Məhkəmə qərarları › İş №e-2(004)-2433/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2433/2024

19.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2433/2024 19.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Cavabdeh “Solidmed" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Nümayəndə3, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X1, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə4 iştirakları ilə, İddiaçı Hosseini X3 cavabdehlər Cavabdeh və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Hosseini X7 cavabdehlər Cavabdeh və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə 119.000 manat pulun və 409 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhərində biznes fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə o 2022-ci ildə öz vəsaiti hesabına təxminən 100000 manata aldığı tibb avadanlığını əvvəlcədən əldə etdiyi razılığa əsasən İrandan "xxxx" MMC-yə göndərdi. "xxxx" MMC malı təhvil aldı, lakin vəsaiti olmadığı üçün malın pulunu ödəmədi. Bundan başqa, o Bakı şəhərində yerli bazardan öz vəsaiti ilə 80000 manat dəyərində müxtəlif çeşidli ofis və tibb avadanlığı aldı. Məqsədi "xxxx" MMC ilə birlikdə tibbi klinika açıb işlətmək idi. Lakin bu iş baş tutmadı. Onda "xxxx" MMC-nin razılığı və iştirakı ilə aşağıdakı malları və avadanlıqları dəyərindən aşağı qiymətə - irandan gətirdiyi malları 60000 manata, Bakıda aldığı malları isə 59000 manata Cavabdeh MMC-yə satdı: Ofis masasi 1 ədəd, kreslo 2 ədəd, Divan mavi 2 ədəd, Arakəsmə qapı ilə (Şüşə) 1 ədəd, Jaluz müxtəlif çeşidli 17 ədəd, Yanğinsöndürən balon 1 ədəd, Telefon 1 ədəd, 3 Nəfərlik kreslo 4 ədəd, Zibil qabı 16 ədəd, Kondisioner + pult 1 ədəd, Modem 1 ədəd, İşıq paneli 18 ədəd, Kamera 4 ədəd, Bayraq stol üstu 1 ədəd, Udlinitel 4 –li 6 ədəd, Baner (doktor şəkili ilə ) 2 ədəd, Masa balaca şkafli 1 ədəd, Masa balaca sadə 1 ədəd, Asqılı dolab 1 ədəd, Jaluz qapı üçün 1 ədəd, Kondisioner MEDEA+PULT 1 DOLAB AĞ 1 ədəd, Masa ağ 1 ədəd, Soyuducu Atlant freezer 1 ədəd, Dolab ağ uzun 1 ədəd, Sentrafuga 1 ədəd, Lab incubator 1 ədəd, Kuşetka 1 ədəd, Taburet 1 ədəd, Arakəsmə dəmir (pərdəli ) 1 ədəd, Sistemvürmaq üçün 1 ədəd, Pilləkən 4 ədəd, Asqılı dolab 1 ədəd, Asqılı dolab 1 ədəd, Ofis masaı 5 ədəd, Ofis Stulu 6 ədəd, Lenovo noutbuk 2 ədəd, Epson L3151 printer 1 ədəd, Monitor HP 1 ədəd, X18 1 ədəd, Klaviatura Logitech 1 ədəd, Mouse Logitech 1 ədəd, Mouse Lenovo 1 ədəd, Microdalgalı soba 1 ədəd, Samover elektronik 1 ədəd, Soyuducu 1 ədəd, Qələmqabı 6 ədəd, File holder 4 ədəd, Reception masasi 1 ədəd, Ofis Kreslosu 1 ədəd, Rollap 2 ədəd, Divan 1 ədəd, Wifi modem 1 ədəd, ZK Tecno 1 ədəd, Canon Printer 1 ədəd, Mouse Lenovo 1 ədəd, Tablo rəsm 6 ədəd, 3-lü oturacaq 2 ədəd, Tv Samsung 1 ədəd, Oksigen balonu 1 ədəd, Asqılı dolab 1 ədəd, Çəkməcəli dolab 1 ədəd, Həkim masasi 4 ədəd, Müayinə masasi 1 ədəd, 3 Tabletka 1 ədəd, 3 Pilləkən 1 ədəd, Stul 13 ədəd, Negatoskop 1 ədəd, Sistem ştativi 1 ədəd, Tərəzi Gorenje 2 ədəd, Kondisioner 1 ədəd, Qələm qabı 1 ədəd, Kağiz qabı 1 ədəd, Moyka 2 ədəd, Salfetka qabı 2 ədəd, güzgü 2 ədəd, Yataq örtüyü 28 ədəd, Yastıq 16 ədəd, Həkim Kreslosu 1 ədəd, Yogamat 1 ədəd, Reabilitasiya üçün 4 ədəd, Pilates topu 1 ədəd, Chattanoogaphysio 1 ədəd, Compex SP 4 1 ədəd, Arakəsmə ağ 1 ədəd, Asqılı dolab 1 ədəd, Yumuşaq oturacaq 3 ədəd, Kağız qabı 3 ədəd, Tibi tullantı qabı 1 ədəd, Asqı 7 ədəd, Ayaqqabı geyinən 6 ədəd, Pərdə 10 ədəd, Simover 1 ədəd, Təziq ölçən 2 ədəd, Stateskop 2 ədəd, Pulsoksimetr 1 ədəd, Qlaskometr 1 ədəd, Metrix 735 M 3 ədəd, Metrix 870 M 1 ədəd, Metrix 215 M 1 ədəd, Novin 360 G 1 ədəd, İnterferential 520p 1 ədəd, Novin 885 G 1 ədəd, Vacumed 577 C 2 ədəd, Trolly 2 mərtəbəli 2 ədəd, Trolly 1 mərtəbəli 7 ədəd, Troynik 1 ədəd, Bayraq 2 ədəd, Skoç yapiştiran 1 ədəd, Stepler 1 ədəd, Asqılı dolab 1 ədəd, Çəkməcəli dolab 1 ədəd, Həkim kreslosu 1 ədəd, Pillə 1 ədəd, Negatoskop 1 ədəd, Tibbi tulantı qabı 1 ədəd, Lövhə 1 ədəd, İşıqlı qələm 1 ədəd, Çəkiç 1 ədəd, Metal podnos 1 ədəd, Böykəkvari qab 1 ədəd, Pinset böyük 1 ədəd, Qalipat 1 ədəd, Kondisioner 1 ədəd, Mulaj skelet 1 ədəd, Stepler 1 ədəd, Asqılı dolab 1 ədəd, Çəkməcəli dolab 1 ədəd, Gül dekor 4 ədəd, Güldan 1 ədəd, Kalonka 1 ədəd, Otaq ətiri 2 ədəd, Kağız qabı 1 ədəd, Paravan ( arakəsmə ) 1 ədəd, polka 4 ədəd, Vip santa 10 ədəd, Massage gun 1 ədəd, Şam 6 ədəd, Philips İE 33 (SN-B05P0T) 1 ədəd, Convex C5-1(SN-03264L) 1 ədəd, Exo X5-1(SN-B2QVTF) 1 ədəd, Linear L9-3(SN-02Z6XR) 1 ədəd, Printer markası: Mitsubishi p93WS(SN-6004468) 1 ədəd. Cavabdeh MMC xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən öhdəlik götürdü ki, xx.xx.2024-cü il tarixə kimi 119000 manat pulu ona ödəyəcəkdir. Lakin bu günə kimi götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Əksinə Cavabdeh MMC pulun ona ödənilməsini əngəlləmək məqsədilə bəhanələr uydurur. Daha sonra iddiaçı Hosseini X3 nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" MMC hazırki işə 2-ci cavabdeh qismində cəlb edilməsi və cavabdehlər Cavabdeh və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada onun xeyrinə 119000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində Bakı şəhərində biznes fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə onun 2022-ci ildə öz vəsaiti hesabına təxminən 100.000 manata aldığı tibbi avadanlıqları əvəlcədən əldə etdiyi razılığa əsasən İrandan "xxxx" MMC-yə göndərdiyini, "xxxx" MMC-nin malı təhvil aldığını, lakin vəsaiti olmadığı üçün malın pulunu ödəmədiyini bildirmişdir. Həmçinin onun Bakı şəhərində yerli bazardan öz vəsaiti hesabına 80.000 manat dəyərində müxtəlif çeşidli ofis və tibb avadanlığı aldığını, məqsədinin "xxxx" MMC ilə birlikdə tibbi klinika açıb işlətmək olduğunu, lakin bunun baş tutmadığını bildirmişdir. Bundan sonra "xxxx" MMC-nin razılığı və iştirakı ilə iddia ərizəsində qeyd edilən malları və avadanlıqları dəyərindən aşağı qiymətə - İrandan gətirdiyi malları 60.000 manata, Bakıda aldığı malları isə 59.000 manata Cavabdeh MMCyə satdığını qeyd etmişdi. Bildirmək istəyir ki, iddia ərizısinin bu paraqrafında qeyd edilənlərin heç bir hüquqi əsası yoxdur. Belə ki, işdə olan materiallardanda göründüyü kimi Cavabdeh MMC ilə "xxxx" MMC arasında bağlanmış olan 20 fevral 2023-cü il tarixli 01 saylı alqı-satqı müqaviləsinin şərtlərinə əsasən sonuncu tərəfindən 60.000 (altmış min) manat dəyərində olan tibbi avadanlıq Cavabdeh MMC-yə satılmışdır. Belə ki, müqavilə bağlanan dövrdə qeyd edilən mallar "xxxx" MMC-nin mülkiyyətində idi və adı qeyd olunan hüquqi şəxs tərəfindən Azərbaycan Respublikasının ərazisinə idxal edilmişdi. Həmin müqavilə əsasında tərəflər arasında 25 fevral 2023-cü il tarixli malların təhvil-qəbuluna dair akt tərtib edilmiş, müqavilə predmeti olan mallar "xxxx" MMC (Satıcı) tərəfindən Cavabdeh MMC-yə (Alıcı) təhvil verilmişdir. Cavabdeh MMC tərəfindən qeyd edilən malların dəyərini təşkil edən 60.000 manat həddində məbləğ EBDA seriyalı 565590 saylı elektron qaimə əsasında "xxxx" MMC-nin hesablaşma hesabma köçürülmüşdür. Bu səbəbdən qeyd edir ki, iddia tələbində qeyd edilənlərin əsası yoxdur. Belə ki, Cavabdeh MMC tərəfindən pul vəsaiti "xxxx" MMC-nin mülkiyyətində olan malların sonuncudan alınmasının müqabilində onun hesablaşma hesabına köçürülmüşdür. İddiaçının alqı-satqı müqaviləsində qeyd edilən mallarla hər hansı bir hüquqi bağlılığını təsdiq edən bir hal və ya sənəd mövcud deyildir. Bu səbəbdən onun iddia tələbinin əvvəlində qeyd etdikləri fərziyyə əsasında irəli sürülən fikirlərdir. Razılaşmanın mətnindən də görüldüyü kimi bu bir öhdəlik məktubu və ya o mahiyyətdə bir sənəd deyildir. Sadəcə "xxxx" MMC-dən 59.000 manat məbləğində mallar alınacağı təqdirdə 60.000 manat pul məbləğinin də "xxxx" MMCyə ödənilməsinə etiraz edilməyəcəyi bildirilmişdi. Məlumat üçün bildirmək istəyir ki, həmin razılaşma mətninin imzalanmasından sonra "xxxx" MMC tərəfindən mallar 18 yanvar 2024-cü il tarixinə qədər Cavabdeh MMC-yə təhvil verilməmişdir. "xxxx" MMC tərəfindən mallar Cavabdeh MMC-yə satılmadığı üçün 29 yanvar 2024-cü il tarixində Cavabdeh MMC "xxxx" MMC qarşısında 20 fevral 2023-cü il tarixli 01 saylı müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirərək 60.000 manat pul vəsaitini "xxxx" MMC-nin hesablaşma hesabına köçürtmüşdür. İddiaçının iddia ərizəsində qeyd edilən siyahı nəyin əsasında formalaşmışdır. Belə ki, Cavabdeh MMC ilə istər Seyed X4, istərsə də onun rəhbəri olduğu "xxxx" MMC arasında iddia ərizəsində qeyd edilən malların alqı-satqısına dair imzalanmış hər hansı bir əqd, müqavilə və ya razılaşma olmadığı üçün bu siyahmm hansı tələblər əsasında formalaşdığı məlum deyildir. Bu səbəbdən hesab edir ki, iddiaçının malların siyahısı ilə bağlı qeyd etdiklərinin də heç bir hüquqi əsası yoxdur. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının atasının xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak etməməsini, onun iştirakı üçün 3 həftə məhkəmə baxış iclasının təxirə salınmasını xahiş etmiş, lakin üzrlü səbəblərlə bağlı hər hansı sübut əlavə etməmişdir. Məhkəmə işin prosessual müddətlərini də nəzərə alaraq, ərizəyə hər hansı sübut əlavə edilmədiyindən, vəsatət təmin edilməmiş və işin iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir, fizioterapiya həkimidir. Bir neçə şirkəti var. Onlardan biri də “Solidmed" Məhdud Məsuliyyətli Cəmiyyətidir. İddiaçı Hosseini X7 ilə uzun illərdir tanışdırlar. Onunla aralarında işgüzar münasibətlər olmuşdur. Onunla birlikdə klinikada yer icarəyə götürərək işləməyə başlamışlar, beləliklə "xxxx" MMC yaradılmışdır. O, Hosseini X5 pul vermişdi ki, onun üçün İrandan mal gətirsin. Həmin mallar "xxxx" MMC vasitəsilə alınmış və daha sonra Cavabdeh MMC-yə satılmışdır. Orada iki cür məhsul olmuş və ümumi dəyəri 60000 manat təşkil etmişdir. Hosseini X5 aid mallar olmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə4 izahatında bildirmişdir ki, Satılmış 60000 manat dəyərində olan mallar SİB Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabında olan məhsullardır. İrandan gətiriblər və bununla bağlı məhkəməyə bəyannamə də təqdim etmişlər. Sənədləşmə də X2 adına olub və mal da gəlib. Doktorun burada uzun illər işləyən SİB Məhdud Məsuliyyətli Cəmiyyətindən başqa klinikası olmuşdur. Orada hər cür tibbi ləvazimatlar olub, yenilərini almağa ehtiyac olmayıb. İddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X2 ilə Cavabdeh arasında bağlanmış 01 nömrəli xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən satıcı müəyyən məhsulları alıcıya satmağı, alıcı isə satılan məhsulları qəbul edib əvəzində müqavilə ilə müəyyənləşdirilən məbləği satıcıya ödəməyi öhdəsinə götürmüşdür. 01 nömrəli xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinə 01 saylı əlavəyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X2 ümumilikdə 60.000 manatlıq malı Cavabdehnə satmağı götürmüşdür. 25 fevral 2023-cü il tarixli elektron qaimədən və həmin tarixli malların təhvil-qəbul aktlarından görünür ki, 21 adda avadanlıq "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmiş, Cavabdeh MMC tərəfindən isə "xxxx" MMC-yə 60000 manat məbləğində pul ödənilmişdir. 05 iyul 2023-cü il tarixli razılaşmadan qeyd edilir ki, X6 bildirir ki, "xxxx" MMC-dən aldığı avadanlıqlara görə ödəyəcəyi 60 000 manat və "xxxx" MMC-dən alacaqları avadanlıqlara görə 59000 manat, ümumilikdə 119000 manat olan məbləği 18 yanvar 2024-cü il tarixdə Hosseini X5 ödəyəcəyinə etiraz etmir. Məhkəmə sorğusuna əsasən əldə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X13 və Uçotun Tşkili Baş İdarəsinin məktubundan görünür ki, vergi ödəyicilərinin uçot baza məlumatlarına əsasən X15 Seyed Javadın vergi orqanında vergi ödəyicisi kimi vergi uçotuna alınması barədə məlumat müəyyən edilməmişdir. İran İslam Respublikasının 24 iyun 2023-cü il tarixli 1402/110/d/1 tarixli qərarına əsasən 110 saylı 14 mart 2022-ci il tarixli Mülki Ortaqlıq Müqaviləsinin ləğv olunması, iddiaçının ödədiyi 235.000 ABŞ Dolları həcmində vəsaitin ona geri qaytarılması, ödənişinə zəmanət verilmiş aylıq 40.000 ABŞ dollarının 07 oktyabr 2022-ci ildən etibarən qoyuluşunun tam məbləğinin iddiaçıya ödənilməsi, 15000 ABŞ Dolları ödənilməmiş qalan kirayə, işçilərin əmək haqqı, vergi və s. 8000 dollar işlə bağlı səyahət xərcləri, cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında tərcümə olunmuş xx.xx.2022-ci il tarixli müqavilənin ödənişi haqqında arayışdan görünür ki, 7.310.000.000 dollar 4005***-******* nömrəli fakturanın hesablaşması yönündə cənab Hosseini X7 vasitəsilə ödənilib və müqavilədə nəzərdə tutulan məbləğ satıcı vasitəsilə tam təhvil alınıb və hesablaşıblar. Hosseini X7 ilə NOVİN tibbi mühəndislik şirkəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli satış müqaviləsinə əsasən ilk çekin məbləği ödənildikdən sonra satıcı dərhal satılmış əmtəəni yollamalıdır. Müqavilə əsasında alıcı cənab Hosseini X7 olub və onun istəyi əsasında bütün sənədlər cənab X19 Mohammad adına qeydə alınmışdır. İş materiallarında olan İran İslam Respublikasının İran Elektronik sənayə şirkətinin xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən 1.367.400.000 riyal EX 10101-010224 nömrəli fakturada dərc olunmuş tibbi məhsulların satışı səbəbi ilə cənab Hosseini X7 vasitəsilə şirkətə ödənilmişdir. İş materiallarında olan 24 iyun 2022-ci il tarixli gömrük bəyannamələrindən çıxarışlardan görünür ki, “X8” İran Şirkətindən gətirilən müxtəlif diaqnostik aparatlar gömrük rüsumu ödənilməklə "xxxx" MMC tərəfindən qəbul edilmişdir. Göndərən "xxxx" MMC-nin dolayı təmsilçisi, malı qəbul edən və maliyyə tənzimlənməsinə məsul şəxs "xxxx" MMC-dir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)- 149/2024 saylı, 06 aprel 2024-cü il tarixli qərardadı ilə iddiaçı İran İslam Respublikasının vətandaşı, Hosseini X3 Cavabdeh MMC-Yə qarşı “pul” tələbinə dair iddiası üzrə mülki iş üzrə müvəqqəti təminat tədbiri barədə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi təmin edilməməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin saylı, tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)-149/2024 saylı, 06 aprel 2024-cü il tarixli qərardadı qüvvədə saxlanılmışdır. Beləliklə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X2 ilə Cavabdeh arasında bağlanmış 01 nömrəli xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən satıcı müəyyən məhsulları alıcıya satmağı, alıcı isə satılan məhsulları qəbul edib əvəzində müqavilə ilə müəyyənləşdirilən məbləği satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin iddiaçı Hosseini X7 isə hazırda cavabdehlər Cavabdeh və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada onun xeyrinə 119000 manat məbləğində pulun tutulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki tələblə bağlı halları sübuta yetirə bilməmiş, yəni iddiaçı öz sübutetmə vəzifələrini yerinə yetirə bilməmişdir. Məhkəmə qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq sübutlara məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, cavabdehlərin iddiaçıya satılmış əmlakların dəyərinə görə 119000 manat pul borcunun olması sübuta yetməmişdir. Belə ki, işin mübahisəsiz halıdır ki, cavabdeh "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə 60000 manat dəyərində əmlak satılmış və dəyəri də Cavabdeh MMC tərəfindən ödənilmişdir. Qalan 59000 manat dəyərində malların isə iddiaçı tərəfindən "xxxx" MMC-yə və yaxud Cavabdeh MMC-yə təhvil verilməsi və yaxud da bununla bağlı hər hansı müqavilənin bağlanılması müəyyən edilmir. İddiaçının iddia tələbində göstərilən avadanlıqların mövcudluğu, cavabdehlərdə olması sübuta yetmir. İş materiallarında olan razılaşmada qeyd olunanlara münasibətdə məhkəmə bildirir ki, razılaşmada "xxxx" MMCdən alacağı təqdirdə 59000 manat pulun ödənilməsindən bəhs edilir. Yəni 59000 manat məbləğində avadanlığın alındığı və yaxud SOLİDMED MMC-yə təhvil verildiyi müəyyən edilmir. Eyni zamanda göründüyü kimi alınacağı halda belə, alıcı qismində iddiaçı deyil, "xxxx" MMC çıxış edir. Belə olan halda, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı hazırki tələblə bağlı halları sübuta yetirə bilmədiyindən, iddia tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Hosseini X3 cavabdehlər Cavabdeh və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar