondan, 2006.12 (iki min altı manat on iki qəpik) manat ödənilməmiş hissə, 321.08 (üç yüz iyirmi bir manat səkkiz qəpik) manat dəbbə və xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2568 (iki min beş yüz altmış səkkiz) manat (12 ay x 214 manat + 0 manat ilkin ödəniş) olan apple watch ultra2 qol saatı üçün ümumilikdə, 2889.1 (iki min səkkiz yüz səksən doqquz manat on qəpik) manat olmaqla ondan, 2568 (iki min beş yüz altmış səkkiz qəpik) manat ödənilməmiş hissə, 321.1 (üç yüz iyirmi bir manat on qəpik) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1256.92 manat təşkil edir. Göstərilənlərə əsasən, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, playstatıon 5, ps5 dualsense chargıng statıon, ps5 oyun pultu üçün 1164 (bir min yüz altmış dörd) manat ödənilməmiş hissə, 203.7 (iki yüz üç manat yetmiş qəpik) manat dəbbə pulu, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, apple macbook aır 13 kompüter üçün 2006.12 (iki min altı manat on iki qəpik) manat ödənilməmiş hissə, 321.08 (üç yüz iyirmi bir manat səkkiz qəpik) manat dəbbə pulu və xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, apple watch ultra 2 qol saatı üçün 2568 (iki min beş yüz altmış səkkiz qəpik) manat ödənilməmiş hissə, 321.1 (üç yüz iyirmi bir manat on qəpik) manat dəbbə pulu olmaqla 6584 (altı min beş yüz səksən dörd) manat borc, 85.84 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli 13683995 nömrəli, xx.xx.2023-cü il tarixli 10715286 nömrəli və xx.xx.2023-cü il tarixli 11671485 nömrəli müqavilə bağlamaqla playstatıon 5, ps5 dualsense chargıng statıon, ps5 oyun pultu, apple macbook aır 13 kompüter, apple watch ultra 2 qol saatı İddiaçı MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 1-ci müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, playstatıon 5, ps5 dualsense chargıng statıon, ps5 oyun pultu üçün 1164 (bir min yüz altmış dörd) manat ödənilməmiş hissə, 203.7 (iki yüz üç manat yetmiş qəpik) manat dəbbə pulu, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, apple macbook aır 13 kompüter üçün 2006.12 (iki min altı manat on iki qəpik) manat ödənilməmiş hissə, 321.08 (üç yüz iyirmi bir manat səkkiz qəpik) manat dəbbə pulu və xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, apple watch ultra 2 qol saatı üçün 2568 (iki min beş yüz altmış səkkiz qəpik) manat ödənilməmiş hissə, 321.1 (üç yüz iyirmi bir manat on qəpik) manat dəbbə pulu olmaqla 6584 (altı min beş yüz səksən dörd) manat borcu vardır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli yazılı bildiriş göndərilməklə cavabdehə pul məbləğinin ödənilməsi təklif edilmiş, lakin, müsbət nəticə əldə olunmamışdır. Məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh İddiaçı MMC ilə xx.xx.2023-cü il tarixli 13683995 nömrəli, xx.xx.2023-cü il tarixli 10715286 nömrəli və xx.xx.2023-cü il tarixli 11671485 nömrəli müqavilə bağlamaqla playstatıon 5, ps5 dualsense chargıng statıon, ps5 oyun pultu, apple macbook aır 13 kompüter, apple watch ultra 2 qol saatı alaraq 6584 (altı min beş yüz səksən dörd) manat öhdəliyi yaranmışdır. cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1752 (bir min yeddi yüz əlli iki) manat (18 ay x 97 manat + 6 manat ilkin ödəniş) olan playstatıon 5, ps5 dualsense chargıng statıon, ps5 oyun pultu üçün ümumilikdə, 1367.7 (bir min üç yüz altmış yeddi manat yetmiş qəpik) manat olmaqla ondan, 1164 (bir min yüz altmış dörd) manat ödənilməmiş hissə, 203.7 (iki yüz üç manat yetmiş qəpik) manat dəbbə, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2675.04 (iki min altı yüz yetmiş beş manat dörd qəpik) manat (12 ay x 222.92 manat + 0 manat ilkin ödəniş) olan apple macbook aır 13 kompüter üçün ümumilikdə, 2327.2 (iki min üç yüz iyirmi yeddii manat iyirmi qəp) manat olmaqla ondan, 2006.12 (iki min altı manat on iki qəpik) manat ödənilməmiş hissə, 321.08 (üç yüz iyirmi bir manat səkkiz qəpik) manat dəbbə və xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2568 (iki min beş yüz altmış səkkiz) manat (12 ay x 214 manat + 0 manat ilkin ödəniş) olan apple watch ultra2 qol saatı üçün ümumilikdə, 2889.1 (iki min səkkiz yüz səksən doqquz manat on qəpik) manat olmaqla ondan, 2568 (iki min beş yüz altmış səkkiz qəpik) manat ödənilməmiş hissə, 321.1 (üç yüz iyirmi bir manat on qəpik) manat dəbbə borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (cəriməyə münasibətdə), 467 (cərimənin azaldılmasına münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən,dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, Alıcı Cavabdeh Satıcı ilə bağladığı yuxarıda qeyd olunan xx.xx.2023-cü il tarixli 13683995 nömrəli, xx.xx.2023-cü il tarixli 10715286 nömrəli və xx.xx.2023-cü il tarixli 11671485 nömrəli nisyə alqı-satqı müqavilələri üzrə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə MM-in 467-ci maddəsinə əsasən, xx.xx.2023-cü il tarixli 13683995 nömrəli müqavilə üzrə dəbbə pulunu 203.7 manat məbləğində deyil, 100 (yüz) manat məbləğində, xx.xx.2023-cü il tarixli 10715286 nömrəli müqavilə üzrə dəbbə pulunu 321,08 manat deyil, 180 (yüz səksən) manat məbləğində, xx.xx.2023-cü il tarixli 11671485 nömrəli müqavilə üzrə dəbbə pulunu 321.1 manat məbləğində deyil, 200 (iki yüz) manat məbləğində tutmağı məqsədə müvafiq hesab edir. Məhkəmə mülki münasibətlərin sabitliyinin, inkişafının təmin edilməsi məqsədilə mülki hüquq subyektlərinin qanunvericiliyə, iradə sərbəstliyi əsasında bağladıqları müqavilə öhdəliklərinə hörmət ruhunda tərbiyələndirilməsini zəruri hesab edir. Cərimə pulunun aşağı məbləğdə müəyyən edilməsi bazar iqtisadiyyatının təşviq edilməsi, mövcud iqtisadi şərtlər, biznes maraqları nəzərə alınmaqla iddiaçı nöqteyinəzərdən, yuxarı məbləğdə müəyyənləşdirilməsi isə ümumi öhdəliyin həcmi, əhəmiyyəti nəzərə alınmaqla cavabdeh nöqteyi-nəzərdən məqsədə müvafiq hesab edilmir. İddia tələbinin faktiki və hüquqi halları ilə tərəflər arasında bağlanmış nisyə alqısatqı müqavilələrinin şərtləri və MM-in 462 (dəbbə puluna münasibətdə), 467 (dəbbə pulunun azaldılmasına münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 85.84 (səksən beş manat səksən dörd qəpik) manat manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli 13683995 nömrəli müqavilə üzrə 1164 (bir min yüz altmış dörd) manat ödənilməmiş hissə, 100 (yüz) manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli 10715286 nömrəli müqavilə üzrə 2006.12 (iki min altı manat on iki qəpik) manat ödənilməmiş hissə, 180 (yüz səksən) manat dəbbə pulu və xx.xx.2023-cü il tarixli 11671485 nömrəli müqavilə üzrə 2568 (iki min beş yüz altmış səkkiz qəpik) manat ödənilməmiş hissə, 200 (iki yüz) manat dəbbə pulu olmaqla 6218,12 (altı min iki yüz on səkkiz manat on iki) manat məbləğində pul və 85.84 (səksən beş manat səksən dörd qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230-cu maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 13683995 nömrəli müqavilə üzrə 1164 (bir min yüz altmış dörd) manat ödənilməmiş hissə, 100 (yüz) manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli 10715286 nömrəli müqavilə üzrə 2006.12 (iki min altı manat on iki qəpik) manat ödənilməmiş hissə, 180 (yüz səksən) manat dəbbə pulu və xx.xx.2023-cü il tarixli 11671485 nömrəli müqavilə üzrə 2568 (iki min beş yüz altmış səkkiz qəpik) manat ödənilməmiş hissə, 200 (iki yüz) manat dəbbə pulu olmaqla 6218,12 (altı min iki yüz on səkkiz manat on iki) manat məbləğində pul və 85.84 (səksən beş manat səksən dörd qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-2390/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2390/2024
24.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver