Məhkəmə qərarları › İş №e-2(004)-2513/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2513/2024

18.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2513/2024 18.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, Themza yasin - yataq - çarpayı , bəyaz - qonaq - kamod, matras, alyans-paris masa, 6 ədəd venetsiya stul, soft 2 - yumşaq - 3 yerli markalı mebel əşyası, Hoffmann markalı mini soba, themza yasin - yataq - dolab , canalı markalı qranit qazan dəsti, Janome markalı tikiş maşını, Asus markalı kompüter, LG markalı qulaqlıq, Windows 11 Home almış və nəticədə 3730 (üç min yeddi yüz otuz) manat öhdəliyi yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş xx.xx.2021-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 1550.4 (min beş yüz əlli manat qırx qəpik) manat olan Themza yasin - yataq çarpayı , beyaz - qonaq - kamod, matras üçün 387.6 (üç yüz səksən yeddi manat altmış qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 38.4 (otuz səkkiz manat qırx qəpik) manat cərimə pulu olmaqla ümumilikdə 426 (dörd yüz iyirmi altı) manat, xx.xx.2021ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 979.2 (doquz yüz yetmiş doqquz manat iyirmi qəpik) manat olan alyans-paris masa, 6 ədəd venetsiya stul üçün 227.54 (iki yüz iyirmi yeddi manat əlli dörd qəpik) manat ödənilməmiş hissə , müştəriyə güzəşt olunaraq 22.46 (iyirmi iki manat qırx altı qəpik) manat cərimə pulu olmaqla ümumilikdə 250 (iki yüz əlli) manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 540 (beş yüz qırx) manat olan Soft 2 - yumşaq - 3 yerli markalı mebel əşyası üçün 93.6 (doxsan üç manat altmış qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 9.4 (doqquz manat qırx qəpik) manat cərimə pulu olmaqla ümumilikdə 103 (yüz üç) manat, xx.xx.2022-ci il tarixli, 03112062 nömrəli müqavilə üzrə alqı-satqı qiyməti 666 (altı yüz altmış altı) manat olan Themza yasin - yataq – dolab üçün 560.55 (beş yüz altmış manat əlli beş qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 56.45 (əlli altı manat qırx beş qəpik) manat cərimə olmaqla ümumilikdə 617 (altı yüz on yeddi) manat, xx.xx.2022-ci il tarixli, 03112063 nömrəli müqavilə üzrə alqı-satqı qiyməti 199.98 (yüz doxsan doqquz manat doxsan səkkiz qəpik) manat olan Hoffmann markalı mini soba üçün 146.65 (yüz qırx altı manat altmış beş qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 14.35 (on dörd manat otuz beş qəpik) manat cərimə olmaqla ümumilikdə 161 (yüz altmış bir) manat, xx.xx.2022ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 500.04 (beş yüz manat döörd qəpik) manat olan Janome markalı tikiş maşını üçün 416.44 (dörd yüz on altı manat qırx dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 41.56 (qırx bir manat əlli altı qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 458 (dörd yüz əlli səkkiz) manat, xx.xx.2022-ci il tarixli, 03112312 nömrəli müqavilə üzrə alqı-satqı qiyməti 2122.8 (iki min yüz iyirmi iki manat səksən qəpik) manat olan Asus markalı kompüter, LG markalı qulaqlıq, Windows 11 Home üçün 1295.07 (min iki yüz doxsan beş manat yeddi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 129.93 (yüz iyirmi doqquz manat doxsan üç qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 1425 (min dörd yüz iyirmi beş) manat, xx.xx.2022-ci il tarixli, 03112322 nömrəli müqavilə üzrə alqı-satqı qiyməti 360 (üç yüz altmış) manat olan Canalı markal qranit qazan dəsti üçün 264 (iki yüz altış dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 26 (iyirmi altı) manat cərimə borcu olmaqla ümumilikdə 290 (iki yüz doxsan) manat borcu yaranmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, xx.xx.2021-ci il tarixində 2 illik zəmanətdən imtina etmiş və məhsul 98.4 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 653.26 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 98.4 manat təşkil edir. Cavabdeh xx.xx.2022-ci il tarixli, 03112312 nömrəli müqaviləyə əsasən, xx.xx.2022-ci il tarixində LG markalı qulaqlıqdan imtina etmiş və məhsul 308.88 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli, 03112312 nömrəli müqavilə üzrə cəmi ödədiyi məbləğ 518.96 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 308.88 manat təşkil edir. Mübahisənin məhkəmədən kənar həll edilməsi istiqamətində tədbirlər həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Cavabdehin ümumilikdə ödədiyi məbləğ 1947.58 manat təşkil edir. Göstərilənlərə əsasən, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Themza yasin yataq - çarpayı , bəyaz - qonaq - kamod, matras üçün 387.6 (üç yüz səksən yeddi manat altmış qəpik) manat ödənilməmiş hissə, 38.4 (otuz səkkiz manat qırx qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alyans-paris masa, 6 ədəd venetsiya stul üçün 227.54 (iki yüz iyirmi yeddi manat əlli dörd qəpik) manat ödənilməmiş hissə, 22.46 (iyirmi iki manat qırx altı qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Soft 2 yumşaq - 3 yerli markalı mebel əşyası üçün 93.6 (doxsan üç manat altmış qəpik) manat ödənilməmiş hissə, 9.4 (doqquz manat qırx qəpik) manat cərimə,xx.xx.2022-ci il tarixli, 03112062 nömrəli müqaviləyə əsasən Themza yasin - yataq – dolab üçün, 560.55 (beş yüz altmış manat əlli beş qəpik) manat ödənilməmiş hissə, 56.45 (əlli altı manat qırx beş qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli, 03112063 nömrəli müqaviləyə əsasən Hoffmann markalı mini soba üçün 146.65 (yüz qırx altı manat altmış beş qəpik) manat ödənilməmiş hissə, 14.35 (on dörd manat otuz beş qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Janome markalı tikiş maşını üçün 416.44 (dörd yüz on altı manat qırx dörd qəpik) manat ödənilməmiş hissə, 41.56 (qırx bir manat əlli altı qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli, 03112312 nömrəli müqaviləyə əsasən Asus markalı kompüter, LG markalı qulaqlıq, Windows 11 Home üçün 1295.07 (min iki yüz doxsan beş manat yeddi qəpik) manat ödənilməmiş hissə, 129.93 (yüz iyirmi doqquz manat doxsan üç qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli, 03112322 nömrəli müqaviləyə əsasən Canalı markalı qranit qazan dəsti üçün 264 (iki yüz altış dörd) manat ödənilməmiş hissə, 26 (iyirmi altı) manat cərimə olmaqla, ümumilikdə 3730 manat borcun və 57.30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçının nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 23037109 nömrəli müqavilədən görünür ki, Themza yasin - yataq - çarpayı , bəyaz - qonaq - kamod, matrası İddiaçı MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 1-ci müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 23065503 nömrəli müqavilədən görünür ki, alyans-paris masa, 6 ədəd venetsiya stulu İddiaçı MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 2-ci müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 23155854 nömrəli müqavilədən görünür ki, Soft 2 - yumşaq - 3 yerli markalı mebel əşyasını İddiaçı MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 3-cü müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış , xx.xx.2022-ci il tarixli, 03112062 nömrəli müqavilədən görünür ki, Themza yasin - yataq – dolabı İddiaçı MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 4-cü müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış , xx.xx.2022-ci il tarixli, 03112063 nömrəli müqavilədən görünür ki, Hoffmann markalı mini sobanı İddiaçı MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 5-ci müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 03112164 nömrəli müqavilədən görünür ki, Janome markalı tikiş maşınını İddiaçı MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 6-cı müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 03112312 nömrəli müqavilədən görünür ki Windows 11 Home, Asus markalı kompüter, LG markalı qulaqlığı İddiaçı MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 7-ci müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 03112322 nömrəli müqavilədən görünür ki, Canalı markalı qranit qazan dəstini İddiaçı MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 8-ci müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixli müqavilə üzrə Themza yasin - yataq - çarpayı , bəyaz - qonaq - kamod, matras üçün 387.6 (üç yüz səksən yeddi manat altmış qəpik) manat ödənilməmiş hissə, 38.4 (otuz səkkiz manat qırx qəpik) manat cərimə pulu olmaqla ümumilikdə 426 (dörd yüz iyirmi altı) manat, xx.xx.2021ci il tarixli müqavilə üzrə alyans-paris masa, 6 ədəd venetsiya stul üçün 227.54 (iki yüz iyirmi yeddi manat əlli dörd qəpik) manat ödənilməmiş hissə, 22.46 (iyirmi iki manat qırx altı qəpik) manat cərimə pulu olmaqla ümumilikdə 250 (iki yüz əlli) manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Soft 2 - yumşaq - 3 yerli markalı mebel əşyası üçün 93.6 (doxsan üç manat altmış qəpik) manat ödənilməmiş hissə, 9.4 (doqquz manat qırx qəpik) manat cərimə pulu olmaqla ümumilikdə 103 (yüz üç) manat, xx.xx.2022-ci il tarixli, 03112062 nömrəli müqavilə üzrə Themza yasin - yataq – dolab üçün 560.55 (beş yüz altmış manat əlli beş qəpik) manat ödənilməmiş hissə, 56.45 (əlli altı manat qırx beş qəpik) manat cərimə olmaqla ümumilikdə 617 (altı yüz on yeddi) manat, xx.xx.2022-ci il tarixli, 03112063 nömrəli müqavilə üzrə Hoffmann markalı mini soba üçün 146.65 (yüz qırx altı manat altmış beş qəpik) manat ödənilməmiş hissə, 14.35 (on dörd manat otuz beş qəpik) manat cərimə olmaqla ümumilikdə 161 (yüz altmış bir) manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə Janome markalı tikiş maşını üçün 416.44 (dörd yüz on altı manat qırx dörd qəpik) manat ödənilməmiş hissə, 41.56 (qırx bir manat əlli altı qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 458 (dörd yüz əlli səkkiz) manat, xx.xx.2022-ci il tarixli, 03112312 nömrəli müqavilə üzrə Asus markalı kompüter, LG markalı qulaqlıq, Windows 11 Home üçün 1295.07 (min iki yüz doxsan beş manat yeddi qəpik) manat ödənilməmiş hissə, 129.93 (yüz iyirmi doqquz manat doxsan üç qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 1425 (min dörd yüz iyirmi beş) manat, xx.xx.2022-ci il tarixli, 03112322 nömrəli müqavilə üzrə Canalı markal qranit qazan dəsti üçün 264 (iki yüz altış dörd) manat ödənilməmiş hissə, 26 (iyirmi altı) manat cərimə borcu olmaqla ümumilikdə 290 (iki yüz doxsan) manat borcu vardır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli yazılı bildiriş göndərilməklə cavabdehə pul məbləğinin ödənilməsi təklif edilmiş, lakin, müsbət nəticə əldə olunmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 9/4740 nömrəli ekspert rəyinə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli, 23037109 nömrəli müqaviləyə əsasən 387.6 (üç yüz səksən yeddi manat altmış qəpik) manat ödənilməmiş hissə, 38.4 (otuz səkkiz manat qırx qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli, 23065503 nömrəli müqaviləyə əsasən 227.54 (iki yüz iyirmi yeddi manat əlli dörd qəpik) manat ödənilməmiş hissə, 22.46 (iyirmi iki manat qırx altı qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli, 23155854 nömrəli müqaviləyə əsasən 93.6 (doxsan üç manat altmış qəpik) manat ödənilməmiş hissə, 9.4 (doqquz manat qırx qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli, 03112062 nömrəli müqaviləyə 560.55 (beş yüz altmış manat əlli beş qəpik) manat ödənilməmiş hissə, 56.45 (əlli altı manat qırx beş qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli, 03112063 nömrəli müqaviləyə əsasən 146.65 (yüz qırx altı manat altmış beş qəpik) manat ödənilməmiş hissə, 14.35 (on dörd manat otuz beş qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli, 03112164 nömrəli müqaviləyə əsasən 416.44 (dörd yüz on altı manat qırx dörd qəpik) manat ödənilməmiş hissə, 41.56 (qırx bir manat əlli altı qəpik) manat cərimə pulu, xx.xx.2022-ci il tarixli, 03112312 nömrəli müqaviləyə əsasən 1289.91 (min iki yüz səksən doqquz manat doxsan bir) manat ödənilməmiş hissə, 129.93 (yüz iyirmi doqquz manat doxsan üç qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli, 03112322 nömrəli müqaviləyə əsasən 264 (iki yüz altış dörd) manat ödənilməmiş hissə, 26 (iyirmi altı) manat cərimə borcu olmaqla, ümumilikdə 3724,84 (üç min yeddi yüz iyirmi dörd manat səksən dörd qəpik) manat məbləğində borcu müəyyən edilmişdir. Məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh İddiaçı MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, Themza yasin - yataq - çarpayı , bəyaz - qonaq - kamod, matras, alyans-paris masa, 6 ədəd venetsiya stul, soft 2 - yumşaq - 3 yerli markalı mebel əşyası, Hoffmann markalı mini soba, themza yasin - yataq - dolab , canalı markalı qranit qazan dəsti, Janome markalı tikiş maşını, Asus markalı kompüter, LG markalı qulaqlıq, Windows 11 Home almışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş xx.xx.2021-ci il tarixli müqavilə üzrə Themza yasin - yataq - çarpayı , beyaz - qonaq - kamod, matras üçün 387.6 (üç yüz səksən yeddi manat altmış qəpik) manat ödənilməmiş hissə, 38.4 (otuz səkkiz manat qırx qəpik) manat cərimə olmaqla ümumilikdə 426 (dörd yüz iyirmi altı) manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə alyans-paris masa, 6 ədəd venetsiya stul üçün 227.54 (iki yüz iyirmi yeddi manat əlli dörd qəpik) manat ödənilməmiş hissə , 22.46 (iyirmi iki manat qırx altı qəpik) manat cərimə olmaqla ümumilikdə 250 (iki yüz əlli) manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Soft 2 - yumşaq - 3 yerli markalı mebel əşyası üçün 93.6 (doxsan üç manat altmış qəpik) manat ödənilməmiş hissə, 9.4 (doqquz manat qırx qəpik) manat cərimə olmaqla ümumilikdə 103 (yüz üç) manat, xx.xx.2022-ci il tarixli, 03112062 nömrəli müqavilə üzrə Themza yasin - yataq – dolab üçün 560.55 (beş yüz altmış manat əlli beş qəpik) manat ödənilməmiş hissə, 56.45 (əlli altı manat qırx beş qəpik) manat cərimə olmaqla ümumilikdə 617 (altı yüz on yeddi) manat, xx.xx.2022-ci il tarixli, 03112063 nömrəli müqavilə üzrə Hoffmann markalı mini soba üçün 146.65 (yüz qırx altı manat altmış beş qəpik) manat ödənilməmiş hissə, 14.35 (on dörd manat otuz beş qəpik) manat cərimə olmaqla ümumilikdə 161 (yüz altmış bir) manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə Janome markalı tikiş maşını üçün 416.44 (dörd yüz on altı manat qırx dörd qəpik) manat ödənilməmiş hissə, 41.56 (qırx bir manat əlli altı qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 458 (dörd yüz əlli səkkiz) manat, xx.xx.2022-ci il tarixli, 03112312 nömrəli müqavilə üzrə Asus markalı kompüter, LG markalı qulaqlıq, Windows 11 Home üçün 1289.91 (min iki yüz səksən doqquz manat doxsan bir) manat ödənilməmiş hissə, 129.93 (yüz iyirmi doqquz manat doxsan üç qəpik) manat cərimə olmaqla ümumilikdə 1425 (min dörd yüz iyirmi beş) manat, xx.xx.2022-ci il tarixli, 03112322 nömrəli müqavilə üzrə Canalı markal qranit qazan dəsti üçün 264 (iki yüz altış dörd) manat ödənilməmiş hissə, 26 (iyirmi altı) manat cərimə olmaqla ümumilikdə 290 (iki yüz doxsan) manat, ümumilikdə 3724,84 (üç min yeddi yüz iyirmi dörd manat səksən dörd qəpik) manat borcu yaranmışdır. Mübahisənin məhkəmədən kənar həll edilməsi istiqamətində tədbirlər həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən,dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, Alıcı Cavabdeh Satıcı ilə bağladığı yuxarıda qeyd olunan xx.xx.2021-ci il tarixli, 23037109 nömrəli, xx.xx.2021-ci il tarixli, 23065503 nömrəli, xx.xx.2021-ci il tarixli, 23155854 nömrəli, xx.xx.2022-ci il tarixli, 03112062 nömrəli , xx.xx.2022-ci il tarixli, 03112063 , xx.xx.2022-ci il tarixli, 03112164 nömrəli, xx.xx.2022-ci il tarixli, 03112312 nömrəli, xx.xx.2022-ci il tarixli, 03112322 nömrəli nisyə alqı-satqı müqavilələri üzrə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. İddia tələbinin faktiki və hüquqi halları ilə tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinin şərtləri və MM-in 462 (dəbbə puluna münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə tərəfindən cavabdeh tərəfin tələbi əsasında məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilsə də, əldə edilmiş müvafiq ekspert rəyinə əsasən öhdəliyin həcmində ciddi dəyişiklik müəyyən edilməmişdir. Yəni, məhkəmə mülki iş üzrə obyektiv nəticəyə çatmaq üçün bütün zəruri prosessual imkanlardan istifadə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 57,30 (əlli yeddi manat otuz qəpik) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, 23037109 nömrəli müqaviləyə əsasən 387.6 (üç yüz səksən yeddi manat altmış qəpik) manat ödənilməmiş hissə, 38.4 (otuz səkkiz manat qırx qəpik) manat cərimə, xx.xx.2021ci il tarixli, 23065503 nömrəli müqaviləyə əsasən 227.54 (iki yüz iyirmi yeddi manat əlli dörd qəpik) manat ödənilməmiş hissə, 22.46 (iyirmi iki manat qırx altı qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli, 23155854 nömrəli müqaviləyə əsasən 93.6 (doxsan üç manat altmış qəpik) manat ödənilməmiş hissə, 9.4 (doqquz manat qırx qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli, 03112062 nömrəli müqaviləyə 560.55 (beş yüz altmış manat əlli beş qəpik) manat ödənilməmiş hissə, 56.45 (əlli altı manat qırx beş qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli, 03112063 nömrəli müqaviləyə əsasən 146.65 (yüz qırx altı manat altmış beş qəpik) manat ödənilməmiş hissə, 14.35 (on dörd manat otuz beş qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli, 03112164 nömrəli müqaviləyə əsasən 416.44 (dörd yüz on altı manat qırx dörd qəpik) manat ödənilməmiş hissə, 41.56 (qırx bir manat əlli altı qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli, 03112312 nömrəli müqaviləyə əsasən 1289.91 (min iki yüz səksən doqquz manat doxsan bir) manat ödənilməmiş hissə, 129.93 (yüz iyirmi doqquz manat doxsan üç qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli, 03112322 nömrəli müqaviləyə əsasən 264 (iki yüz altış dörd) manat ödənilməmiş hissə, 26 (iyirmi altı) manat cərimə borcu olmaqla, ümumilikdə 3724,84 (üç min yeddi yüz iyirmi dörd manat səksən dörd qəpik) manat məbləğində borc və 57,30 (əlli yeddi manat otuz qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. İş üzrə aparılmış ekspertiza üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230-cu maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, 23037109 nömrəli müqaviləyə əsasən 387.6 (üç yüz səksən yeddi manat altmış qəpik) manat ödənilməmiş hissə, 38.4 (otuz səkkiz manat qırx qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli, 23065503 nömrəli müqaviləyə əsasən 227.54 (iki yüz iyirmi yeddi manat əlli dörd qəpik) manat ödənilməmiş hissə, 22.46 (iyirmi iki manat qırx altı qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli, 23155854 nömrəli müqaviləyə əsasən 93.6 (doxsan üç manat altmış qəpik) manat ödənilməmiş hissə, 9.4 (doqquz manat qırx qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli, 03112062 nömrəli müqaviləyə 560.55 (beş yüz altmış manat əlli beş qəpik) manat ödənilməmiş hissə, 56.45 (əlli altı manat qırx beş qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli, 03112063 nömrəli müqaviləyə əsasən 146.65 (yüz qırx altı manat altmış beş qəpik) manat ödənilməmiş hissə, 14.35 (on dörd manat otuz beş qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli, 03112164 nömrəli müqaviləyə əsasən 416.44 (dörd yüz on altı manat qırx dörd qəpik) manat ödənilməmiş hissə, 41.56 (qırx bir manat əlli altı qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli, 03112312 nömrəli müqaviləyə əsasən 1289.91 (min iki yüz səksən doqquz manat doxsan bir) manat ödənilməmiş hissə, 129.93 (yüz iyirmi doqquz manat doxsan üç qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli, 03112322 nömrəli müqaviləyə əsasən 264 (iki yüz altış dörd) manat ödənilməmiş hissə, 26 (iyirmi altı) manat cərimə borcu olmaqla, ümumilikdə 3724,84 (üç min yeddi yüz iyirmi dörd manat səksən dörd qəpik) manat məbləğində borc və 57,30 (əlli yeddi manat otuz qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İş üzrə aparılmış ekspertiza üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar