Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2663/2022 24.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə kiçik iddia üzrə (sadələşdirilmiş icraat üzrə) icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Samsung LED TV üçün 1484 (min dörd yüz səksən dörd) manat ödənilməmiş hissə, 148 (yüz qırx səkkiz) manat cərimə pulu; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Samsung LED TV üçün 1290 (min iki yüz doxsan) manat ödənilməmiş hissə, 129 (yüz iyirmi doqquz) manat cərimə pulu; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********23994 olan Samsung GalaxyA51 markalı telefon üçün 508 (beş yüz səkkiz) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə pulu; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********18227 olan Samsung GalaxyA20S markalı telefon üçün 279 (iki yüz yetmiş doqquz) manat ödənilməmiş hissə, 27 (iyirmi yeddi) manat cərimə pulu; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Power Bank üçün 64 (altmış dörd) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə pulu; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Braun Ütü, Edifier səs ucaldıcı üçün 48 (qırx səkkiz) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə olmaqla ümumilikdə, 4037 manat borc, 60,37 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən MPM-in 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. Lakin Cavabdeh göndərilmiş məhkəmə bildirişi geri qaytarıldığından ona təqdim etmək mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edilir ki, "xxxx" MMC xx.xx.2020-ci il tarixli 20121881 nömrəli müqaviləyə əsasən 1656 manat dəyərində olan Samsung LED TV üçün ilkin ödənişsiz 18 ay müddətinə hər ay 92 manat ödəmək şərti ilə; xx.xx.2020-ci il tarixli 20255127 nömrəli müqaviləyə əsasən 1551,8 manat dəyərində olan Samsung LED TV üçün ilkin ödəniş 143 manat olmaqla 24 ay müddətinə hər ay 58,7 manat ödəmək şərti ilə; xx.xx.2020-ci il tarixli 20068458 nömrəli müqaviləyə əsasən 809 manat dəyərində olan İMEİ kodu **********23994 olan Samsung GalaxyA51 markalı telefon üçün ilkin ödəniş 26 manat olmaqla 18 ay müddətinə hər ay 43,5 manat ödəmək şərti ilə; xx.xx.2019-cu il tarixli 01016615 nömrəli müqaviləyə əsasən 558 manat dəyərində olan İMEİ kodu **********18227 olan Samsung GalaxyA20s markalı telefon üçün ilkin ödənişsiz 18 ay müddətinə hər ay 31 manat ödəmək şərti ilə; xx.xx.2020ci il tarixli 20068520 nömrəli müqaviləyə əsasən 74,4 manat dəyərində olan Power Bank üçün ilkin ödənişsiz 12 ay müddətinə hər ay 6,2 manat ödəmək şərti ilə; xx.xx.2019-cu il tarixli 00748134 nömrəli müqaviləyə əsasən 264 manat dəyərində olan Braun Ütü, Edifier səs ucaldıcı üçün ilkin ödənişsiz 11 ay müddətinə hər ay 24 manat ödəmək şərti ilə Cavabdeh nisyə satmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, aldığı cihazın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Cavabdeh xx.xx.2020-ci il tarixli 20121881 nömrəli müqavilə üzrə nisyə aldığı 1656 manat dəyərində Samsung LED TV üçün 1484 manat ödənilməmiş hissə, 148 manat cərimə pulu; xx.xx.2020-ci il tarixli 20255127 nömrəli müqaviləsinə əsasən 1551,8 manat dəyərində Samsung LED TV üçün 1290 manat ödənilməmiş hissə, 129 manat cərimə pulu; xx.xx.2020-ci il tarixli 20068458 nömrəli müqaviləsinə əsasən 809 manat dəyərində İMEİ kodu **********23994 Samsung GalaxyA51 markalı telefon üçün 508 manat ödənilməmiş hissə, 50 manat cərimə pulu; xx.xx.2019-cu il tarixli 01016615 nömrəli müqaviləsinə əsasən 558 manat dəyərində İMEİ kodu **********18227 Samsung GalaxyA20s markalı telefon üçün 279 manat ödənilməmiş hissə, 27 manat cərimə pulu; xx.xx.2020-ci il tarixli 20068520 nömrəli müqaviləsinə əsasən 74,4 manat dəyərində Power Bank üçün 64 manat ödənilməmiş hissə, 6 manat cərimə pulu; xx.xx.2019-cu il tarixli 00748134 nömrəli müqaviləsinə əsasən 264 manat dəyərində Braun Ütü, Edifier səs ucaldıcı üçün 48 manat ödənilməmiş hissə, 4 manat cərimə olmaqla ümumilikdə, 4037 manat borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, sadələşdirilmiş icraat üzrə iddia təmin edilməli Cavabdeh xx.xx.2020-ci il tarixli 20121881 nömrəli müqaviləyə əsasən Samsung LED TV üçün ödənilməmiş qalan 1484 manat əsas borc, 148 manat cərimə pulu; xx.xx.2020-ci il 20255127 nömrəli tarixli müqaviləsinə əsasən Samsung LED TV üçün ödənilməmiş qalan 1290 manat əsas borc, 129 manat cərimə pulu; xx.xx.2020-ci il 20068458 nömrəli tarixli müqaviləsinə əsasən İMEİ kodu **********23994 Samsung GalaxyA51 markalı telefon üçün ödənilməmiş qalan 508 manat əsas borc, 50 manat cərimə pulu; xx.xx.2019-cu il tarixli 01016615 nömrəli müqaviləsinə əsasən İMEİ kodu **********18227 Samsung GalaxyA20s markalı telefon üçün ödənilməmiş qalan 279 manat əsas borc, 27 manat cərimə pulu; xx.xx.2020-ci il tarixli 20068520 nömrəli müqaviləsinə əsasən Power Bank üçün ödənilməmiş qalan 64 manat əsas borc, 6 manat cərimə pulu; xx.xx.2019-cu il tarixli 00748134 nömrəli müqaviləsinə əsasən Braun Ütü, Edifier səs ucaldıcı üçün ödənilməmiş qalan 48 manat əsas borc, 4 manat cərimə olmaqla, ümumilikdə, 4037 manat borc və məhkəməyə ərizə verilməsi üçün ödənilmiş 60,37 manat dövlət rüsumu olmaqla, cəmi 4097,37 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli 20121881 nömrəli müqaviləyə əsasən Samsung LED TV üçün ödənilməmiş qalan 1484 manat əsas borc, 148 manat cərimə pulu; xx.xx.2020-ci il 20255127 nömrəli tarixli müqaviləyə əsasən Samsung LED TV üçün ödənilməmiş qalan 1290 manat əsas borc, 129 manat cərimə pulu; xx.xx.2020-ci il 20068458 nömrəli tarixli müqaviləyə əsasən İMEİ kodu **********23994 Samsung GalaxyA51 markalı telefon üçün ödənilməmiş qalan 508 manat əsas borc, 50 manat cərimə pulu; xx.xx.2019-cu il tarixli 01016615 nömrəli müqaviləyə əsasən İMEİ kodu **********18227 Samsung GalaxyA20s markalı telefon üçün ödənilməmiş qalan 279 manat əsas borc, 27 manat cərimə pulu; xx.xx.2020-ci il tarixli 20068520 nömrəli müqaviləyə əsasən Power Bank üçün ödənilməmiş qalan 64 manat əsas borc, 6 manat cərimə pulu; xx.xx.2019-cu il tarixli 00748134 nömrəli müqaviləyə əsasən Braun Ütü, Edifier səs ucaldıcı üçün ödənilməmiş qalan 48 manat əsas borc, 4 manat cərimə olmaqla ümumilikdə, 4037 manat borc və məhkəməyə ərizə verilməsi üçün ödənilmiş 60,37 manat dövlət rüsumu olmaqla, cəmi 4097,37 (dörd min doxsan yeddi manat otuz yeddi qəpik) manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-2663/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2663/2022
24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver