Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2403/2025 07.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Oruclu Aydan Adəm qızı, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, SOYUDUCU LG üçün 1619.95 manat ödənilməmiş hissə, 809.98 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, ASUS markalı komputer, GAMİNG MOUSE 2E, GAMİNG MOUSEPAD üçün 705.04 manat ödənilməmiş hissə, 352.52 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********45802 HONOR X8B markalı telefon üçün 482.18 manat ödənilməmiş hissə, 241.09 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********55262 XİAOMİ POCO M6 markalı telefon üçün 324.95 manat ödənilməmiş hissə, 162.48 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********06203 XİAOMİ REDMİ 12 markalı telefon üçün 42.60 manat ödənilməmiş hissə, 21.30 manat cərimə, ümumilikdə 4762.08 manat borc, 67.63 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023cü il tarixli müqavilələrə əsasən, SOYUDUCU LG, ASUS markalı komputer, GAMİNG MOUSE 2E, GAMİNG MOUSEPAD, VİNİL MAT, imei kodu **********45802 HONOR X8B markalı telefon, İMEİ KODU **********55262 XİAOMİ POCO M6 markalı telefon , İMEİ KODU **********06203 XİAOMİ REDMİ 12 markalı telefon almış və nəticədə 4762.08 (dörd min yeddi yüz altmış iki manat, 08 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1635.24 (min altı yüz otuz beş manat, 24 qəpik) manat (12 ay x 136.27 manat + 0 manat ilkin ödəniş) olan SOYUDUCU LG üçün ümumilikdə, 2429.93 (iki min dörd yüz iyirmi doqquz manat, 93 qəpik) manat olmaqla ondan, 1619.95 (min altı yüz on doqquz manat, 95 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 809.98 (səkkiz yüz doqquz manat, 98 qəpik) manat cərimə; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 940.08 (doqquz yüz qırx manat, 08 qəpik) manat (12 ay x 78.34 manat + 0 manat ilkin ödəniş) olan ASUS markalı komputer, GAMİNG MOUSE 2E, GAMİNG MOUSEPAD üçün ümumilikdə, 1057.56 (min əlli yeddi manat, 56 qəpik) manat olmaqla ondan 705.04 (yeddi yüz beş manat,04 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 352.52 (üç yüz əlli iki manat, 52 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 510.48 (beş yüz on manat, 48 qəpik) manat (18 ay x 28.36 manat + 0 manat ilkin ödəniş) olan imei kodu **********45802 HONOR X8B markalı telefon üçün ümumilikdə, 723.27 (yeddi yüz iyirmi üç manat, 27 qəpik) manat olmaqla ondan, 482.18 (dörd yüz səksən iki manat, 18 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 241.09 (iki yüz qırx bir manat, 09 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 488.04 (dörd yüz səksən səkkiz manat, 04 qəpik) manat (12 ay x 40.67 + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********55262 XİAOMİ POCO M6 markalı telefon üçün ümumilikdə, 487.43 (dörd yüz səksən yeddi manat, 43 qəpik) manat olmaqla ondan, 324.95 (üç yüz iyirmi dörd manat, 95 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 162.48 (yüz altmış iki manat, 48 qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 513.36 (beş yüz on üç manat, 36 qəpik) manat (12 ay x 42.78 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********06203 XİAOMİ REDMİ 12 markalı telefon üçün ümumilikdə, 63.90 (altmış üç manat, 90 qəpik) manat olmaqla ondan, 42.60 (qırx iki manat, 60 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 21.30 (iyirmi bir manat, 30 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 912.48 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər ; tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Qanunvericiliklə müəyyən olunmuş müddətdə müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ******* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC müştəri Cavabdeh 0 manat ilkin ödəniş etməklə, 12 ay müddətinə hər ay 42.78 manat ödəmək şərtilə qiyməti 513.36 manat olan XİAOMİ REDMİ 12 markalı telefon vermişdir. Müştəri isə müqavilədə göstərilən şərtlərlə malın qiymətini ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli, ******* nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin 2-ci bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Əlavənin 5-ci bəndinə əsasən müştəri “Ödəniş cədvəli”nin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 51.34 manat cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh ******* nömrəli müqavilə üzrə XİAOMİ REDMİ 12 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 09383406 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC müştəri Cavabdeh 0 manat ilkin ödəniş etməklə, 12 ay müddətinə hər ay 40.67 manat ödəmək şərtilə qiyməti 488.04 manat olan XİAOMİ POCO M6 markalı telefon vermişdir. Müştəri isə müqavilədə göstərilən şərtlərlə malın qiymətini ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli, 09383406 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin 2-ci bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Əlavənin 5-ci bəndinə əsasən müştəri “Ödəniş cədvəli”nin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 48.8 manat cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh 09383406 nömrəli müqavilə üzrə XİAOMİ POCO M6 markalı telefon tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 03229118 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC müştəri Cavabdeh 0 manat ilkin ödəniş etməklə, 12 ay müddətinə hər ay 78.34 manat ödəmək şərtilə qiyməti 940.08 manat olan ASUS markalı kompüter, GAMİNG MOUSE 2E, GAMİNG MOUSEPAD vermişdir. Müştəri isə müqavilədə göstərilən şərtlərlə malın qiymətini ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli, 03229118 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin 2-ci bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Əlavənin 5-ci bəndinə əsasən müştəri “Ödəniş cədvəli”nin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 94.01 manat cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh 03229118 nömrəli müqavilə üzrə ASUS markalı komputer, GAMİNG MOUSE 2E, GAMİNG MOUSEPAD tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 19173598 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC müştəri Cavabdeh 0 manat ilkin ödəniş etməklə, 12 ay müddətinə hər ay 136.27 manat ödəmək şərtilə qiyməti 1635.24 manat olan SOYUDUCU LG vermişdir. Müştəri isə müqavilədə göstərilən şərtlərlə malın qiymətini ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli, 19173598 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin 2-ci bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Əlavənin 5-ci bəndinə əsasən müştəri “Ödəniş cədvəli”nin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 163.52 manat cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh 19173598 nömrəli müqavilə üzrə SOYUDUCU LG tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC müştəri Cavabdeh 0 manat ilkin ödəniş etməklə, 18 ay müddətinə hər ay 28.36 manat ödəmək şərtilə qiyməti 510.39 manat olan HONOR X8B markalı telefon vermişdir. Müştəri isə müqavilədə göstərilən şərtlərlə malın qiymətini ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli, ********* nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin 2-ci bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Əlavənin 5-ci bəndinə əsasən müştəri “Ödəniş cədvəli”nin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”-nin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 51.04 manat cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh ********* nömrəli müqavilə üzrə HONOR X8B markalı telefon tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubuna əsasən iddiaçı cavabdehə göndərilən malların tam saz və korlanmamış vəziyyətdə geri qaytarılmasını, bu mümkün olmadıqda, malların müqaviləyə əlavədə qeyd olunmuş dəyərinin tam şəkildə ödənilməsini təklif etmiş, 3 iş günü ərzində riayət olunmadığı təqdirdə, məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1619.95 manat əsas, 809.98 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 705.04 manat əsas, 352.52 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 482.18 manat əsas, 241.09 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə manat 324.95 əsas, 162.48 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 42.6 manat əsas, 21.30 manat cərimə borcu olmaqla, cəmi 4762.08 manat borcu yaranmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Təqdim edilmiş sənədlər əsasında müəyyən olunur ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2024-cü il tarixli, 09383406 nömrəli, xx.xx.2024-cü il tarixli, 03229118 nömrəli, xx.xx.2024-cü il tarixli, 19173598 nömrəli, xx.xx.2024-cü il tarixli, ********* nömrəli müqavilələrdən irəli gəlir. Müqavilələrin şərtlərinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə ödənişi ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu (cərimə) azadılmalıdır. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin nisyə alqı-satqı müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 42.6 manat əsas, 2.4 manat cərimə borcu olmaqla cəmi 45 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 324.95 manat əsas, 22.05 manat cərimə borcu olmaqla cəmi 347 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 705.04 manat əsas, 49.96 manat cərimə borcu olmaqla cəmi 755 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1619.95 manat əsas, 113.05 manat cərimə borcu olmaqla cəmi 1733 manat, xx.xx.2024cü il tarixli müqavilə üzrə 482.18 manat əsas, 33.82 manat cərimə borcu olmaqla cəmi 516 manat, ümumilikdə 3396 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 67.63 manat məbləğində dövlət rüsumunun 53.96 manat məbləği cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 42.6 (qırx iki manat altmış qəpik) manat əsas, 2.4 (iki manat qırx qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 324.95 (üç yüz iyirmi dörd manat doxsan beş qəpik) manat əsas, 22.05 (iyirmi iki manat beş qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 705.04 (yeddi yüz beş manat dörd qəpik) manat əsas, 49.96 (qırx doqquz manat doxsan altı qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1619.95 (min altı yüz on doqquz manat doxsan beş qəpik) manat əsas, 113.05 (yüz on üç manat beş qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 482.18 (dörd yüz səksən iki manat on səkkiz qəpik) manat əsas, 33.82 (otuz üç manat səksən iki qəpik) manat cərimə borcu olmaqla cəmi 3396 (üç min üç yüz doxsan altı) manat və dövlət rüsumu olaraq ödənilmiş 53.96 (əlli üç manat doxsan altı qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-2403/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2403/2025
07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver