Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2680/2025 12.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət qeydiyyatı İdarəsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi, "xxxx" ASC və "xxxx" ASC cəlb edilməklə “miras əmlakda payların müəyyən olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət qeydiyyatı İdarəsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi, "xxxx" ASC və "xxxx" ASC cəlb edilməklə “miras əmlakda payların müəyyən olunması və məcburi payın tamamlanması” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, 1) X22 məxsus əmlaklara İddiaçı3, İddiaçı1 və İddiaçı2 hər birinə 1/10 (onda bir) hissədə miras pay hüququnun müəyyən edilərək mülkiyyət hüququnun tanınması və həmin əmlaklara dair mülkiyyət hüququnun qeydiyyata alınmasının Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi; (i) Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 4a ünvanında yerləşən ümumi sahəsi 197,38 m ölçüdə olan 57 nömrəli mənzil; (ii) ünvan 1 ünvanında yerləşən 0.098860 ha torpaq sahəsi və üzərində tikilən ümumi sahəsi 495.10 m ölçüdə olan əmlak kompleksi; (iii) Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha ölçüdə torpaq; (iv) Bakı şəhəri, Nərimanov rayonu, X18 küçəsi, 78 ünvanında yerləşən dövlət mülkiyyətində olan 0.0175 hatorpaq sahəsi və üzərində tikilən ümumi sahəsi 761,20 m ölçüdə olan qeyri-yaşayış binası; (v) Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində yerləşən 900 m torpaq sahəsi; (vi) Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində yerləşən 500 m torpaq sahəsi; (vii) ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 53,23 m ölçüdə olan mənzil; 2) X22 məxsus əmlaklara İddiaçı3, İddiaçı1 və İddiaçı2 hər birinə 1/10 (onda bir) hissədə miras pay hüququnun müəyyən edilərək mülkiyyət hüququnun tanınması və həmin əmlaklara dair mülkiyyət hüququnun qeydiyyata alınmasının Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi; (i) Xaçmaz rayonu, Dalğalı qəsəbəsi ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və üzərində tikilən ümumi sahəsi 274,7 m ölçüdə olan fərdi yaşayış evi; (ii) Xaçmaz rayonu, Dalğalı qəsəbəsi ünvanında yerləşən 0.11 ha ölçüdə torpaq sahəsi və üzərində tikilən ümumi sahəsi 195,1 m ölçüdə olan fərdi yaşayış evi; 3) X22 məxsus ünvan 6i ünvanında yerləşən ümumi sahəsi 41,9 m ölçüdə olan fərdi yaşayış evinə İddiaçı3, İddiaçı1 və İddiaçı2 hər birinə 1/10 (onda bir) hissədə miras pay hüququnun müəyyən edilərək mülkiyyət hüququnun tanınması və həmin əmlaklara dair mülkiyyət hüququnun qeydiyyata alınmasının Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə həvalə edilməsi; 4) X22 məxsus əmlaklara İddiaçı3, İddiaçı1 və İddiaçı2 hər birinə 1/10 (onda bir) hissədə miras pay hüququnun müəyyən edilərək mülkiyyət hüququnun tanınması və (ii) həmin əmlaklara dair mülkiyyət hüququnun qeydiyyata alınmasının Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinə həvalə edilməsi; (i) "xxxx" Açıq Səhmdar Cəmiyyətində (VÖEN: **********) ) 2,4192 faiz iştirak payı; (ii) "xxxx" Mənzil- Tikinti Kooperativində (VÖEN: **********) 200002 ədəd pay (99,996%); 5) X22 məxsus vəsaitlərə İddiaçı3, İddiaçı1 və İddiaçı2 hər birinə 1/10 (onda bir) hissədə miras pay hüququnun müəyyən edilərək mülkiyyət hüququnun tanınması və həmin vəsaitlərin İddiaçılara ödənilməsinin bu banklara həvalə edilməsi: (i) "xxxx" ASC-də ******************** nömrəli pensiya hesabındakı vəsait; (ii) "xxxx" ASC-dəAZ16TURA******************** nömrəli cari hesabda olan 19682.49 avro vəsait; (iii)"xxxx" ASC-də AZ05TURA4 **********400300840 saylı blok hesabı üzrə xx.xx.2023-cü il tarixli ƏK-141309/23 saylı kredit müqaviləsinə əsasən girov qismində 10500 ABŞ dolları vəsait; 6) "xxxx" MMC-nin nizamnamə kapitalındakı Cavabdeh2 məxsus 50% payın 7,5%-i (iddiaçıların hər biri üçün 2.5% olmaqla) hesabına İddiaçı3, İddiaçı1 və İddiaçı2 məcburi paylarının tamamlanması və həmin paylar üzərində İddiaçı3, İddiaçı1 və İddiaçı2 hüquqlarının qeydiyyata alınmasının Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinə həvalə edilməsi; 7) Hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş 960 manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 100 manat olmaqla, cəmi 1060 manatın cavabdehlərdən tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X26 (bundan sonra–“Miras Qoyan”) xx.xx.2023-cü ildə vəfat etmişdir. O, vəfat edənədək Nəbiyeva (əvvəlki soyadı Allahverdiyeva) Alagöz Nəcəfxan qızı (bundan sonra – “1-ci cavabdeh”) ilə nikahda olmuşdur. Miras Qoyanın birgə mülkiyyətində bu əmlaklar olmuşdur: Miras qoyanın adına qeydiyyata alınmış əmlaklar: (i) Dövlət Tikinti və Arxitektura Komitəsi, Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, 964 reyestr nömrəli, 39 inventar işi nömrəli, 904 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 6i ünvanında yerləşən ümumi sahəsi 41,9 m ölçüdə olan fərdi yaşayış evi; (ii) Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti (bundan sonra – “DƏDRX”) tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********82-05301-093030 reyestr nömrəli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 4a ünvanında yerləşən ümumi sahəsi 197,38 m ölçüdə olan 57 nömrəli mənzil; (iii) DƏDRX tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********06-10301 reyestr nömrəli çıxarışa əsasən Xaçmaz rayonu, Dalğalı qəsəbəsi ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və üzərində tikilən ümumi sahəsi 274,7 m ölçüdə olan fərdi yaşayış evi; (iv) DƏDKR tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********48-12301 reyestr nömrəli elektron çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.098860 hatorpaq sahəsi və üzərində tikilən ümumi sahəsi 495.10 m olan əmlak kompleksi; (v) DƏDKR tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********49 reyestr nömrəli elektron çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha ölçüdə olan yaşayış məntəqəsinin torpağı; (vi) DƏDKR tərəfindən verilmiş xx.xx.2022ci il tarixli, ********** qeydiyyat nömrəli, **********52-06301 reyestr nömrəli elektron çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X18 küçəsi, 78 ünvanında yerləşən dövlət mülkiyyətində olan 0.0175 ha torpaq sahəsi və üzərində tikilən ümumi sahəsi 761,20 m ölçüdə olan qeyri-yaşayış binası; (vii) Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində yerləşən 900 m torpaq sahəsi; (viii) Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində yerləşən 500 m torpaq sahəsi; (ix) "xxxx" Mənzil-Tikinti Kooperativinin (VÖEN: **********) nizamnamə kapitalındakı hər birinin nominal dəyəri 1 manat, ümumilikdə isə 200002 manat olan 200002 ədəd pay (99,996%); (x) "xxxx" ASC-də (VÖEN: **********) ******************** nömrəli pensiya hesabı; (xi) "xxxx" ASC-də (VÖEN: **********) 2,4192 faiz iştirak payı; (xii) "xxxx" ASC-də AZ16TURA**********8400 300978 saylı cari hesabda olan 19682.49 avro vəsait; (xiii) "xxxx" ASC-də AZ05TURA4**********400300840 saylı blok hesabı üzrə xx.xx.2023-cü il tarixli ƏK-141309/23 saylı kredit müqaviləsinə əsasən girov qismində 10500 ABŞ dolları vəsait. Miras qoyanın arvadının adına qeydiyyata alınmış əmlaklar (xiv) DƏDRX tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********09-10301 reyestr nömrəli çıxarışa əsasən Xaçmaz rayonu, Dalğalı qəsəbəsi ünvanında yerləşən 0.11 ha torpaq sahəsi və üzərində tikilən ümumi sahəsi 195,1 m ölçüdə fərdi yaşayış evi; (xv) DƏDRX tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********23- 05301-093043 reyestr nömrəli elektron çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 53,23 m ölçüdə olan mənzil; Miras qoyanın vəfat etməmişdən əvvəl bağışladığı əmlak bundan başqa, Miras qoyan vəfat etməmişdən əvvəl xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən, "xxxx" MMC-nin (VÖEN: **********) nizamnamə kapitalındakı ona məxsus olan 50% iştirak payını oğlu Cavabdeh2 bağışlamışdır. Miras qoyanın vərəsələri bilirirlər ki, Miras qoyanın sağ olan birinci növbədə qanun üzrə vərəsələri bu şəxslərdir: (i) İddiaçı3 (bundan sonra– “1-ci iddiaçı”); (ii) İddiaçı1 (bundan sonra– “2-ci iddiaçı”); (iii) İddiaçı2 (bundan sonra– “3-cü iddiaçı”), (bundan sonra 1-ci, 2-ci və 3-cü iddiaçı birlikdə - “iddiaçılar”), (iv) Arvadı Cavabdeh1 (bundan sonra– “1-ci cavabdeh”) (v) Cavabdeh2 (bundan sonra– “2-ci cavabdeh”). Miras qoyanın birinci növbədə qanun üzrə vərəsələrinə aid olan valideynləri X12 və X14 vəfat etmişlər. 1-ci iddiaçı və 2-ci iddiaçı tərəfindən vərəsəlik şəhadətnaməsinin verilməsi ilə əlaqədar Bakı şəhəri 53 saylı notariat ofisinə müraciət edilmiş, lakin vərəsələr arasında mübahisə olduğundan notariat ofisi vərəsəlik şəhadətnaməsini verməkdən imtina etmişdir. Hesab edirlər ki, (i) X22 məxsus miras əmlaka müvafiq hissədə iddiaçıların miras pay hüququ müəyyən edilməli və mülkiyyət hüququ tanınmalı, (ii) daşınmaz əmlaka münasibətdə mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi DƏDKR-in müvafiq ərazi idarələrinə, hüquqi şəxsdə iştirak payına münasibətdə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinə (bundan sonra – “MGBİ”) həvalə olunmalı, bundan başqa (iii) 2-ci cavabdehə bağışlanan "xxxx" MMC-nin nizamnamə kapitalındakı 50% payın hesabına iddiaçıların hər birinin məcburi payı tamamlanmalı, habelə (iv) həmin paylar üzərində iddiaçıların hüquqlarının qeydiyyata alınması MGBİ-yə həvalə edilməlidir. İddiaçıların miras paylara mülkiyyət hüququnun tanınması, belə ki, ilk növbədə qeyd edilməlidir ki, Mülki Məcəllənin (bundan sonra – “MM”) tələbinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər 2 əsasla keçir (1133.1-ci maddə). Qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (1133.2-ci maddə). Miras fiziki şəxsin ölümü ilə açılır (1145-ci maddə). Mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (1151.1-ci maddə). Ölənin uşaqları və arvadı qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar (1159.1.1-ci maddə). Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir (1162-ci maddə). Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür (1274-cü maddə). Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun MM-in 1194-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarındakı hüquqi mövqe). Göründüyü kimi, miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak sağ qalan arvadın birgə mülkiyyətindəki ona çatası əmlak hissəsi (50%) istisna olmaqla, qalan hissədə (50%) miras qoyanın sağ olan qanun üzrə vərəsələrinə bərabər pay hüququ ilə keçir. Miras qoyan xx.xx.2023-cü ildə vəfat etmişdir və həmin tarixdən də miras açılmışdır. O, vəsiyyətnamə qoymamışdır və 5 nəfər (4 uşaq və 1 arvad) olan 1-ci növbə qanun üzrə vərəsələri vardır. Miras qoyan əmlakları birgə nikah dövründə əldə etdiyindən ona məxsus əmlaklar 5 nəfər 1-ci növbə vərəsələr arasında bölünməlidir. Belə ki, Miras qoyanın əmlakları bölünərək iddiaçıların hər birinin əmlaka 1/10 (onda bir) hissədə mülkiyyət hüququ tanınmalı və həmin əmlaklara dair hüquqların qeydiyyata alınması daşınmaz əmlaklara münasibətdə DƏDKR-ə, nizamnamə kapitalında paylara (səhmlərə) münasibətdə isə MGBİ-yə həvalə olunmalıdır. O cümlədən, Miras qoyana Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində bələdiyyə qərarı və məhkəmə qərarı ilə ayrılmış 2 torpaq sahəsi və üzərində inşa olunmuş 3 mərtəbəli fərdi yaşayış evlərinə dair hüquqlar dövlət qeydiyyatına alınmasa da, həmin əmlakların mirasın kütləsinə daxil edilərək bölünməsi istisna edilmir, bu halda əmlaklara İddiaçıların miras pay olaraq mülkiyyət hüququ tanınmalı və onların hüquqlarının dövlət qeydiyyatına alınması DƏDKRə həvalə edilməlidir. Belə ki, Ali Məhkəmənin Mülki Kollegiyasının (sədrlik edən Ələsgər Əliyev) xx.xx.2010-cu il tarixli 2(102)-2466/10 nömrəli qərarı və Ali Məhkəmənin Mülki Kollegiyasının (sədrlik edən Qəhrəman Allahverdiyev) xx.xx.2016-cı il tarixli 2(102)-183/16 nömrəli qərarı ilə formalaşmış məhkəmə təcrübəsinə əsasən mülkiyyət hüququ qeydə alınmayan əmlakın mirasın kütləsinə daxil edilərək vərəsələri arasında bölünməsini istisna etmir. Bu baxımdan həmin işlər üzrə dövlət qeydiyyatına alınmamış daşınmaz əmlaka miras payı olaraq iddiaçının mülkiyyət hüququ tanınmış və çıxarış verilməsi vəzifəsi DƏDKR-ə həvalə edilmişdir. Odur ki, məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə miras kütləsinə daxil olan əmlaklara iddiaçıların 1/10 (onda bir) hissədə mülkiyyət hüquqları tanınmalı və hüquqların dövlət qeydiyyatına alınması müvafiq olaraq DƏDKR-nin müvafiq ərazi idarələrinə və MGBİ-yə həvalə olunmalıdır. Məcburi payın tamamlanması göstərilənlərlə yanaşı qeyd edilməlidir ki, MM-in 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmçinin, MM-in 1200cü maddəsinə əsasən, miras qoyan əşyanı 3-cü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsa idi, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən 2 il keçirsə, hədiyyə hesaba alınmır. Konstitusiya Məhkəməsi Plenumunun “MM-in 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən MM-in 667.1, 1193 və 1200-cü maddələrinin funksional əlaqəsinin, həmçinin vərəsəlik hüququnun prinsipləri ilə bağlı qeyd olunanların qarşılıqlı təhlili onu deməyə əsas verir ki, qanunverici bağışlama qabiliyyətinin reallaşdırılmasını bağışlanan əmlakın vərəsəlik hüquq normalarına uyğun olaraq qanun üzrə vərəsələrdən 1-ci növbə vərəsələrə, yəni məcburi pay əldə etmək hüququ olan şəxslərə çatacaq əmlak payına daxil olan hissəsi ilə məhdudlaşdırmışdır. Həmçinin, həmin qərardakı hüquqi mövqeyə əsasən MM-in 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən 1-ci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Göründüyü kimi, İddiaçılar mirasda məcburi pay hüququna malikdirlər. Bağışlanmış əmlak ("xxxx" MMC-də iştirak paylarının 50%-i) mirasa daxil olsa idi, X15 qanun üzrə vərəsələri olan iddiaçılar və 1-ci və 2-ci cavabdehlər arasında bərabər şəkildə bölüşdürülməli və hər birinin 10% paya mülkiyyət hüququ yaranmalı idi. Bu səbəbdən iddiaçıların qanun üzrə vərəsə olaraq onlara çatası payın (bütün əmlakın 1/10 hissəsi) yarısı (bütün əmlakın 1/20 hissəsi yaxud "xxxx" MMC-də iştirak paylarının 2,5%-i) miqdarında miras payın tamamlanması hüququ vardır. Həmin hüququn gerçəkləşdirilməsi üçün hədiyyənin verilməsindən mirasın açılanadək 2 il müddət keçməmişdir. Belə ki, bağışlanma müqaviləsi xx.xx.2022-ci il tarixdə bağlanmışdır, miras isə MM-in 1145-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə açılmışdır, yəni miras qoyan həmin tarixdə vəfat etmişdir. Odur ki "xxxx" MMC-nin nizamnamə kapitalındakı miras qoyana məxsus 50% payın 7,5%-i hesabına (iddiaçıların hər biri üçün 2.5 % olmaqla) iddiaçıların məcburi paylarının tamamlanması və həmin paylar üzərində onların hüquqlarının qeydiyyata alınması MGBİyə həvalə edilməlidir. Daha sonra iddiaçıların nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1) X22 məxsus Bakı səhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha ölçüdə torpaq sahəsinə iddiaçılar - a) İddiaçı3, b) İddiaçı1, c) İddiaçı2 d) Cavabdehlər Cavabdeh2 və e) Cavabdeh1 hər birinə 1/5 (beşdə bir) hissədə miras pay hüququnun müəyyən edilərək mülkiyyət hüququnun tanınması və onların həmin əmlaklara dair mülkiyyət hüququnun qeydiyyata alınmasının Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi; 2) X22 məxsus bu əmlaklara iddiaçılar - a) İddiaçı3, b) İddiaçı1, c) İddiaçı2 və d) Cavabdeh2 hər birinə 1/10 (onda bir) hissədə, e) Cavabdeh1 isə 6/10 (onda altı) hissədə miras pay hüququnun müəyyən edilərək mülkiyyət hüququnun tanınması və onların həmin əmlaklara dair mülkiyyət hüququnun qeydiyyata alınmasının Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi; (i) Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 4a ünvanında yerləşən ümumi sahəsi 197,38 kv.m ölçüdə olan 57 nömrəli mənzil; (ii) ünvan 1 ünvanında yerləşən 0.098860 ha torpaq sahəsi və üzərində tikilən ümumi sahəsi 495.10 kv.m ölçüdə olan əmlak kompleksi; (iii) Bakı şəhəri, Nərimanov rayonu, X18 küçəsi, 78 ünvanında yerləşən dövlət mülkiyyətində olan 0.0175 ha torpaq sahəsi və üzərində tikilən ümumi sahəsi 761,20 kv.m ölçüdə olan qeyri-yaşayış binası; (iv) Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində yerləşən 900 kv.m torpaq sahəsi; (v) Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində yerləşən 500 kv.m torpaq sahəsi; (vi) ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 53,23 kv.m ölçüdə olan mənzil; 3) X22 məxsus bu əmlaklara iddiaçılar - a) İddiaçı3, b) İddiaçı1, c) İddiaçı2 və d) Cavabdeh2 hər birinə 1/10 (onda bir) hissədə, e) Cavabdeh1 isə 6/10 (onda altı) hissədə miras pay hüququnun müəyyən edilərək mülkiyyət hüququnun tanınması və onların həmin əmlaklara dair mülkiyyət hüququnun qeydiyyata alınmasının Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi; (i) Xaçmaz rayonu, Dalğalı qəsəbəsi ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və üzərində tikilən ümumi sahəsi 274,7 kv.m ölçüdə olan fərdi yaşayış evi; (ii) Xaçmaz rayonu, Dalğalı qəsəbəsi ünvanında yerləşən 0.11 ha ölçüdə torpaq sahəsi və üzərində tikilən ümumi sahəsi 195,1 kv.m ölçüdə olan fərdi yaşayış evi; 4) X22 məxsus ünvan 6i ünvanında yerləşən ümumi sahəsi 41,9 kv.m ölçüdə olan fərdi yaşayış evinə iddiaçılar - a) İddiaçı3, b) İddiaçı1, c) İddiaçı2 və d) Cavabdeh2 hər birinə 1/10 (onda bir) hissədə, e) Cavabdeh1 isə 6/10 (onda altı) hissədə miras pay hüququnun müəyyən edilərək mülkiyyət hüququnun tanınması və onların həmin əmlaklara dair mülkiyyət hüququnun qeydiyyata alınmasının Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə həvalə edilməsi; 5) X22 məxsus bu əmlaklara iddiaçılar - a) İddiaçı3, b) İddiaçı1, c) İddiaçı2 və d) Cavabdeh2 hər birinə 1/10 (onda bir) hissədə, e) Cavabdeh1 isə 6/10 (onda altı) hissədə miras pay hüququnun müəyyən edilərək mülkiyyət hüququnun tanınması və onların həmin əmlaklara dair mülkiyyət hüququnun qeydiyyata alınmasının Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinə həvalə edilməsi; (i) "xxxx" Açıq Səhmdar Cəmiyyətində (VÖEN: **********) ) 2,4192 faiz iştirak payı; (ii) "xxxx" Mənzil-Tikinti Kooperativində (VÖEN: **********) 200002 ədəd pay (99,996%); 6) X22 məxsus aşağıdakı vəsaitlərə İddiaçılar - a) İddiaçı3, b) İddiaçı1, c) İddiaçı2 və d) Cavabdeh2 hər birinə 1/10 (onda bir) hissədə, e) Cavabdeh1 isə 6/10 (onda altı) hissədə miras pay hüququnun müəyyən edilərək mülkiyyət hüququnun tanınması və həmin vəsaitlərin həmin şəxslərə ödənilməsinin aşağıdakı banklara həvalə edilməsi: (i) "xxxx" ASC-də AZ16TURA******************** nömrəli cari hesabda olan 19682.49 avro vəsait; (ii) "xxxx" ASC-də AZ05TURA4**********400300840 saylı blok hesabı üzrə xx.xx.2023-cü il tarixli ƏK-141309/23 saylı kredit müqaviləsinə əsasən girov qismində 10500 ABŞ dolları vəsait; 7) "xxxx" MMC-nin nizamnamə kapitalındakı Cavabdeh2 məxsus 50% payın 7,5%-i (İddiaçıların hər biri üçün 2.5% olmaqla) hesabına İddiaçı3, İddiaçı1 və İddiaçı2 məcburi paylarının tamamlanması və həmin paylar üzərində İddiaçı3, İddiaçı1 və İddiaçı2 hüquqlarının qeydiyyata alınmasının Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinə həvalə edilməsi; 8) Hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş 900 manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 100 manat olmaqla, cəmi 1000 manatın cavabdehlərdən tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki,hüquqlarını müdafiə etdiyi iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində iddia qaldırılmışdır. İddia tələbi miras qoyan olan X22 məxsus (o cümlədən onun birgə nikah dövründə əldə etdiyi və arvadının adına rəsmiləşdirilən) miras əmlaka iddiaçıların miras pay hüququnun müəyyən edilməsi və mülkiyyət hüququnun tanınması, həmçinin onların mülkiyyət hüququna dair hüquqların qeydiyyata alınması ilə bağlı olmuşdur. Nikah dövründə qeydiyyata alınsa da, nikahdan əvvəl əldə edilən əmlak birgə mülkiyyət sayılmır. DƏDKRin 1 saylı Bakı Ərazi İdarəsindən əldə edilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-30/2- 17947/2025 **********47 nömrəli məktubundan görünür ki, miras qoyanın adına DƏDKR tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********49 reyestr nömrəli elektron çıxarış əsasında qeydiyyata alınmış, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha ölçüdə olan yaşayış məntəqəsinin torpağı Kirov rayonu X11 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 7/148 nömrəli qərarı əsasında miras qoyan tərəfindən əldə edilmişdir. Yəni rayon xalq deputatları soveti tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərar Prezidentin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş siyahınm 1.4-cü bəndinə əsasən daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən və mülkiyyət hüququnun qeydiyyatına əsas olan sənəddir. Bu isə onu göstərir ki, həmin əmlak birgə nikah dövründə deyil, nikahdan əvvəl ər (miras qoyan) tərəfindən əldə edilməmişdir və Ailə Məcəlləsinin 34.1 -ci maddəsinə (nikaha daxil olanadək onlara məxsus olan əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir) əsasən miras qoyanın ayrıca (şəxsi və ya fərdi) mülkiyyəti hesab edilir. Ali Məhkəmənin Mülki Kollegiyasının (sədrlik edən hakim Zaur Əliyev) xx.xx.2021-ci il tarixli 2(102)- 2960/2021 nömrəli qərarı ilə formalaşmış məhkəmə təcrübəsindən də görünür ki, nikaha daxil olanadək əldə edilmiş əmlak nikah dövründə qeydiyyata alınsa da, əmlak əldə edən tərəfin ayrıca mülkiyyəti sayılır. Bu hal isə hazırki iş üzrə adına DƏDKR tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********49 reyestr nömrəli elektron çıxarış əsasında qeydiyyata alınmış Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha ölçüdə torpaq sahəsi ilə bağlı Mülki Məcəllənin 1162-ci maddəsinin (sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir) tətbiqini istisna edir və həmin əmlakın bütövlükdə miras kütləsinə daxil edilərək payların müəyyən edilməsini şərtləndirir. Bu baxımdan həmin hissədə iddia tələbini dəqiqləşdirmək istəyirlər. Həmçinin, "xxxx" ASC-dən əldə edilən cavaba əsasən hazırda həmin bank hesabından miras qoyana məxsus vəsait qalmadığından həmin hissədə də iddia tələbini dəqiqləşdirmək istəyirlər. Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə1 xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə iddiaya etirazını məhkəməyə təqdim edərək, 1. 1-ci bənddə qeyd edilən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha ölçüdə olan torpaq sahəsinin iddiaçılar - İddiaçı2, İddiaçı3 və İddiaçı1 və Cavabdeh2 hər birinə 1/10 (onda bir) hissədə, Cavabdeh1 münasibətdə isə 6/10 (altıda altı) hissədə miras pay hüququ müəyyənləşdirilməlidir. Çünki qeyd edilən əmlak miras qoyan X26 ilə Cavabdeh1 arasında birgə nikah dövründə əldə edilmişdir. 2. 2-ci bəndin (i), (ii), (iii), (iv) və (v) hissələrində qeyd edilən əmlakların iddiaçılar - İddiaçı2, İddiaçı3 və İddiaçı1 və Cavabdeh2 1/10 (onda bir) hissədə, Cavabdeh1 qızma münasibətdə isə 6/10 (altıda altı) hissədə miras pay hüququ müəyyənləşdirilməsi ilə razılaşırlar. Lakin həmin bəndin (vi) hissəsində qeyd edilən ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 53,23 kv.m olan əmlaka dair hissədə iddia rədd edilməlidir. Belə ki DƏDRX tərəfindən verilmiş xx.xx.2015ci il tarixli, ********** qeydiyyat nömrəli, **********23-05301-093043 reyestr nömrəli elektron çıxarışa əsasən ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 53,23 m ölçüdə olan mənzil sahəsi Cavabdeh1 Mülki Məcəlləsinin 1200-cü maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsa idi, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Bu düzdür ki, miras qoyan X15 vəfatından (xx.xx.2023-cü il) 2 il keçməmişdir. Lakin Mülki Məcəllənin 1200-cü maddəsinin məzmunundan göründüyü kimi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 8 yanvar 2021-ci il tarixli qərarına əsasən, tamamlanma tələbinin təmin edilməsi üçün bir neçə şərt eyni zamanda mövcud olmalıdır: - tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı; - əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı; - əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli; - həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi. Əgər "xxxx" MMC-nin payları X26 tərəfindən üçüncü şəxslərə bağışlansa idi, o zaman həmin paylarda İ növbə vərəsələr üçün məcburi pay haqqı müəyyən edilməli idi. Lakin miras qoyan şirkətin 50% payını üçüncü şəxsə yox, öz övladı, qanun üzrə İ növbə vərəsə olan Cavabdeh2 bağışlamışdır. Ona görə də, birinci növbə vərəsələrə edilən bu cür bağışlamalar məcburi payın pozulması kimi qiymətləndirilə bilməz. N.Cəbrayıİ məcburi pay haqqı tamamlanmalı olan şəxslər, yəni İ növbə vərəsə hesab edildiyindən ona məxsus əmlak miras əmlaka daxil deyildir, bu səbəbdən sonuncuya məxsus əmlak üzərində digər şəxslərin məcburi pay haqları tanınmamalıdır. Odur ki, yuxarıda qeyd edilən əsaslarla iddianın razılaşdıqları hissədə təmin edilməsini, razılaşmadıqları hissədə isə iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçıların nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə mülahizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Mülahizə onunla əsaslandırılmışdır ki, İddiaçı3, İddiaçı1 və İddiaçı2 (bundan sonra birlikdə - "İddiaçılar") Cavabdeh2 (bundan sonra - "1-ci cavabdeh") və Cavabdeh1 qızma (bundan sonra - "2-ci cavabdeh") qarşı miras payının bölüşdürülməsi tələbinə dair mülki iş icraatdadır. İş üzrə cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə1 etiraz vermiş və etirazı bu dəlillərlə əsaslandırmışdır: (1) Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha ölçüdə torpaq sahəsinə İddiaçılar - (a) İddiaçı3, (b) İddiaçı1, (c) İddiaçı2 (d) Cavabdehlər Cavabdeh2 1/10 (onda bir) hissədə, (e) Cavabdeh1 isə 6/10 (altıda altı) hissədə miras pay hüququnun müəyyən edilməlidir. Çünki həmin əmlak miras qoyanla Cavabdeh1 birgə nikah dövründə əldə edilmişdir; (2) ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 53,23 m- ölçüdə olan mənzil Cavabdeh1 məxsusdur. (3) "xxxx" MMC-nin nizamnamə kapitalındakı Cavabdeh2 məxsus 50% payın 7,5%-i (iddiaçıların hər biri üçün 2.5% olmaqla) hesabına İddiaçı3, İddiaçı1 və İddiaçı2 məcburi payları tamamlana bilməz, çünki həmin payları miras qoyan 3-cü şəxsə deyil, 1-ci növbə vərəsə olan öz uşağına bağışlamışdır. Həmin əşya miras kütləsinə daxil ola bilməz. Bu səbəblərə görə hesab edirlər ki, etiraz əsassızdır. B. Nikah dövründə qeydiyyata alınsa da, nikahdan əvvəl əldə edilən əmlak birgə mülkiyyət sayılmır. Belə ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə qeyd edildiyi kimi, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha ölçüdə olan yaşayış məntəqəsinin torpağı Kirov rayonu X11 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 7/148 nömrəli qərarı əsasında miras qoyan tərəfindən əldə edilmişdir. Rayon xalq deputatları soveti tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərar Prezidentin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahının 1.4-cü bəndinə əsasən daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən və mülkiyyət hüququnun qeydiyyatına əsas olan sənəddir. Bu isə onu göstərir ki, həmin əmlak birgə nikah dövründə deyil, nikahdan əvvəl ər (miras qoyan) tərəfindən əldə edilməmişdir Ailə Məcəlləsinin 34.1ci maddəsinə (nikaha daxil olanadək onlara məxsus olan əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir) əsasən miras qoyanın ayrıca (şəxsi və ya fərdi) mülkiyyəti hesab edilir. Ali Məhkəmənin Mülki Kollegiyasının (sədrlik edən hakim Zaur Əliyev) xx.xx.2021-ci il tarixli 2(102)-2960/2021 nömrəli qərarı ilə formalaşmış məhkəmə təcrübəsindən də görünür ki, nikaha daxil olanadək əldə edilmiş əmlak nikah dövründə qeydiyyata alınsa da, əmlak əldə edən tərəfin ayrıca mülkiyyəti sayılır. Bu hal isə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha ölçüdə torpaq sahəsi ilə bağlı Mülki Məcəllənin 1162-ci maddəsinin (sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ərarvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir) tətbiqini istisna edir və həmin əmlakın bütövlükdə miras kütləsinə daxil edilərək payların müəyyən edilməsini şərtləndirir. Odur ki, həmin əmlakın birgə mülkiyyət olması istisna edildiyindən etirazın dəlili tamamilə əsassızdır. C. Ər-arvaddan kimin adına əldə olunmasından asılı olmayaraq ümumi gəlirlər hesabına əldə edilən daşınmaz əşyalar birgə mülkiyyətdədir. ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 53,23 kv.m ölçüdə olan mənzilin Cavabdeh1 adma qeydiyyata alınması həmin əmlakın miras kütləsinə daxil edilməsini istisna etmir. Çünki Ailə Məcəlləsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır (32.1-ci maddə). Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınmaz əşyalar ər-arvaddan kimin adına əldə olunmasından asılı olmayaraq ər-arvadın ümumi birgə mülkiyyətindədir (32.2.2-ci maddə). Mülki Məcəllənin tələbinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir (1162-ci maddə). Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür (1274-cü maddə). Göründüyü kimi, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınmaz əşyalar ər-arvaddan kimin adına əldə olunmasından asılı olmayaraq ər-arvadın ümumi birgə mülkiyyətindədir, miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak sağ qalan arvadın birgə mülkiyyətindəki ona çatası əmlak hissəsi (50%) istisna olmaqla, qalan hissədə (50%) miras qoyanın sağ olan qanun üzrə vərəsələrinə bərabər pay hüququ ilə keçir. Odur ki, etirazın həmin hissədə dəlili də əsassız olduğundan rədd edilməlidir. D. Mirasın açıldığı vaxtadək 2 ildən artıq müddət keçməyən istənilən bağışlanmış əmlak, o cümlədən vərəsələrə bağışlanmış əmlak hesabına miras pay tamamlana bilər. Cavabdehin nümayəndəsi və vəkilinin 3-cü dəlilinə qarşı isə qeyd edilməlidir ki, MM-in 1200-cü maddəsinə əsasən, miras qoyan əşyanı 3-cü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsa idi, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən 2 il keçirsə, hədiyyə hesaba alınmır. Daha sonra iddiaçıların nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, hazırda iddianın obyektini təşkil edən "xxxx" MMC-nin nizamnamə kapitalındakı paylar hesabına məcburi paylarının tamamlanması hissəsində iddia tələbini dəqiqləşdirmək (azaldılmasını) istəyirlər. (1) X22 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha ölçüdə torpaq sahəsinə İddiaçılar – (a) İddiaçı3, (b) İddiaçı1, (c) İddiaçı2 (d) Cavabdehlər Cavabdeh2 və (e) Cavabdeh1 hər birinə 1/5 (beşdə bir) hissədə miras pay hüququnun müəyyən edilərək mülkiyyət hüququnun tanınması və onların həmin əmlaklara dair mülkiyyət hüququnun qeydiyyata alınmasının Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi; (2) X22 məxsus bu əmlaklara iddiaçılar – (a) İddiaçı3, (b) İddiaçı1, (c) İddiaçı2 və (d) Cavabdeh2 hər birinə 1/10 (onda bir) hissədə, (e) Cavabdeh1 isə 6/10 (onda altı) hissədə miras pay hüququnun müəyyən edilərək mülkiyyət hüququnun tanınması və onların həmin əmlaklara dair mülkiyyət hüququnun qeydiyyata alınmasının Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi; (i) Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 4a ünvanında yerləşən ümumi sahəsi 197,38 kv.m ölçüdə olan 57 nömrəli mənzil; (ii) ünvan 1 ünvanında yerləşən 0.098860 ha torpaq sahəsi və üzərində tikilən ümumi sahəsi 495.10 kv.m ölçüdə olan əmlak kompleksi; (iii) Bakı şəhəri, Nərimanov rayonu, X18 küçəsi, 78 ünvanında yerləşən dövlət mülkiyyətində olan 0.0175 ha torpaq sahəsi və üzərində tikilən ümumi sahəsi 761,20 kv.m ölçüdə olan qeyri-yaşayış binası; (iv) Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində yerləşən 900 kv.m torpaq sahəsi; (v) Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində yerləşən 500 kv.m torpaq sahəsi; (vi) ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 53,23 kv.m ölçüdə olan mənzil; (3) X22 məxsus bu əmlaklara iddiaçılar – (a) İddiaçı3, (b) İddiaçı1, (c) İddiaçı2 və (d) Cavabdeh2 hər birinə 1/10 (onda bir) hissədə, (e) Cavabdeh1 isə 6/10 (onda altı) hissədə miras pay hüququnun müəyyən edilərək mülkiyyət hüququnun tanınması və onların həmin əmlaklara dair mülkiyyət hüququnun qeydiyyata alınmasının Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi; (i) Xaçmaz rayonu, Dalğalı qəsəbəsi ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və üzərində tikilən ümumi sahəsi 274,7 kv.m ölçüdə olan fərdi yaşayış evi; (ii) Xaçmaz rayonu, Dalğalı qəsəbəsi ünvanında yerləşən 0.11 ha ölçüdə torpaq sahəsi və üzərində tikilən ümumi sahəsi 195,1 kv.m ölçüdə olan fərdi yaşayış evi; (4) X22 məxsus ünvan 6i ünvanında yerləşən ümumi sahəsi 41,9 kv.m ölçüdə olan fərdi yaşayış evinə iddiaçılar – (a) İddiaçı3, (b) İddiaçı1, (c) İddiaçı2 və (d) Cavabdeh2 hər birinə 1/10 (onda bir) hissədə, (e) Cavabdeh1 isə 6/10 (onda altı) hissədə miras pay hüququnun müəyyən edilərək mülkiyyət hüququnun tanınması və onların həmin əmlaklara dair mülkiyyət hüququnun qeydiyyata alınmasının Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə həvalə edilməsi; (5) X22 məxsus bu əmlaklara iddiaçılar – (a) İddiaçı3, (b) İddiaçı1, (c) İddiaçı2 və (d) Cavabdeh2 hər birinə 1/10 (onda bir) hissədə, (e) Cavabdeh1 isə 6/10 (onda altı) hissədə miras pay hüququnun müəyyən edilərək mülkiyyət hüququnun tanınması və onların həmin əmlaklara dair mülkiyyət hüququnun qeydiyyata alınmasının Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinə həvalə edilməsi; (i) "xxxx" Açıq Səhmdar Cəmiyyətində (VÖEN: **********) ) 2,4192 faiz iştirak payı; (ii) "xxxx" Mənzil- Tikinti Kooperativində (VÖEN: **********) 200002 ədəd pay (99,996%); (6) X22 məxsus bu vəsaitlərə iddiaçılar – (a) İddiaçı3, (b) İddiaçı1, (c) İddiaçı2 və (d) Cavabdeh2 hər birinə 1/10 (onda bir) hissədə, (e) Cavabdeh1 isə 6/10 (onda altı) hissədə miras pay hüququnun müəyyən edilərək mülkiyyət hüququnun tanınması və həmin vəsaitlərin həmin şəxslərə ödənilməsinin bu banklara həvalə edilməsi: (i) "xxxx" ASC-də AZ16TURA******************** nömrəli cari hesabda olan 19682.49 avro vəsait; (ii) "xxxx" ASC-də AZ05TURA4**********400300840 saylı blok hesabı üzrə xx.xx.2023-cü il tarixli ƏK141309/23 saylı kredit müqaviləsinə əsasən girov qismində 10500 ABŞ dolları vəsait. (7) Hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş 900 manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 100 manat olmaqla cəmi 1000 manatın cavabdehlərdən tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçılar məhkəmə iclasında iştirak etməmiş, iddiaçılar nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsilə məhkəməyə ərizə verərək, məhkəmənin baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə1 elektron kabinet vasitəsilə məhkəməyə ərizə verərək, məhkəmə baxışı iclasında iştirak edə bilməyəcəyini, bu səbəbdən işə onun iştirak olmadan baxılmasını və iddia tələbinə verdiyi etiraza uyğun qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan X4 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yannıda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş 6/1712 saylı arayışına əsasən Xaçmaz rayonu, Dalğalı qəsəbəsi ünvanında yerləşən 0.11 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləşən, 195.1 kv.metr ümumi sahəsi, 85.5 kv.metr yaşayış sahəsi, 109.6 kv.metr yardımçı sahəsi olan mərtəbəliliyi 2, 4 otaqlı evi alıcının mülkiyyətinə verir. Satıcı evi 35000 (otuz beş min) AZN satmış, Alıcı isə həmin qiymətə almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak X20 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz rayonu, Dalğalı qəsəbəsi ünvanında yerləşən 0.11 ha torpaq sahəsi və onun üzərində tikilmiş ümumi sahəsi 195.1 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət kimi tam hissədə Cavabdeh1 adına xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak X20 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 9 ünvanında yerləşən, ümumi sahəsi 495.1 kv.m olan əmlak komleksi kimi müəssisə xüsusi mülkiyyət kimi tam hissədə X15 adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 1740 nömrəli cavab məktubuna əsasən məktubda adı qeyd olunan fiziki şəxs X22 TuranBank ASC-də hesablar açılmışdır. X22 xx.xx.2007-ci il tarixində TuranBank ASC-də AZ81TURA******************** saylı cari hesab açılmış, xx.xx.2025-ci il tarixinə hesab qalığı 2.93 (iki manat 93 qəpik) AZN təşkil edir. X22 xx.xx.2007-ci il tarixində TuranBank ASC-də AZ16TURA******************** saylı cari hesab açılmış, xx.xx.2025-ci il tarixinə hesab qahğı 20579.41 (iyirmi min beş yüz yetmiş doqquz avro 41 sent) AVRO təşkil edir. Cari hesab müqaviləsinin şərtlərinə əsasən həmin hesab üzrə xx.xx.2025-ci il tarixinə hesablanmış faiz məbləği 79.54 (yetmiş doqquz avro 54 sent) AVRO təşkil edir. X22 xx.xx.2011-ci il tarixində TuranBank ASC-də AZ91TURA******************** saylı cari hesab açılmış, xx.xx.2025-ci il tarixinə hesab qalığı 12.31 (on iki manat 31 qəpik) AZN təşkil edir. X22 xx.xx.2013-cü il tarixində "xxxx" ASC-də AZ71TURA**********84006 00944 saylı cari hesab açılmış, xx.xx.2025-ci il tarixinə hesab qalığı 3.42 (üç manat 42 qəpik) AZN təşkil edir. X22 xx.xx.2007-ci il tarixində TuranBank ASC-də AZ36TURA******************** saylı cari hesab açılmış, xx.xx.2025-ci il tarixinə hesab qalığı 10500.41 (on min beş yüz ABŞ dolları 41 sent) ABŞ dolları təşkil edir. X22 xx.xx.2017-ci il tarixində "xxxx" ASC-də AZ56TURA**********8400 900944 saylı cari hesab açılmış, xx.xx.2025-ci il tarixinə hesab qahğı 8.41 (səkkiz manat 41 qəpik) AZN təşkil edir. X22 xx.xx.2017-ci il tarixində TuranBank ASC-də AZ51TURA******************** saylı cari hesab açılmış, xx.xx.2025-ci il tarixinə hesab qalığı 10.22 (on manat 22 qəpik) AZN təşkil edir. X22 xx.xx.2020-ci il tarixində TuranBank ASC-də AZ 16TURA******************** sayh cari hesab açılmış, xx.xx.2025-ci il tarixinə hesab qalığı 17.49 (on yeddi ABŞ dolları 49 sent) ABŞ dolları təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-18076/2025 nömrəli məlumat təqdim edilməsi haqqında müraciətə cavab məktubuna əsasən Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 20, 41 saylı mənzil 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli 4Ə-387 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-34/2-6151/2025 nömrəli məlumatın təqdim edilməsi barədə müraciətə cavab məktubuna əsasən Xaçmaz rayonu, Dalğalı qəsəbəsi ünvanında yerləşən 0.11 ha torpaq sahəsi və üzərində tikilmiş 195.1 kv.m fərdi yaşayış evi hal-hazırki tarixə X2 adına qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-17947/2025 nömrəli məlumat təqdim edilməsi haqqında müraciətə cavab məktubuna əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 0,0600 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi 30 04.2021-ci il tarixli BA-01779-2021- nömrəli arxiv arayışına (Kirov rayon XDS İK-nın xx.xx.1990-cı il tarixli 7/148 nömrəli qərarı), keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən xx.xx.2021-ci il tarixdə X15 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-33555/2025 nömrəli məlumat və sənəd surətlərinin təqdim edilməsi haqqında müraciətə cavab məktubuna əsasən Bakı şəhəri, Nərimanov rayonu, X18 küçəsi, 78 saylı qeyri-yaşayış binası X15 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 4a, 57 saylı mənzil X15 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 20, 41 saylı mənzil Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-31224/2025 nömrəli məlumat və sənəd surətlərinin təqdim edilməsi haqqında müraciətə cavab məktubuna əsasən ünvan 9 ünvanında yerləşən əmlak komleksi xx.xx.2020-ci il tarixdə X15 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivdə saxlanılan nüsxəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 4a, m.57 ünvanında yerləşən, ümumi sahəsi 197.38 kv.metr olan mənzilin hüquqi subyekti X23r. İş materiallarında olan xx.xx.2007-ci il tarixli, 088/458 nömrəli maliyyə arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 533-cü məhəllədə yerləşən kooperativ yaşayış binası ev № 4A "xxxx" MTK-yə məxsusdur. Bu binanın İİ giriş 14-cü mərtəbəsinin ümumi sahəsi – 215 kv.m, yaşayış sahəsi 128.62 kv.m olan 57 saylı 4 otaqlı mənzilin tam dəyəri 27010.2 (iyirmi yeddi min on manat) payçı X26 tərəfindən tam ödənilmişdir. MTK-ya borcu yoxdur. İş materiallarında olan "xxxx" MMC-nin 14 may 2025-ci il tarixli 001-05/05-MY/2025 nömrəli mütəxəssis rəyinə əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014cü il tarixli 2-1(81)-2866/2014 nömrəli qərarı ilə X22 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində ayrılmış 500 kv.m ölçüdə olan torpaq sahəsinin natura üzrə kadastr-məkan göstəriciləri (coğrafi koordinanları), Bakı Şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2008-ci il tarixli qərarı ilə X22 ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində yerləşən 900 kv.m ölçüdə olan torpaq sahəsi natura üzrə kadastr-məkan göstəriciləri (coğrafi koordinanları) göstərilmişdir. İş materiallarında olan Bakı Şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin “X15 istifadəsində olan torpaq sahəsinin fərdi yaşayış evnin tikintisi üçün alıq-satqı yolu ilə mülkiyyətinə satılması haqqında” xx.xx.2008-ci il tarixli,05 saylı protokolunun 16 saylı qərarına, “Torpaqların alıq-satqısına dair” Aktına, 22500 manat (qəbz **********91) ödəməklə X22 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində 900 kv.m ölçüdə olan torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(81)-2866/2014 nömrəli qərarına əsasən iddia tələbi təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin inzibati ərazi hüdudları daxilində yerləşən 500 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilməsi barədə Binəqədi rayon Binəqədi bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 372 saylı qərarının dəyişdirilərək, həmin torpaq sahəsinin vətəndaş X15 adına sənədləşdirilməsi Bakı şəhəri, M.Ə.Rəsulzadə Bələdiyyəsinə həvalə edilmişdir. İş materiallarında olan X7 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Satıcı ünvan 11 ünvanında yerləşən, ümumi sahəsi 51.4 kv.m, yaşayış sahəsi 19.33 kv.metr, yardımçı sahəsi 32.1 kv.m olan mənzili tam hissədə Alıcı Cavabdeh1 mülkiyyətinə verir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yannıda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışına əsasən ünvan 11 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət kimi X2 adına xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yannıda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışına əsasən Xaşmaz rayonu, Dalğalı qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 274.7 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət kimi X15 adına xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində istifadədə olan 0.13566 ha torpaq sahəsində yerləşən 4a nömrəli, 17 mərtəbəli binanın 2-ci girişində, 14-cü mərtəbəsində, 197.38 kv.m ümumi sahəsi 128.62 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı 57 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X15 adına daşınmaz əmlakın dövlət reyestrində 622 nömrəli reyestr kitabının 57074 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi, Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsinin 904 nmörəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 6ində yerləşən bir mərtəbədən, üç yaşayış otağından, 31.5 kv.m yaşayış sahəsindən, 41.5 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evi X15 adına xx.xx.2004-cü il tarixdə 02 nmörəli reyestr kitabında 42 səhifədə 904 reyestr nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan X26 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli təsis payının bağışlanması müqaviləsinə əsasən hədiyyə verən X26 təsisçilərindən olduğu Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş Kommersiya Hüquqi şəxslərin Dövlət Reyestrindən Çıxarışa əsasən hüquqi ünvanı AZ2724 Xaçmaz rayonu, Seyidli kənd yeri VÖEN ********** "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində olan tam 50% payını Hədiyyə alan – oğlu Cavabdeh2 mülkiyyətinə verir. Hədiyyə alan isə payı qəbul edir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İİ 369368 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X26 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 319 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İİ 410523 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X12 xx.xx.1991-ci il tarixdə Bakı şəhərində ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 623 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İİ 410524 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X14 xx.xx.2000-ci il tarixdə Bakı şəhərində ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 624 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri, Şaumyansk rayonu ZAQS şöbəsi tərəfindən verilmiş xx.xx.1984-cü il tarixli, Х-ЖГ 384275 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı1 xx.xx.1984-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. X8, anası X13r. İş materiallarında olan Ermənistan SRR Vardenis rayonu, Zod kənd soveti tərəfindən verilmiş xx.xx.1977-ci il tarixli, İİ-СЛ 228142 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı3 xx.xx.1977-ci il tarixdə Vardenis rayonu, Zərkənd kəndində doğulmuşdur. X31 Musa, anası X13r. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli, ХV-ЖГ 465745 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X16 xx.xx.1990-cı il tarixdə Bakı şəhərində, Xətai rayonunda doğulmuşdur. X8, anası X13r. İş materiallarında olan Vardenis rayonu, Zod kəndi ZAQS şöbəsi tərəfindən verilmiş xx.xx.1987-ci il tarixli, Vİ-СЛ 273683 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X26 xx.xx.1950-ci il tarixdə Vardenis rayonu, Zərkənd kəndində doğulmuşdur. X3, anası X10r. İş materiallarında olan Vİ-ЖГ 497802 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən X26 ilə X1 nikahlarını xx.xx.1998-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu VVAQ şöbəsində bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 978 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Nəbiyev”, arvada “Nəbiyeva” soyadı verilmişdir. İş materiallarına əsasən torpaqların alqı-satqısına dair akta əsasən bu akta görə ünvan 13 ünvanda yaşayan X26 tərəfindən M.Ə.Rəsulzadə bələdiyyə oqanına xx.xx.2008ci il tarixində torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanı iclasında baxılmış və M.Ə.Rəsulzadə bələdiyyə ərazisində 0.09 ha torpaq sahəsi satılması barədə xx.xx.2008-ci il tarixli, 16/39 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində X26 tərəfindən "xxxx" ASC bankının **********101 saylı hesabına əvvəlcədən 22 500,00 manat haqq ödənilmişdir. İş materiallarında olan Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2020-ci il tarixli çıxarışına əsasən "xxxx" Mənzil-Tikinti Kooperativin (VÖEN: **********) hazırki halda təsisçilər və nizamnamə kapitalında mayaların miqdarı İddiaçı3 – 2 pay, Cavabdeh2 – 2 pay, X16 – 2 pay, İddiaçı1 – 2 pay və X26 – 200002 paydır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 53 saylı Notariat Ofisinin İddiaçı3 və X17 ünvanladığı xx.xx.2024-cü il tarixli 5753 nömrəli məktubuna əsasən xx.xx.2023-cü il tarixdə vəfat etmiş mərhum – X15 xx.xx.2023-cü il tarixdə 8V/61 saylı vərəsəlik işi açılmışdır. Miras əmlakın bölgüsünə dair vərəsələr arasında mübahisə olduğundan hazırki vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi qeyri-mümkündür. İş materiallarında olan İddiaçı1 ilə Vəkil arasında bağlanmış hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2025-ci il tarixli, EM-1921VK-12873/25 nömrəli müqaviləyə əsasən vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürür. Hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 320 manat müəyyən olunmuş və başqa razılaşma yoxdursa, bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilməsi qeyd olunmuşdur. İş materiallarında olan İddiaçı3 ilə Vəkil arasında bağlanmış hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2025-ci il tarixli, EM-1921VK-15410/25 nömrəli müqaviləyə əsasən vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürür. Hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 320 manat müəyyən olunmuş və başqa razılaşma yoxdursa, bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilməsi qeyd olunmuşdur. İş materiallarında olan İddiaçı1 ilə Vəkil arasında bağlanmış hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2025-ci il tarixli, EM-1921VK-15420/25 nömrəli müqaviləyə əsasən vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürür. Hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 320 manat müəyyən olunmuş və başqa razılaşma yoxdursa, bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilməsi qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən İddiaçı3 tərəfindən 100 manat məbləğində dövlət rüsumu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hesabına köçürülmüşdür. Məhkəmə cavabdehlərin iddianı qismən etiraf etməsini nəzərə alıb, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin Vİİ hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-cimaddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. 1196-ci maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, vərəsəlik hüquq normaları nəzərdən keçirilərkən vərəsəliyin sosialiqtisadi mahiyyətini, onun hüquqi məzmununu və hüquqi tənzimlənməsinin xarakterini müəyyən edən vərəsəlik hüququnun prinsiplərinin mühüm əhəmiyyət kəsb etdiyi aydın görünür. Bu prinsiplər vərəsəlik hüququnun əsasını təşkil etməklə, şəxsin ölümü nəticəsində onun əmlakının başqa şəxslərə (vərəsələrə) keçməsi ilə bağlı yaranan vərəsəlik münasibətlərini tənzimləyən hüquq normalarında ifadə olunmuş əsas ideyalar və rəhbər başlanğıclardır. Vərəsəliyin hüquqi nizamlanması məhz həmin prinsiplərin vasitəsilə həyata keçirilir. Vərəsəlik hüquq prinsiplərinə vəsiyyət azadlığı, vərəsəliyin mühafizəsi, növbəlik, ailə mənafeyinin qorunması, miras paylarının bərabər olması, miras əmlakın vərəsəlik hüququ üzrə dövlətə keçməsi kimi prinsiplər aiddir. Mülki hüquq nəzəriyyəsində və mülki qanunvericilikdə vərəsəliklə bağlı normalarda əks olunmuş bu prinsiplərdən məhz növbəlik, ailə mənafeyinin qorunması, miras əmlakın dövlətə keçməsi kimi qaydalar qanun üzrə vərəsəlik institutunda özünü biruzə verir. Vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş miras qoyan mərhum X15 övladları - xx.xx.1977-ci il təvəllüdlü oğlu İddiaçı3, xx.xx.1982-ci il təvəllüdlü oğlu Cavabdeh2, xx.xx.1984-cü il təvəllüdlü oğlu İddiaçı1 və xx.xx.1990-cı il təvəllüdlü qızı İddiaçı2, həmçinin xx.xx.1998-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu VVAQ şöbəsində nikahları qeydə alınmış arvadı Cavabdeh1 Nəcəf qızı qanun üzrə birinci növbə vərəsələr hesab olunurlar. Mirasın qəbulu ilə bağlı miras qoyanın vərəsələri vərəsəlik işinin açılması ilə bağlı Bakı şəhəri 53 saylı Notariat ofisinə müraciət etmiş, lakin Bakı şəhəri 53 saylı Notariat Ofisi tərəfindən vərəsələr arasında mübahisə olduğundan vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Hazırda iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras əmlakda payların müəyyən olunması tələbi ilə məhkəməyə müraciət etmişlər və cavabdehlər iddianı qismən etiraf etmişlər. Belə ki, cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə1 iddiaya etirazına əsasən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha ölçüdə olan torpaq sahəsi üzərində İddiaçı2, İddiaçı3 və İddiaçı1 və Cavabdeh2 hər birinə 1/10 (onda bir) hissədə, Cavabdeh1 münasibətdə isə 6/10 (altıda altı) hissədə miras pay hüququ müəyyən edilməsini (əmlak miras qoyan X26 ilə Cavabdeh1 arasında birgə nikah dövründə əldə olunması səbəbilə) və ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 53,23 kv.m olan mənzilin Cavabdeh1 adına qeydiyyata alınması səbəbilə ümumiyyətlə miras əmlaka aid olmamasını, iddianı qalan hissədə qəbul etdikləri bildirmişlər. Göründüyü kimi, mübahisələndirilən əmlaklar Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha ölçüdə olan torpaq sahəsi və ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 53,23 kv.m olan mənzildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları araşdıraraq, Aərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən müəyyən etdi ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha ölçüdə olan torpaq sahəsi xx.xx.2021-ci il tarixli, BA- 01779-2021 nömrəli arxiv arayışına (Kirov rayon XDS İK-nın xx.xx.1990-cı il tarixli, 7/148 nömrəli qərarı) və keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən xx.xx.2021-ci il tarixdə X15 adına qeydiyyatdan keçmişdir. Bu hissədə məhkəmə hesab edir ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha ölçüdə olan torpaq sahəsi Kirov rayon XDS İK-nın xx.xx.1990-cı il tarixli, 7/148 nömrəli qərarı əsasında miras qoyan mərhum X26 tərəfindən Cavabdeh1 ilə 1998-ci ildə nikaha daxil olanadək əldə edilmişdir. Belə olan halda həmin torpaq sahəsi ümumi birgə mülkiyyət kimi qiymətləndirilə bilməz. Həmin əmlakın birgə mülkiyyət hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar yoxdur. Beləliklə, mübahisələndirilən torpaq sahəsinin miras qoyan X26 ilə Cavabdeh1 nikaha daxil olmazdan əvvəl əldə olunmuş əmlak olması öz təsdiqini tapdığından, həmçinin nikahdan əvvəl əldə olunmuş əmlak şəxsi mülkiyyət sayıldığından, həmin torpaq sahəsi bütün vərəsələr arasında bərabər hissədə (1/5 hissədə) bölünməklə miras payları müəyyən edilməlidir. Digər mübahisələndirilən əmlak ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 53,23 kv.m olan mənzil Cavabdeh1 adına xx.xx.2015-ci il tarixdə (birgə nikah dövründə) qeydiyyata alınmışdır. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınmaz əşyalar ər-arvaddan kimin adına əldə olunmasından asılı olmayaraq ər-arvadın ümumi birgə mülkiyyəti hesab olunur. Miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak sağ qalan arvadın birgə mülkiyyətindəki ona çatası əmlak hissəsi (50%) istisna olmaqla, qalan hissədə (50%) miras qoyanın sağ olan qanun üzrə vərəsələrinə bərabər pay hüququ ilə keçir. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilmiş daşınmaz əmlak ər-arvaddan kimin adına əldə olunmasından asılı olmayaraq, mənzilin ½ hissəsi Cavabdeh1 şəxsi mülkiyyəti kimi hesab edilməli, qalan ½ hissə isə miras əmlaka daxil edilməli və birinci növbədən olan beş vərəsə -mərhumun arvadı və 4 övladı arasında bərabər paylara bölünməlidir. Bu əsasla, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 53,23 kv.m olan mənzil İddiaçı3, İddiaçı1, İddiaçı2, Cavabdeh2 hər birinin 1/10 (onda bir) hissədə, Cavabdeh1 isə 6/10 (onda altı) hissədə miras payları müəyyən edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Həmin maddənin mənasından göründüyü kimi daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmamasına yeganə maneə mülkiyyət hüququna malik olmalı olan şəxsin ölümüdürsə, həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması həmin əmlakın mirasın kütləsinə daxil edilməsini və vərəsələri arasında bölünməsini istisna etmir. İş materiallarını araşdıraraq məhkəmə qeyd edir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində yerləşən 900 kv.m torpaq sahəsi və Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində yerləşən 500 kv.m torpaq sahəsi mülkiyyət kimi dövlət reyestrində qeydiyyatdan keçməmişdir. "xxxx" MMCnin 14 may 2025-ci il tarixli 001-05/05-MY/2025 nömrəli mütəxəssis rəyində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin inzibati ərazi hüdudları daxilində yerləşən 500 kv m və 900 kv m torpaq sahələrinin natura üzrə kadastr-məkan göstəriciləri (coğrafi koordinanları) göstərilmişdir. Həmin torpaq sahələrinin kadastr uçotu üzrə koordinatları heç bir şəxsin torpaq sahələri üstə düşmədiyi qeyd edilmişdir.Qeyd edillən kadastr məlumatları X6 X9 (TEKUİS) məlumatına əsaslanır. Müəyyənləşdirilən torpaq sahələri xüsusi coğrafiya sistemləri proqramları vasitəsiilə tərtib olunan aerofotoplan və plan sxemlərdə aydın şəkildə göstərilmişdir. Bakı Şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin “X15 istifadəsində olan torpaq sahəsinin fərdi yaşayış evnin tikintisi üçün alıq-satqı yolu ilə mülkiyyətinə satılması haqqında” xx.xx.2008-ci il tarixli,05 saylı protokolunun 16 saylı qərarına, “Torpaqların alıq-satqısına dair” Aktına, 22500 manat (qəbz **********91) ödəməklə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində 900 kv.m ölçüdə olan torpaq sahəsi X22 ayrılmışdır.1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli , 2-1(81)-2866/2014 nömrəli qərarına əsasən iddia tələbi təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin inzibati ərazi hüdudları daxilində yerləşən 500 kv.m. torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilməsi barədə Binəqədi rayon Binəqədi bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 372 saylı qərarının dəyişdirilərək, həmin torpaq sahəsinin vətəndaş X15 adına sənədləşdirilməsi Bakı şəhəri, M.Ə.Rəsulzadə Bələdiyyəsinə həvalə edilmişdir. Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(81)-2866/2014 nömrəli qərarı ilə X25 həmin qəsəbənin qərb hissəsində ayrılmış 500 kv.m ölçüdə olan və Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin inzibati ərazi hüdudları daxilində yerləşən 900 kv m torpaq sahələri vərəsələrə qalmış miras əmlak kimi qəbul edilməlidir. Məhkəmə iddia tələbinə digər hissələrdə mübahisə olmamasını, cavabdehlərin iddianı qismən etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iddiaçının məhkəmə xərcləri ilə əlaqədar pul tələblərinə münasibətdə hesab edir ki, iddia təmin edildiyindən vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 900 manat və dövlət rüsumu olaraq ödənilmiş 100 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, işin faktiki hallarını və cavabdehlərin iddianı qismən etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri,Binəqədi rayonu, Binəqədi qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha ölçüdə olan torpaq sahəsi (Kirov rayon XDS İK-nın xx.xx.1990-cı il tarixli, 7/148 nömrəli qərarı əsasında əldə olunmuş) üzərində İddiaçı3, İddiaçı1, İddiaçı2, Cavabdeh2 və Cavabdeh1 hər birinin 1/5 (beşdə bir) hissədə, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 4a ünvanında yerləşən ümumi sahəsi 197,38 kv.m ölçüdə olan 57 nömrəli mənzil, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 53,23 m ölçüdə olan mənzil, ünvan 1 ünvanında yerləşən 0.098860 ha torpaq sahəsi və üzərində tikilən ümumi sahəsi 495.10 kv.m ölçüdə olan əmlak kompleksi, Bakı şəhəri, Nərimanov rayonu, X18 küçəsi 78 ünvanında yerləşən dövlət mülkiyyətində olan 0.0175 ha torpaq sahəsi və üzərində tikilən ümumi sahəsi 761,20 kv.m ölçüdə olan qeyri-yaşayış binası, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində yerləşən 900 kv.m torpaq sahəsi, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində yerləşən 500 kv.m torpaq sahəsi, Xaçmaz rayonu, Dalğalı qəsəbəsi ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və üzərində tikilən ümumi sahəsi 274,7 kv.m ölçüdə olan fərdi yaşayış evi, Xaçmaz rayonu, Dalğalı qəsəbəsi ünvanında yerləşən 0.11 ha ölçüdə torpaq sahəsi və üzərində tikilən ümumi sahəsi 195,1 kv.m ölçüdə olan fərdi yaşayış evi, ünvan 6i ünvanında yerləşən ümumi sahəsi 41,9 kv.m ölçüdə olan fərdi yaşayış evi üzərində İddiaçı3, İddiaçı1, İddiaçı2, Cavabdeh2 hər birinin 1/10 (onda bir) hissədə və Cavabdeh1 6/10 (onda altı) hissədə, "xxxx" Açıq Səhmdar Cəmiyyətində (VÖEN: **********) 2,4192 faiz iştirak payı üzərində İddiaçı3, İddiaçı1, İddiaçı2, Cavabdeh2 hər birinin 1/10 (onda bir) hissədə və Cavabdeh1 6/10 (onda altı) hissədə, "xxxx" Mənzil-Tikinti Kooperativində (VÖEN: **********) 200002 ədəd pay (99,996%) üzərində İddiaçı3, İddiaçı1, İddiaçı2, Cavabdeh2 hər birinin 1/10 (onda bir) hissədə və Cavabdeh1 6/10 (onda altı) hissədə, "xxxx" ASC-də AZ16TURA******************** nömrəli cari hesabda olan 19682.49 avro vəsait və "xxxx" ASC-də AZ05TURA4**********400300840 saylı blok hesabı üzrə xx.xx.2023-cü il tarixli ƏK141309/23 saylı kredit müqaviləsinə əsasən girov qismində 10500 ABŞ dolları vəsait üzərində İddiaçı3, İddiaçı1, İddiaçı2, Cavabdeh2 hər birinin 1/10 (onda bir) hissədə və Cavabdeh1 6/10 (onda altı) hissədə payları müəyyən edilməli, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 900 (doqquz yüz) manat və dövlət rüsumu olaraq ödənilmiş 100 (bir yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri,Binəqədi rayonu, Binəqədi qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha ölçüdə olan torpaq sahəsi (Kirov rayon XDS İK-nın xx.xx.1990-cı il tarixli, 7/148 nömrəli qərarı əsasında əldə olunmuş) üzərində İddiaçı3, İddiaçı1, İddiaçı2, Cavabdeh2 və Cavabdeh1 hər birinin 1/5 (beşdə bir) hissədə payları müəyyən edilsin. Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 4a ünvanında yerləşən ümumi sahəsi 197,38 kv.m ölçüdə olan 57 nömrəli mənzil, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 53,23 m ölçüdə olan mənzil, ünvan 1 ünvanında yerləşən 0.098860 ha torpaq sahəsi və üzərində tikilən ümumi sahəsi 495.10 kv.m ölçüdə olan əmlak kompleksi, Bakı şəhəri, Nərimanov rayonu, X18 küçəsi 78 ünvanında yerləşən dövlət mülkiyyətində olan 0.0175 ha torpaq sahəsi və üzərində tikilən ümumi sahəsi 761,20 kv.m ölçüdə olan qeyriyaşayış binası, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində yerləşən 900 kv.m torpaq sahəsi, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində yerləşən 500 kv.m torpaq sahəsi, Xaçmaz rayonu, Dalğalı qəsəbəsi ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və üzərində tikilən ümumi sahəsi 274,7 kv.m ölçüdə olan fərdi yaşayış evi, Xaçmaz rayonu, Dalğalı qəsəbəsi ünvanında yerləşən 0.11 ha ölçüdə torpaq sahəsi və üzərində tikilən ümumi sahəsi 195,1 kv.m ölçüdə olan fərdi yaşayış evi, ünvan 6i ünvanında yerləşən ümumi sahəsi 41,9 kv.m ölçüdə olan fərdi yaşayış evi üzərində İddiaçı3, İddiaçı1, İddiaçı2, Cavabdeh2 hər birinin 1/10 (onda bir) hissədə və Cavabdeh1 6/10 (onda altı) hissədə payları müəyyən edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətində (VÖEN: **********) 2,4192 faiz iştirak payı üzərində İddiaçı3, İddiaçı1, İddiaçı2, Cavabdeh2 hər birinin 1/10 (onda bir) hissədə və Cavabdeh1 6/10 (onda altı) hissədə payları müəyyən edilsin. "xxxx" Mənzil-Tikinti Kooperativində (VÖEN: **********) 200002 ədəd pay (99,996%) üzərində İddiaçı3, İddiaçı1, İddiaçı2, Cavabdeh2 hər birinin 1/10 (onda bir) hissədə və Cavabdeh1 6/10 (onda altı) hissədə payları müəyyən edilsin. "xxxx" ASC-də AZ16TURA******************** nömrəli cari hesabda olan 19682.49 avro vəsait və "xxxx" ASC-də AZ05TURA4**********400300840 saylı blok hesabı üzrə xx.xx.2023-cü il tarixli ƏK141309/23 saylı kredit müqaviləsinə əsasən girov qismində 10500 ABŞ dolları vəsait üzərində İddiaçı3, İddiaçı1, İddiaçı2, Cavabdeh2 hər birinin 1/10 (onda bir) hissədə və Cavabdeh1 6/10 (onda altı) hissədə payları müəyyən edilsin. Vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 900 (doqquz yüz) manat və dövlət rüsumu olaraq ödənilmiş 100 (bir yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-2680/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2680/2025
12.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver