Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2689/2025 15.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əmlaka çəkilmiş xərcin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh ASC-yə qarşı “əmlaka çəkilmiş xərcin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə bağlanılan lizinq müqaviləsindən sonra Lənkəran rayonu, Sütəmurdov kəndində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 78,3 kv.m yaşayış, 186,6 kv.m köməkçi sahədən ibarət əmlakda apardığım yeni tikinti işləri, konstruktiv qurğu və digər təmir xərcləri daxil olmaqla ümumilikdə tərəfindən qoyulmuş 20.000 (iyirmi min) manat məbləğində xərcin Cavabdeh ASC –dən alınaraq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən əmlak tərəfindən Nikoil İKB ASC (indiki Yelo Bank ASC) ilə 02 oktyabr 2014-cü il tarixli 13-G4-1- 01396-14 saylı daxili maliyyə lizinq müqaviləsi əsasında alınmışdır. Daha sonra pulu ödəyə bilmədiyi səbəbindən əmlak bank tərəfindən yenidən geri alınmış və başqa bir şəxsə satılmışdır. İddiaçı bildirir ki, Lizinq məbləğinin müəyyən hissəsini ödəmişdir. Onun tərəfindən sözügedən mülkiyyətin üzərinə 20.000 (iyirmi min) manata yaxın sərmayə yatırılmışdır. Bununla da sözügedən əmlakın dəyərini əhəmiyyətli dərəcədə artırmışdır. Belə ki, torpaq sahəsində tərəfindən həyət tikintisi inşa edilmişdir, çoxlu ağaclar əkilmiş, quyu qazılmış, pəncərələrə dəmir bəzəkli barmaqlıqlar vurulmuş, yerə kafel vurulması və s. kimi işlər görülmüşdür. Bundan əlavə tikili olaraq balkon artırmış və digər təmir işlərinə vəsait xərcləmişdir. 13x6 mert olan ağaclar üçün “karkaz” inşa etmişdir. Yaşayış evinin arxa və qabaq hissəsini artırmışdır. Həyətdə yay oturacaqları qoymuş və həyət bar verən meyvə ağacları ilə doludur. Bundan əlavə həyətdə əlavə hamam və sanitar qovşaq inşa etmişdir. Bu dəyişikliklər mülkiyyəti lizinq ilə aldıqdan sonra tərəfindən həyata keçirilmişdir. Lakin Cavabdeh ASC tərəfindən mülkiyyət mövqeyindən sui-istifadə edilərək əmlak ondan alındığı zaman onun inşa etdiyi tikililərə və sadaladığı digər xərclərə ən əsası ona dəymiş ziyana heç bir münasibət bildirilməmişdir. Hal-hazırda həmin məbləği-yəni tərəfindən qoyulmuş 20.000 manat xərci bankdan tələb etmək hüququ vardır. Bu səbəbdən də, sözügedən mülkiyyətdə onun etdiyi əhəmiyyətli dəyişikliklərin nəzərə alınaraq buna hüquqi münasibət bildirilməsi və ona dəymiş ziyanın ödənilməsindən ötrü məhkəmə müdafiəsindən istifadə etmək niyyətindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmuna uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X3 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddia tələbi əsassızdır. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" İKB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 13-G4-1-01396-14 saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən lizinqverən Nikoyl” İKB ASC tərəfindən lizinq alan İddiaçı 155.000 AZN məbləğində illik 17% olmaqla 120 ay müddətinə Lənkəran rayonu, Sütəmurdov kəndində 0,1194 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 264.9 kv.m. olan, 2 mərtəbəli fərdi yaşayış evinin, Lənkəran şəhəri, 4-cü məhəllədə 0,0112 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 104.3 kv.m. olan qeyri-yaşayış binası, Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0,12 ha torpaq sahəsi və Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0,06 ha torpaq sahəsi lizinqə verilmişdir. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 2(049)-77/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən İddiaçı və X1 "xxxx" İKB ASC-nin xeyrinə 141.926,54 manat əsas borc, 22.585,95 manat faiz borcu olmaqla, cəmi 164.512,49 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, "xxxx" İKB-nin Lənkəran filialı ilə İddiaçı arasında bağlanmış 02 oktyabr 2014-cü il tarixli, 13- G4-1- 01396-14 saylı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan Lənkəran rayonu, Sütəmurdov kəndində 0.1194 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 264.9 kv.m. olan 2 mərtəbəli fərdi-yaşayış evinin, Lənkəran şəhəri, 4-cü məhəllədə yerləşən 0.0112 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 104.3 kv.m. olan qeyri-yaşayış binası, Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0.12 ha torpaq sahəsi və Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0.06 ha torpaq sahəsinin "xxxx" İKB-nə qaytarılması, lizinq obyekti olan Lənkəran rayonu, Sütəmurdov kəndində 0.1194 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 264.9 kv.m. olan 2 mərtəbəli fərdi-yaşayış evinin, Lənkəran şəhəri, 4-cü məhəllədə yerləşən 0.0112 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 104.3 kv.m.olan qeyri-yaşayış binası, Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0.12 ha torpaq sahəsinin və Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0.06 ha torpaq sahəsinin boşaldılması və "xxxx" İKB-nə təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-02/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 1208/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-185/2024 nömrəli iş üzrə 11 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İddiaçı müqavilə üzrə ASC-nin müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtlıvaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. xx.xx.2014-cü il tarixli daxili lizinq müqaviləsinin 3.8-ci bəndinə əsasən, bununla lizinq alan razılıq verir və öhdəsinə götürür ki, əmlaka xidmət edilməsi eləcə də cari və əsaslı təmir və buna oxşar digər xidmətlər onun hesabına olmalıdır, Lizinqverənlə razılaşdırılmış və belə işlərə buraxılışı olan xidmət strukturları vəya lizinqverənin bəyəndiyi digər təşkilatlar tərəfindən saf ehtiyat hissələrinin istifadə edilməsi ilə, həyata keçiriləcəkdir. Lizinqalan lizinqverənini yazılı razılığı ilə lizinq obyektini öz vəsaiti hesabına yaxşılaşıdrıbsa və bu lizinq obyektinə zərər vurmadan ayrıla bilməzsə lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq müqaviləsi bu yaxşılaşdırmaların dəyərinin ona ödənilməsini tələb etmək hüququna malik deyildir. Göründüyü kimi, tərəflər arasında bağlanmış lizinq müqaviləsində də Lizinqalan lizinqverənini yazılı razılığı ilə lizinq obyektini öz vəsaiti hesabına yaxşılaşıdrıbsa və bu lizinq obyektinə zərər vurmadan ayrıla bilməzsə lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq müqaviləsi bu yaxşılaşdırmaların dəyərinin ona ödənilməsini tələb etmək hüququna malik deyildir. Odur ki, iddiaçı cavabdeh ilə bağlanılan lizinq müqaviləsindən sonra Lənkəran rayonu, Sütəmurdov kəndində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 78,3 kv.m yaşayış, 186,6 kv.m köməkçi sahədən ibarət əmlakda apardığım yeni tikinti işləri, konstruktiv qurğu və digər təmir xərcləri daxil olmaqla ümumilikdə tərəfindən qoyulmuş 20.000 (iyirmi min) manat məbləğində xərci tələb etməsində haqlı deyildir. İddia əsassızdır. Belə ki, iddiaçı özü lizinq müqaviləsini imzalayaraq lizinq obyektinə yaxşılaşdırma etsə də onu gələcəkdə lizinq müqaviləsinə xitam verildikdən sonra tələb edə bilməyəyini qəbul etmişdir.Odur ki, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “əmlaka qoyulmuş xərcin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh ASC-yə qarşı “əmlaka çəkilmiş xərcin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-2689/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2689/2025
15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver