Məhkəmə qərarları › İş №e-2(004)-2497/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2497/2025

18.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2497/2025 18.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlu İddiaçı ASC-nin cavabdeh X4 qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdeh X4 qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 349,57 manat əsas pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 30,4 (otuz manat qırx qəpik) manat, ümumilikdə, 379,97 manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC tərəfindən“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sığortalı X7 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərlərin əvəzinin ödənilməsi məqsədilə xx.xx.2023-cü il tarixli, RAZ********** nömrəli sığorta müqaviləsi (şəhadətnaməsi) ilə sığortalanmışdır. xx.xx.2023-cü il tarixində sığortalı X7 mülkiyyətində olan ünvan 1ünvanında yerləşən daşınmaz əmlak (qeyri-yaşayış sahəsi) çoxmərtəbəli binanın yuxarı, yəni cavabdeh X1 olan qeyri-yaşayış sahəsindən axan su kütlələri (subasma) nəticəsində zərər görmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 2112 nömrəli dəymiş zərərin hesabatından görünür ki, X7 mülkiyyətində olan ünvan 1ünvanında yerləşən daşınmaz əmlaka (qeyri-yaşayış sahəsi) subasma nəticəsində 630 (altı yüz otuz) manat məbləğində zərər vurulmuşdur. Həmçinin iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 56 nömrəlisubasma hadisəsinə dair arayışdan görünür ki, X7 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka (qeyri-yaşayış sahəsinə) xx.xx.2023-cü il tarixdə subasma hadisəsi, adı çəkilən obyektin yuxarı, üst mərtəbəsində yerləşən, yəni cavabdeh X1 olan qeyriyaşayış obyektindən su sızması (subasma) nəticəsində zərər dəymişdir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən cavabdeh X5mülkiyyətində olan əmlakdan istifadə edərkən hüquqlarından sui-istifadə etmiş, üçüncü şəxslər qarşısında öhdəliklərinə etinasız yanaşmışdır. Nəticədə sığortalı X7 mülkiyyətində olan yaşayış mənzilinə maddi zərər dəymişdir. Baş vermiş hadisə ilə bağlı xx.xx.2023-cü il tarixli, CFİ-0120/2023-AKT1707/23 nömrəli aktla İddiaçı ASC tərəfindən sığortalı Dadaşov AlıƏli oğlunun 349,57 (üç yüz qırx doqquz manat əlli yeddi qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakılara görə əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan ƏMDX DƏDK və Reystri Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi X7 mülkiyyətindədir. İş materiallarında olan BB seriyalı 807405 nömrəli daşınmaz əmlakın icbari sığortası şhadətnaməsinə əsasən X7 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı ASC tərəfindən sığortalanmışdır. İş materiallarında olan Bakı şəhəri Mənzil Kommunal Təsərrüfat Departamentinin Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanı Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xidməti ərazisində mövcud deyildir. İş materiallarında olan "xxxx" MMC-nin dəymiş zərərin hesabatı üzrə məlumatından görünür ki, ünvan 1 ünvanında yerləşən əmlaka alınmalı mallar və görülmüş işlər də daxil olmaqla 630 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan İddiaçı ASC-nin CFİ-0120/2023-AKT17076/23 saylı 14 sentyabr 2023-cü il tarixli sığorta aktından görünür ki, X7 mülkiyyətində olan ünvan 1 yerləşən əmlaka 349,57 manat məbləğində dəymiş ziyanın əvəzi İddiaçı ASC tərəfindən ödənilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 30,4 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, X5 tərəfindən İddiaçı ASC tərəfindən sığortalanmış X8 məxsus ünvan 3 ünvanında yerləşən əmlaka ziyan dəymiş və həmin ziyanın əvəzi İddiaçı ASC tərəfindən ödənildiyindən, verilmiş sığorta ödənişi həcmində tələb sonuncuya keçdiyindən iddiaçının verilmiş sığorta ödənişi həcmində zərəri tələb etmək hüququ vardır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. ''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı ASC sığortalı əmlaka dəymiş zərərə görə 349,57 manat sığorta ödənişini ödədiyinə görə, həmin məbləği subroqasiya qaydasında zərərvuran X2 tələb etməkdə haqlıdır. Odur ki, sadələşdirilmiş icraat üzrə iddia təmin edilməli, cavabdeh X2 daşınmaz əmlaka dəymiş zərərin əvəzi kimi ödənilmiş 349,57 (üç yüz qırx doqquz manat əlli yeddi qəpik) manat məbləğində sığorta ödənişi və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X2 daşınmaz əmlaka dəymiş zərərin əvəzi kimi ödənilmiş 349,57 (üç yüz qırx doqquz manat əlli yeddi qəpik) manat məbləğində sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar