Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2577/2022 02.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Əlizadə Şamil Akif oğlunun katibliyi ilə İddiaçı X1 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Y20K541600 saylı müqavilə üzrə 459 manat əsas borc, 138 manat faiz borcu, Y20K541904 saylı müqavilə üzrə 2605 manat əsas borc, 781 manat faiz borcu və ödənilmiş 60 manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə 4043 manatın tutulub İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin səbələri barədə məhkəməyə heç bir məlumat verməmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh ilə arasında bağlanmış 26.05.2018-ci il tarixli Y20K541600 nömrəli alqı-satqı müqaviləsinə əsasən müəyyən olunur ki, satıcı müqavilədə göstərilmiş ümumi dəyəri 675 manat olan 1 ədəd WM ALTUS ALK 6100 S markalı paltaryuyanı alıcıya satmağı, alıcı isə bunun müqabilində müqavilə ilə razılaşdırılmış məbləğdə pulu hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 26.05.2018-ci il tarixli qaiməyə əsasən müəyyən olunur ki, sözügedən əşya Cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan 26.05.2018-ci il tarixli ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, Cavabdeh 26.05.2018-ci il tarixdən 25.05.2020-ci il tarixədək hər ay 27 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh ilə arasında bağlanmış 02.07.2018-ci il tarixli Y20K541904 nömrəli alqı-satqı müqaviləsinə əsasən müəyyən olunur ki, satıcı müqavilədə göstərilmiş ümumi dəyəri 2910 manat 1 ədəd AC LG İ 24CFH- İC/DİS markalı və 1 ədəd AC PİPE BİG-24 markalı kondisionerləri alıcıya satmağı, alıcı isə bunun müqabilində müqavilə ilə razılaşdırılmış məbləğdə pulu hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 02.07.2018-ci il tarixli qaiməyə əsasən müəyyən olunur ki, sözügedən əşyalar Cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan 02.07.2018-ci il tarixli ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, Cavabdeh 150 manat ilkin ödəniş etməklə 01.08.2018-ci il tarixdən 01.07.2020ci il tarixədək hər ay 115 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 02.04.2022-ci il tarixli xəbərdarlığa əsasən müəyyən olunur ki, borcun ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh qızından 26.05.2018-ci il tarixli Y20K541600 nömrəli alqı-satqı müqaviləsi üzrə 459 manat əsas, 10 manat cərimə, 02.07.2018-ci il tarixli Y20K541904 saylı müqavilə üzrə isə 2605 manat əsas borc, 70 manat cərimə borcu, ümumilikdə 3144 manat borc və 60 manat dövlət rüsumu tutularaq iddiaçı X2 ödənilməlidir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdeh öz öhdəliklərini yerinə yetirməyərək borcunu tam ödəməmişdir. Məhkəmə qeyd edir ki, cərimə məbləğinin miqdarı əsas borca mütənasib olmadığından azaldılmalı, 26.05.2018-ci il tarixli Y20K541600 nömrəli alqı-satqı müqaviləsi üzrə 10 manat və 02.07.2018-ci il tarixli Y20K541904 saylı müqavilə üzrə 70 manat məbləğində müəyyən edilməlidir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Y20K541600 saylı müqavilə üzrə 459 manat əsas borc və 10 manat cərimə, Y20K541904 saylı müqavilə üzrə 2605 manat əsas borc və 70 manat cərimə borcu, ümumilikdə 3144 manat borc və 60 manat dövlət rüsumu tutularaq iddiaçı X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №e-2(004)-2577/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2577/2022
02.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver