Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2614/2022 20.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23.05.2020-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN Plitə, Dr.Beckmann Paltaryuyan maşın təmizləyicısi, Paltaryuyan masın üçün erp eleyhine vasitə üçün 37.8 (otuz yeddi manat səksən qəpik) manat ödənilməmiş hissə, 16.02.2020-ci il tarixli müqaviləsinə əsasən, X4, Qazan dəsti CANALİ Marella üçün 38.2 (otuz səkkiz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 15.02.2020-ci il tarixli müqaviləsinə əsasən, X1 masa üçün 162(yüz altmış iki) manat ödənilməmiş hissə, 31.08.2019-cu il tarixli müqaviləsinə əsasən 2 ədəd X2 masası üçün 46 (qırx altı) manat ödənilməmiş hisə, 17.11.2019-cu il tarixli müqaviləsinə əsasən 23.03.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən Samsung LED TV, Yupiter YP asqı, HOFFMANN Aspirator üçün 544(beş yüz qırx dörd) manat ödənilməmiş hissə, ümümilikdə 828 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" MMC kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə 23.05.2020-ci il, 16.02.2020-ci il, 15.02.2020-ci il, 31.08.2019-cu il, 17.11.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN Plitə, Dr.Beckmann Paltaryuyan maşın təmizləyicısi,Paltaryuyan masın üçün erp eleyhine vasitə, X4,Qazan dəsti CANALİ Marella, X1 masa, 2 ədəd X2 masası, Samsung LED TV,Yupiter YP asqı, HOFFMANN Aspirator üçün 828 manat borc yaranışdır.Cavabdehin 17.11.2019-cu il tarixli müqaviləsinə 23.03.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən restrukturizasiya edilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 23.05.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 451.8 (dörd yüz əlli bir manat səksən səkkiz) manat (18 ay x 25.1 manat + 0 manat ilkin ödəniş) olan, HOFFMANN Plitə, Dr.Beckmann Paltaryuyan maşın təmizləyicisi, Paltaryuyan maşın üçün ərp əleyhinə vasitə üçün ümumilikdə, 37.8 (otuz yeddi manat səksən qəpik) manat olmaqla ondan, 37.8 (otuz yeddi manat səksən qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 16.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 297 (iki yüz doxsan yeddi) manat (18 ay x 16.5 manat + 0 manat ilkin ödəniş) olan X4, Qazan dəsti CANALİ Marella üçün ümumilikdə, 38.2 (otuz səkkiz manat iyirmi qəpik) manat olmaqla ondan, 38.2 (otuz səkkiz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 15.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 528 (beş yüz iyirmi səkkiz) manat (20 ay x 26.4 manat + 0 manat ilkin ödəniş) olan X1 masa üçün ümumilikdə, 162 (yüz altmış iki) manat olmaqla ondan, 162 (yüz altmış iki) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 31.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 660 (altı yüz altmış) manat (20 ay x 33 manat + 2 manat ilkin ödəniş) olan 2 ədəd Fashion Genc çalışma masası üçün ümumilikdə, 46 (qırx altı) manat olmaqla ondan, 46 (qırx altı) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 17.11.2019-cu il tarixli müqaviləsinə 23.03.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 1198.78 (min yüz doxsan səkkiz manat yetmiş səkkiz qəpik) manat (21 ay x 54.49 manat + 54.49 manat ilkin ödəniş) olan Samsung LED TV, Yupiter YP asqı, HOFFMANN Aspirator üçün ümumilikdə, 544 (beş yüz qırx dörd) manat olmaqla ondan, 544 (beş yüz qırx dörd) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə; Cavabdehin cəmi ödədiyi məbləğ 2307.58 manat təşkil edir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiqe dərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesabedir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 17.11.2019-cu il tarixli 01056210 nömrəli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh "xxxx" MMC-dən Samsung LED TV,Yupiter YP asqı, HOFFMANN Aspirator almışdır. 17.11.2019-cu il tarixli müqaviləsinə 23.03.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən müqavilə üzrə ödəniş cədvəli ləğv edilmiş, qalıq məbləğ restrukturizasiya edilmiş, yeni ödəniş cədvəli tərtib edilmişdir. Cavabdeh müqavilənin və əlavənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1198.78 (min yüz doxsan səkkiz manat yetmiş səkkiz qəpik) manat (21 ay x 54.49 manat + 54.49 manat ilkin ödəniş) Samsung LED TV, Yupiter YP asqı, HOFFMANN Aspirator üçün ümumilikdə, 544 (beş yüz qırx dörd) manat olmaqla ondan, 544 (beş yüz qırx dörd) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş 31.08.2019-cu il tarixli 00879731 nömrəli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh "xxxx" MMC-dən 2 ədəd Fashion Genc çalışma masası almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqısatqı qiyməti 660 (altı yüz altmış) manat (20 ay x 33 manat + 2 manat ilkin ödəniş) 2 ədəd X3 masası üçün ümumilikdə, 46 (qırx altı) manat olmaqla ondan, 46 (qırx altı) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş 15.02.2020-ci il tarixli 20103458 nömrəli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh "xxxx" MMC-dən X1 masa almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 528 (beş yüz iyirmi səkkiz) manat (20 ay x 26.4 manat + 0 manat ilkin ödəniş) X1 masa üçün ümumilikdə, 162 (yüz altmış iki) manat olmaqla ondan, 162 (yüz altmış iki) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş 16.02.2020-ci il tarixli 20108128 nömrəli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh "xxxx" MMC-dən X4, Qazan dəsti CANALİ Marella masa almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqısatqı qiyməti 297 (iki yüz doxsan yeddi) manat (18 ay x 16.5 manat + 0 manat ilkin ödəniş) X4, Qazan dəsti CANALİ Marella üçün ümumilikdə, 38.2 (otuz səkkiz manat iyirmi qəpik) manat olmaqla ondan, 38.2 (otuz səkkiz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş 23.05.2020-ci il tarixli 20301100 nömrəli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh "xxxx" MMC-dən HOFFMANN Plitə, Dr.Beckmann Paltaryuyan maşın təmizləyicisi, Paltaryuyan maşın üçün ərp əleyhinə vasitə almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 451.8 (dörd yüz əlli bir manat səksən səkkiz) manat (18 ay x 25.1 manat + 0 manat ilkin ödəniş) HOFFMANN Plitə, Dr.Beckmann Paltaryuyan maşın təmizləyicisi, Paltaryuyan maşın üçün ərp əleyhinə vasitə üçün ümumilikdə, 37.8 (otuz yeddi manat səksən qəpik) manat olmaqla ondan, 37.8 (otuz yeddi manat səksən qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdehə ünvanlanmış 19.02.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, 23.05.2020-ci il, 16.02.2020-ci il, 15.02.2020-ci il, 31.08.2019-cu il, 17.11.2019-cu il tarixli müqavilələr üzrə ödənilməmiş məbləğləri qısa zaman ərzində ödəniş etməyəcəyi təqdirdə iddiaçı məhkəmədə mülki iddia qaldıracağı barədə Cavabdeh xəbərdar etmişdir. İş materiallarında olan "xxxx" tərəfindən təqdim olunmuş 14.04.2022-ci il tarixli maliyyə arayışından görünür ki, 23.05.2020-cu il tarixli 20301100 nömrəli müqavilə üzrə Cavabdeh 37.8 (otuz yeddi manat səksən qəpik) manat ödənilməmiş hissə, 16.02.2020-cu il tarixli 20108128 nömrəli müqavilə üzrə, 38.2 (otuz səkkiz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 17.11.2019-cu il tarixli 01056210 nömrəli müqavilə üzrə 544 (beş yüz qırx dörd) manat ödənilməmiş hissə, 31.08.2019-cu il tarixli 00879731 nömrəli müqavilə üzrə 46 (qırx altı) manat ödənilməmiş hissə, 15.02.2020-cu il tarixli 20103458 nömrəli müqavilə üzrə 162 (yüz altmış iki) manat ödənilməmiş hissə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 23.05.2020-ci il tarixli müqaviləsi üzrə 37.8 (otuz yeddi manat səksən qəpik) manat ödənilməmiş hissə, 16.02.2020-ci il tarixli müqaviləsi üzrə, 38.2 (otuz səkkiz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 15.02.2020-ci il tarixli müqaviləsi üzrə 162 (yüz altmış iki) manat ödənilməmiş hissə, 31.08.2019-cu il tarixli müqaviləsi üzrə 46 (qırx altı) manat ödənilməmiş hissə, 17.11.2019-cu il tarixli müqaviləsi üzrə 544 (beş yüz qırx dörd) manat ödənilməmiş hissə olmaqla, cəmi 828 (səkkiz yüz iyirmi səkkiz) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-2614/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2614/2022
20.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver