Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2613/2024 04.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC BOKT-a qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC BOKT-a qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdeh "xxxx" MMC BOKT arasında bağlanmış xx.xx.2009-cu il tarixli 16/2 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı mülkiyyətində olmuş Lənkəran şəhəri Mehdi Hüseynzadə küçəsində istifadədə olan 0,26 ha torpaq sahəsində yerləşən 14 nömrəli 2 mərtəbəli binanın 2-ci girişində 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 91 kv.m yaşayış sahəsi 25,90 kv.m olan iki otaqlı 10 nömrəli mənzilə dair ƏMDK yanında DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən "xxxx" MMC BOKT-nın adına verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsasdırılmışdır ki, X17 Məhkəməsinin 22 dekabr 2011-ci il tarixli qiyabi qətnaməsi ilə iddiaçı "xxxx" MMC BOKT-nın cavabdeh "xxxx" MMC-yə qarşı iddiası təmin olunmuş, Cavabdeh "xxxx" MMC-nin iddiaçı "xxxx" MMMC BOKT-a olan 44.427,50 manat borcunun ödənilməsini təmin etmək məqsədilə xx.xx.2009-cu il tarixli 16 saylı ipoteka müqaviləsi üzrə ipoteka qoyulmuş X4 xx.xx.2007-ci il tarixli ********* saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özünə məxsus olan Lənkəran şəhəri Böyükağa Mirsalayev ünvanda 0.03 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 39.4 kv.m yaşayış, 17.3 kv.m köməkçi sahədən ibarət 58 nömrəli fərdi yaşayış evinə, İddiaçı xx.xx.2009-cu il tarixli ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özünə məxsus olan Lənkəran şəhəri Mehdi Hüseynzadə küçəsində istifadədə olan 0.026 ha torpaq sahəsində yerləşən 14 nömrəli, 2 mərtəbəli binanın 2-ci girişində, 2-ci mərtəbəsində, 91.0 kv.m ümumi, 25.9 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 10 nömrəli mənzilinə, X1 xx.xx.2009-cu il tarixli ********** saylı mükiyyət hüququnu təsdiq edən sənədə əsasən özünə məxsus olan Lənkəran rayonu Girdəni kəndində 0.20 ha torpaq sahəsində yərləşən 2 mərtəbəli 4 otaqlı, 85.4 kv.m yaşayış, 85.6 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilərək həmin əmlakların açıq hərrac yolu ilə satılması hesabına əldə olunan vəsait "xxxx" MMC BOKT-nın xeyrinə ödənilməsi, ödənilmiş 20 manat dövlət rüsumu "xxxx" MMC-dən tutularaq "xxxx" MMC BOKT-a verilməsi, eləcə də, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlı olması qət edilmişdir. İddiaçının oğlunun 2009-cu ildə fərdi yaşayış evi almaqdan ötrü 10.000 manat pul vəsaitinə ehtiyac yaranmışdır. Sözügedən tarixdə verilən kreditlər üzrə faiz nisbətinin aşağı olması ilə xüsusi diqqət çəkən, Lənkəran rayonu Boladi kəndində fəaliyyət göstərən "xxxx" MMC-yə müraciət edərək, İttifaqın baş mühasibi Elşən İbadovla bizə kredit verilməsindən ötrü danışıqlar aparmışdır. Baş mühasib Elşən İbadov istədikləri kredit məbləğinin verilməsini mümkün olduğunu söyləyərək, götürülmüş kredit müddəti tarixində istənilən daşınmaz əmlakın girov olaraq qoyulmasını tələb etmişdir. Müəssisənin rəsmisi ilə razılaşaraq, 10000 manat kredit alınmasından ötrü, Lənkəran şəhəri Mehdi Hüseynzadə küçəsində yerləşən 14 nömrəli binanın 2-ci mərtəbəsində olan 10 saylı mənzilimin mülkiyyət sənədlərini girov qoymaqdan ötrü Elşən İbadova təqdim etmişdir (MH seriyalı ******* №-li çıxarışın surəti əlavə olunur). Bundan sonra Lənkəran şəhərində yerləşən notariat kontoruna təşkilatın etibarnamə üzrə səlahiyyətli nümayəndəsi ilə gedərək, fərdi yaşayış evin girov yüklülüyünə qoyulması ilə bağlı zəruri sənədlər imzaladıqdan sonra, 10.000 manat kredit götürərək, aylıq olaraq müntəzəm şəkildə ödənişlərini vaxtından tez etməklə, oğlu Nümayəndə adına olan kredit borclarını bitirmişlər. Borc məbləği tam olaraq ödənildiyi üçün Elşən İbadova müraciət edərək, girov qoyduğu fərdi yaşayış evin mülkiyyət sənədlərini ondan geri almışdır. Məlum səbəblərdən sonra aydın oldu ki, evin mülkiyyət sənədləri onda olmasına baxmayaraq, evi ipoteka ilə yüklü edilmişdir. Məsələyə aydınlıq gətirməkdən ötrü "xxxx" MMC-yə yaxınlaşaraq sualların cavablandırılmasını istəsə də, aldığı cavab: "xxxx" MMC-yə “İKA” BOKT tərəfindən ayrılmış və ödənilməyən kreditə görə əmlakınız girov qoyulmuşdur” cavabı oldu (16/2 saylı ipoteka müqaviləsinin surəti əlavə olunur). Bununla bağlı "xxxx" MMC BOKT-a müraciət edərək, evin digər şəxslərin əmlakları ilə birlikdə götürmüş olduğu 10000 manat kreditə görə deyil, həmin cəmiyyətdən alınmış 61.000 manat kreditə görə ipoteka yüklülüyündə olmasının məlumatını almışdır. Bütün bunlara baxmayaraq, "xxxx" MMC-nin İdarə Heyətinin sədri Qəhraman Hüseynov və sözügedən İttifaqın baş mühasibi Elşən İbadov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq, iddiaçı dövlətin qanunla qoruduğu mənafelərinə mühüm zərər vurmaqla, birbaşa konstitusiya hüququ olan “mülkiyyət toxunulmazlığı” hüququndan məhrum etmişlər. Pozulmuş hüquqları bərpası ilə əlaqədar hüquq mühafizə orqanlarına etdikləri çoxsaylı şikayətlər əsasında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2017-ci il tarixli 1(089)-70/2017 saylı hökmü ilə "xxxx" MMC-nin İdarə Heyətinin sədri X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci maddəsi və 06 oktyabr 2017-ci il tarixli 1(089)-324/2017 saylı hökmü ilə "xxxx" MMC-nin baş mühasibi X14 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirli bilinərək, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. "xxxx" MMC-nin İdarə Heyətinin sədri Qəhraman Hüseynovun və ittifaqın baş mühasibi Elşən İbadovun 1(089)-70/2017 və 1(089)- 324/2017 saylı hökmlərin təsviri-əsaslandırıcı hissəsində qeyd olunmuş “səmimi etiraflarından”, eləcə də 07 dekabr 2010-cu il tarixli 90 saylı arayışdan aşkar şəkildə görünür ki, Nümayəndə "xxxx" MMC-dən götürmüş olduğu krediti üzrə borcu tam olaraq ödənilib və hazırda "xxxx" MMC-yə heç bir kredit borcu yoxdur. (07 dekabr 2010-cu il tarixli 90 saylı arayışın surəti əlavə olunur). Bütün bunlara rəğmən, "xxxx" MMC-nin İdarə Heyətinin sədri Qəhraman Hüseynov və həmin İttifaqın baş mühasibi Elşən İbadov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, öz qanunsuz əməllərini davam etdirməklə, onun və digər onlarla zərərçəkmiş şəxslərin birbaşa dövlət tərəfindən qorunan mülkiyyət toxunulmazlıq hüquqlarından məhrum etmişlər. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-70/2017 saylı qanuni qüvvəyə minmiş hökmünün nəticə hissəsində xüsusi ilə vurğulanan: “iş üzrə zərərçəkmiş şəxslərin hüquqi varislərinə, zərərçəkmiş şəxslərə və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüquqları izah edilsin” bəndi geniş şəkildə izah edilməli olduğu halda, təəssüflər olsun ki, bu günə qədər iddiaçıya izah edilməmişdir (1(089)-70/2017 saylı hökmün surəti əlavə olunur). Əlavə olaraq qeyd etmək istəyir ki, məhkəmədən kənar məsələnin müsbətə doğru həlli ilə əlaqədar "xxxx" MMC BOKT-a xx.xx.2024cü il tarixdə ünvanladığı “12 iyun 2009-cu il tarixli 16/2 saylı ipoteka müqaviləsi üzrə fərdi yaşayış evimin girovdan azad olunması” tələbinə dair ərizəsi, 02 aprel 2024-cü il tarixdə 132 saylı məktubla cavablandırılaraq, sözügedən əmlakın girovdan azad edilməsini mümkünsüz hesab etmişdir (28 mart 2024-cü il tarixli ərizənin və 02 aprel 2024-cü il tarixli 132 saylı cavab məktubların surətləri əlavə olunur). Səbəb olaraq göstərilmişdir ki, 22 dekabr 2011-ci il tarixli 2-2(86)-1413/2011 saylı qiyabi qətnamənin icrasından ötrü, Lənkəran şəhəri Mehdi Hüseynzadə küçəsində istifadədə olan 0,26 ha torpaq sahəsində yerləşən 14 nömrəli, 2 mərtəbəli binanın 2-ci girişində, 2-ci mərtəbəsində, 91.0 kv.m. ümumi, 25.9 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 10 nömrəli fərdi yaşayış evi üzərində artıq mülkiyyət hüququ "xxxx" MMC BOKT-a məxsusdur. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməklə məlumat verilmişdir, tərəflər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh nümayəndəsinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı xx.xx.2024-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə göndərək, iddia tələbini müdafiə etdiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinin tələbinə uyğun olaraq iddiaçının nümayəndəsinin, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Belə ki, "xxxx" MMC və "xxxx" BOKT MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli 16/2 nömrəli ipoteka müqaviləsindən görünür ki, Lənkəran şəhəri Mehdi Hüseynzadə küçəsində istifadədə olan 0,26 ha torpaq sahəsində yerləşən 14 nömrəli 2 mərtəbəli binanın 2-ci girişində 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 91 kv.m yaşayış sahəsi 25,90 kv.m olan iki otaqlı 10 nömrəli mənzili "xxxx" BOKT MMC qarşısında ipoteka ilə yüklü edilmişdir. xx.xx.2009-cu il tarixli MH seriyalı ******* nömrəli çıxarışdan müəyyən olunur ki, Lənkəran şəhəri Mehdi Hüseynzadə küçəsində istifadədə olan 0,26 ha torpaq sahəsində yerləşən 14 nömrəli 2 mərtəbəli binanın 2-ci girişində 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 91 kv.m yaşayış sahəsi 25,90 kv.m olan iki otaqlı 10 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 182 nömrəli vərəqində xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır xx.xx.2009-cu il tarixli MH seriyalı ******* nömrəli çıxarışdan müəyyən olunur ki, İddiaçı xüsusi mülkiyyətində olan Lənkəran şəhəri Mehdi Hüseynzadə küçəsindəki 14 nömrəli binanın 10 nömrəli mənzilinin xx.xx.2009-cu il tarixli 16 saylı kredit müqaviləsinə əsasən xx.xx.2009-cu il tarixdə 12 ay müddətinə "xxxx" BOKT MMC-nin xeyrinə ipoteka ilə yüklü edilməsinə dair xx.xx.2009-cu il tarixdə qeydiyyat aparılmışdır. X17 Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2-2(86)-1413/2011 nömrəli qiyabi qətnaməsi ilə iddiaçı "xxxx" MMC BOKT-un cavabdeh "xxxx" MMC-yə, üçüncü şəxslər X8, İddiaçı və X3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh "xxxx" MMC-nin "xxxx" MMC BOKT olan 44.427,50 manat borcunun ödənilməsi təmin etmək məqsədilə xx.xx.2009-cu il tarixli 16 saylı ipoteka müqaviləsi üzrə ipoteka qoyulmuş X5 xx.xx.2007-ci il tarixli ********* saylı mülkiyyət hüququnu təstiq edən sənədə əsasən özünə məxsus olan Lənkəran şəhəri Böyükağa Mirsalayev ünvanda 0.03 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 39.4 kv.m. yaşayış, 17.3 kv.m. köməkçi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evinə, İddiaçı xx.xx.2009-cu il tarixli ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özünə məxsus olan Lənkəran şəhəri M.Hüseynzadə küçəsində istifadə olan 0.026 ha torpaq sahəsində yerləşən 14 nömrəli, 2 mərtəbəli binanın 2-ci girişində, 2-ci mərtəbəsində, 91.0 kv.m ümumi, 25.9 kv.m yaşayı sahəsindən ibarət 2 otaqlı 10 nömrəli mənzilinə, X2 xx.xx.2009-cu il tarixli ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özünə məxsus olan Lənkəran şəhəri Girdəni kəndində 0.20 ha torpaq sahəsində yerləşən 2 mətəbəli 4 otaqlı, 85.4 kv.m yaşayış, 85.6 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilərək həmin əmlakların açıq hərrac yol ilə satılması hesabına əldə olunan vəsait “İcraçı Kredit Agentliyi" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilmişdir, cavabdehdən 20 (iyirmi) manat dövlət rüsumunun dövlət gəlirinə tutulması, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlı olması qət edilmişdir. "xxxx" BOKT MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli 16 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən "xxxx" MMC-yə illik 15,8% olmaqla, 12 il müddətinə, 61.000 manat kredit verilmişdir. "xxxx" MMC-nin xx.xx.2010-cu il tarixli 90 nömrəli arayışdan görünür ki, Nümayəndə "xxxx" MMC-yə kredit borcu yoxdur. "xxxx" BOKT MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli 132 nömrəli xəbərdarlıq məktubunda göstərilir ki, "xxxx" MMC BOKT ilə bağlanmış xx.xx.2009-cu il tarixli 16 saylı kredit müqaviləsinə əsasən Lənkəran rayonunda fəaliyyət göstərən “Araz Kredit İttifaqı’' MMC-yə 61.000 manat kredit resursu ayrılmışdır. Kredit resursunun təminatlarından biri İddiaçı məxsus olan Lənkəran şəhəri Mehdi Hüseynzadə küçəsində istifadədə olan 0,26 ha torpaq sahəsində yerləşən 14 nömrəli 2 mərtəbəli binanın 2-ci girişində 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 91 kv.m yaşayış sahəsi 25,90 kv.m olan iki otaqlı 10 nömrəli mənzili xx.xx.2009-cu il tarixli 16/2 saylı ipoteka müqaviləsi ilə İKA MMC-nin xeyrinə yüklü edilmiş və yüklülük dövlət qeydiyyatına alınmışdır. Qeyd olunmuş 16 saylı və digər kredit müqavilələri üzrə öhdəliklər “Araz Kredit İttifaqı’' MMC tərəfindən tam və vaxtında icra edilmədiyindən müvafiq qaydada məhkəməyə müraciət edilmiş və xx.xx.2011-ci il tarixdə 2(86)-1413/2011 saylı qətnamə qəbul olunmuşdur. Qətnamədə “Araz Kredit İttifaqı’' MMC-nin kredit borcunun bir neçə əmlakın, o cümlədən İddiaçı məxsus olan əmlakın satışı hesabına ödənilməsi qət edilmişdir. Qətnamə üzrə aparılmış icra tədbirləri nəticəsində əmlaklar hərraca çıxarılmış və borcun müqabilində hərrac vasitəsilə təşkilat tərəfindən əldə olunmuşdur. Nəticədə bir neçə əmlak üzərində, o cümlədən Lənkəran şəhəri Mehdi Hüseynzadə küçəsində istifadədə olan 0,26 ha torpaq sahəsində yerləşən 14 nömrəli 2 mərtəbəli binanın 2-ci girişində 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 91 kv.m yaşayış sahəsi 25,90 kv.m olan iki otaqlı 10 nömrəli mənzili üzərində İKA MMC-nin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda, müvafiq orqanlar tərəfindən “Araz Kİ”-nin fəaliyyəti ilə bağlı aparılmış araşdırmalar nəticəsində ittifaqın rəhbərliyi cinayət məsuliyyətinə cəlb olunmuş və bununla bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(089)-324/2017 və xx.xx.2017-ci tarixli 1(089)-70/2017 saylı hökmü ilə bir qrup vətəndaş və İKA MMC zərərçəkmiş tərəf kimi tanınmışdır. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq Lənkəran şəhəri Mehdi Hüseynzadə küçəsində istifadədə olan 0,26 ha torpaq sahəsində yerləşən 14 nömrəli 2 mərtəbəli binanın 2-ci girişində 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 91 kv.m yaşayış sahəsi 25,90 kv.m olan iki otaqlı 10 nömrəli mənzilin girovdan azad edilməsinin mümkünsüz olduğunu nəzərə çatdırılır. xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışdan müəyyən olunur ki, Lənkəran şəhəri Mehdi Hüseynzadə küçəsindəki 14 nömrəli binanın 10 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə "xxxx" BOKT MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(089)-70/2017 saylı hökmü ilə X7 Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul şəxs kimi vəzifə tutma hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(089)-324/2017 nömrəli hökmü ilə X9 Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul şəxs kimi vəzifə tutma hüququndan məhrum edilməklə 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi, İddiaçı özünə məxsus əmlakı ipoteka ilə yüklü etsə də, "xxxx" MMC-nin idarə həyətinin sədri X7 tərəfindən aldadılmışdır. İddiaçı öz əmlakını oğlu Elşən Məmmədova verilən 10.000 manat kreditin və Elşən Məmmədov tərəfindən ödənilən 10.000 manat kreditin qaytarılmasına təminat kimi ipoteka ilə yüklü etmişdir. Xoşqədəm Məmmədovanın "xxxx" MMC (“Araz Kİ”) "xxxx" BOKT MMC arasında imzalanmış xx.xx.2009-cu il tarixli 16 saylı kredit müqaviləsinə əsasən "xxxx" MMC-yə 61.000 manat kreditin təminatı kimi öz əmlakını girov qoymaq niyyətinin olmaması artıq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(089)- 70/2017 saylı qanuni qüvvəyə minmiş hökmü və X9 Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(089)- 324/2017 nömrəli qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmişdir və o, həmin hökmlə zərərçəkmiş şəxs kimi tanınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində gırov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Məhkəmə hesab edir ki, İddiaçı, "xxxx" MMC və "xxxx" BOKT MMC qarşısında öhdəliyi yaranmadığından, həmçinin qeyd edilən hallar qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunduğundan İddiaçı ipoteka müqaviləsinin etibarsız hesab edilməsini tələb etməkdə haqlıdır. Bu səbəbdən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; Mülki Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Mülki Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə ümumilikdə iddia tələbi ilə bağlı ilk növbədə müəyyən edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Məhkəmə hesab edir ki, mübahisəli evə dair bağlanmış ipoteka müqaviləsi etibarsız hesab edildiyindən, ondan irəli gələn məsələlər həll edilərək, ipoteka qoyan və ipoteka saxlayanın hüquqi statusu ilkin vəziyyətə qaytarılmalı, həmin evin "xxxx" MMC BOKT-un adına qeydə alınmasına dair çıxarış ləğv edilməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə cavabdeh "xxxx" MMC BOKT arasında bağlanmış xx.xx.2009-cu il tarixli 16/2 nömrəli ipoteka müqaviləsi etibarsız hesab edilməli, İddiaçı mülkiyyətində olmuş Lənkəran şəhəri Mehdi Hüseynzadə küçəsində istifadədə olan 0,26 ha torpaq sahəsində yerləşən 14 nömrəli 2 mərtəbəli binanın 2-ci girişində 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 91 kv.m yaşayış sahəsi 25,90 kv.m olan iki otaqlı 10 nömrəli mənzilə dair ƏMDK yanında DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən "xxxx" MMC BOKT-nın adına verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarış ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə cavabdeh "xxxx" MMC BOKT arasında bağlanmış xx.xx.2009-cu il tarixli 16/2 nömrəli ipoteka müqaviləsi etibarsız hesab edilsin. İddiaçı mülkiyyətində olmuş Lənkəran şəhəri Mehdi Hüseynzadə küçəsində istifadədə olan 0,26 ha torpaq sahəsində yerləşən 14 nömrəli 2 mərtəbəli binanın 2-ci girişində 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 91 kv.m yaşayış sahəsi 25,90 kv.m olan iki otaqlı 10 nömrəli mənzilə dair ƏMDK yanında DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən "xxxx" MMC BOKT-nın adına verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarış ləğv edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-2613/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2613/2024
04.07.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver