Məhkəmə qərarları › İş №e-2(004)-2702/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2702/2024

15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2702/2024 15.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********87619 İPHONE 13 PRO MARKALİ TELEFON, İMEİ KODU **********98356 İPHONE 13 PRO MARKALİ TELEFON, APPLE 20W USB-C ADAPTER üçün 509,55 (beş yüz doqquz manat əlli beş qəp) manat ödənilməmiş hissə, 50,45 (əlli manat qırx beş qəp) manat cərimə və xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, ASPİRATOR BOSCH, PLİTƏ HOFFMANN, PALTARYUYAN TOSHİBA üçün 276,22 (iki yüz yetmiş altı manat iyirmi iki qəp) manat ödənilməmiş hissə, 27,78 (iyirmi yeddi manat yetmiş səkkiz qəp) manat cərimə olmaqla, ümumilikdə 864 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********87619 İPHONE 13 PRO MARKALİ TELEFON, İMEİ KODU **********98356 İPHONE 13 PRO MARKALİ TELEFON, APPLE 20W USB-C ADAPTER, ASPİRATOR BOSCH, PLİTƏ HOFFMANN, PALTARYUYAN TOSHlİBA və nəticədə 864 (səkkiz yüz altmış dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 5733 (beş min yeddi yüz otuz üç) manat (12 ay x 455 manat + 273 manat ilkin ödəniş) İMEİ KODU **********87619 İPHONE 13 PRO MARKALİ TELEFON, İMEİ KODU **********98356 İPHONE 13 PRO MARKALİ TELEFON, APPLE 20W USB-C ADAPTER ümumilikdə, 560 (beş yüz altmış) manat olmaqla ondan, 509.55 (beş yüz doqquz manat əlli beş qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 50.45 (əlli manat qırx beş qəp) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2125.62 (iki min yüz iyirmi beş manat altmış iki qəp) manat (18 ay x 118.09 manat + 0 manat ilkin ödəniş) ASPİRATOR BOSCH,PLİTƏ HOFFMANN, PALTARYUYAN TOSHİBA üçün ümumilikdə, 304 (üç yüz dörd) manat olmaqla ondan, 276,22 (iki yüz yetmiş altı manat iyirmi iki qəp) manat ödənilməmiş hissə, güzəşt 27.78 (iyirmi yeddi manat yetmiş səkkiz qəp) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 7072,85 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdeh 28 aprel 2024-cü il tarixdə etirazla məhkəməyə müraciət edərək, mülki işin iddia icraatı qaydasında baxılmasını xahiş etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdeh iddiaya etiraz edərək etirazında bildirmişdir ki, hər iki müqavilə üzrə cəriməni qəbul etmir. Belə ki, tərəfindən iddiaçıya müraciət edilmiş və xx.xx.2022-ci il tarixli müqavilə üzrə son ödəniş olan 455 manatın və xx.xx.2022-ci il tarixli müqavilə üzrə cəmi 236.18 manat ödənilməsini həm şifahi, həm də rəsmi qaydada müraciət etsə də, bu mümkün olmamışdır.Qrafik üzrə ödənilməli olan pulu iddiaçı qəbul etməmişdir. İddiaçının hərəkətsizliyi ona cərimə ödənilməsinə əsas vermir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Belə ki, xx.xx.2022-ci il tarixli, 03721350 saylı alğı-satqı müqaviləsinə əsasən satıcı ("xxxx" MMC) ASPİRATOR BOSCH, PLİTƏ HOFFMANN, PALTARYUYAN TOSHİBA adlı məhsulları alıcıya verməyi, alıcı Cavabdeh isə onları qəbul edib dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli, 03721350 saylı alğı-satqı müqaviləsinə əlavəyə əsasən Cavabdeh ASPİRATOR BOSCH, PLİTƏ HOFFMANN, PALTARYUYAN TOSHİBA adlı məhsullar üçün ilkin ödəniş etmədən, 18 ay ərzində hər ay 118,09 manat olmaqla cəmi 2125,62 manat ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli, 10732440 saylı alğı-satqı müqaviləsinə əsasən satıcı ("xxxx" MMC) İMEİ KODU **********87619 İPHONE 13 PRO MARKALİ TELEFON, İMEİ KODU **********98356 İPHONE 13 PRO MARKALİ TELEFON, APPLE 20W USB-C ADAPTER adlı məhsulları alıcıya verməyi, alıcı Cavabdeh isə onları qəbul edib dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli, 10732440 saylı alğı-satqı müqaviləsinə əlavəyə əsasən Cavabdeh İMEİ KODU **********87619 İPHONE 13 PRO MARKALİ TELEFON, İMEİ KODU **********98356 İPHONE 13 PRO MARKALİ TELEFON, APPLE 20W USB-C ADAPTER adlı məhsullar üçün 273 manat ilkin ödəniş etməklə 12 ay müddətinə hər ay 455 manat olmaqla, cəmi 5733 manat satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 509,55 (beş yüz doqquz manat əlli beş qəp) manat ödənilməmiş hissə, 50,45 (əlli manat qırx beş qəp) manat cərimə borcu olmaqla, cəmi 560 manat və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 276,22 (iki yüz yetmiş altı manat iyirmi iki qəp) manat ödənilməmiş hissə, 27,78 manat olmaqla cəmi, 304 (üç yüz dörd) manat borcu vardır. "xxxx" MMC-nin cavabdehə ünvanlanmış 29 mart 2023-cü il tarixli pretenziya məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilə öhdəliklərinin icras edilməməsi təqdirdə müqavilənin 4.1-ci bəndinə əsasən, məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Göründüyü kimi, tərəflər arasında nisyə alğı-satqı müqavilələri bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilələr üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı əşyaların dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiasının müqavilələr üzrə əsas borca hesablanmış tənasübsüz surətdə yüksək cərimə məbləğləri azaldılmalı, xx.xx.2022-ci il tarixli müqavilə üzrə cərimə 20 (otuz) manat məbləğində, xx.xx.2022-ci il tarixli müqavilə üzrə cərimə 10 (yetmiş) manat məbləğində müəyyən edilərək, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən, 509,55 (beş yüz doqquz manat əlli beş qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən, 276,22 (iki yüz yetmiş altı manat iyirmi iki qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə olmaqla, cəmi 815,77 (səkkiz yüz on beş manat yetmiş yeddi qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat tutularaq iddiaçı "xxxx" MMCyə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən, 509,55 (beş yüz doqquz manat əlli beş qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, xx.xx.2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən, 276,22 (iki yüz yetmiş altı manat iyirmi iki qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə olmaqla, cəmi 815,77 (səkkiz yüz on beş manat yetmiş yeddi qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar