Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-2706/2022 18.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh3 iştirakları ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 10.658,60 (on min altı yüz əlli səkkiz manat altmış qəpik) manat sığorta ödənişinin, ödənilmiş 121,98 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi və vəkili Nümayəndə izahatında Cavabdeh3 ilə aralarındakı mübahisəni barışıq yolu ilə həll etməyə razılaşdıqlarını və buna dair öz aralarında xx.xx.2022-ci il tarixdə barışıq sazişi bağladıqlarını bildirdi. Belə ki, məhkəməyə təqdim edilən barışıq sazişini heç bir aldatma, təhdid və zorakılıq olmadan sərbəst iradəsi ilə bağladıqlarını və hər iki tərəfin Barışıq Sazişinin şərtləri ilə razılaşdığını öz imzaları ilə təsdiq və bəyan etdiklərini, barışıq sazişinin nəticələrinin onlara aydın olduğunu qeyd etdi. Odur ki, o, Cavabdeh3 ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddiaçının nümayəndəsi ilə onun arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdi və qalıq borcun onun tərəfindən tam şəkildə ödəniləcəyini bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, tərəflərin məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli barışıq sazişini və iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, hazırda məhkəmənin mübahisənin sülh yolu ilə həll etməklə bağlı təklifini tərəflər müsbət dəyərləndirmiş və barışıq sazişi bağlamışlar. Məhkəməyə təqdim edilmiş iddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə şəxsində (bundan sonra iddiaçı adlandırılacaq) və digər tərəfdən Cavabdeh3 şəxsində (bundan sonra cavabdeh adlandırılacaq) arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinə əsasən müəyyən edilir ki, onlar aşağıdakı şərtlərlə Mülki Prosessual Məcəllənin 191-ci maddəsinin tələbi qaydasında razılığa gəlmişlər: “1. **-SH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə xx.xx.2021-ci il tarixdə törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının C-Mİ-0090/21 saylı sığorta şəhadətnaməsi üzrə yaranan subroqasiya hüququ üzrə tələbin məhkəmədən kənar qaydada ödəniləcək məbləği Subroqasiya prosesinin həyata keçirilməsi üzrə təlimata uyğun olaraq 800 (səkkiz yüz) manat ilkin ödənişdən sonra 12 (on iki) ay ərzində 9980,98 (doqquz min doqquz yüz səksən manat doxsan səkkiz qəpik) manat məbləğində müəyyən edilir.
2. Cavabdeh şəxs vurulmuş ziyanın əvəzi olaraq qalıq 9980,98 (doqquz min doqquz yüz səksən manat doxsan səkkiz qəpik) manat məbləği bu barışıq sazişinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədəki ödəniş cədvəlinə əsasən 12 ay müddətində köçürmə yolu və ya ödəniş terminalları vasitəsilə iddiaçıya ödəyir.
3. İddiaçı cavabdeh şəxsə irəli sürdüyü qalıq 9980,89 (doqquz min doqquz yüz səksən manat doxsan səkkiz qəpik) manat məbləğində tələbinin tam ödənildikdən sonra cavabdeh şəxsə qarşı subroqasiya hüququ ilə əlaqədar hər hansı bir maddi və qeyrimaddi tələbinin olmadığını bildirir.
4. Cavabdeh şəxs 2 (iki) ay müddətində ödəniş etmədiyi təqdirdə güzəşt və müddətli ödəniş razılaşması qüvvədən düşmüş sayılır.
5. Bu barışıq sazişi imzalandığı gündən qüvvəyə minir. Tərəflər bu sazişin şərtlərinə əməl etmədikləri təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada çıxarılmış məhkəmə qərardadına əsasən birbaşa icraya yönəldilir.
6. Bu barışıq sazişi Azərbaycan dilində olmaqla 3 (üç) nüsxədə tərtib olunur və hər 3 (üç) nüsxəsi eyni hüquqi qüvvəyə malikdir. Barışıq sazişinin bir nüxsəsi məhkəmədə, bir nüsxəsi iddiaçı tərəfdə, digər nüsxəsi cavabdeh tərəfdə qalır.” Beləliklə, tərəflər məhkəmə iclasında yuxarıdakı şərtlərlə imzalanan xx.xx.2022-ci il tarixli barışıq sazişi ilə tam razı olduqlarını, bu sazişi tam və vaxtında yerinə yetirməyi öhdələrinə götürdüklərini bildirdilər. Barışıq sazişi tərəflərin iradəsi ilə tərtib edilmiş və imzalanmışdır, barışıq sazişinin nəticələri tərəflərə tam şəkildə aydındır. Tərəflər bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinin tələbinə uyğun olaraq barışıq sazişini təsdiq edənədək Azərbaycan Respublikası MPM-in 261.0.5-ci və 262.4-cü maddələri ilə nəzərdə tutulmuş barışıq sazişinin bağlanması ilə mülki iş üzrə icraata xitam verilməsinin nəticələrini tərəflərə izah etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki iş üzrə iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilməli və həmin mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52.1, 52.3, 191.1, 191.2, 261, 261.0.5, 262-264, 267-268, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki iş üzrə iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə ilə Cavabdeh3 arasında xx.xx.2022ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilsin: “1. **-SH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə xx.xx.2021-ci il tarixdə törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının C-Mİ-0090/21 saylı sığorta şəhadətnaməsi üzrə yaranan subroqasiya hüququ üzrə tələbin məhkəmədən kənar qaydada ödəniləcək məbləği Subroqasiya prosesinin həyata keçirilməsi üzrə təlimata uyğun olaraq 800 (səkkiz yüz) manat ilkin ödənişdən sonra 12 (on iki) ay ərzində 9980,98 (doqquz min doqquz yüz səksən manat doxsan səkkiz qəpik) manat məbləğində müəyyən edilir.
2. Cavabdeh şəxs vurulmuş ziyanın əvəzi olaraq qalıq 9980,98 (doqquz min doqquz yüz səksən manat doxsan səkkiz qəpik) manat məbləği bu barışıq sazişinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədəki ödəniş cədvəlinə əsasən 12 ay müddətində köçürmə yolu və ya ödəniş terminalları vasitəsilə iddiaçıya ödəyir.
3. İddiaçı cavabdeh şəxsə irəli sürdüyü qalıq 9980,89 (doqquz min doqquz yüz səksən manat doxsan səkkiz qəpik) manat məbləğində tələbinin tam ödənildikdən sonra cavabdeh şəxsə qarşı subroqasiya hüququ ilə əlaqədar hər hansı bir maddi və qeyrimaddi tələbinin olmadığını bildirir.
4. Cavabdeh şəxs 2 (iki) ay müddətində ödəniş etmədiyi təqdirdə güzəşt və müddətli ödəniş razılaşması qüvvədən düşmüş sayılır.
5. Bu barışıq sazişi imzalandığı gündən qüvvəyə minir. Tərəflər bu sazişin şərtlərinə əməl etmədikləri təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada çıxarılmış məhkəmə qərardadına əsasən birbaşa icraya yönəldilir.
6. Bu barışıq sazişi Azərbaycan dilində olmaqla 3 (üç) nüsxədə tərtib olunur və hər 3 (üç) nüsxəsi eyni hüquqi qüvvəyə malikdir. Barışıq sazişinin bir nüxsəsi məhkəmədə, bir nüsxəsi iddiaçı tərəfdə, digər nüsxəsi cavabdeh tərəfdə qalır”. İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi üzrə Yasamal Rayon Məhkəməsinin icraatında olan e-2(004)-2706/2022 saylı mülki işin icraatına xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 121,98 (bir yüz iyirmi bir manat doxsan səkkiz qəpik) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Günel Əkbərli