Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2630/2022 16.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında sadələşdirilmiş qaydada baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 210 manat, 415 manat, 655 manat, 456 manat olmaqla, ümumilikdə 1736 manat məbləğində əsas borcun və 38 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verldikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 445, 468, 567, 600-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Belə ki, Cavabdeh ilə İddiaçı “ERA Electronics” mağazası arasında imzalanmış 09.08.2013-cü il tarixli, 05700 saylı müqavilə üzrə, borclu “ERA Electronics”dən 489 manat məbləğində olan məişət avadanlığını 6 ay müddətinə hər ay 70 manat ödəmək şərti ilə, 06.10.2013-cü il tarixli, 05784 saylı müqavilə üzrə 498 manat məbləğində olan məişət avadanlığını 6 ay müddətinə hər ay 83 manat ödəmək şərti ilə, 11.10.2013-cu il tarixli, 05734 saylı müqavilə üzrə 856 manat məbləğində olan məişət avadanlığını 6 ay müddətinə hər ay 131 manat ödəmək şərti ilə və 09.12.2013-cü il tarixli, 05796 saylı müqavilə üzrə 456 manat məbləğində olan məişət avadanlığını 6 ay müddətinə hər ay 76 manat ödəmək şərti ilə əldə etmiş və mağaza qarşısında öhdəlik götürmüşdür. Lakin borclu alqı-satqı müqavilələrində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək, alqısatqı müqavilələrinin və mülki qanunvericiliyin tələblərinin kobud şəkildə pozmuşdur. İş materiallarında olan 12.03.2022-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh 09.08.2013-cü il tarixli, 05700 saylı müqavilə üzrə 210 manat, 06.10.2013-cü il tarixli, 05784 saylı müqavilə üzrə 415 manat, 11.10.2013-cu il tarixli, 05734 saylı müqavilə üzrə 655 manat və 09.12.2013-cü il tarixli, 05796 saylı müqavilə üzrə 456 manat borcu vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh 09.08.2013-cü il tarixli, 05700 saylı alqı-satqı müqaviləsi üzrə 210 manat, 06.10.2013-cü il tarixli, 05784 saylı alqı-satqı müqaviləsi üzrə 415 manat, 11.10.2013-cu il tarixli, 05734 saylı alqı-satqı müqaviləsi üzrə 655 manat və 09.12.2013-cü il tarixli, 05796 saylı alqı-satqı müqaviləsi üzrə 456 manat məbləğində əsas borc tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddiaçı tərəfindən ödənilmiş 38 manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia ərizəsi təmin edilsin. Cavabdeh 09.08.2013-cü il tarixli, 05700 saylı alqı-satqı müqaviləsi üzrə 210 (iki yüz on) manat, 06.10.2013-cü il tarixli, 05784 saylı alqı-satqı müqaviləsi üzrə 415 (dörd yüz on beş) manat, 11.10.2013-cu il tarixli, 05734 saylı alqı-satqı müqaviləsi üzrə 655 (altı yüz əlli beş) manat, 09.12.2013-cü il tarixli, 05796 saylı alqı-satqı müqaviləsi üzrə 456 (dörd yüz əlli altı) manat məbləğində əsas borc və 38 (otuz səkkiz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakım: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-2630/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2630/2022
16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver