Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2511/2023 06.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ **********38610 SAMSUNG GALAXY S21 ULTRA DUAL markalı telefon, SAMSUNG CHARGER üçün 1688.66 (bir min altı yüz səksən səkkiz manat altmış altı qəpik) manat ödənilməmiş hissə, 168.34 (bir yüz altmış səkkiz manat otuz dörd qəpik) manat cərimə olmaqla cəmi 1857 manat borc və 38.57 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ **********38610 SAMSUNG GALAXY S21 ULTRADUAL markalı telefon, SAMSUNG CHARGER almış və nəticədə 1857 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 3300.66 manat (18 ay x 183.37 manat + 0 manat ilkin ödəniş) İMEİ **********38610 SAMSUNG GALAXY S21 ULTRA DUAL markalı telefon, SAMSUNG CHARGER üçün ümumilikdə 1857 manat olmaqla ondan, 1688.66 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 168.34 manat cərimə hesablanmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2023 -cü il tarixində İMEİ **********38610 SAMSUNG GALAXY S21 ULTRA DUAL markalı telefondan imtina etmiş və məhsul 850 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 762 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 850 manat, ümumilikdə, 1612 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Daha sonra Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsinə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, iddia tələbi əsassız və qanunsuzdur. O, telefonu aldıqdan 3 ay sonra yəni 2022-ci ilin yanvar fevral ayları aralarında olan narazılığa görə telefonu geri qaytarmışdır. Qiymətləndirmə isə 2023-cü ildə keçirilmişdir. Çox maraqlı bir haldır ki, iddiaçı tərəfindən bilərəkdən telefonun bazar qiyməti endikdən sonra qiymətləndirilmə keçirilmiş və ondan böyük bir məbləğdə pul tələb edilmişdir. Həmin vaxt qiymətləndirmə keçirilsəydi bazar dəyərini 10, maksimum 15 faiz itirən telefona görə ödənilən pul ilə bu gün ki, tələb edilən pul məbləği arasında çox böyük fərq vardır. Qeyd edilənlərə əsasən iddia ərizəsinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, iddialarını müdafiə edirlər. xx.xx.2021-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi bağlanılmışdır və cavabdeh tərəfindən müxtəlif əşyalar götürülmüşdür. Sonra tərəf 762 manat ödəniş edib, daha sonra telefondan imtina edib və müqavilənin 3.10-cu bəndinə əsasən onlar qiymətləndirmiş və əsas borcdan çıxmışlar. Qalıq borcu hazırda cavabdehdən tələb edirlər. Onlarda belə hallar olur ki, müştəri aldığı məhsulları ödəyə bilmədiyi üçün qaytarır. Onlar da müqavilənin 3.10-cu bəndinə əsasən bunu qiymətləndirir və edilən ödənişlə birlikdə toplayıb ümumi məbləğdən çıxırlar. Qalıq hissəni tələb edirlər. Cavabdeh “Samsung Galaxy S21” Ultra Dual markalı telefonu onlara qaytarıb. Onlar da onu 850 manata qiymətləndirmişlər. Alqı-satqı qiyməti 3300,66 manat olub. Daha sonra bu məhsullara görə 762 manat ödəniş olub. 850 manat qiymətləndirmişlər. Ümumi 1612 manat edib. Ümumi borcdan həmin məbləği çıxmış və qalıq məbləği və cəriməni cavabdehdən tələb edirlər. Hazırda cavabdeh heç bir əşyaya görə heç nə ödəmir. Cavabdeh birinci dəfə servisə yaxınlaşıb, telefonu yoxlamaq məqsədilə təqdim edib və çıxıb gedib. Daha sonra telefonu götürməyə gəlməyib və onlar məhkəməyə müraciət etmişlər, cavabdeh məbləği ödəyə bilmədiyinə görə telefondan imtina edib. 10 fevral 2023cü ildə telefonu qiymətləndirmişlər. Cavabdeh birinci dəfə telefonu gətirəndə ondan imtina etməmişdi, sadəcə yoxlamaq məqsədilə gətirmişdi. Sonradan onlar xx.xx.2023-cü il tarixində məhkəməyə müraciət etmişlər. Həmin iş 926 nömrə ilə icraatda olmuşdur. Həmin işdə cavabdeh bildirib ki, imkanı olmadığı üçün telefonu qaytarıb. Onlar işi geri götürmüş, telefonu qiymətləndirmiş və yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Onlar birinci məhkəməyə müraciət etdikdən sonra cavabdehlə əlaqə saxlamış, o isə bildirmişdir ki, telefondan imtina edir. Daha sonra qiymətləndirmə barəsində bildirişi cavabdehə göndərmişlər. Müqavilənin 3.10-cu bəndində qeyd olunur ki, məhsul birtərəfli qiymətləndirilir. Orada tərəfin razılığı və s. qeyd olunmur. Müqaviləyə imza atmaqla tərəf iradəsini ifadə edir. Hal-hazırda mübahisə pul tələbidir. Tərəf müstəqil qaydada iddia verə bilər. Həmçinin bildirmək istəyir ki, həmin müqavilə üzrə yalnız bir telefon olmayıb, başqa məhsullar da olub. Məhsul qiymətləndirilib və çıxılıb, onlar da qalan məbləği istəyirlər. “Samsung Charger” cavabdehin özündədir. Bir müqavilə üzrə iki məhsul var. Onlar hər iki məhsulla bağlı pulu tələb edirlər. Ödəniş edilən məbləğlər və qiymətləndirmənin məbləği çıxılıb və yerdə qalan məbləği tələb edirlər. Tərəf mağazaya yaxınlaşıb bildirib ki, telefonda əsmələr var. Proqramist yoxlayıb və bildirib ki, heç bir əsmələr yoxdur, telefon normal qaydada işləyir. Daha sonra tərəf telefonu qoyub çıxıb gedib. Təhvil-təslim aktı da yoxdur, cavabdeh telefonu atıb çıxıb gedib. Telefon tərəfin adında olub, onlar əvvəl bütün pulu istəmişlər. Sonra əvvəlki iddianı geri götürmüşlər. Telefonu qiymətləndirdikdən sonra yenidən iddia qaldırmışlar. Onlar bilmişlər ki, cavabdeh telefondan imtina edir, ödəmək qabiliyyəti yoxdur, 10 fevralda qiymətləndirmişlər. Tərəf gəlib telefonu qoyub çıxıb gedib. Təhvil-təslim aktı yoxdur. Onlar telefonun olmadığını da deyə bilərdilər. Bu aprel ayında olub. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, telefonu alandan 3 ay sonra telefonu qaytarmışdır. Telefon yaxşı vəziyyətdə idi, əziyi, sınığı yox idi. Məbləği ödəyə bilmədiyinə görə telefonu qaytarmışdır. Qaytaran vaxtı telefonu qiymətləndirməmişlər. 1 il sonra malın dəyəri düşəndən sonra qiymətləndirilmişdir. Telefonu qaytaranda Azadlıq metrosunun yanında yerləşən “Kontakt” mağazasının müdirinə telefonu təhvil vermiş və bildirmişdir ki, məbləği ödəyə bilmir. Ona demişlər ki, onlar akt vermirlər, kim istəsə, soruşsun, telefon onlardadır. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 izahatında bildirmişdir ki, cavabdeh Azadlıq filialında müdirin yanına daxil olub, telefonu ona verib və qaytardığını bildirib. Müdir servis rəhbərinə zəng edib, deyib ki, bu telefon qaytarılır. Müdir bildirmişdir ki, o qiymət göstərməlidir. Daha sonra cavabdeh yaxınlaşdıqda müdir ona bildirib ki, telefon hələ də oradadır, qiymətləndirilməyib. Həmçinin müdir deyib ki, ona müraciət olunsa, onda hansı müddətdə qaldığını deyəcək. Cavabdeh telefonu müdirə qaytaranda mağazanın müdiri servisə zəng edib və deyib ki, telefon qaytarılır. Servisdən soruşublar ki, şəxs tanışdırmı, müdir də bildirib ki, xeyr, adi alıcıdır. Cavabdehə proses barədə məlumat verilməli idi. Onlar telefonu 2022-ci ilin aprel ayının axırında təqdim etmişlər. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 445, 468, 600-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Belə ki, cavabdehlə xx.xx.2021-ci il tarixində İMEİ kod **********38610 olan Samsung Galaxy S21 Ultra Dual-Black markalı telefon, Samsung 25W X2-TA800NBEGRU və Paket M almaqla İddiaçı MMC arasında müqavilə bağlanılmışdır. Öz razılığı əsasında İMEİ kod **********38610 olan Samsung Galaxy S21 Ultra Dual-Black markalı telefon geri qaytarılmışdır. xx.xx.2023-cü il tarixində İMEİ kod **********38610 olan Samsung Galaxy S21 Ultra Dual-Black markalı telefon 850 manat dəyərində qiymətləndirilmiş və ümumi borcdan çıxılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləsi üzrə alqı-satqı qiyməti 3300.66 manat İMEİ **********38610 SAMSUNG GALAXY S21 ULTRA DUAL markalı telefon, SAMSUNG CHARGER üçün 1688.66 manat ödənilməmiş hissə və 168.34 manat cərimə olmaqla ümumilikdə 1857 manat borcu qalmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2023 -cü il tarixində İMEİ **********38610 SAMSUNG GALAXY S21 ULTRA DUAL markalı telefondan imtina etmiş və məhsul 850 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 762 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 850 manat, ümumilikdə, 1612 manat təşkil edir. Buradan da görünür ki, cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, iş materiallarında olan İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin 3.10-cu bəndində qeyd edilmişdir ki, müştəri ABC-nin razılığı ilə müvafiq çatdırılma, quraşdırılma, daşınma, sökülmə xərclərini qarşıladığı halda malı geri qaytara bilər. Bu zaman mal ABC-nin özü və ya onun müəyyənləşdirdiyi subyekt tərəfindən birtərəfli qaydada qiymətləndirilir və qiymətləndirmə nəticəsində müəyyən edilmiş məbləğ müştərinin ümumi borcundan çıxılır. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1688,66 manat ödənilməmiş hissə məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, xx.xx.2021-ci il tarixli müqavilə üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimənin 168.34 manat məbləğində deyil 10 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə həmçinin iddianın 38.57 AZN manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də qismən əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki iddia ərizəsi ilə qismən, yəni ümumilikdə 1698,66 manat borcun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi nəzərdə tutulduğundan, həmin məbləğə mütənasib olaraq ödənilmiş 36,98 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması məqsədəuyğundur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 1688,66 (min altı yüz səksən səkkiz manat altmış altı qəpik) manat əsas borc, 10 (on) manat cərimə borcu olmaqla, cəmi 1698,66 (min altı yüz doxsan səkkiz manat altmış altı qəpik) manat borc və 36,98 (otuz altı manat doxsan səkkiz qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-2511/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2511/2023
06.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver