Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2716/2025 15.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5971.97 manat əsas borc, 328.03 manat dəbbə pulu və 83 manat dövlət rüsumu olmaqla ümumilikdə 6383 manat məbləğində pulun tutularaq İddiaçı MMCyə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə fiziki şəxs Cavabdeh Murad oğlu arasında bağlanmış aşağıda göstərilən hissəli ödənişlə nisyə alqı-satqı müqavilələrinə əsasən iddiaçı cavabdehə şəxsi istifadə məqsədləri üçün müxtəlif əşyaları təmin etməyi (satmağı), cavabdeh isə həmin əşyaların dəyərinin müqavilədə razılaşdırılmış müddətlərdə hissəli ödənişlə İddiaçıya ödənilməsini öz öhdələrinə götürmüşlər. 14 noyabr 2023-cü il tarixli, 003-DFM-0960-23 saylı müqavilə üzrə iddiaçı tərəfindən 14 noyabr 2023-cü il tarixində tərəflər arasında bağlanmış təhvil-təslim aktı və qaimə əsasında 1 ədəd 5410.00 manat (beş min dörd yüz on manat, sıfır qəpik) dəyərində “Məişət əşyası” adlı Malı 12 (on iki) ay müddətinə hissəli ödəniş şərti ilə cavabdehə təmin edilmişdir (satılmışdır). 14 noyabr 2023-cü il tairxli, 003-DFM-0960-23 saylı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 01 saylı Əlavəyə əsasən cavabdeh 14 noyabr 2023cü il tarixindən etibarən 12 təqvim ayı müddətində hər ayın 14-ü Müqavilə üzrə təchiz edilmiş Mallara görə 450.00 manat (sonuncu ayda 460.00 manat) məbləğində ödənişi icra etməli olsa da, öhdəliyin icra vaxtı çatmış ardıcıl 5 tarix üzrə (xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il) cavabdeh iddiaçıya hər hansı vəsait ödəməmişdir. 3 iyun 2024-cü il tarixli, 003-DFM-0495-24 saylı müqavilə üzrə iddiaçı tərəfindən 03 iyun 2024-cü tarixində tərəflər arasında bağlanmış təhvil-təslim aktı və qaimə əsasında 1 ədəd 5200.00 manat (beş min iki yüz manat, sıfır qəpik) dəyərində malları 12 (on iki) ay müddətinə hissəli ödəniş şərti ilə cavabdehə təmin edilmişdir (satılmışdır). 03 iyun 2024-cü il tarixli, 003-DFM-0495-24 saylı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 01 saylı Əlavəyə əsasən cavabdeh 03 iyun 2024-cü il tarixindən etibarən 12 təqvim ayı müddətində hər ayın 3-ü 433.00 manat (sonuncu ayda 437.00 manat) məbləğində ödənişi icra etməli olsa da, öhdəliyin icra vaxtı çatmış ardıcıl 7 tarix üzrə (xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il) cavabdeh iddiaçıya hər hansı vəsait ödəməmişdir. Tərəflərindən hər iki Müqavilənin 8.8-ci yarımbəndinə uyğun olaraq mübahisəni məhkəmədən kənar qaydada həll etmək məqsədilə 23 oktyabr 2024-cü il tarixində cavabdehin rəsmi və faktiki ünvanlarına DFXO 212 və DFXO 214 nömrəli bildirişlərilə müraciət edilmiş və əsas borcla dəbbə pulu məbləğinin 3 (üç) iş günü ərzində tam həcmdə ödənilməsi tələb edilmişdir. Cavabdeh malları təhvil-təslim aktları əsasında tam həcmdə, komplekt, yeni, istifadə (istismara) yararlı, Müqavilə şərtlərinə, həcminə və spesifikasiyalara uyğun, lazımi keyfiyyətdə (hər hansı zədə, qüsur və ya aşınma olmadan) qəbul etmiş və Müqavilələrin 8.3-cü yarımbəndində müəyyən olunan 14 (on dörd) təqvim günü ərzində Malların keyfiyyətinə dair hər hansı irad bildirməmişdir. Malların keyfiyyətində hər hansı qüsurun olmamasına və Satıcı tərəfindən Müqavilə üzrə hər hansı öhdəliyin pozulmamasına baxmayaraq Alıcı ödənilməli olan pul vəsaitini əsassız olaraq ödəməmiş və Müqavilə üzrə öhdəliklərini icra etməkdən əsassız olaraq imtina etmişdir. Müqavilələrin 2.6-cı yarımbəndinə əsasən Alıcı Müqavilə üzrə hər hansı ödənişi istənilən səbəbdən ödəməzsə və Alıcının öhdəliklərini icra etməməsi ehtimalı məlum olarsa, o zaman Satıcı Malları qiymətləndirməklə geri götürmək və ya Malın vaxtından əvvəl tam ödənilməsini tələb etmək hüququna malikdir. Alıcı tərəfindən iki Müqavilə üzrə vaxtı çatmış öhdəlik beş və yeddi ardıcıl dəfə icra edilməmişdir. Alıcı tərəfindən Müqavilə üzrə öhdəliklərin icra edilməyəcəyi aşkar məlum olduğundan, Satıcı Müqavilənin 2.6-cı yarımbəndində müəyyən edilən hüququndan istifadə edərək Malın qiymətinin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. İndiki halda iddiaçı tərəfindən cavabdehə hər iki Müqavilə üzrə ayrılıqda bu tarixlərdə məbləğlərdə ödənişlər icra edilmişdir və hər bir Müqavilə üzrə cari tarixə mövcud olan əsas borc və dəbbə pulu bu kimidir: 1. 14 noyabr 2023-cü il tairxli, 003-DFM-0960-23 saylı Müqavilə üzrə ümumilikdə 5410.00 manat dəyərində mal təhvil verilmiş, mallara görə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər (həmin tarix də daxil olmaqla) ümumi 4298.00 manat (dörd min iki yüz doxsan səkkiz manat, sıfır qəpik) ödəniş edilmiş, ödənilmiş vəsaitin 3473.44 manat hissəsi Müqavilə üzrə əsas borc məbləğindən, 824.56 manat hissəsi isə Müqavilə üzrə hesablanmış dəbbə pulu borcundan silinmişdir. Lakin malın qalan dəyəri üzrə cavabdeh tərəfindən ödəniş qrafiki üzrə bu günədək hər hansı ödəniş həyata keçirilməmişdir. Bu səbəbdən 14 noyabr 2023-cü il tarixli, 003- DFM-0960- 23 saylı Müqavilə üzrə 1936.56 manat əsas borc və cari tarixə olan 225.44 manat dəbbə pulu borcu olmaqla, cəmi 2162.00 manat (iki min bir yüz altmış iki manat, sıfır qəpik) məbləğində pul cavabdeh tərəfindən iddiaçıya ödəməlidir. 2. Həmçinin, iddiaçı tərəfindən cavabdehə 03 iyun 2024-cü il tarixli, 003-DFM-0495-24 saylı Müqavilə üzrə 5200.00 manat dəyərində mal təhvil verilmiş, mallara görə xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixə qədər (həmin tarix də daxil olmaqla) ümumi 1700.00 manat (bir min yeddi yüz manat, sıfır qəpik) ödəniş edilmiş, ödənilmiş vəsaitin 1164.59 manat hissəsi Müqavilə üzrə əsas borc məbləğindən, 535.41 manat hissəsi isə Müqavilə üzrə dəbbə pulu borcundan silinmişdir. Lakin malın qalan dəyəri üzrə cavabdeh tərəfindən ödəniş qrafiki üzrə bu günədək hər hansı ödəniş həyata keçirilməmişdir. Bu səbəbdən 03 iyun 2024-cü il tarixli, 003-DFM0495-24 saylı Müqavilə üzrə 4035.41 manat əsas borc və cari tarixə olan 102.59 manat dəbbə pulu borcu olmaqla, cəmi 4138.00 manat (dörd min bir yüz otuz səkkiz manat, sıfır qəpik) məbləğində pul cavabdeh tərəfindən iddiaçıya ödəməlidir. Hər iki Müqavilə üzrə ümumi 5971.97 manat (beş min doqquz yüz yetmiş bir manat, doxsan yeddi qəpik) məbləğində əsas borc, 328.03 manat (üç yüz iyirmi səkkiz manat, üç qəpik) məbləğində dəbbə pulu olmaqla, ümumi 6300.00 manat (altı min üç yüz manat, sıfır qəpik) vəsait cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. “Dövlət rüsumu haqqında” AR Qanununun 8.1.2-ci maddəsinə uyğun olaraq, məhkəməyə təqdim ediləcək qiymətləndirilən iddia ərizəsinə (iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda) görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun məbləği 30.00 manat və 1.000 manatdan artıq məbləğin 1%-i (53.00 manat) olmaqla, ümumi 83.00 manat (səksən üç manat, sıfır qəpik) təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı ərizə-anketinə (alıcı) əsasən Cavabdeh 5410 manat məbləğində nisyə alqı-satqı edilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 003-DMF-0960-23 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən Satıcı rekvizitləri bu Müqavilədə göstərilən əşyanı (bundan sonra "Mal” adlanacaq) Alıcının sahibliyinə və istifadəsinə verir, Alıcı isə Malın qiymətini bu Müqavilənin şərtlərinə uyğun olaraq Satıcıya ödəyir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu Müqavilə üzrə malın qiyməti 5 410 AZN təşkil edir və Alıcı bu Müqaviləni imzalamaqla malın qiymətini vaxtında Satıcıya Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən cədvələ əsasan tam olaraq ödəməyi öhdəsinə götürür. İş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 003-DMF- 0960-23 nömrəli nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavənin ödəniş cədvəlinə əsasən alıcı Cavabdeh dəyəri 5410 manat olan əşyanı 12 ay müddətinə hər ay 450 manat, son ay xx.xx.2024-cü il tarixinə 460 manat ödəməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 003-DMF-0960-23 nömrəli nisyə alqısatqı müqaviləsinə xx.xx.2023-cü il tarixli əmlakın təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən 1 ədəd, ümumi dəyəri 5410 manat olan məişət əşyası Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qaiməyə əsasən nisyə məbləği 5410 manat məbləğində 1 ədəd məişət əşyasını Cavabdeh almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı ərizə-anketinə (alıcı) əsasən Cavabdeh 5200 (beş min iki yüz on) manat məbləğində nisyə alqı-satqı edilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 003-DFM-0495-24 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən Satıcı rekvizitləri bu Müqavilədə göstərilən əşyanı (bundan sonra "Mal” adlanacaq) Alıcının sahibliyinə və istifadəsinə verir, Alıcı isə Malın qiymətini bu Müqavilənin şərtlərinə uyğun olaraq Satıcıya ödəyir.Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu Müqavilə üzrə malın qiyməti 5 200 AZN təşkil edir və Alıcı bu Müqaviləni imzalamaqla malın qiymətini vaxtında Satıcıya Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən cədvələ əsasan tam olaraq ödəməyi öhdəsinə götürür. İş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 003-DFM- 0495-24 nömrəli nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavənin ödəniş cədvəlinə əsasən alıcı Cavabdeh dəyəri 5200 manat olan əşyanı 12 ay müddətinə hər ay 433 manat, son ay xx.xx.2025-cüiil tarixinə 437 manat ödəməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 003-DFM-0495-24 nömrəli nisyə alqısatqı müqaviləsinə xx.xx.2024-cü il tarixli əmlakın təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən 1 ədəd, ümumi dəyəri 5200 manat olan məişət əşyası Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qaiməyə əsasən nisyə məbləği 5200 manat məbləğində 1 ədəd məişət əşyasını Cavabdeh almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 129 nömrəli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2024-cü il tarixli, 003-DFM-0495-24 nömrəli nisyə alqı-satqı müqaviləsi və həmin müqavilənin ödəniş qrafikini müəyyən edən 01 saylı əlavə üzrə 4035.41 manat ödənişlər üzrə borc qalığı, 102.13 manat dəbbə pulu (cərimə) borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 129 nömrəli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2023-cü il tarixli, 003-DMF-0960-23 nömrəli nisyə alqı-satqı müqaviləsi və həmin müqavilənin ödəniş qrafikini müəyyən edən 01 saylı əlavə üzrə 1936.56 manat ödənişlər üzrə borc qalığı, 225.28 manat dəbbə pulu (cərimə) borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, DFXO 212 nömrəli müqavilə öhdəliklərinin icrasında pozuntuların aradan qaldırılması barədə bildirişə əsasən Cavabdeh ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 003-DFM-0960-23 nömrəli hissəli ödənişlə nisyə alqı-satqı müqaviləsinə ("Müqavilə'') əsasən "xxxx" MMC tərəfindən 1 (bir) ədəd "Məişət əşyası" 12 (on iki) ay müddətinə hissəli ödənişlə sizə satılmışdır. Cari tarixə 3473.44 AZN (üç min dörd yüz yetmiş üç manat, qırx dörd qəpik) ödəniş edilmiş və son 101 (yüz bir) gün ödənişlər edilməmişdir. Nəticədə "DOST FİNANS” MMC-yə 1936.56 AZN (bir min doqquz yüz otuz altı manat, əlli altı qəpik) məbləğində əsas borc və 225.28 AZN (iki yüz iyirmi beş manat, iyirmi səkkiz qəpik) məbləğində dəbbə pulu borcu yaranmışdır. Qeyd edilənləri nəzərə alaraq, cari tarixə olan 1936.56 AZN (Bir min doqquz yüz otuz altı manat, əlli altı qəpik) məbləğində əsas borc və 225.28 AZN (iki yüz iyirmi beş manat, iyirmi səkkiz qəpik) dəbbə pulunu 3 (üç) iş günü ərzində tam həcmdə "DOST FİNANS” MMC-yə ödəməyi xahiş olunmuş, qeyd edilən müddətdə əsas borc və dəbbə pulunun ödənilməsi təmin edilməsə, tərəflərindən Cavabdeh ilə bağlanmış Müqavilə birtərəfli qaydada ləğv ediləcəyi və Cavabdeh qarşı qalıq əsas borcun, dəbbə pulunun və çəkilmiş xərclərin (dövlət rüsumu, hüquqi xidmət xərci və s.) ödənilməsi tələbi ilə qanunla nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, DFXO 213 nömrəli icra qeydinin aparılacağı barədə bildirişə əsasən borclu Cavabdeh borcun mübahisəsiz olduğunu təsdiq edən 14 noyabr 2023-cü il tarixli. 003-DFM-0960-23 saylı hissəli ödəniş şərti ilə nisyə alqısatqı müqaviləsi (bundan sonra "Müqavilə"), həmin müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən və ödəniş cədvəlini müəyyən edən 14 noyabr 2023-cü il tarixli 01 saylı əlavə (bundan sonra “Əlavə"). 14 noyabr 2023-cü il tarixli təhvil-təslim aktı (bundan sonra "Akt") və 23 Oktyabr 2024-cü il tarixli, 128 saylı maliyyə arayışı (bundan sonra "Arayış") mövcuddur. Həmin sənədlərə görə tələbkar "xxxx" MMC-dən (VÖEN: **********) hissəli ödəniş şərti ilə nisyə olaraq, 5410.00 AZN (beş min dörd yüz on manat, sıfır qəpik) dəyərində 1 (bir) ədəd "Məişət əşyası" satın almışdır. Əlavədə müəyyən edilən ödəniş cədvəlinə əsasən 14 noyabr 2023-cü il tarixindən etibarən hər təqvim ayının 14-ü tələbkara 450.00 AZN (sonuncu ay 460.00 manat olmaqla) ödəniş edilməli olduğu halda, bu bildirişin təqdim edildiyi 23 oktyabr 2024-cü il tarixinə qədər tələbkara 3473.44 manatdan başqa hər hansı ödəniş edilməmiş və tələbkar qarşısında 1936.56 AZN məbləğində əsas borcu, 225.28 AZN məbləğində dəbbə pulu borcunu ödəmə öhdəliyi yaranmışdır. Yaranmış borc öhdəliyinin icra edilməməsi nəticəsində müqavilə, əlavə, akt və arayışdan irəli gələrək 1936.56 AZN məbləğində əsas borcu, 225.28 AZN məbləğində dəbbə pulu tələbkara ödənilməlidir. Borc 20 gün müddətində ödənilmədiyi halda "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, DFXO 214 nömrəli müqavilə öhdəliklərinin icrasında pozuntuların aradan qaldırılması barədə bildirişə əsasən Cavabdeh ilə ’’DOST FİNANS” MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 003- DFM-0495-24 nömrəli hissəli ödənişlə nisyə alqı-satqı müqaviləsinə ("Müqavilə”) əsasən "DOST FİNANS” MMC tərəfindən 1 (bir) ədəd "Məişət əşyası” 12 (on iki) ay müddətinə hissəli ödənişlə satılmışdır. Cavabdeh tərəfindən cari tarixə 1164.59 AZN (bir min yüz altmış dörd manat, əlli doqquz qəpik) ödəniş edilmiş və son 50 (əlli) gün ödənişlər edilməmişdir. Nəticədə Cavabdeh “DOST FİNANS" MMC-yə 4035.41 AZN (dörd min otuz beş manat, qırx bir qəpik) məbləğində əsas borc və 102.13 AZN (yüz iki manat, on üç qəpik) məbləğində dəbbə pulu borcu yaranmışdır. Qeyd edilənləri nəzərə alaraq, cari tarixə olan 4035.41 AZN (dörd min otuz beş manat, qırx bir qəpik) məbləğində əsas borc və 102.13 AZN (yüz iki manat, on üç qəpik) dəbbə pulunu 3 (üç) iş günü ərzində tam həcmdə "xxxx" ММС-yə ödəməyi xahiş olunmuş, qeyd edilən müddətdə əsas borc və dəbbə pulunun ödənilməsi təmin edilməzsə, tərəflərindən Cavabdeh bağlanmış Müqavilə birtərəfli qaydada ləğv ediləcək və Cavabdeh qarşı qalıq əsas borcun, dəbbə pulunun və çəkilmiş xərclərin (dövlət rüsumu, hüquqi xidmət xərci və s.) ödənilməsi tələbi ilə qanunla nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, DFXO 215 nömrəli icra qeydinin aparılacağı barədə bildirişə əsasən borclu Cavabdeh barəsində borcun mübahisəsiz olduğunu təsdiq edən 3 iyun 2024-cü il tarixli. 003-DFM-0495-24 saylı hissəli ödəniş şərti ilə nisyə alqı-satqı müqaviləsi (bundan sonra "Müqavilə"), həmin müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən və ödəniş cədvəlini müəyyən edən 3 iyun 2024-cü il tarixli 01 saylı əlavə (bundan sonra "Əlavə"), 3 iyun 2024-cü il tarixli təhvil-təslim aktı (bundan sonra "Akt") və 23 oktyabr 2024-cü il tarixli, 129 saylı maliyyə arayışı (bundan sonra “Arayış") mövcuddur. Həmin sənədlərə görə tələbkar "xxxx" MMC-dən (VÖEN: 150633 1821) hissəli ödəniş şərti ilə nisyə olaraq. 5200.00 AZN (beş min iki yüz manat, sıfır qəpik) dəyərində 1 (bir) ədəd "Məişət əşyası" satın almış, əlavədə müəyyən edilən ödəniş cədvəlinə əsasən 3 iyun 2024-cü il tarixindən etibarən hər təqvim ayının 3-ü tələbkara 433.00 AZN (sonuncu ay 437.00 manat olmaqla) ödəniş edilməli olduğu halda, bu bildirişin təqdim edildiyi 23 oktyabr 2024-cü il tarixinə qədər tələbkara 1164.59 manatdan başqa hər hansı ödəniş etməmiş və tələbkar qarşısında 4035.41 AZN məbləğində əsas borcu, 102.13 AZN məbləğində dəbbə pulu borcunu ödəmə öhdəliyi yaranmışdır. Yaranmış borc öhdəliyinin icra edilməməsi nəticəsində müqavilə, əlavə, akt və arayışdan irəli gələrək 4035.41 AZN məbləğində əsas borcu, 102.13 AZN məbləğində dəbbə pulu tələbkara ödənilməlidir. Borc 20 gün müddətində ödənilmədiyi halda "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı qeyd olunmuşdur. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Təqdim edilmiş sənədlər əsasında müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 003-DMF-0960-23 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı bu müqavilədə göstərilən əşyanı alıcının sahibliyinə və istifadəsinə verməyi, alıcı isə dəyəri 5410 manat olan əşyanı 12 ay müddətinə hər ay 450 manat, son ay xx.xx.2024-cü il tarixinə 460 manat ödəməyi öhdəsinə götürmüş, bundan başqa İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 003-DFM- 0495-24 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı bu müqavilədə göstərilən əşyanı alıcının sahibliyinə və istifadəsinə verməyi, alıcı isə dəyəri 5200 manat olan əşyanı 12 ay müddətinə hər ay 433 manat, son ay xx.xx.2025-cü il tarixinə 437 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, müqavilələrin predmeti olan əşyanı cavabdehə (alıcıya) təhvil vermiş, lakin Cavabdeh müqavilələrin şərtlərinə əsasən müəyyən olunmuş müddətdə və qaydada ödənişi ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş, müqavilələr üzrə ödənişləri tam həyata keçirməmişdir. Hazırda iddiaçı cavabdehin öhdəliklərini lazımınca icra etməməsi, ödənişləri tam həyata keçirməməsi səbəbindən həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmüşdür. Məhkəmə hesab edir ki, iddia əsas borc hissəsində tam təmin edilməlidir. Məhkəmə iddiaçının gecikdirilmiş ödənişlərə görə 328.03 manat məbləğində cərimə ödənilməsi tələbinə münasibətdə, tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu (cərimə) azadılmalı və 298.03 manat məbləğində müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iddiaçının iddia ərizəsinin verilməsinə görə ödənilmiş 83 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə münasibətdə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 83 manat dövlət rüsumunun 82.7 manat məbləği cavabdehə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını, cavabdehin nisyə alqısatqı müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli, 003- DMF-0960-23 nömrəli və xx.xx.2024-cü il tarixli, 003-DFM-0495-24 nömrəli nisyə alqısatqı müqavilələri üzrə 5971.97 manat əsas, 298.03 manat cərimə borcu olmaqla, cəmi 6270 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5971.97 (beş min doqquz yüz yetmiş bir manat doxsan yeddi qəpik) manat əsas, 298.03 (iki yüz doxsan səkkiz manat üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 6270 (altı min iki yüz yetmiş) manat və dövlət rüsumu olaraq ödənilmiş 82.7 (səksən iki manat yetmiş qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-2716/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2716/2025
15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver