Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2571/2025 12.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: subroqasiya) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 354,82 (üç yüz əlli dörd manat səksən iki qəpik) manat məbləğində pul vəsaitinin və 30,40 (otuz manat qırx qəpik) manat, ümumilikdə, 385,22 (üç yüz səksən beş manat iyirmi iki qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sığortalı X2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak (81.59 kv.m ümumi, 38.29 kv.m yaşayış sahəsi) yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərlərin əvəzinin ödənilməsi məqsədilə xx.xx.2023-cü il tarixli RAZ********** nömrəli sığorta müqaviləsi (şəhadətnaməsi) ilə sığortalanmışdır. xx.xx.2024-cü il tarixində sığortalı X2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak (81.59 kv.m ümumi, 38.29 kv.m yaşayış sahəsi) çoxmərtəbəli binanın beşinci mərtəbəsində olan, yəni Cavabdeh istifadəsində olan 194 nömrəli mənzildən axan su kütlələri (subasma) nəticəsində zərər görmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 0901AZ nömrəli ekspertin rəyindən görünür ki, X2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka (81.59 kv.m ümumi, 38.29 kv.m yaşayış sahəsi) subasma nəticəsində 605 (altı yüz beş) manat məbləğində zərər vurulmuşdur. Həmçinin iş materiallarında olan “Yasamal-18” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin subasma hadisəsinə dair arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 3153-cü məhəllə, ev 7, 4-cü blok, 5-ci mərtəbədə 195 saylı mənzilin zərər görməsinə səbəb yan qonşusu yəni Cavabdeh istifadəsində olan 194 nömrəli mənzildəsu xəttinin partlaması olmuşdur. Beləliklə, baş vermiş hadisə ilə bağlı xx.xx.2024cü il tarixli, CFİ-0144/2024-AKT284/24 nömrəli aktla "xxxx" ASC tərəfindən sığortalı X3 250 (iki yüz əlli) manat azadolma və s. məbləğlər çıxılmaqla 354,82 (üç yüz əlli dörd manat səksən iki qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.
İİ. Tərəflərin mövqeləri:
3. İddiaçı ərizə ilə müraciət edərək məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etdiyini bildirmişdir.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
5. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı tərəfindən tərtib olunmuş CFİ-0144/2024-AKT284/24 saylı sığorta aktına əsasən Bakı şəhəri,Yasamal rayonu,Həsənbəy Zərdabi prospekti,3153-cü məhəllə,ev 7,mənzil 195 ünvanında yerləşən daşınmaz əmlaka 605 manat məbləğində zərər dəyməsi müəyyən edilmişdir.
8. 21 dekabr 2023-cü il tarixli, RAZ********** saylı “Daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsinə əsasən Bakı şəhəri,Yasamal rayonu,Həsənbəy Zərdabi prospekti,3153-cü məhəllə,ev 7,mənzil 195 ünvanında yerləşən yaşayış yeri "xxxx" Açıq Səhmdar Cəmiyyətində icbari sığorta növündə sığortalanmışdır.
9. xx.xx.2024-cü il tarixli Dəymiş zərər məbləğinin razılaşdırılması barədə Sazişə əsasən sığortalı və sığortaçı sığorta olunan daşınmaz əmlaka 605 manat məbləğində dəymiş zərərin müstəqil ekspert X1 tərəfindən müəyyən edilmiş həcmi və müqavilədə göstərilən 250 manat azadolma məbləği çıxıldıqdan sonra 355 manat məbləğində həyata keçiriləcək sığorta ödənişi barədə razılıq əldə edirlər.
10. “Yasamal-18” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən tərtib olunmuş subasma hadisəsinə dair arayışın surətinə əsasən xx.xx.2024-cü il tarixdə baş vermiş subasma hadisəsində Bakı şəhəri,Yasamal rayonu,Həsənbəy Zərdabi prospekti,3153-cü məhəllə,ev 7,mənzil 194 ünvanında yaşayan Cavabdeh təqsirli olduğu müəyyən edilmişdir.
11. xx.xx.2024-cü il tarixli,0901AZ nömrəli ekspert rəyinə əsasən X2 mülkiyyətində olan Bakı şəhəri,Yasamal rayonu,Həsənbəy Zərdabi prospekti,3153-cü məhəllə,ev 7,mənzil 195 ünvanında yerləşən əmlaka sığorta hadisəsi zamanı 605 manat zərər dəydiyi müəyyən olunmuşdur.
12. 27.09.2024-cü il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən X3 354,82 manat məbləğində pul köçürülmüşdür.
13. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır.
14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
15. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
16. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
17. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
18. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
19. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Hazırki mülki iş üzrə qeyd olunan hər 3 (üç) dispozitiv şərt yerinə yetirilir.
20. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, X5 mülkiyyətində olan Bakı şəhəri,Yasamal rayonu,Həsənbəy Zərdabi prospekti,3153-cü məhəllə,ev 7,mənzil 195 ünvanında yerləşən daşınmaz əmlakı xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalamışdır. xx.xx.2024-cü il tarixdə Cavabdeh məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 3153-cü məhəllə, ev 7, 194 nömrəli mənzildən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 3153-cü məhəllə, ev 7, 195 nömrəli sığortalı mənzilə su axması nəticəsində maddi ziyan dəymişdir.
21. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin subasma hadisənin törədilməsində təqsiri müəyyən edildiyindən baş vermiş sığorta hadisəsi nəticəsində sığortaçı "xxxx" ASC-nin subroqasiya qaydasında ödədiyi 354,82 manat məbləğində pulu cavabdehdən tələb etmək hüququ yaranmışdır. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməmiş, iddia ərizəsinə etiraz təqdim etməmişdir.
22. Odur ki, iddia tələbi təmin edilməli, Cavabdeh 354,82 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
V Nəticə:
26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 354,82 manat məbləğində pul və ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, ümumilikdə 385,22 (üç yüz səksən beş manat iyirmi iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Xəlil