Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2711/2024 04.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC və Cavabdeh arasında imzalanmış xx.xx.2022ci il tarixli B-296-AAE-22 saylı Müqavilə üzrə 15988 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC və Cavabdeh arasında imzalanmış xx.xx.2022-ci il tarixli B-296-AAE-22 saylı Müqavilə üzrə İddiaçı MMC-yə dəymiş zərərin, yəni əldən çıxmış fayda kimi 11138 manat ödənilməyən məbləğ, 4850 manat cərimə borcu (dəbbə pulu), avtomobilin amortizasiyası nəticəsində dəyərdən düşməsi ilə iddiaçıya dəymiş real zərər olaraq 15559,50 manat olmaqla ümumilikdə 31547,50 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC və Cavabdeh arasında imzalanmış xx.xx.2022-ci il tarixli B-296-AAE-22 saylı Müqavilə üzrə İddiaçı MMC-yə dəymiş zərərin, yəni əldən çıxmış fayda kimi 7904 manat ödənilməyən məbləğ, 4850 manat cərimə borcu (dəbbə pulu), avtomobilin amortizasiyası nəticəsində dəyərdən düşməsi ilə iddiaçıya dəymiş real zərər olaraq 15559,50 manat olmaqla, ümumilikdə 28313,50 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (“Satıcı”) və Cavabdeh (“Alıcı”) arasında Avtomobil Alqı-satqısına dair xx.xx.2022-ci il tarixli B-296-AAE-22 saylı Müqavilə imzalanmışdır. Müqaviləyə əsasən satıcı dəyəri ƏDV daxil 103730 manat müəyyən edilən Changan UNİ-K markalı, buraxılış ili 2022 olan (VİN: LS4ASE2A8NA707139, rəngi tünd göy) avtonəqliyyat vasitəsi Satıcı tərəfindən Alıcının istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh 6710 manat ilkin ödəniş etmiş, qalıq borc sayılacaq 97020 manat məbləği isə xx.xx.2022-ci il tarixindən etibarən 60 ay müddətinə, ayda 1617 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilərək nəqliyyat vasitəsinin cavabdehə qüsursuz şəkildə təhvil verilməsinə baxmayaraq, Cavabdeh tərəfindən Müqavilə üzrə ödəniş öhdəlikləri vaxtında icra edilməmişdir (sonuncu ödəniş xx.xx.2023-cü il tarixində olmuşdur). Öhdəliklərinin yerinə yetirilməyəcəyi təqdirdə tərəflərindən xx.xx.2022-ci il tarixli B296-AAE-22 saylı müqavilənin 3.2-ci bəndinə əsasən müqaviləyə birtərəfli qaydada xitam veriləcəyi barədə cavabdehə xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Qarşı tərəfin öhdəliyini icra etməməsi səbəbindən xx.xx.2023-cü il tarixli növbəti xəbərdarlıq məktubu ilə tərəflərindən xx.xx.2022-ci il tarixli B- 296-AAE-22 saylı müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Müqaviləyə xitam verilən tarixədək cavabdeh tərəfindən ödəniş öhdəliklərinin vaxtında həyata keçirilməməsini nəzərə alaraq bildirirlər ki, Cavabdeh İddiaçı MMC qarşısında B-296-AAE-22 saylı Müqavilə üzrə 15988 manat məbləğində maliyyə öhdəliyi yaranmışdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsi rəhbər tutularaq, 15988 manat məbləğində borcun ödənilməsi tələbi ilə iddiaçı tərəfindən cavabdehə dəfələrlə müraciətlər edilmişdir. Lakin, edilən müraciətlərə cavabdeh tərəfindən heç bir məhəl qoyulmamış, borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli B-296-AAE-22 saylı Müqavilənin 3.2.2, 3.2.5, 3.2.6 və 3.2.7-ci bəndlərinə əsasən, müqavilə bağlandığı tarixdən etibarən Alıcı Müqavilə üzrə müvafiq ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilə üzrə ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu təqdim etməzsə, Satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Alıcı bundan imtina etdiyi təqdirdə, Satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən “Alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməlidir. Gecikdirilən hər gün üçün X1 aylıq ödənişinin 1 faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Avtomobil üçün 6710 manat ilkin ödəniş etmişdir. 5 il ərzində hər ay 1617 manat ödəniş etməli idi. Ümumilikdə ilkin ödəniş çıxılmaqla, 11000 manatdan çox ödəniş etmişdir. İddiaçı tərəflə şifahi razılaşmaya əsasən bəzən 2-3 aydan bir ödənişləri həyata keçirmişdir. Daha sonra, maddi vəziyyəti ilə əlaqədar ödənişləri həyata keçirə bilməmişdir. İddiaçı tərəf avtomobili təhvil verməyi tələb etmiş, o isə avtomobili təhvil vermişdir. Avtomobili şəxsi istifadə üçün almışdır. Maşının dəyəri 69900 manat olmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC (“Satıcı”) və Cavabdeh (“Alıcı”) arasında Avtomobil Alqı-satqısı üzrə bağlanmış xx.xx.2022-ci il tarixli B-296-AAE-22 saylı Müqaviləyə əsasən satıcı dəyəri ƏDV daxil 103730 manat müəyyən edilən Changan Uni-K avtomobili dəyəri tam ödənilənədək texniki saz halda alıcının istifadəsinə verməyi, o cümlədən avtomobilin dəyəri tam ödənildikdən sonra alıcının mülkiyyətinə verməyi, alıcı isə təhvil verilmiş avtomobili qəbul etməyi və onun qiymətini hazırki müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İddiaçı MMC-nin təhvil-təslim Aktından görünür ki, Changan Uni-K avtonəqliyyat vasitəsi qüsursuz və texniki saz vəziyyətdə alıcı Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh onun tərəfindən müqavilə üzrə öhdəlikləri yerinə yetirilmədiyindən xx.xx.2022-ci il tarixli B-296-AAE-22 saylı Müqaviləyə xx.xx.2023-cü il tarixində birtərəfli qaydada xitam veriləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh onun tərəfindən müqavilə üzrə öhdəlikləri yerinə yetirilmədiyindən xx.xx.2022-ci il tarixli B-296-AAE-22 saylı Müqaviləyə xx.xx.2023-cü il tarixində birtərəfli qaydada xitam verilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş Arayışdan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli B-296-AAE-22 saylı Müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 6710 manat məbləğində ilkin ödəniş və DQN alınması və icbari sığorta ödənişi olaraq 510 manat, xx.xx.2022-ci il tarixdə 1650 manat, xx.xx.2023-cü il tarixdə 5100 manat, xx.xx.2023-cü il tarixdə 4750 manat ödəniş edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC (“Satıcı”) və Cavabdeh (“Alıcı”) arasında Avtomobil Alqı-satqısı üzrə bağlanmış xx.xx.2022-ci il tarixli B- 296-AAE-22 saylı Müqaviləyə əsasən satıcı dəyəri ƏDV daxil 103730 manat müəyyən edilən Changan Uni-K markalı avtomobili dəyəri tam ödənilənədək texniki saz halda alıcının istifadəsinə verməyi, o cümlədən avtomobilin dəyəri tam ödənildikdən sonra alıcının mülkiyyətinə verməyi, alıcı isə təhvil verilmiş avtomobili qəbul etməyi və onun qiymətini hazırki müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə alıcı avtomobili texniki saz vəziyyətdə əldə etsə, müqavilə üzrə öhdəliklərini tam icra edə bilməmişdir. Həmin müqavilə üzrə Cavabdeh tərəfindən alıcıya cəmi 18720 manat məbləğində ödəniş olmuşdur. Daha sonra, cavabdehin müqavilə üzrə öhdəliyini icra etməməsi səbəbindən iddiaçı tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verilmiş, Cavabdeh Changan Uni-K markalı avtomobili İddiaçı MMC-yə qaytarmışdır. Hazırda İddiaçı MMC Cavabdeh qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC və Cavabdeh arasında imzalanmış xx.xx.2022-ci il tarixli B-296- AAE-22 saylı Müqavilə üzrə İddiaçı MMC-yə dəymiş zərərin, yəni əldən çıxmış fayda kimi 7904 manat ödənilməyən məbləğ, 4850 manat cərimə borcu (dəbbə pulu), avtomobilin amortizasiyası nəticəsində dəyərdən düşməsi ilə iddiaçıya dəymiş real zərər olaraq 15559,50 manat olmaqla, ümumilikdə 28313,50 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslı hesab edilməsi üçün ilk olaraq tərəflər arasında etibarlı alqı-satqı müqaviləsinin bağlanması halı müəyyən edilməlidir. Yalnız həmin hallar müəyyən edildikdən sonra iddia təmin oluna bilər. Lakin hazırkı işdə qeyd olunan birinci hal müəyyən edilmir. Belə ki, tərəflər arasında imzalanmış alqı-satqı müqaviləsinin predmetini avtonəqliyyat vasitəsi təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2007-ci il tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının” Siyahısının 2-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən avtonəqliyyat vasitələri rəsmi reyestrdə qeydə alınan daşınar əşyalar hesab olunur, onlar dövlət qeydiyyatına alınır və həmin qeydiyyatı Daxili İşlər Nazirliyi həyata keçirir. Mülki Məcəllənin 650-ci maddəsinə görə rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 144.1-ci maddəsində isə təsbit olunmuşdur ki, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Lakin tərəflər arasında imzalanmış alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq edilməmişdir. Mülki Məcəllənin 329.1-ci maddəsində isə göstərilmişdir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Göründüyü kimi tərəflər arasında imzalanmış müqavilə Mülki Məcəllənin əqdlərin forma tələblərinə riayət etməməklə bağlandığı üçün etibarsız əqddir. Bundan başqa məhkəmə qeyd edir ki, mövcud qanunvericilikdə nəqliyyat vasitələrinə dair alqı-satqı müqavilələrinin digər formada bağlanması da nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnaməyə əsasən bütün fiziki və hüquqi şəxslər mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində Dövlət qeydiyyatından keçirməlidirlər (bənd 1.2). Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar (dövlət yol polisi) nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı, həmçinin nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini həyata keçirirlər (bənd 1.6). Qeyd olunan qərarla nəqliyyat vasitələrinin dövlət yol polisi orqanında alqı-satqısı və dəyişdirilməsi müqavilələrinin forması təsdiq edilmişdir. Lakin tərəflər arasında imzalanmış müqavilə qeyd olunan Qərarın tələblərinə uyğun olaraq dövlət yol polisində rəsmiləşdirilməmişdir. Göründüyü kimi tərəflər arasında etibarlı alqı-satqı müqaviləsi bağlanılmamışdır. Belə olan halda isə iddiaçının Mülki Məcəllənin 600.4-cü və 600.5-ci maddəsinə əsasən həmin müqaviləyə əsaslanmaqla pul tələb etməsi əsassızdır. Bundan başqa məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış müqavilə etibarsız əqd kimi qiymətləndirilsə də, iddianın predmeti həmin əqdin etibarsız hesab edilməsi və ya etibarsız əqd üzrə alınanların geri qaytarılması ilə bağlı olmadığına görə Mülki Məcəllənin 337.5-ci maddəsinin tətbiq edilməsi üçün əsaslar mövcud deyil. Məhkəmə eyni zamanda qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə etibarlı müqavilə olmuş olsa idisə də, dəymiş zərərin, yəni əldən çıxmış fayda kimi 7904 manat ödənilməyən məbləğ, 4850 manat cərimə borcu (dəbbə pulu), avtomobilin amortizasiyası nəticəsində dəyərdən düşməsi ilə iddiaçıya dəymiş real zərər olaraq 15559,50 manat olmaqla, ümumilikdə 28313,50 manat pul vəsaitinin cavabdehdən tələb edilməsi əsassızdır. Belə ki, tərəflər arasındakı Avtomobil Alqı-satqısına dair bağlanmış xx.xx.2022-ci il tarixli B-296-AAE-22 saylı Müqaviləyə İddiaçı MMC tərəfindən birtərəfli qaydada xitam verilmiş, alqısatqı müqaviləsi üzrə alıcıya verilmiş avtomobil ondan geri alınmışdır. Bundan sonra, iddiaçının artıq xitam verilmiş müqavilə üzrə alıcı tərəfindən ödənilməli olan məbləğləri, əsas məbləğə hesablanmış faizləri və avtomobilin amortizasiyası nəticəsində dəyərdən düşməsi ilə bağlı məbləğləri tələb etməsi əsassızdır. Belə olduğu təqdirdə, iddiaçı yalnızca avtomobilin alıcının istifadəsində olduğu müddət ərzində avtomobilə hər hansı zərər dəymişsə onu tələb edə bilər. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan arayışdan da göründüyü kimi, cavabdeh nəqliyyat vasitəsinin onun sahibliyində və istifadsində olduğu 11 ay müddətində cəmi 18720 (ilkin ödəniş də daxil edilməklə) manat məbləğində iddiaçıya pul ödəmişdir. Buradan da görünür ki, cavabdeh iddiaçının avtomobilin amortizasiyası nəticəsində dəyərdən düşməsi ilə iddiaçıya dəymiş real zərər olaraq hesab etdiyi 15559,50 manatdan daha çox pul ödəmişdir. Bununla yanaşı 600.4-cü maddədən də göründüyü kimi, əşyanı təhvil almış alıcı əşyanın dəyərini alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yəni satıcı qeyd edilənlərdən yalnız birini həyata keçirə bilər. Satıcı tərəfindən müqavilə üzrə alıcıya verilənlərin geri alınması, eyni zamanda müqavilə üzrə əldən çıxmış fayda kimi 7904 manat ödənilməyən məbləğin, 4850 manat cərimə borcunun (dəbbə pulu), tələb edilməsi düzgün hesab edilə bilməz. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar İddiaçı MMC tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-2711/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2711/2024
04.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver