Məhkəmə qərarları › İş №e-2(004)-264/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-264/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-264/2021 18.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 QSC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçılar İddiaçı1, X1, İddiaçı3 və İddiaçı4 cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC-yə, Cavabdeh2 QSC-yə və üçüncü şəxs “xxxx” MMC-yə qarşı “ipoteka müqavilələrinə xitam verilməsi, ipotekaya dair dövlət qeydiyyatlarının ləğv olunması, hərracın yekunları barədə protokolun, hərracı udan şəxslə bağlanmış müqavilələrin və ondan yaranan bütün hüquqi nəticələrin etibarsız sayılması tələbinə dair” mülki işə baxaraq məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1, X4, İddiaçı3 və İddiaçı4 cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC-yə, Cavabdeh2 QSC-yə və üçüncü şəxs “xxxx” MMC-yə qarşı “ipoteka müqavilələrinə xitam verilməsi, ipotekaya dair dövlət qeydiyyatlarının ləğv olunması, hərracın yekunları barədə protokolun, hərracı udan şəxslə bağlanmış müqavilələrin və ondan yaranan bütün hüquqi nəticələrin etibarsız sayılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsi 134A nömrəli 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə, Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi, 5A saylı binanın, 3 otaqlı, 28 saylı və Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi 5A saylı binanın, 4 otaqlı, 30 saylı mənzillərinə dair iddiaçılarla Cavabdeh2 QSC-nin Gəncə filialı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 06M000001240 saylı, xx.xx.2011ci il tarixli, 06M000000663 saylı və xx.xx.2012-ci il tarixli, 06M000000858 saylı ipoteka müqavilələrinə xitam verilməsi, ipotekaya dair dövlət qeydiyyatlarının ləğv olunması, Gəncə şəhəri üzrə İcra İdarəsinin sifarişi əsasında Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC tərəfindən Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsində yerləşən 134A saylı fərdi yaşayış evinə keçirilən hərracın yekunları barədə 30/03 saylı, xx.xx.2019-cu il tarixli protokolun, hərracı udan şəxslə bağlanmış müqavilələrin və ondan yaranan bütün hüquqi nəticələrin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh2 QSC-nin Gəncə filialı ilə İddiaçı4 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 06L000003114 saylı 470.000.00 ABŞ Dolları məbləğində 24 ay müddətində uzun müddətli kredit müqaviləsi ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminat üsulu olaraq İddiaçı1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi 5A saylı binanın, 4 otaqlı, 30 saylı mənzili, İddiaçı4 məxsus Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi 5A saylı binanın, 3 otaqlı 28 saylı mənzili, X2 və İddiaçı3 paylı mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsi 134A nömrəli 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi ipoteka qoyulmuşdur. Eyni zamanda Cavabdeh2 QSC-nin Gəncə filialı ilə iddiaçılar arasında 06M000001240 saylı, xx.xx.2014cü il tarixli, İddiaçı1 arasında 06M000000663 saylı, xx.xx.2011-ci il tarixli, İddiaçı2 və İddiaçı3 arasında 06M000000858 saylı, xx.xx.2012-ci il tarixli ipoteka müqavilələri bağlanmışdır. Kredit müqaviləsi üzrə iddiaçılar tərəfindən öhdəliklər yerinə yetirilərək, ödənişlər həyata keçirilmişdir. Lakin sonradan ödəmə qabiliyyəti çətinləşmiş və kredit borcunu vaxtında qaytara bilməmişlər. Gəncə şəhər Nizami rayon Məhkəməsinin 2(044)214/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 QSC-nin cavabdehlər İddiaçı4, İddiaçı1, İddiaçı3, İddiaçı2 qarşı iddiası qismən təmin edilərək, İddiaçı3 və İddiaçı1 müştərək qaydada iddiaçının xeyrinə 06R00001781 saylı kredit razılaşması üzrə 221.868,22 ABŞ dolları əsas borc, 65.199,54 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları cərimə, cəmi 288.067,76 ABŞ dolları, 006R********** saylı kredit razılaşması üzrə 431.233,13 ABŞ dolları əsas borc, 122.519.16 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları cərimə, cəmi 554.752,29 ABŞ dolları, hər iki müqavilə üzrə cəmi 842.820,05 ABŞ dolları borcun ödəniş vaxtına manatın məzənnəsi üzrə, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 63 manat xidmət haqqının və 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka qoyulmuş İddiaçı2 və İddiaçı3 paylı mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsi 134A nömrəli fərdi yaşayış evinə, İddiaçı1 tam mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsində 5a saylı binanın, 30 saylı mənzilinə, İddiaçı4 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi, ev 5A saylı binanın 28 saylı mənzilə yönəldilməsi, həmin mənzillərin açıq hərracda satılması, həmin əmlakların satışından əldə olunmuş vəsait hesabına iddiaçıya olan kredit borcunun ödənilməsi, iddiaçıların həmin əmlaklar satıldıqdan bir ay sonra istifadə hüquqlarına xitam verilməklə mənzillərdən və fərdi yaşayış evindən çıxarılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2193/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(044)- 214/2017 saylı qətnaməsi ipoteka predmeti olan mənzillərin ilkin satış qiyməti hissəsində dəyişdirilmiş və ilkin satış qiyməti 111.000 manat dəyərində qiymətləndirilmiş Gəncə şəhəri, Nizami rayonu Şəddadilər küçəsi 134A nömrəli fərdi, yaşayış evi, ilkin satış qiyməti 290.000 manat dəyərində qiymətləndirilmiş Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsində 5a saylı binanın, 30 saylı mənzilin, ilkin satış qiyməti 240.000 manat dəyərində qiymətləndirilmiş Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi, ev 5A saylı binanın 28 saylı mənzilin açıq həracdan satılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamə xx.xx.2018-ci il tarixdə qüvvəyə minmişdir. Qeyd olunan icra vərəqəsi icra olunması üçün müvafiq olaraq Bakı şəhəri, Nəsimi rayon İcra Şöbəsinə və Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Sonradan Bakı şəhəri, Nəsimi rayon İcra Şöbəsinin icra məmurunun sifarişi əsasında İddiaçı4 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi 5A saylı binanın, 3 otaqlı, 28 saylı və İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi 5A saylı binanın, 4 otaqlı, 30 saylı mənzilləri açıq hərracda satılması üçün hərracı keçirən təşikalata - Azərbaycan Respublikası Xammal və X12 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə göndərilmişdir. Eyni zamanda Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən X2 və İddiaçı3 paylı mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsi 134A nömrəli 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi açıq hərracda satılması üçün hərracı keçirən təşkilata - Azərbaycan Respublikası Xammal və X13 Mərkəzi “xxxx” MMC-yə göndərilmişdir. İddiaçıların mülkiyyətində olan mənzillərin və fərdi yaşayış evinin satılması ilə bağlı ən azı 3 dəfə hərrac keçirilmiş və heç biri baş tutmamışdır. Belə ki, Azərbaycan Respublikası Xammal və X13 Mərkəzi “xxxx” MMC tərəfindən ipoteka ilə yüklənmiş Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsi 134A nömrəli 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin satılması ilə bağlı birinci hərracın keçirilməsi xx.xx.2019-cu il tarixə saat 11:00-a, təkrar hərracın keçirilməsi xx.xx.2019- cu il tarixə saat 11:00-a təyin edilmiş, lakin həmin tarixlərdə hərrac baş tutmamışdır. Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “xxxx” tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi 5A saylı binanın, 3 otaqlı, 28 saylı və Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi 5A saylı binanın, 4 otaqlı, 30 saylı mənzillərin satılması ilə bağlı birinci hərracın keçirilməsi xx.xx.2019-cu il tarixə saat 11:00-a, təkrar hərracın keçirilməsi xx.xx.2020-ci il tarixə saat 11:00-a, üçüncü hərracın keçirilməsi xx.xx.2020-ci il tarixə saat 11:00-a təyin edilmiş, lakin həmin tarixlərdə hərrac baş tutmamışdır. Yuxarıda qeyd olunanlardan görünür ki, iddiaçılara məxsus ipoteka ilə yüklü edilmiş əmlaklarla bağlı ən azı 1 il ərzində 3 dəfə hərrac keçirilmiş, bu hərracların heç biri baş tutmamış, əmlaklar ipoteka saxlayan tərəfindən qəbul edilməmişdir. İpoteka əmlakının hərracda satılmaması və hərrac tərəfindən həmin əmlakı ipoteka saxlayana 25% ilkin satış qiymətindən aşağı təklif olunması və bu təklifin qəbul olunmaması ipoteka münasibətlərinə xitam verməyə əsas verir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində göstərilir ki, ipoteka saxlayan təkrar hərrac qiyməti 25% olmaqla təkrar hərrac baş tutmamış, elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən:

1. "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir.

2. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır.

3. ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Bu səbəbdən də hesab edirlər ki, artıq iddiaçıların mülkiyyətində olan mənzillərin satılması ilə bağlı 3 dəfə hərrac keçirilmiş, heç bir hərrac baş tutmadığından iddiaçıların Cavabdeh2 QSC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və ipotekanın dövlət qeydiyyatının ləgv olunması” tələbinə dair məhkəmədə iddia qaldırmaq hüquqları tam qanuni və əsaslıdır. İki dəfədən çox hərrac keçirilməsinə yol verilmir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair xx xxxxxxx 2014-cü il tarixli qərannda ifadə olunmuş hüquqi mövqeyinə görə ikinci hərrac keçirildikdən sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilə bilər. Təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. “İpoteka haqqında” Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar. İpotekaya xitam verilməsi hallan “İpoteka haqqında” Qanunun 48-ci maddəsində göstərilmişdir. Bu hallar sırasına: ipoteka saxlayan və ipoteka qoyanın bu barədə razılığa gəlməsi; əsas öhdəliyə xitam verilməsi; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmetinin satılması; ipoteka predmetinin məhv olması; “İpoteka haqqında” Qanunla nəzərdə tutulmuş digər hallar aid edilmişdir. (“İpoteka haqqında” Qanunun 48.1.1-48.1.5-ci maddələri). Göründüyü kimi, ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi halı “İpoteka haqqında” Qanunun 48-ci maddəsində birbaşa göstərilməsə də, həmin Qanunla nəzərdə tutulmuş ipotekaya xitam verilməsinin digər hallarından biri qismində çıxış edir. (“İpoteka haqqında” Qanunun 48.1.5-ci maddəsi). İddiaçıların vəkili qeyd olunan ipoteka predmetlərinin hərracını həyata keçirmiş “xxxx” MMC və “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzlərinə xx.xx.2020-ci il tarixdə ərizə ilə müraciət edərək, qeyd olunan hərraclar barədə məlumat əldə etmişdir. xx.xx.2020-ci il tarixdə “xxxx” MMC Hərrac Mərkəzindən sorğuya cavabı alarkən məlum olmuşdur ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin sifarişi əsasında “xxxx” MMC tərəfindən Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsində yerləşən 134A saylı fərdi yaşayış evinə keçirilən hərracın yekunları barədə 30/03 saylı, xx.xx.2019-cu il tarixli protokolu mövcuddur. İddiaçıların vəkilinə ünvanlanmış a/504 saylı, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, hər 3 ipoteka predmeti barədə hərrac işi davam edir. Lakin yuxarıda qeyd edildiyi kimi, Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsində yerləşən 134A saylı fərdi yaşayış evinə dair hərracın yekunları barədə protokol vardır. Burada protokol və məktub arasında açıq-aşkar ziddiyyət və qanunsuzluq var. Bu səbəbdən hərracın yekunları barədə protokolu da məhkəmədə mübahisələndirmək qərarına gəlmişdirlər. İş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin iddiaçılara ünvanladığı bildirişlərin çatdırılması barədə “FM express” Kuryer xidmətləri üçün mədaxil qəbzinin talonlarında olan imzalar iddiaçılara məxsus deyildir. xxxx MMC ilə FM Express MMC qabaqcadan əlbir olaraq bildirişlərin alınması barədə qəbzlərə özləri iddiaçıların adına imza etmişlər. Qəbzlərdə qeyd olunan imzalar iddiaçılara aid deyildir. Bu halı təsdiq edən xüsusat ondan ibarətdir ki, Hərrac Mərkəzi tərəfindən “Azərpoçt” vasitəsilə göndərilmiş bildirişlər “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Bununla da hərracın keçirilməsi barədə iddiaçıların məlumatı olmamışdır. Yuxanda qeyd etdiyi kimi “xxxx” MMC tərəfindən baş tutmuş hərraclar barədə iddiaçıların vəkilinin sorğusu əsasında xx.xx.2020-ci il tarixdə məlumat əldə olunmuşdur. Yuxarıda qeyd olunan normaların məzmunundan da göründüyü kimi hərracın baş tutması üçün azı iki nəfərin iştirakı, eyni zamanda hərracın təşkilatçısının beh qoyması zəruridir. Hazırki işdə hərracda azı iki nəfərin iştirak etməsi, həmçinin iştirakçıların hərracda iştirak etməsi üçün beh qoymaları halı təsdiq olunmur. Behin qanunvericiliklə müəyyən olunmuş qaydada qoyulmaması, hərracda azı iki nəfərin iştirakının təmin olunmaması hərracın qaydalarının pozulduğunu göstərir. Qeyd olunan qaydalar Gəncə şəhəri, Nizamı rayonu, Şəddadilər küçəsi 134A saylı fərdi yaşayış evinə dair keçirilmiş hərraca münasibətdə pozulmuşdur. “xxxx” MMCnin borclulara göndərdiyi bildirişlərdən görünür ki, yuxarıda qeyd olunan ipoteka predmetləri barədə üçüncü hərrac xx.xx.2020-ci il tarixdə keçirilmiş, dördüncü hərracın keçirilməsi isə xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Bu halda da “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.3-cü maddəsinin tələbləri pozulmuşdur. Oxucu kütləsi olmayan qəzetdə elan verilməklə, bildirişlər tərtib edilməklə əmlakları dəyərindən qat-qat aşağı qiymətə mülkiyyətinə qəbul etmə ipoteka qoyanların mülkiyyət hüquqlarına qəsddən başqa bir şey deyil. Ölkədə mövcud olan açıq hərrac ənənəsi onun real mahiyyətini əks etdirmir. Elə hazırkı iş bunun bariz nümunəsidir. Qeyd etdikləri əsaslar üzrə oxşar işlər müxtəlif məhkəmələrin icraatında olmuş, iddialar təmir edilmiş və qanuni qüvvəsini almışdır. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 QSC-nin nümayəndəsi X5 məhkəməyə verdiyi izahatında iddia tələbinin tam əsassız olduğunu bildirmiş və qeyd etmişdir ki, mülki iş üzrə mübahisə predimeti 3 ədəd əmlakdır və onlardan ikisi Bakı Şəhərində, biri isə Gəncə Şəhərində yerləşir. Qarşı tərəf izahatında, həmçinin iddia ərizəsində hərracın iki dəfə keçirildiyini bildirir. xxxx” MMC və məlumatları olmadığından, bildirişlər çatmadığından “xxxx” MMC-nin protokolunun etibarsız hesab edilməsini istəyir. Lakin, hərracın keçirilməsinə dair bildirişi qanunvericiliyin tələbinə uyğun olaraq tərəf göndərməlidir, çatdırılması hərrac keçirənin vəsizəsi deyildir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yari barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh “xxxx” MMC-nin və üçüncü şəxs “xxxx” MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdeh “xxxx” MMC-nin və üçüncü şəxs “xxxx” MMC-nin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 2(044)214/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 QSC-nin cavabdehlər İddiaçı4, Məmməd ov Elvin Adil oğlu, İddiaçı3, İddiaçı2 qarşı iddiası qismən təmin edilərək, İddiaçı3 və İddiaçı1 müştərək qaydada iddiaçının xeyrinə 06R00001781 saylı kredit razılaşması üzrə 221.868,22 ABŞ dolları əsas borc, 65.199,54 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları cərimə, cəmi 288.067,76 ABŞ dolları, 006R********** saylı kredit razılaşması üzrə 431.233,13 ABŞ dolları əsas borc, 122.519.16 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları cərimə, cəmi 554.752,29 ABŞ dolları, hər iki müqavilə üzrə cəmi 842.820,05 ABŞ dolları borcun ödəniş vaxtına manatın məzənnəsi üzrə, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 63 manat xidmət haqqının və 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka qoyulmuş İddiaçı2 və İddiaçı3 paylı mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsi 134A nömrəli fərdi yaşayış evinə, İddiaçı1 tam mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsində 5a saylı binanın, 30 saylı mənzilinə, İddiaçı4 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi, ev 5A saylı binanın 28 saylı mənzilə yönəldilməsi, həmin mənzillərin açıq hərracda satılması, həmin əmlakların satışından əldə olunmuş vəsait hesabına iddiaçıya olan kredit borcunun ödənilməsi, iddiaçıların həmin əmlaklar satıldıqdan bir ay sonra istifadə hüquqlarına xitam verilməklə mənzillərdən və fərdi yaşayış evindən çıxarılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2193/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(044)- 214/2017 saylı qətnaməsi ipoteka predmeti olan mənzillərin ilkin satış qiyməti hissəsində dəyişdirilmiş və ilkin satış qiyməti 111.000 manat dəyərində qiymətləndirilmiş Gəncə şəhəri, Nizami rayonu Şəddadilər küçəsi 134A nömrəli fərdi, yaşayış evi, ilkin satış qiyməti 290.000 manat dəyərində qiymətləndirilmiş Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsində 5a saylı binanın, 30 saylı mənzilin, ilkin satış qiyməti 240.000 manat dəyərində qiymətləndirilmiş Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi, ev 5A saylı binanın 28 saylı mənzilin açıq həracdan satılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamə xx.xx.2018-ci il tarixdə qüvvəyə minmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)- 2959/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı “xxxx” QSC cavabdehlər “xxxx” MMCyə, İddiaçı4, Nəsimi rayon İcra və Probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsi sifariş əsasında Gəncə şəhəri, Nizam rayonu, Şəddadilər küçəsi 134A saylı fərdi yaşayış evinə, Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi 5A saylı binanın 28 saylı mənzilinə və Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi 5A saylı binanın 30 saylı mənzilinə dair “xxxx” MMC tərəfindən keçirilmiş hərracların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddia tələbi tam təmin edilmişdir. Bakı şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinin icra məmuru S.Qurbanovanın “icraata başlamaq haqqında” xx.xx.2020-cu il tarixli qərarının surətindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2959/2020-010 nömrəli, 21.10,2020-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata başlanılmışdır. “xxxx” MMC-nin Cavabdeh2 QSC-yə ünvanladığı xx.xx.2019-cu il tarixli 01/1916 nömrəli təklif məktubunun surətindən görünür ki, Gəncə şəhəri üzrə icra İdarəsinin 35289/19 saylı, xx.xx.2019-cı il tarixli sifariş məktubuna əsasən borclu İddiaçı2 məxsus ipoteka yüklü Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsində yerləşən 134A saylı fərdi yaşayış evinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2019-cu il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracda ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 70762.50 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. Məhkəmə iş üzrə toplanmış subutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsi sifariş əsasında Gəncə şəhəri, Nizam rayonu, Şəddadilər küçəsi 134A saylı fərdi yaşayış evinə, Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi 5A saylı binanın 28 saylı mənzilinə və Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi 5A saylı binanın 30 saylı mənzilinə dair “xxxx” MMC tərəfindən keçirilmiş hərraclar Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2020-ci il tarixli, 2(005)-2959/2020 saylı qətnaməsi ilə etibarsız hesab edilmiş, bununla da, iddia tələbinin hüquqi əsasları aradan qalxmışdır. Digər tərəfdən, məhkəmə iclasında araşdırılmış sübutlarla Gəncə şəhəri, Nizam rayonu, Şəddadilər küçəsi 134A saylı fərdi yaşayış evinə dair “xxxx” MMC tərəfindən iki dəfə hərrac keçirilməsinə baxmayaraq, hərracın baş tutmaması, bu səbəbdən də, qanunvericiliyin tələbinə əsasən ipoteka predmeti olan fərdi yaşayış evinin tələbkara təklif olunması və onun tərəfindən təklifin qəbul edilməsi müəyyən olunmuşdur. İddiaçılar tərəfindən qeyd olunan sənədlərin etibarsız sayılması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim olunmamışdır. Belə olan halda iddiaçılar İddiaçı1 və digərləri ipoteka müqavilələrinə xitam verilməsi, ipotekaya dair dövlət qeydiyyatlarının ləğv olunması, hərracın yekunları barədə protokolun, hərracı udan şəxslə bağlanmış müqavilələrin və ondan yaranan bütün hüquqi nəticələrin etibarsız sayılmasını tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfındən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən subut edilmir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.3-cü maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun Həmin Qanunun 43.6-cı maddəsinə görə təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

Qət etdi:

İddiaçılar İddiaçı1, X1, İddiaçı3, İddiaçı4 cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC-yə, Cavabdeh2 QSC-yə və maraqlı şəxs “xxxx” MMC-yə qarşı “ipoteka müqavilələrinə xitam verilməsi, ipotekaya dair dövlət qeydiyyatlarının ləğv olunması, hərracın yekunları barədə protokolun, hərracı udan şəxslə bağlanmış müqavilələrin və ondan yaranan bütün hüquqi nəticələrin etibarsız sayılması tələbinə dair” iddiası rədd edilsin. İddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu özlərinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar