Məhkəmə qərarları › İş №e-2(004)-2720/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2720/2025

03.07.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2720/2025 03.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Mənzil Tikinti Kooperativi cəlb edilməklə “yarıtikilinin sökülməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “yarıtikilinin sökülməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan üzrə binanın həyətyanı mərkəzi hissəsində, 1-ci və 2ci girişlərin qarşısında zəbt olunmuş sahədə binanın sahə mülkiyyətçilərinin hüquqlarına və qanuni mənafelərinə zidd olaraq, sakinlərin istirahətinə ciddi maneə yaradan, həyətyanı sahədə əlverişsiz şəraitə səbəb olan, tikintiyə icazə sənədi olmayan və qanunsuz inşa edilmiş 2 (iki) mərtəbəli yarıtikilinin sökülməsi; 2. Ünvan üzrə binanın həyətyanı sahəsində 19 (on doqquz) mərtəbəli binanın 1-ci girişinə bitişik, tikinti layihə sənədlərində 2 (iki) mərtəbəli ofis binası kimi göstərilən, reallıqda 2 (iki) mərtəbəli ofis binasının yerində ölçüləri genişləndirilərək qanunsuz inşa edilmiş və müxtəlif sahəli biznes təyinatla fəaliyyət göstərən 5 (beş) mərtəbəli binanın səlahiyyətli qurumlar tərəfindən təsdiq edilmiş rəsmi tikinti layihə sənədinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X8 Agentliyinin xx.xx.2015-ci il tarixli, 531 nömrəli rəyinə və Bakı şəhəri İcra Hakimiyyətinin 27 dekabr 2016-cı il tarixli, №00083 nömrəli “Tikinti obyektinin istismarına “icazə” sənədinə müvafiq ölçüdə saxlanılması və qanunsuz inşa edilmiş hissəsinin sökülməsi; 3. Ünvan üzrə binanın Eldar Ağayev küçəsi istiqamətindən binanın həyət sahəsinə aid olan girəcək hissədə strateji əhəmiyyətə malik yeganə giriş-çıxış yolunda avtomobillərin qanunsuz parklanmasının qarşısını almaq məqsədi ilə, həmin yol hissəsində qanunsuz yerdə quraşdırılmış şlaqbaum binanın Eldar Ağayev küçəsinə tərəf sərhədində quraşdırılması; 4. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu “Yasamal 43’' MMMC-dən tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanda (bundan sonra -ünvan üzrə) 19 (on doqquz) mərtəbəli binanın mənzil mülkiyyətçisidir. Binanın natamam və çoxsaylı qüsurlarla istismara qəbul edilməsi, binada potensial təhlükəli halların və binanın həyətyanı sahəsində qanunsuz tikililərin mövcud olması, ekspert rəylərində, hüquqi qüvvəyə minmiş çoxsaylı məhkəmə qətnamələrində və qərarlarında öz əksini tapmışdır. Buna baxmayaraq, Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən binanın istismarına dair xx.xx.2016-cı il tarixli 00083 nömrəli “İcazə” sənədi verilmişdir. Ünvan üzrə bina xx.xx.2016 tarixində istismara qəbul edildikdən 37 (otuz yeddi) ay sonra, ünvan üzrə binaya aid məhkəmə qətnamələrində və qərarlarında binada çoxsaylı aşkar qüsurlar və natamamlıqların, binanın yaşayış üçün əlverişsiz və təhlükəli vəziyyətdə olduğu halda, binanın idarə edilməsi üçün xx.xx.2020-ci il tarixdə "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) yaradılmışdır. Ünvan üzrə bina təhvil-qəbul qaydalarına riayət edilmədən, binaya aid hüquqi əhəmiyyətli sənədlər müəmmalı olaraq təhvil alınmadan "xxxx" MMMC tərəfindən idarəçiliyə qəbul edilmişdir. Binanı xx.xx.2020-ci il tarixindən hazırkı vaxta qədər həmin vəziyyətdə idarə edən "xxxx" MMMC-nin idarə heyəti, cəmiyyətin sədri Nümayəndə2 rəhbərliyi ilə fəaliyyətində davamlı olaraq,çoxsaylı qanunsuz hərəkətlərə (hərəkətsizliyə) yol verir. Bunun müstəqil nəticəsi olaraq,"xxxx" MMMC-nin idarəçilik fəaliyyətində binada çoxsaylı mülki pozuntular, yaşayış üçün əlverişsiz və təhlükəli hallar davam edir. "xxxx" MMMC və idarə heyətinin sədri Nümayəndə2 xidməti fəaliyyətində "xxxx" MMMC-nin Nizamnaməsinin tələblərinə riayət etmir və özünəməxsus “idarəçiliyə” üstünlük verir. Sədr bunu absurd, məntiqsiz və anlaşılmaz məzmunda belə izah edir ki, "xxxx" MMMC-nin Nizamnaməsini onlar yazmamışlar, Ədliyyə nazirliyi tərtib edib, onlar da məcbur olub, imza etmişlər. Bu səbəbdən, "xxxx" MMMC-nin 62 (altımış iki) aylıq fəaliyyəti dövründə sakinlərin mülki hüquqları davamlı olaraq pozulur. Bu qeyd etdiyi hallar bunu təsdiq edir: 1. Ünvan üzrə binanın idarə edilməsi xx.xx.2020-ci il tarixindən fəaliyyət göstərən "xxxx" MMMC-nin səlahiyyətindədir. "xxxx" MMMC-nin Nizamnaməsində təsbit olunun tələblər bunu təsdiq edir. Bu əsasla, binada yaşayış üçün əlverişli şərait və təhlükəsizliyin yaradılması məsuliyyəti "xxxx" MMMC-nin üzərinə düşür. Buna baxmayaraq, ünvan üzrə bina, "xxxx" MMMC-nin “Nizamnamə” tələblərinə müvafiq idarə edilmir. Belə ki, ünvan üzrə binanın düzgün idarə edilməsi və yaşayış üçün əlverişli şərait və təhlükəsizliyin yaradılması, həyətyanı sahədə qanunsuz inşa edilmiş tikililərin sökülməsi üçün ilk növbədə, binanın tikinti layihə sənədləri və texniki pasportu olmalıdır. "xxxx" MMMC-nin sədri Nümayəndə2 müxtəlif qurumlara, həmçinin iddiaçıya göndərdiyi rəsmi sənədlərdə və cavablarda bəyan edir ki, "xxxx" MMMC-nin yarandığı 62 (altmış iki) ay, yəni (5 il) müddətində bu hüquqi sənədləri əldə edə bilməmişdir. Eyni zamanda, həmin sənədlərin əldə edilməsi üçün "xxxx" MMMC tərəfindən hər hansı bir hüquqi hərəkətlərin edilməsini təsdiq və ehtiva edən rəsmi sənəd mövcud deyil.. Bu əsaslar, qənaətə gəlinir ki,, "xxxx" MMMC və onun sədri Nümayəndə2 yalnız özünə məlum səbəbdən, ünvan üzrə binaya aid hüquqi əhəmiyyətli sənədlərin əldə edilməsində maraqlı deyil. Nəzərə alınmalıdır ki, mühüm əhəmiyyətli bu sənədlərin reallıqda olmadığı halda, "xxxx" MMMC-nin fəaliyyəti və xüsusi ilə də mühasibat sənədlərinin tərtib edilməsi qanunsuzdur. Bu halda, həmin binanın hansı hüquqi əsasla “idarə” edilməsi, anlaşılmazdır və ciddi qanun pozuntusudur. 2. Nizamnamənin 2.2.2-ci bəndinin tələbinə əsasən, “Yaşayış binasının binadakı istilik və elektrik enerjisi, təbii qaz, lift, məişət tullantıları və kanalizasiya xidmətləri təhcizatı qurğuları və xətlərinin təmir və ya bərpa olunması və onların işlək vəziyyətdə saxlanılması” vəzifəsi "xxxx" MMMC-nin üzərinə düşür. Buna baxmayaraq, binada uzun illərdir isti su və istilik təhcizatı dayandırılmışdır. Bu səbəbdən, sakinlər şəxsi “Kombi” cihazından istifadə edirlər. Halbuki, binanın 2-ci girişində qaz təchizatı xətləri dayaqlarının düzgün quraşdırılmaması (qapalı balkonlardan keçirilməsi) səbəbindən həmin qaz cihazlarının işlədilməsi qazdan istifadə qaydalarına zidd və təhlükəlidir. Bu hallar Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, №10/3788, 9/5322 nömrəli ekspert rəyində və Azərbaycan Respublikası (AR) Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə X15 və X22 Agentliyinin xx.xx.2023-ci il tarixli, №3-18-3/2-3580/22 nömrəli rəsmi xəbərdarlıq sənədləri ilə təsdiq olunur. Həmçinin, binanın 2-ci girişində istismarda olan liftlər nasaz və təhlükəli vəziyyətdə işlədilir. Xüsusilə, girişdə 1 (bir) sərnişin lifti istismara yararsızdır. Digər 2 (iki) liftin isə küləkli havalarda istifadə edilməsi təhlükəli problemlər yaradır. Eyni zamanda, AR FHN-nin X32 Xidməti (DYNX) tərəfindən aparılan yoxlamaların nəticələri təsdiq edir ki, ünvan üzrə binada çoxsaylı təhlükəli hallar və ciddi qanun pozuntuları mövcuddur. (Qeyd olunanları təsdiq edən rəsmi sənədlər ərizəyə əlavə edilmişdir. 3. Nizamnamənin 2.2.3-cü bəndində qeyd edilmişdir ki, “Yaşayış binasının daxil və xarici divarlarının, zirzəmi və damlarının, həmçinin giriş bloklarının təmir olunması və işıqlandırılması” "xxxx" MMMC-nin vəzifəsinə aiddir. Buna baxmayaraq, "xxxx" MMMC 5 illik fəaliyyəti dövründə binanın daxili və xarici divarlarında, həmçinin binanın 2-ci girişində heç bir təmir işləri aparılmamışdır. Binanın 2-ci girişində yalnız 1- ci, 2-ci və "xxxx" MMMC sədri Nümayəndə2 yaşadığı 3-cü mərtəbələrdə döşəmələr və pilləkənlər tikinti norma və qaydalarına müvafiq təmir edilmişdir və həmin mərtəbələrin dəhlizlərində normal işıqlanma müşahidə olunur. Lakin girişin qalan digər hissələrində, yəni 4-cü mərtəbədən 19-cü mərtəbəyə qədər pilləkan qəfəsləri, pilləkanların inşa və bərpa işləri tikinti norma və qaydalarına müvafiq deyil. Girişin əksər mərtəbələrində dəhlizlər və eyvanlar bərbad vəziyyətdədir, həmçinin, 16, 17 və 18-ci mərtəbələrin ümumi dəhlizlərində çatlar mövcuddur. Kolidorların işıqlandırılması üçün qənaət məqsədi ilə çox zəif lampalardan istifadə edilir, hətta gecə saatlarında pilləkan qəfəsindəki işıqlar qənaət məqsədi ilə söndürülür. Bu hal, təhlükəsizlik qaydalarına və tikinti normalarına ziddir. "xxxx" MMMC sədri B.B. Ələkbərov bu kimi texniki və maliyyə manevrlərin hesabına seçki qabağı ərəfədə kommunal ödəniş haqqını 10% azaldır və şeçkidən bir neçə ay sonra isə ödəniş haqqını yenidən artırır. 4. Nizamnamənin 2.2.4-cü bəndində təsbit olunmuşdur ki, “Yaşayış binasının sərəncamında olan həyətyanı sahəsinin abadlaşdırılması, istirahət və uşaqlar üçün əyləncə qurğularının quraşdırılması, həyətyanı sahənin yaşıllaşdırılması” "xxxx" MMMC-nin vəzifəsidir. Buna baxmayaraq, "xxxx" MMMC-nin 5 illik fəaliyyəti dövründə binanın həyətyanı sahəsində hər hansı bir abadlaşdırılma işləri görülməmiş və həmin sahədə qanunsuz inşa edilmiş 2 (iki) və 5 (beş) mərtəbəli tikililər sökülməmişdir. Bu məsələlərlə bağlı edilmiş müraciətlərə isə ”Yasamal 43” MMMC sədri Nümayəndə2, “nəzərdə tutulur”, “bu barədə fikir yaranmışdır”, “planlaşdırılır” və s. bu kimi qeyri-müəyyən mücərrəd və yalan məzmunda ifadələrlə cavab verir. Həyətin asfalt döşəməsi bərbad haldadır və bu vəziyyətdə olan asfalt sahəsində uşaqlar üçün analoqu olmayan, cəmi 1 (bir) qapılı futbol meydançası imitasiya (təqlid) edilmişdir. Halbuki,"xxxx" MMMC-nin idarə heyətinin yığıncağının xx.xx.2021(22 ?) tarixli № 13 saylı iclas protokolunda həyətin asfalt döşəməsinin yenidən bərpa edilməsinin 2022ci ilin sentyabr ayına “planlaşdırılmışdır”. İstisna deyil ki, bu və digər məsələlərin həlli ilə bağlı "xxxx" MMMC-nin Nümayəndə2 tərəfindən tərtib edilən iclas protokollarının mətni “planlaşdırılır”, “nəzərdə tutulur”, “bu barədə fikir yaranmışdır” kimi mücərrəd məzmunlu reallaşdırılmayan vədlərdən və pafoslu cümlələrdən ibarətdir. 5. Nizamnamənin 4.1.6-cü bəndində göstərilir ki, “ümumi əmlaka sahiblik, ondan istifadə və barəsində sərəncam vermək qaydası müəyyən edilərkən, binanın sahə mülkiyyətçilərinin hüquqlarına və qanuni mənafelərinə riayət edilməsini təmin etmək” "xxxx" MMMC-nin vəzifəsinə aiddir. Reallıqda bu məsələlərin həllində "xxxx" MMMC sədri Nümayəndə2 özünənəməxsus pafoslu ifadələrlə manevrlərinin, ikili standartlarla yanaşmasının və stabil dəyişkən mövqeyinin müstəqil nəticəsi olaraq, idarə heyəti üzvlərinin imzaları ilə binada ciddi mülki pozuntularına yol verilir. "xxxx" MMMC-nin idarə heyətinin 5 illik fəaliyyəti dövründə binanın həyətyanı sahəsinin mərkəzində tikintiyə icazə sənədi və təyinatı məlum olmayan, qanunsuz olaraq guya naməlum şəxs tərəfindən inşa edilmiş, binanın sahə mülkiyyətçilərinin hüquqlarına və qanuni mənafelərinə zidd və sakinlərin istirahətinə ciddi maneə yaradan, sakinlər üçün həyət sahəsində əlverişsiz şəraitə səbəb olan 2 (iki) mərtəbəli yarıtikilinin və həmçinin 2 (iki) mərtəbəli ofis binası əvəzinə inşa edilmiş və biznes təyinatla istifadə olunmayan, 5 (beş) mərtəbəli binanın sökülməsi üzrə "xxxx" MMMC idarə heyəti qanuna zidd olaraq, sədr Nümayəndə2 əks mövqeyinə görə, “sərəncam” vermək mövqeyindən çəkinir. İstisna deyil ki, 2 (iki) mərtəbəli ofis binası əvəzinə qanunsuz inşa edilmiş və biznes təyinatla fəaliyyət göstərən həmin 5 (beş) mərtəbəli bina, Yasamal 43” MMMC-nin sədri Nümayəndə2 maraqlarına xidmət edir. Bu iddia onunla əsaslandırılır ki,"xxxx" MMMC-nin sədri Nümayəndə2 bu məsələ ilə bağlı davamlı görməzlik və susqunluq nümayiş etdirir və bu səbəbdən, müraciətlərə cavab vermir. Bu hal, ehtiva edir ki, Yasamal 43” MMMC-nin idarə heyəti, öz hüquqlarını və sakinlərin hüquqlarını müdafiə etmək iqtidarında deyil. 6. Nizamnamənin 4.1.7-ci bəndinin tələbinə əsasən, “sahə mülkiyyətçilərinin binanın ümumi əmlakına sahiblik, ondan istifadə və qanunvericilikdə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək hüquqlarını həyata keçirilməsini çətinləşdirən və maneçilik törədən üçüncü şəxslərin hərəkətlərinin qarşısınıın alınması və ya bu kimi hərəkətlərə son qoyulması üçün zəruri tədbirlər görmək”, "xxxx" MMMC-nin vəzifəsidir. "xxxx" MMMC (oxu:sədr Nümayəndə2) bu vəzifəni yerinə yetirməkdən məharətlə və məqsədli olaraq, yayınır. Belə ki, "xxxx" MMMC-nin sədri Nümayəndə2, binanın lahiyyəsində və istismara icazə sənədində “ofis binası” kimi göstərilən 2 (iki) mərtəbəli binanın əvəzində, qanunsuz inşa edilmiş 5 (beş) mərtəbəli binanın “biznes mərkəzi” kimi istifadə edilməsinə, yalnız özünə məlum olan səbəbdən, “göz yumur”. İstisna deyil ki, B.B. Ələkbərovun bu “idarəçilik üslubu” cəmiyyətin bütün yığıncaqlarında təkrar olunur. Bu və digər məsələnin həlli ilə bağlı müraciətlərə, sədr Nümayəndə2, “bunun üçün gərək idarə heyətinin yığıncağını çağıraq və idarə üzvlərinin razılığını alaq” kimi məzmunda qeyri-səmimi mövqe nümayiş etdirərək, məsələlərin real həllindən davamlı yayınır. Halbuki, sədr Nümayəndə2 bir çox məsələləri, "xxxx" MMMC-nin idarə heyətinin, həmçinin, mənzil mülkiyyətçilərinin (sakinlərin) razılığını almadan, özü istədiyi kimi həll edir. Belə ki, binaya girəcəkdə yeganə təxliyyə yolu olan 100 (yüz) kv. m. sahə, binada fəaliyyət göstərən ”Merlin” SPA salonuna gələn müştərilərin avtomobillərinin saxlanması üçün, ”Merlin” SPA salonu rəhbərliyi tərəfindən “zəbt” edilməsinə komfort şərait yaradılmışdır. Bu səbəbdən, həmin sahədə quraşdırılmış şlaqbaumun yeri dəyişdirilərək, binanın həyət sahəsi hesabına 50 (əlli) metr geridə quraşdırılmışdır. Həmçinin, binanın -1 (mənfi 1) mərtəbəsində yerləşən, sahəsi 25 - 26 kv.m. olan anbar üçün nəzərdə tutulmuş qapalı otaqda “ofis” yaratmağa razılaşmışdır. Bu çox müəmmalıdır. Bu səbəbdən, "xxxx" MMMC-nin 62 (altımış iki) aylıq (5 il) özfəaliyyətində binada olan qanunsuz hallar aradan qaldırılmamışdır. Bunun çox ciddi səbəbləri mövcuddur və bu məsələlər müvafiq hüquqi araşdırılma tələb edir. "xxxx" MMMC-nin sədri Nümayəndə2 62 (altımış iki) ay (5 il) özfəaliyyətinin nəticələri, binada və binanın həyətyanı sahəsində oxsaylı mülki hüquq pozuntularla ilə bağlı, heç bir tədbir görməməsi, məsələlərin həllinə çoxsaylı standartlar mövqeyindən yanaşması, yerinə yetirilməyən vədləri, nəticə etibarı ilə hərəkətlərinin (hərəkətsizliyinin) mahiyyəti subut edir ki, Nümayəndə2 bu məsələlərin hüquqi müstəvidə düzgün və ədalətli həllində maraqlı deyil. 7. Nizamnamənin 6.3.9-cu bəndində “cəmiyyətin idarə heyətinin, idarə heyətinin sədrinin və təftiş komissiyasının (müfəttişin) hərəkətlərindən şikayətlərə baxmaq”, "xxxx" MMMC-nin idarəetmə orqanlarının səlahiyyətinə və vəzifəsinə aiddir. Halbuki, "xxxx" MMMC-nin yarandığı 62 (altımış iki) ay (5 il) ərzində tərəfimizdən idarə heyətinə və şəxsən Nümayəndə2 ünvanlanan çoxsaylı müraciətlərə qərəzliklə cavab verilməmişdir. Müraciətlərə cavab verilməməsi, yaxud, müraciətin mahiyyəti üzrə cavab verilməməsi ilə bağlı, mənzil mülkiyyətçisi (iddiaçı) İddiaçı şikayəti əsasında, Bakı Apellyasiya Məhkəməsi xx.xx.2023 tarixli, 2(103)-5777/2023 nömrəli qətnaməsi ilə "xxxx" MMMC-nin qanunsuz hərəkətləri barədə bu məzmunda qərar qəbul etmişdir: “1. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən İddiaçı adına göndərilmiş 1660 manat məbləğində pul vəsaitinin tələb olunması ilə bağlı 12 yanvar 2023-cü il tarixli, № 0171/2023 saylı bildirişi qanunsuz hesab olunaraq həmin bildirişə əsasən binanın ümumi əmlakının saxlanması üzrə kommunal xidmətlərə görə hesablanmış 1660 manat pul məbləğində borc silinsin. 2. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İddiaçı tərəfindən göndərilən müraciətlərə cavab verməməsi qanunsuz hesab edilsin və onun üzərinə müraciətlərə qanunvericiliyin tələblərinə uyğun olaraq cavab verilməsi vəzifəsi qoyulsun. 3. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 50 manat məbləğində hissəsi “Yasamal 43’' Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin.” Qətnamə hüquqi qüvvəyə minmişdir. Buna baxmayaraq, "xxxx" MMMC sədri Nümayəndə2, xx.xx.2024 tarixli, növbəti müraciətinin mahiyyətini özünəməxsus tərzdə təhrif edərək, natamam məzmunda xx.xx.2024 tarixli cavab göndərmişdir. (cavab ərizəyə əlavə edilmişdir). "xxxx" MMMC sədri Nümayəndə2 məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş vəzifənin yerinə yetirməməsi və müraciətləri bu səpkidə cavablandırması, həmçinin, davamlı sayqısızlıqla yol verdiyi qanunsuz hərəkətləri (hərəkətsizliyi) barədə tərəfindən "xxxx" MMMC-nin idarə heyətinə və sədr Nümayəndə2 göndərdiyi xx.xx.2024 tarixli 1-ci “Açıq Məktub”a, idarə heyətinin xx.xx.2024-cü il tarixli yığıncağında onun iştirakı ilə baxılmışdır. Buna baxmayaraq, bu günədək, xx.xx.2024 tarixli ərizənin mahiyyəti üzrə tam məzmunda cavab və xx.xx.2024cü il tarixli yığıncağının protokolunun surətimənə təqdim edilməmişdir (?!). Tərəflərindən "xxxx" MMMC-nin idarə heyətinə və sədr Nümayəndə2 göndərilən xx.xx.2024 tarixli 2-ci “Təkrar Açıq məktub“a da cavab verilməmişdir. Belə qənaətə gəlinir ki, Nümayəndə2, onun bu hərəkəti barəsində qüvvədə olan məhkəmə qətnaməsinə və Qanun tələblərinə hörmətsizlik nümayiş etdirir. Bununla bağlı, tərəfindən poçt vasitəsi ilə Nümayəndə2 göndərilən məktubları qəbul edərək, xəbərnamalərə və poçt reyestr kitabına imza etməkdən imtina etmişdir. 8. Nizamnamənin 9.1.9. bəndinin tələbinə əsasən, “qanunvericilikdən və cəmiyyətin nizamnaməsindən irəli gələn digər vəzifələri yerinə yetirmək” "xxxx" MMMC-nin idarə heyətinin vəzifəsidir. – "xxxx" MMMC (oxu: sədr Nümayəndə2), Nizamnamə ilə üzərinə qoyulmuş çoxsaylı mütləq və mühüm vəzifələri yerinə yetirmədiyi halda, həmin Nizamnamədə təsbit olunan “...digər vəzifələrin” nədən ibarət olması anlaşılmazdır. Əgər "xxxx" MMMC hər hansı bir “digər vəzifə”ləri yerinə yetirmişdirsə, həmin “digər vəzifələrin” siyahısı və icrasının nəticələri barədə məlumat verməlidir. "xxxx" MMMC-nin 62 ay müddətdə fəaliyyəti dövründə sakinlərə belə bir məlumat verilməmişdir. 9. "xxxx" MMMC-nin idarə heyətinin tərkibi, üzvlərinin adı, soyadı ünvan üzrə bina sakinlərindən məxfi saxlanılır. Bu halda, "xxxx" MMMC-nin idarə heyətinin 7 (yeddi) nəfər üzvünün sədr Nümayəndə2 tərtib etdiyi sənədlərə imza etməkdən başqa, cəmiyyətin fəaliyyətində hansı sahə üzrə işə nəzarət etməsi barədə məlumat sakinlərə məlum deyil. Bu halda, qənaətə gəlinir ki, ünvan üzrə binada sakinlərinin yaşayış şəraitinin əlverişli olması və təhlükəsizliyi, həmçinin, “digər vəzifələr” yalnız sədr Nümayəndə2 hökmranlığı ilə idarə olunur. 10. Ünvan üzrə çoxmənzilli yaşayış binasına aid “Nizamnamə” tərtib edərək, binanın idarə edilməsi üzrə Dövlət qeydiyyatından keçərək “Şəhadətnamə” almış "xxxx" MMMC, həmin binanın real idarə edilməsi, mühüm əhəmiyyətli hüquqi və mühasibat sənədlərinin tərtib edilməsi üçün, yarandığı xx.xx.2020-ci il tarixindən bu günədək ünvan üzrə idarə etdiyi binanın tikinti lahiyə sənədlərini və texniki pasportunu binanı inşa edən podratçı təşkilatdan tələb etməkdən, müəmmalı olaraq, aşkar çəkinir. Ünvan üzrə binaya aid hüquqi əhəmiyyətli həmin sənədləri, hətta, reallıqda görmədən (?!), ünvan üzrə binanı hansı hüquqiəsasla “idarə” edilməsi, normal düşüncə tərzi ilə anlaşılmazdır və ciddi qanun pozuntusudur. Bu hallar, "xxxx" MMMC-nin fəaliyyətinə nəzarətin olmaması ilə bağlıdır. 11. "xxxx" MMMC-nin yarandığı xx.xx.2020-ci il tarixindən hal-hazıra qədər, müvafiq səlahiyyətli qurumlar tərəfindən "xxxx" MMMC-nin (istisna deyil ki, digər MMMC-lərin) fəaliyyətinə və xüsusi ilə, MMMC-nin idarə heyətinin seçki prosedurlarına nəzarət edilməməsi, davamlı olaraq, ciddi qanun pozuntularına yol verilməsinə və özbaşınalığa səbəb olur. Bu və digər qanun pozuntuları barədə bina sakinlərin hansı quruma müraciət edilməsi məlum deyil. Bu nəzarətsizliyin müstəqil nəticəsidir ki, "xxxx" MMMC sədri Nümayəndə2 bəyan edir ki, “bizi heç kim yoxlaya bilməz, biz sərbəst müstəqil təşkilatıq”. Hüquqi dövlətdə bu məzmunda iddia, müəmmalı və anlaşılmazdır. Bu hal, nəticə etibarı ilə, "xxxx" MMMC-nin idarə heyətinin hərəkətsizliyinə, müraciətlərə hörmətsizlik nümayiş etdirməsinə, haqlı iradlara özünəməxsus düşüncə tərzində cavabları, eyni məsələ barədə vaxtaşırı fərqli mülahizələrlə fərqli və yerinə yetirilməyən vədlər səsləndirilməsinə səbəb olur. Yasamal 43” MMMC sədri B,B. Ələkbərovun “sərbəst müstəqil” “idarəçilik” üsulunun mahiyyəti bundan ibarətdir. 12. Ünvan üzrə binada 241 mənzildə yaşayan, minimum 600-700 sakinin (mülkiyyətçilərin) iştirakı ilə hər hansı bir yığıncağın keçirilməsi, xüsusi ilə, MMMC-nin idarə heyətinin seçilməsi, yaxud, mülkiyyətçilərin MMMC-nin illik hesabatını dinlənməsi üçün binada elə bir məkan (zal) mövcud deyil. Bu əsasla, "xxxx" MMMC-nin idarə heyətinin ümumi yığıncaqlarının və xüsusi ilə, Yasamal 43” MMMC-nin idarə heyətinin üzvlərinin seçkilərinin harada, hansı üsullarla keçirilməsi müəmmalıdır. Bu əsasla, seçki nəticələrinin ligitimliyi və mötəbərliyi şübhə doğurur. Hesab edir ki, xüsusi biliyə malik mütəxssislər tərəfindən araşdırma, məsələyə aydınlıq gətirə bilər. 13. Ünvan üzrə binanın - 3 (mənfi üçüncü) zirzəmi mərtəbəsində, yaşayış üçün potensial təhlükə mənbəyi olan güclü kompressorlardan istifadə olunması ilə 2 (iki) qanunsuz maşınyuma sexi fəaliyyət göstərir. Bu aqreqatların törədə biləcəyi ciddi təhlükələrin məsuliyyəti, "xxxx" MMMC-nin üzərinə düşür. 14. Ünvan üzrə binanın Eldar Ağayev küçəsi istiqamətindən, binanın həyət sahəsinə aid olan və bina həyətinə yeganə və birtərəfli giriş yolu, binada həmin yolun qarşısında yerləşən “Merlin” fitnes klubuna gələn müştərilərə xidmət edir. Bu səbəbdən, binanın həyətinə strateji əhəmiyyətə malik olan yeganə giriş yolu, avtomobillərin qanunsuz parklanması nəticəsində bağlanır. Buna səbəb, binanı idarə edən Yasamal 43” MMMC rəhbərliyinin özbaşınalığı və binanın həyət sahəsinə girəcəyində quraşdırılmalı şlaqbaumun yerini dəyişərək, binanin sahəsinə aid olun həmin yol hissənin kənar şəxslər tərəfindən “zəbt” olunmasına şərait yaratmasıdır. Binanın yeganə təxliyyə yolu hissəsinin qanunsuz olaraq, şlaqbaumdan kənarda qalması müəmmalıdır. Bu barədə "xxxx" MMMC-nin ümumi yığıncağının qərarı mövcud deyil və belə bir qərar ola da bilməz. Buna baxmayaraq, Yasamal 43” MMMC-nin sədri Nümayəndə2 müxtəlif absurd bəhanələri ilə bu ciddi məsələnin həlli süründürməçiliyə salınmışdır. 15. "xxxx" MMMC-nin idarə heyətinin yığıncağlarının iclas protokolunda formal “iclas katibi” qeyd edilməsinə baxmayaraq, bütün protokolların mətni, yalnız sədr Nümayəndə2 öz təfəkkürünə və mülahizəsinə uyğun istədiyi məzmunda özünəməxsus redaktə ilə cilalanaraq, şəxsən tərtib etdiyi yazılardır. Bu əsasla, “yığıncağ“ın keçirilməsi formal xarakter daşıyır. Qənatə gəlinir ki, “səsvermə“ protokollarının bu üsulla tərtib edilməsi, istisna deyil. Həmin sənədlərin seçki qanunları üzrə biliyə malik mütəxəssis tərəfindən hərtərəfli və obyektiv yoxlanılması ilə, bu və digər qanunsuzluqlar subut edilə bilər. 16. "xxxx" MMMC-nin 62 (altımış iki) aylıq fəaliyyəti ərzində, ünvan üzrə binada gün (24 saat) ərzində yarana bilən hər hansı bir təhlükəli vəziyyət, təxirəsalınmaz hallar, yaxud, hər hansı bir məsələ ilə bağlı, sakinlərin müraciət etməsi üçün dispetçer yaxud, xilasetmə məntəqəsi təşkil edilməmişdir və bu barədə məlumat elanı mövcud deyil. 17. Ünvan üzrə binada mövcud olan bu və ya digər məsələlərin həlli ilə bağlı müraciətlər, sədr Nümayəndə2 tərəfindən yaxşı qarşılanmır, poçt xidməti vasitəsi ilə göndərilən məktubları qəbul etməkdən kobud şəkildə imtina edir, yaxud, məktubu qəbul etdikdə isə, poçt xəbərnaməsinə özünə aid olmayan imzalar edir. Həmçinin, rəsmi yazılı müraciətlərə davamlı cavab vermir, yaxud, müraciətin məhiyyətinin kobud təhrif olunması ilə müraciətin mahiyyətinə aid olmayan və yayındırıcı məzmunda natamam cavab göndərilir. Ərizədə göstərilən hallar, ünvan üzrə binada "xxxx" MMMC-nin və onun sədri Nümayəndə2 idarəetmə üsulunu və səviyyəsini əks etdirir. Məhkəmə və digər müvafiq səlahiyyətli qurumlar tərəfindən hərtərəfli və obyektiv araşdırma və yoxlamalar aparılacağı təqdirdə, şərh olunan halların və ciddi qanun pozuntularının təsdiq olunacağı, şübhəsizdir. Cavabdehin vəsatəti ilə "xxxx" Mənzil Tikinti Kooperativi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddianın təmin olunub-olunmaması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs "xxxx" MTK məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X32 Xİdməti 2-ci ərazi X32 İdarəsinin Nümayəndə1 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-18- 63/2-4243/2024 nömrəli müraciətə cavab məktubuna əsasən əməkdaşları tərəfindən mürəciətdə qeyd olunan Yasamal rayonu, 1028-ci məhəllə, İzmir küçəsi 9C ünvanında yerləşən “Yasamal-43" MMMC-nə məxsus yüksək mərtəbəli yaşayış binasında keçirilmiş yanğın texniki müayinə zamanı məlum olmuşdur ki, binanın elektrik təsərrüfatının "X3 Qaydaları”na uyğun quraşdırılmamış, yanğın xəbərverici siqnalizasiya sistemi ilə tam təmin edilməmişdir. Yaşayış binası ilkin odsöndürən balonlarla tam təmin edilməmiş, təxliyyə planı tərtib edilməmişdir. Binanın təxliyyə yolları yanğın təhlükəsizliyi tələblərinə uyğun saxlanılmır, avtodayanacaq sahəsində qarajlar təyinatına uyğun istifadə olunmur. Qeyd olunanları nəzərə alaraq müvafiq tədbir görülməsi məqsədilə Yasamal rayon icra Hakimiyyətinin rəhbərliyinə xx.xx.2024-cü il tarixli, 3-18-63/2-4237/2024 saylı məktub ünvanlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X32 Xİdməti 2-ci ərazi X32 İdarəsinin Bakı Regional Qaz İstismar Departamentinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-18-63/2-4829/2024 nömrəli müraciətə cavab məktubuna əsasən əməkdaşları tərəfindən müraciətdə qeyd olunan Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 9 ünvanında “Yasamal-43" MMMC-nə məxsus yaşayış binasında yoxlama aparılan zaman, yaşayış binasının təbii qaz ilə təchiz olunması müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X15 və X22 Agentliyindən əldə olunmuş müvafiq sənədi əsas gətirərək qeyd edirik ki, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 9 ünvanında Cavabdeh MMMC-nə məxsus yaşayış binasında qaz sayğacları quraşdırılan qaz dayaqları bəzi mənzillərin yataq otağında yerləşir. Qeyd edilənləri nəzərə alaraq gələcəkdə baş verə biləcək yanğın-partlayış, digər fövqəladə hadisələrin qarşısının vaxtında alınması məqsədilə, qeyd olunan ünvanda qaz xətlərinin norma və qaydaların tələblərinə uyğun çəkilməsi, lahiyə və müvafiq sənədlərin təqdim edilməsi barədə adiyyəti üzrə müvafiq göstəriş verməyinizi, nəticə barədə müraciət müəllifinin və 2-ci ərazi X32 idarəsinin rəsmi məlumatlandırılmasını xahiş etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X32 Xİdməti 2-ci ərazi X32 İdarəsinin Nümayəndə1 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-18- 63/2-5164/2024 nömrəli müraciətə cavab məktubuna əsasən əməkdaşları tərəfindən müraciətdə qeyd olunan Yasamal rayonu, 1028-ci məhəllə, İzmir küçəsi 9C ünvanında yerləşən "xxxx" MMMC-yə mənsub yüksək mərtəbəli yaşayış binasında yanğın texniki müayinə keçirilmiş və müayinə zamanı aşağıdakı nöqsanlar aşkar olunmuşdur: - Yaşayış binasının qaz təsərrüfatı təhlükəsizlik qaydalarının tələblərinə uyğun quraşdırılmamışdır. Bu barədə Sənayedə X15 və X22 Agentliyi tərəfindən Tikintidə X14 Agentliyinə xx.xx.2023-cü il tarixli 36-18-312-3580/23 saylı müraciət ünvanlanmışdır. - Yaşayış binasının qaz təsərrüfatında baş verə biləcək hadisələrin qarşısının alınması üçün Sənayedə X15 və X22 Agentliyi tərəfindən X12 xx.xx.2023-cü il tarixli 3-18-3/2-3572/23 saylı məktubla müraciət ünvanlanmışdır. - Yaşayış binasının -2 və -3 zirzəmi mərtəbələrində avtodayanacaq sahəsində kompressorlardan istifadə edilərək avtomobillərin yuyulması məntəqələri fəaliyyət göstərir.( AzDTN 2.7-1, bənd 5.6) - Yaşayış binasının -3 zirzəmi mərtəbəsində 1 ədəd qapalı tipli yəni yalüzü olan qaraj müvcuddur. ( AzDTN 2.7-1, bənd 3.2) - Yaşayış binası üçün Təxliyyə planı tərtib olunmayıb, insanların təhlükəsiz köçürülməsinə kömək edən qurğularla təmin olunmayıb.(Nazirlər Kabinetinin 2019-cu il tarixli 029 saylı Qərarı) - Yaşayış binasında quraşdırılmış avtomatik yanğın xəbərverici siqnalizasiya sisteminə xidmət lisenziyası olan ixtisaslaşmış təşkilatlar tərəfindən həyata keçirilməmiş, ümumiyyətlə bu sistemlərin sazlığı yoxlanılmamışdır. (YTQ 01-2001, bənd 4.2; 9.7) - Yaşayış binasında elektrik təsərrüfatına lisenziyası olan ixtisaslaşmış təşkilatlar tərəfindən profilaktiki baxış keçirilməmiş, elektrik kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti sınaqdan çıxarılmamışdır. (YTQ 01-2001, bənd 6.2) - Əsas yoldan, yəni E.Ağayev küçəsindən binanın həyətinə qədər binanın ərazisinə düşən təxminən 30 metr məsafədə yolun sol kənarında avtomobillərin parklanmasına yol verilir, yolun sağ kənarında 1 metr enində piyadaların hərəkəti üçün nəzərdə tutulan keçidlə yol arasında metal dirəklər basdırılmışdır. (YTQ 02-2002, bənd 2 1.2) Keçirilən yanğın texniki müayinə zamanı aşkar olunmuş nöqsanlarla bağlı Cavabdeh MMC-nin sədri Nümayəndə2 barəsində İnzibati Xətalar haqqında xx.xx.2024-cü il tarixli MN № ******* saylı protokol tərtib edilmiş, nöqsanların aradan qaldırılması üçün xx.xx.2024-cü il tarixli 3- 18-63/2-5092/24 saylı məktub ünvanlanmışdır. Həmçinin müvafiq tədbirlərin görülməsi üçün Bakı Regional Qaz istismar Departamentinə xx.xx.2024-cü il tarixli 3-18-63/2- 4829/2024 saylı və Yasamal rayon İcra Hakimiyyətinə xx.xx.2024-cü il tarixli 3-18-63/2- 4237/2024 saylı məktublar ünvanlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 0083 nömrəli tikinti obyektinin istismarına icazəyə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2016-cı il tarixli, 569 saylı sərəncamı ilə ünvan 15 ünvanında yerləşən yaşayış binası, binaya bitişik ofis binası və yeraltı avtodayanacağı kimi istismarına Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayədə X15 və X22 Agentliyinin Tikintidə X14 Agentliyinin rəisi Cəbrayıl Xanlarova ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-18-3/2-3580/23 nömrəli məktubuna əsasən ünvan 17 ünvanında yerləşən binanın 2-ci girişində istismar olunan liftlərin istismara yararlığı və təhlükəsizliyinin müəyyənləşdirilməsi barədə Nümayəndə1 Fövqəladə Hallar Nazirliyinə daxil olmuş müraciətinə nazir müavini Ragim Lətifovun 22.02 2023-cü il tarixli 1203 nömrəli tapşırığına əsasən Agentlikdə baxılmışdır. Müraciətlə bağlı 13 mart və 17 mart 2023-cü il tarixlərində Agentliyin müfəttişləri tərəfindən yerində aparılmış araşdırma zamanı sözügedən 19 mərtəbəli yaşayış binasının 2- ci girişində istismar olunan 3 ədəd liftdən qeydiyyat sayı 37995 olan liftin şaxtasında kənar əşyaların olduğu, döşəmənin istıqamətləndiricılərdən, aparıcı şkifın isə reduktordan axan yağla çirkləndiyi, burazların istismara yararsız olduğu, istismarına icazə alınmadığı müəyyən olunmuşdur Qeydiyyat sayları 28912 və 30094 olan liftlərdə lift çalasının məişət tullantıları ilə zibilləndiyi və yağla çirkləndiyi, kənar əşyaların olduğu, əks yüklə bufer arasındakı məsafənin normaya uyğun olmadığı, liftin kabinəsinin hərəkət zamanı silkələndiyi, istiqamətləndiricilərin yağlanması üçün qabın olmadığı, qeydiyyat sayı 30094 olan sərnişin liftinin həmçinin aparıcı şkifi və burazlarının istismara yararsız olduğu, surət məhdudlaşdırıcı qurğuların yoxlanılması haqqında məlumatın olmadığı aşkar edilmişdir (aktların surəti olavə olunur). Aktda qeyd olunan nasazlıqlara görə liftlərin istismarının qadağan olduğu “Yasamal- 43" MMC-yə bildirilmiş, nasazlıqların qısa müddət ərzində aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi və nəticəsi barədə Agentliyə məlumat verilməsi tələb olunmuş, baş verə biləcək qəza və bədbəxt hadisələrə görə cəmiyyətin məsuliyyət daşıdığı nəzərinə çatdırılmışdır (əlavə olunur). Eyni zamanda, binanın qaz təchizatı ilə əlaqədar aparılmış araşdırma zamanı qaz sayqacları quraşdırılan qaz dayaqlarının bəzi mənzillərin yataq otaqlarında yerləşdiyi müəyyən edilmişdir. Mövcud vəziyyət təhlükəsizlik tələblərinə ziddir və qəzaya şərait yarada bilər. Baş verə biləcək qəza və bədbəxt hadisələrin vaxtında qarşısının alınması məqsədilə müvafiq tədbir görülməsi üçün “Azəriqaz" İB-nə müraciət ünvanlanmışdır (əlavə olunur). İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayədə X15 və Dağ-Mədən Nəzarəti X2 Abdullayevə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-18-3/2-A-85-100/SO/2025 nömrəli məktubuna əsasən agentliyin əməkdaşı tərəfindən xx.xx.2025-ci il tarixində 19 mərtəbəli binanın 2-ci girişində istismar olunan 3 ədəd liftə baxış keçirilmiş, yük liftinin qapılarının sərbəst işlədiyi və 2-ci liftdə silkələnmələrin aradan qaldırıldığı müəyyən olunmuşdur. 3-cü liftin isə 9-cu mərtəbəyə qədər istismar olunmasının liftlərin təhlükəsiz istismarına cavabdeh şəxsin səlahiyyətinə aid olduğu bildirilir. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayədə X15 və X22 Agentliyinin "xxxx" İB-nin baş direktoru Ruslan Əliyevə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-18-3/2-3572/23 nömrəli məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, "Qırmızı Şərq” 1023-ci məhəllə, İzmir küçəsində yerləşən 9C saylı yaşayış binasında qaz xətti olmadığı halda qazla işləyən qızdırıcıların quraşdırılmasının “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”na uyğunluğu və digər məsələlər barədə Nümayəndə1 tərəfindən Fövqəladə Hallar Nazirliyinə xx.xx.2023-cü tarixli şikayət ərizəsi daxil olmuşdur. Şikayətlə əlaqədar Agentliyin mütəxəssisləri tərəfindən yerində araşdırma aparılmış və akt tərtib olunmuşdur (surəti əlavə olunur). Araşdırma zamanı müəyyən edilmişdir ki. qaz sayğacları quraşdırılan qaz dayaqları bəzi mənzillərin yataq otağında yerləşir. Bu vəziyyət təhülkəsizlik tələblərinə ziddir və qəzaya şərait yarada bilər. Baş verə biləcək qəza və ya bədbəxt hadisələrin vaxtında qarşısının alınması məqsədilə müvafiq tədbirlərin görülməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayədə X15 və X22 Agentliyinin Cavabdeh MMMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-18-3/2-3578/23 nömrəli məktubuna əsasən ünvan 19 ünvanında yerləşən binanın 2-ci girişində istismar olunan liftlərin istismara yararlığı və təhlükəsizliyinin müəyyənləşdirilməsi barədə Nümayəndə1 Fövqəladə Hallar Nazirliyinə şikayəti daxil olmuşdur. Şikayətlə bağlı 17 mart 2023-cü il tarixində Agentliyin müfəttişləri tərəfindən yerində aparılmış araşdırma zamanı sözügedən 19 mərtəbəli yaşayış binasının 2-ci girişində istismar olunan 3 ədəd liftdən qeydiyyat sayı 37995 olan liftin şaxtasında kənar əşyaların olduğu, döşəmənin istiqamətləndiricilərdən, aparıcı şkifin isə reduktordan axan yağla çirkləndiyi, burazların istismara yararsız olduğu, istismarına icazə alınmadığı müəyyən olunmuşdur. Qeydiyyat sayları 28912 və 30094 olan liftlərdə lift çalasının məişət tullantıları ilə zibilləndiyi və yağla çirkləndiyi, kənar əşyaların olduğu, əks yüklə bufer arasındakı məsafənin normaya uyğun olmadığı, liftin kabinəsinin hərəkət zamanı silkələndiyi, istiqamətləndiricilərin yağlanması üçün qabın olmadığı, qeydiyyat sayı 30094 olan sərnişin liftinin həmçinin aparıcı şkifi və burazlarının istismara yararsız olduğu, sürət məhdudlaşdırıcı qurğuların yoxlanılması haqqında məlumatın olmadığı aşkar edilmişdir (aktların surəti əlavə olunur). Aktda qeyd olunan nasazlıqlara görə liftlərin istismarının qadağan olduğu bildirilir. Nasazlıqların qısa müddət ərzində aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi və nəticəsi barədə Agentliyə məlumat verilməsi tələb olunur. Nəzərinizə çatdırırıq ki, baş verə biləcək qəza və bədbəxt hadisələrə görə cəmiyyət məsuliyyət daşıyır. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X14 X24 xx.xx.2015-ci il tarixli, 531 nömrəli rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, “Qırmızı Şərq” hərbi şəhərciyindəki 1028-ci məhəllədə yerləşən, "xxxx" MTK tərəfindən inşa edilmiş avtodayanacaq və ofis binalannın təyinatı dəyişdirilməmək şərti ilə yükdaşıyan konstruksiyaları möhkəmlik və dayanıqlıq tələblərini ödəyir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X14 Agentliyinin nəzdində yaradılmış Təhlil qrupunun xx.xx.2015-ci il tarixli, 531 saylı iclasında binanın yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlıq baxımından istismara yararlı olması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X32 Xİdməti 2-ci ərazi X32 İdarəsinin Nümayəndə1 ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-18- 63/2-A-350-100/SO/2025 nömrəli müraciətə cavab məktubuna əsasən araşdırma zamanı sözü gedən ünvan 20 ünvanda yerləşən Cavabdeh MMMC-nin idarəçiliyində olan yaşayış binasında qeyd edilən faktlar təsdiqini tapmışdır və mövcud vəziyyəti əks etdirən 14 mart 2025-ci il tarixli, 3-18- 53/3-2190/2025 nömrəli yanğın-texniki müayinə aktı tərtib olunmuşdur, həmin tərtib olunmuş akt məktuba əlavə olunmuşdur. Belə ki, aşkar olunmuş mövcud problemlərin müsbət həll olunması məqsədilə müvafiq tədbirlərin görülməsi üçün tərəflərindən aidiyyəti üzrə Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəhbərliyinə 11 aprel 2025-ci il tarixli. 3-18-63/2-2163/2025 nömrəli, Yasamal rayonu İcra Hakimiyyəti başçısının birinci müavininə 11 aprel 2025-ci il tarixli, 3-18-63/2- 2162/2025 nömrəli, "Azərişıq'’ İstehsalat Birliyinin rəhbərliyinə 11 aprel 2025-ci il tarixli, 3-18-63/2- 2164/2025 nömrəli məktublar ünvanlanmışdır. Məlumat üçün bildirirlər ki, yanğın təhlükəsizliyinin etibarlı təmin olunması üçün, gələcəkdə insanların həyat və sağlamlığının, mülkiyyətin bütün növlərinin yanğın, partlayış, digər fövqəladə hadisələrdən qorunması, eləcə də, maddi ziyanla nəticələnməsinin qarşısının alınması məqsədilə, yaşayış binasında yanğın təhlükəsizliyinə dair tələblərin qısa müddət ərzində aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi üçün Cavabdeh MMMC-nin rəhbərliyinə yaşayış binasında yanğın təhlükəsizliyinə dair tələblərin qısa müddət ərzində aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi üçün tərəflərindən 11 aprel 2025-ci il tarixli, 3-18-63/2- 2161/2025 nömrəli məktub təqdim olunmuşdur. Eyni zamanda mövcud nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən Cavabdeh MMMC-nin cavabdeh şəxs inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarında olan 2-ci ərazi DYNİ-nin rəis müavini daxili xidmət polkovnikleytenantı Fərman Qorçiyevin 2-ci ərazi X32 İdarəsinin rəisi daxili xidmət polkovniki Zaur Həmidova məruzəsinə əsasən Yasamal rayonu, 1028-ci məhəllə, İzmir küçəsi ev 49C, mənzil 139-da yaşayan Nümayəndə1 tərəfindən İdarədə qeydiyyata alınmış xx.xx.2025-ci il tarixli, 3-18-63/1-A-xx-xx/2025 nömrəli müraciətlə əlaqədar olaraq, ünvan 22 ünvanda yerləşən yaşayış binasının zirzəmi sahəsinə baxış keçirilərək yanğın-texniki müayinə Aktı tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli yanğın–texniki müayinə aktına əsasən Azərbaycan Respublikası, Fövqəladə Hallar Nazirliyinin X32 Xidmətinin 2-ci ərazi X32 İdarəsinin rəis müavini daxili xidmət polkovnik-leytenantı Fərman Qorçiyev, həmin idarənin X32 şöbəsinin inspektoru daxili xidmət kapitanı Təbriz Zülfüqarlı və yaşayış binasının komendantı X6 iştirakı ilə Yasamal rayonu, Qırmızı Şərq, məhəllə 1028, İzmir küçəsi ev 9C, mənzil 139-da yaşayan Nümayəndə1 tərəfindən İdarədə qeydiyyata alınmış xx.xx.2025-ci il tarixli, 3-18-63/1-A-xx-xx/2025 nömrəli müraciətlə əlaqədar olaraq, ünvan 23 ünvanda yerləşən Cavabdeh MMMC-nə məxsus yaşayış binasının zirzəmi sahəsinə yanğın-texniki müayinə keçirilmişdir. Binanın ətraflı yoxlanılması üçün Cavabdeh MMMCnin sədri Nümayəndə2 iştirakı tərəflərindən tələb olundu, lakin binanın komendantı Elçin Mürsəlov Nümayəndə2 iştirakının təmin edilməsindən imtina etdi və onun ünvanını və telefon nömrəsini vermədi, bu səbəbdən binanın və zirzəmi sahələrinin tikinti layihə sənədləri təqdim edilmədi. Müayinə zamanı aşağıda qeyd olunan yanğına qarşı qanunsuzluqlar aşkar edilmişdir. - Yaşayış binasının -2 və -3 zirzəmi sahəsi avtomobil dayanağı kimi nəzərdə tutulsa da, binada yaşayan bir neçə sakinlər tərəfindən şəxsi istifadələri üçün ayrı-ayrı otaqlar tikilmişdir; - Yaşayış binasının -2 və -3 zirzəmi sahəsində elektrik təsərrüfatı "X3 Qaydalan"nın tələblərinə cavab vermir, eyni zamanda -3 zirzəmi sahəsində liftlərin yaxınlığında çox sayda elektrik sayğacları yerləşdirilmişdir (YTQ 01 - 2001 bənd 6.5); - Yaşayış binasının, eləcə də -2 və -3 zirzəmi mərtəbələrinin elektrik təsərrüfatına profilaktik baxış keçirilməmişdir, eyni zamanda kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti yoxlanılmamışdır YTQ: 01-2001 bənd 6.1; binanın zirzəmi sahələrində standarta uyğun olmayan elektrik qızdırıcı cihazdan istifadə olunması aşkar edilmişdir YTQ 01-2001 bənd 6.5; - Yaşayış binasının -2; -3 zirzəmi sahələrində avtomobillər üçün nəzərdə tutulmuş sahələr tezalışan material olan lambrin və digər tezalışan materiallarla üzlənmişdir YTQ: 01-2001 bənd 4.4; - binanın zirzəmi sahəsində yanar materiallar saxlanılır YTQ 01-2001 bənd 4.8; - binanın zirzəmi sahəsi normalara uyğun ilkin odsöndürən balonlarla təchiz edilməyib (YTQ 01-2001 bənd 10.4); yaşayış binasının - 1, -2 və -3 zirzəmi sahəsi avtomatik yanğın xəbərverici siqnalizasiya sistemi ilə təmin olunmayıb YTQ: 01-2001 bənd 4.2; - binanın zirzəmi sahələrində və blok mqrtəbələrində quraşdırılmış elkektrik lampaları, işıqlandırıcı cihazlar mühafizə örtüklü qapaqlarla təmin edilməyib YTQ 01 - 2001 bənd 6.5; -2 zirzəmi sahənin əsas girişində tezalışan maye və materiallardan istifadə edilməklə rəngləmə sexi mövcuddur, sexdə tezalışan mayelərin saxlanmasına yol verilir; - binanın -1 və -2 sahəsində avtomobilyuyucu sexində güclü kompressorlardan istifadə sexin qapıları kustar üsulla düzəldilmiş taxta konstruksiya üzərinə vurulmuş polietilen materialındandır; - bina və zirzəmi sahələr qəza işıqlandırma sistemi ilə təmin olunmayıb (YTQ 01-2001 bənd 6.6); - istifadə olunan yanar materiallar oda davamlı məhlulla hopdurulmayıb (YTQ 01-2001 bənd 4.4); - yaşayış binasının qaz təchizatı boruları təhlükəsizlik qaydalarının tələblərinə uyğun quraşdırılmayıb. Binanın qaz təchizatı ilə əlaqədar aparılmış araşdırma zamanı qaz sayğacları quraşdırılan qaz dayaqları bəzi mənzillərin yataq otaqlarında yerlaşdiyi müəyyən edilmişdir; - yaşayış binasının ərazisinə yanğın avtomobilinin sərbəst girişinə maneə yaradan şlaqbaum Quraşdırılmışdır. Həmin quraşdırılmış şlaqbaumun qarşısında qanunsuz olaraq avtomobil dayanacağı yaradılmışdır, həmin sahədə saxlanılan avtomobillər təxliyyə qaydalarına ziddir və təxliyyə üçün ciddi maneələr yaradır; avtomatik yanğın söndürmə sisteminin istismara yararlılığına dair müvafiq sənədlər təqdim edilməmişdir (YTQ 02 - 2002 bənd 3.4); - yaşayış binasının ərazisində yerləşən su hovuzunun yerini və tutumunu bildirən göstərici nişanlar təmin edilməyib (YTQ 01-2001 bənd 8.3); - zirzəmi sahəsində qanunsuz qapalı tikililər qurulmuşdur, həmin tikililərə daxil olmağa və baxı keçirilməsi mümkün olmamışdır (YTQ 02 -2002 bənd 1.5.4); - insanların və qiymətli əşyaların köçürülməsi üçün “Təxliyyə planı” hazırlanmayıb YTQ-01- 2001.bənd- 5.1. İş materiallarında olan "xxxx" MMMC-nin Nümayəndə1a ünvanlanmış xx.xx.2024-cü il tarixli, Yasamal-43MMMC/017/-2024 nömrəli cavab məktubuna əsasən xx.xx.2024-cü il tarixli etibarnamə ilə Nümayəndə1 xx.xx.2024-cü ıl tarixli Cavabdeh MMMC-nin sədri, idarə heyəti və təftiş komissiyasına ünvanladığı eyni məzmunlu məktublarında qeyd olunan sorğuları barədə cari ilin 23 fevral tarixi saat 19:00-da keçirilən ümumi yığıncaqda iştirakçılara ətraflı məlumat verilmişdir. 8 (səkkız) bənddən ibarət sorğusuna ardıcıllıq sırası itə cavab olaraq bildirir. 1. ünvan 28 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının Bakı şəhəri İcra Hakimiyyətinin ünvan üzrə binanın istismarına dair xx.xx.2016 tarixli № 0083 saylı "İcazə” sənədində binanın sahəsində avtodayanacaqların konkret sayı göstərilməmişdir, ancaq avtodayanacaqların ümumi sahəsinin 5962.80 kv m olduğu qeyd edilmişdir. 2. Ünvan uzrə binanın təsdiq olunmuş lahiyəsı və buna dair dövlətin müvafq qurumları tərəfindən təqdim olunan rəsmi sənədlər binanı inşa etmiş "xxxx" MTK-nın arxivində olduğuna görə binanın sahəsində yerləşən dayanacağın açıq tipli, yaxud qapalı tipli olması barədə "xxxx" MMMC-də rəsmi məlumat mövcud deyildir. 3. Ünvan üzrə binanın istismarına dair Bakı şəhəri İcra Hakimiyyətinin 27 12 20^6 tarixi. №0083 saylı İcazə' sənədində binanın balansında binanın sahəsində qapalı tıplı dayanacaqlarfqarajlar barədə rəsmi və yazılı qaydada hər hansı bır qeyd mövcud deyildir. 4. Ünvan üzrə binanın Eldar Ağayev istiqamətindən həyətə giriş yolunun sol hissəsində yerləşən sahə Cavabdeh MMMC idarə heyəti tərəfindən sız də daxil olmaqla təmənnasız və heç bır ödəniş etmədən binanın bütün mənzil və sahə mülkiyyətçilərinin, eləcə də onlara təşrif buyuran qonaq və ziyarətçilərin boş olan zamanlarda isə sakinlərin nəqliyyat vasitələrinin müvəqqəti park yeri kimi nəzərdə tutulmuşdur. Hal-hazırda həmin sahədə binaların gözətçi məntəqəsinin inşası barədə fikir yaranmışdır kı, bina sakinlərinin rəyi ilə ümumi razılığından sonra müvafiq dövlət qurumları ilə koordinasiya edilərək həyata keçirilməsi mümkün olacaqdır 5. Binanın həyetyanı sahəsinin mərkəzə hissəsində təyinatı, icazəsi və mülkiyyət hüququnu təsdiq edən sənədin olmadığı təmirsiz yarıtikili barədə "xxxx" MTK-nin rəhbərliyinə tərəflərindən 3 dəfələrlə şifahi və yazılı surətdə müraciətlər edilmiş Cavabdeh MMMC-nin idarə heyətinin iclaslarında gündəliyə daxil edilərək "xxxx" MTK-nın sədri Həbib Zülfüqarovun bilavasitə iştirakı ilə onun qarşısına məsələnin həllinə dair öhdəliklər qoyulmuş buna baxmayaraq, müxtəlif bəhanələr və əsassız iddialarla bu öhdəliklər hələ də yerinə yetirilməmişdir. Eyni zamanda tərəflərindən Yasamal rayon İcra Hakimiyyətinə xx.xx.2021 tarixli yasamal 43mmmc/0085/-2021 saylı, Fövqalədə Hallar Nazirliyinə xx.xx.2021 tarixli yasamal43mmmc/0103/-2021 saylı "xxxx" ASC-yə xx.xx.2021 tarixli yasamal43mmmc/0104/-2021 saylı məktublarla rəsmi qaydada müraciətlər ünvanlanmışdır. (Qeyd olunan məktublar akt və müraciətlərin surətlər əlavə edilir). Hazırda Cavabdeh MMMC-nın idarə heyətı və Təftiş komissiyası tərəfindən qeyd olunan yantikili barədə rəsmi qərarın verilməsi məqsədilə aidiyyatı üzrə bütun dövlət orqanlarına müraciət edilməsi planlaşdırılır. 6. Ünvan üzrə binanın Mehman Bünyadzadə küçəsinə baxan hissəsində inşa edilmiş, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 27.12 2016 tarixi №0083 saylı “icazə” sənədində 2(ıki) mərtəbəli ofis binası kimi göstərilən 5(beş) mərtəbəli tikilidə "xxxx" MTK-nın sədrinin aıiə üzvlərinə məxsus və onlar tərəfindən idarə edilən "Oskar” adlı uşaq baxçası, 160 sayiı mənzil mülkiyyətçisi Ziba Qasımova və 32 saylı mənzil mülkiyyətçisi Afət Ağa-zadəyə məxsus iki stomotolojı poliklinika, 5 saylı mənzil mülkiyyətçisi Fərzağa Zeynalova məxsus bərbərxana 95 saylı mənzil mülkiyyətçisi Orucov Məhəmmədə məxsus bır qadın gözəllik salonu biri fəaliyyətdə olan 5 saylı mənzil mülkiyyətçisi Fərzağa Zeynalova məxsus, digəri isə təmirdə olan iki məktəbəqədər hazırlıq kursları, Zeynalov Qambay adına qeydiyyatda olan 4(dörd), ümumilikdə isə 7(yeddi) mənzil mövcuddur.Qeyd olunan iaşə obyektləri və mənzillər binanı inşa edən "xxxx" MTKnın rəhbərliyi tərəfindən bu şəxslərə satılmış, mülkiyyət hüququnu təsdiq edən çıxarışlar "Yasamal-43”MMMC-nın arxivinə daxil olmamışdır. 7. Ünvan üzrə binanın təsdiq edilmiş lahıyəsı binanı inşa etmiş "xxxx" MTK-nın arxıvindədır və bu sənəd " Yasamal-43 MMMCyə təqdim olunmamışdır.. 8. Bakı şəhəri, Yasamal rayonu, İzmir 9c.məhəllə 1028 ünvanda Cavabdeh MMMC tərəfindən idarə olunan çoxmənzilli yaşayış binasında "xxxx" MTK tərəfindən quraşdırılmış qeydiyyat nömrələri 30093, 28913, 30094, 28911, 28912, 30095 olan 6 (altı) ədəd liftə texniki dəstək xidmət: dövlət sertifikatı olan və Cavabdeh MMMC ilə bağlanan rəsmi müqavilə əsasında "xxxx" MMC qeydiyyat nömrəsi 37995 olan 1 (bır) ədəd liftə isə dövlət sertifikatı olan və Cavabdeh MMMC ilə bağlanan rəsmi müqavilə əsasında "xxxx" MMC tərəfindən texniki dəstək xidmət göstərilir. Əlavə olaraq məlumat üçün bildirir ki, ünvan uzrə binada istismar olunan bütün liftlərə nəzarət məqsədilə lift bələdçisi təyin olunmuş və qanunlarımızın tələblərinə müvafiq olaraq tərəflərindən rəsmi qaydada dövlət rusumu ödənilməklə “Profi-Resurs” X36 nəzdində kurslar keçərək 39 saylı Protokolla 3638 nömrəli Lift Bələdçisi sertifikatı almışdır. (Sertifikatın surəti əlavə edilir). Bütün liftlərə dövri müayinənin aparılması və sınaqdan keçirilməsi, texniki aktla rəsmi ekspert rəyinin verilməsi uçun ‘”Yasamal-43” MMMC tərəfindən FHN Sənayedə X15 və X22 Agentliyi Əməyin Mühafizəsi və X16 Tədqiqat instıtunun rəhbərliyinə 09 yanvar 2024 tarixli Yasamal-43MMMC/01/-2024 saylı məktubla rəsmi surətdə müraciət edilərək, qarşılıqlı TEX/L-23657-04 nömrəli müqavilə imzalanmış, həmin qurumun hesabına dövlət rusumu yatırılmış və müqavilədə nəzərdə tutulan bütün işlər yerinə yetirilmişdir. İş materiallarında olan "xxxx" MMMC-nin Nümayəndə1a ünvanlanmış xx.xx.2024-cü il tarixli, Yasamal-43MMMC/034/-2024 nömrəli “Nümayəndə1 açıq məktuba” cavab məktubuna əsasən xx.xx.2024-cü il tarixli Cavabdeh MMMC-nin sədri, idarə heyəti və təftiş komissiyasına ünvanladığı açıq məktubda qeyd olunan sorğuların müzakirəsi, araşdırılması və cavablandırılması məqsədi ilə xx.xx.2024 tarixində yazılı bildiriş göndərilmiş və xx.xx.2024-cü il tarixi saat 18:00 radələrində keçirilmiş Cavabdeh MMMCnin idarə heyəti və təftiş komissiyasının üzvlərinin növbədənkənar iclasında iştirakı təmin edilmişdir. Şəxsi iştirak ilə keçirilən iclasda açıq məktubda qeyd olunan iddia, tələb və sorğular iclas iştirakçıları tərəfindən geniş şəkildə müzakirə edilmişdir. Açıq məktubda göstərilən 8 (səkkiz) bənddən ibarət sorğuya ardıcıllıq sırası ilə cavab olaraq bildirir. 1. ünvan 28 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının Bakı şəhəri İcra Hakimiyyətinin ünvan üzrə binanın istismarına dair xx.xx.2016 tarixli 0083 saylı ‘icazə” sənədində binanın sahəsində avtodayanacaqların konkret sayı göstərilməmişdir, ancaq avtodayanacaqların ümumi sahəsinin 5962.80 kv.m olduğu qeyd edilmişdir. Ancaq "Qranit’ MTK-nın sədri Həbib Zülfüqarovun şəxsən imzası ilə təsdiq etdiyi 01 fevral 2020-ci il tarixli təhvil-qəbul aktında binanın 178 (yüz yetmiş səkkiz) ədəd avtodayanacağının "xxxx" MTK tərəfindən ayrı-ayrı şəxslərə müqavilə ilə satdığı (1 şəxs 66 yer, digər şəxslərə 49,27,18 və s), avtodayanacaqların bir qisminin naməlum şəxslər tərəfindən vətəndaşlara pul qarşılığında icarəyə verildiyi, avtodayanacaqların hələ bina təhvil verilmədən əvvəl "xxxx" MTK-nın sifarişi ilə 2007-cı İdə “Tamay" firması tərəfindən yeraltı qara kimi lahiyələndırildıyı, ancaq Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 27 dekaor 2016-cı ıl tarixli 0083 nömrəli tikinti obyektinin istismarına icazə sənədində bu sayın göstərilmədiyi, bunun əvəzinə isə həmin sənəddə avtodayanacaqların ümumi sahəsinin göstərildiyi qeyd olunmuşdur. Bununla da avtodayanacaqların sayı "xxxx" MTK tərəfindən müəyyənləşdirilmişdir Yasamal Rayon Məhkəməsinin icraatında olan bu məsələyə dair Bakı şəhəri, Yasamal Rayonu Məhkəməsinin hakimi Ayaz Məmmədovun imzası ilə “Yasamal-43" MMMC-yə ünvanlanan xx.xx.2021-ci ii tarixli lş 2(004)-3144/2021 saylı sorğusuna cavab məqsədi ilə ünvan üzrə çoxmərtəbəli yaşayış binasına aid 2 mərtəbəli avtodayanacağın müvafiq səlahiyyətli qurumlar Tərəfindən hansı təyinatla inşa edilməsinə icazə verilməsini müəyyənləşdirən huquqi sənədlərin təsdiq edilmiş surətlərinin, avtodayanacağın statusunu, sayını və ondan istifadə qaydalarını müəyyənləşdirən huquqi sənədlərin, habelə avtodayanacaqların istifadəyə,icarəyə və ya digər formada özününküləşdirilməsinə dair sənədlərin təqdim olunması üçün "Qranif” MTK-nın sədri Həbib Zülfüqarova ünvanlanan Yasarnal43mmmc/01023/-2022 saylı xx.xx.2022-ci i! tarixli müraciəti cavablandırılmamışdır. Bunu nəzərə alaraq, "xxxx"MMMC tərəfindən Bakı səhəri, Yasamal rayon Məhkəməsinin hakimi Ayaz Məmmədova 18 yanvar 2022-ci il tarixli Yasamal43mmmc/01025/-2021 saylı məktubla müraciət edilərək mövcud vəziyyətlə bağlı ətraflı məlumat verilmiş və cavab göndərilmişdir. 2. Ünvan üzrə binanın təsdiq olunmuş lahiyəsi və buna dair dövlətin müvafq qurumları tərəfindən təqdim olunan rəsmi sənədlər binanı inşa etmiş "xxxx" MTK-nın arxivində olduğuna görə binanın sahəsində yerləşən dayanacağın açıq tipli, yaxud qapalı tipli olması barədə Cavabdeh MMMC-də rəsmi məlumat mövcud deyildir. Buna səbəb “Qranit"MTK-nın müvafiq sənədləri aidiyyəti üzrə təqdim etməməsidir. 3. Ünvan üzrə binanın istismarına dair Bakı şəhəri İcra hakimiyyətinin xx.xx.2016 tarixli №0083 saylı “İcazə” sənədində binanın balansında, binanın sahəsində avtodayanacaqlar üçün ümumilikdə 5962.80 kv m sahə müəyyən edilmişdir. Ancaq qeyd olunan sənəddə Bakı şəhər İcra Hakimiyyətinin qərarı ilə avtodayanacaqların sayı, statusu, qapalı və ya açıq tipli dayanacaqlar (qarajlar) olması barədə rəsmi və yazılı qaydada hər hansı bır qeyd və yaxud qərar göstərilməmişdir kı, bu da bir daha qarajların sayı və statusunun rəsmi dövlət orqanı tərəfindən müəyyən edilmədiyinin əyanı göstəricisidir. 4. Ünvan üzrə binanın Eldar Ağayev istiqamətindən həyətə giriş yolunun sol hissəsində yerləşən sahə “Yasamal-43" MMMC idarə heyəti tərəfindən heç bir ödəniş etmədən binanın bütün mənzil və sahə mülkiyyətçilərinə təşrif buyuran qonaq və ziyarətçilərin, boş olan zamanlarda isə sakinlərinin nəqliyyat vasitələrinin müvəqqəti açıq hava park yeri kimi nəzərdə tutulmuşdur. Hal-hazırda həmin sahədə binanın gözətçi və ya xilasetmə məntəqəsinin inşası barədə fikir yaranmışdır ki, bina sakinlərinin ümumi yığıncağının qərarı ilə müvafq dövlət qurumları ilə koordinasiya edilərək həyata keçirilməsi mümkün olacaqdır. 5. Binanın həyətyanı sahəsinin mərkəzi hissəsində təyinatı, icazəsi və mülkiyyət hüququnu təsdiq edən sənədin olmadığı təmirsiz yarıtikili barədə "xxxx" MTK-nın rəhbərliyinə tərəflərindən dəfələrlə şifahi və yazılı surətdə müraciətlər edilmiş, Cavabdeh MMMC-nin idarə heyətinin iclaslarında gündəliyə daxil edilərək ”Qranit" MTK-nın sədri Həbib Zülfüqarovun bilavasitə iştirakı ilə onun qarşısına məsələnin həllinə dair öhdəliklər qoyulmuş, buna baxmayaraq bu öhdəliklər hələ də yerinə yetirilməmişdir. Məsələyə dair tərəflərindən Yasamal Rayon İcra Hakimiyyətinə xx.xx.2021 tarixli yaşamal 43mmmc/0085/-2021 saylı, Fövqalədə Hallar Nazirliyinə xx.xx.2021 tarixli yasamal43mmmc/0103/-2021 saylı, "xxxx" ASC-yə xx.xx.2021 tarixli yasamal43rnmmc/0104/-2021 saylı məktublarla rəsmi qaydada müraciətlər ünvanlanmışdır. 6. Ünvan üzrə binanın Mehman Bünyadzadə küçəsinə baxan hissəsində inşa edilmiş, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2016 tarixli 0083 saylı “icazə" sənədində 2(iki) mərtəbəli “ofis binası” kimi göstərilən 5 (beş) mərtəbəli tikilidə "xxxx" MTK-nın sədrinə məxsus “Oskar" adlı uşaq baxçası, 160 saylı mənzil mülkiyyətçisi Ziba Qasımova və 32 saylı mənzil mülkiyyətçisi Afət Ağa-zadəyə məxsus iki stomotoiojı poliklinika, 5 saylı mənzil mülkiyyətçisi Fərzağa Zeynalova məxsus bərbərxana, 95 saylı mənzil mülkiyyətçisi Orucov Məhəmmədə məxsus bir qadın gözəllik salonu, biri fəaliyyətdə olan 5 saylı mənzil mülkiyyətçisi Fərzağa Zeynalova məxsus, digəri isə təmirdə olan iki məktəbəqədər hazırlıq kursları, Zeynalov Qambay adına qeydiyyatda olan 4 (dörd), ümumilikdə isə 7 (yeddi) mənzil mövcuddur. Qeyd olunan binadakı iaşə obyektləri və mənzillər binanı inşa edən "xxxx" MTK-nın rəhbərliyi tərəfindən bu şəxslərə satılmışdır, həmin şəxslərin bir qismi mülkiyyət hüququnu təsdiq edən sənədlərin surətlərini "xxxx" MMMC-yə təqdim etmişdir. Ancaq həmin binanın təsdiq olunmuş lahiyəsi, inşası, təyinatı və istismarına icazə, təhvil-qəbul aktı, digər normativ sənədlər, habelə mülkiyyət hüququna dair çıxarışı Cavabdeh MMMC-nin keçirilən idarə heyətinin iclaslarında tələb edilməsinə baxmayaraq "xxxx" MTK tərəfindən bu günə qədər keçən müddət ərzində “Yasamal-43" MMMC-ə təqdim olunmamışdır. 7. Ünvan üzrə binanın təsdiq edilmiş lahıyəsi binanı inşa etmiş "xxxx" MTK tərəfindən “Yasamal-43'’ MMMC-yə təqdim olunmamışdır. 8. Bakı şəhəri.Yasamal rayonu, İzmir 9c, məhəllə 1028 ünvanda Cavabdeh MMMC tərəfindən icarə olunan çoxmənzılli yaşayış binasında "xxxx" MTK tərəfindən quraşdırılmış qeydiyyat nömrələri 30093, 28913, 30094, 28911, 28912, 30095 olan 6 (altı) ədəd liftə texniki dəstək xidməti dövlət sertifikatı olan və “Yasamal-43“ MMMC ilə bağlanan rəsmi müqavilə əsasında "xxxx" MMC, qeydiyyat nömrəsi 37995 olan 1 (bir) ədəd liftə isə dövlət sertifikatı olan və Cavabdeh MMMC ilə bağlanan rəsmi müqavilə əsasında "xxxx" MMC tərəfindən texniki dəstək xidmət göstərilir. Əlavə olaraq məlumat üçün bildirir kı, ünvan üzrə binada istismar olunan bütün liftlərə nəzarət məqsədilə lift bələdçisi təyin olunmuş və qanunlarımızın tələblərinə müvafiq olaraq tərəflərindən rəsmi qaydada dövlət rusumu ödənilməklə “Profi-Resurs” X36 nəzdində kurslar keçərək 39 saylı Protokolla 3638 nömrəli Lift Bələdçisi sertifikatı almışdır. (Sertifikatın surəti əlavə edilir). Bütün liftlərə dövri müayinənin aparılması və sınaqdan keçirilməsi, texniki aktla rəsmi ekspert rəyinin verilməsi üçün ”Yasamal-43” MMMC tərəfindən FHN Sənayedə X15 və X22 Agentliyi Əməyin Mühafizəsi və X16 Tədqiqat İnstitunun rəhbərliyinə 09 yanvar 2024 tarixli Yasamal-43MMMC/01/-2024 saylı məktubla rəsmi surətdə müraciət edilərək qarşılıqlı TEX/L-23657-04 nömrəli müqavilə imzalanmış, həmin qurumun hesabına dövlət rüsumu yatırılmış və müqavilədə nəzərdə tutulan bütün işlər yerinə yetirilmişdir. Əlavə olaraq açıq məktubda irəli sürülən bir-neçə iddianı cavablandırır: 1.Cavabdeh MMMC açıq məktubda qeyd edılyı kimi "xxxx" MTK-nın varisi deyil, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən rəsmi surətdə qeydiyyata alınmış, Daxili Nizamnaməsi təsdiq olunmuş və qeydiyyat şəhadətnaməsi verilmiş, bununla da "xxxx" MTK ilə hər hansı bır əlaqəsi və asılılığı olmayan tam fərqli bır qurumdur. 2.Açıq məktubda “Cəmiyyətin idarə həyətinin üzvü H.Zülfüqarovun və sədri Nümayəndə2 tərəfindən cəmiyyətin üzvlərinə bu məsələlər barədə məlumat verilməməsi, istisna olunmur” (səhifə 1, abzas 3) fikrinə cavab olaraq nəzərə çatdırır ki, Cavabdeh MMMC rəsmi fəaliyyətinə başladığı xx.xx.2020-ci il tarixindən etibarən o dövrdə idarə heyətinin üzvü olan Həbib Zülfüqarovun iştirakı ilə keçirilən bütün iclaslarda və cəmiyyətin ümumi yığıncaqlarında “Qranit" MTK-nın fəaliyyətləri iclasın gündəliyinə daxil edilərək müzakirə edilmiş və protokolla rəsmi qeydiyyata alınmışdır. Daha sonra iclaslarda uzun müddət iştirak etmədiyinə görə Həbib Zülfüqarov idarə heyəti və təftiş komissiyasının üzvlərinin 18 sentyabr 2021-ci il tarixli iclasının 9 saylı Protokolu ilə rəsmiləşdirilmiş qərarı ilə “Yasamal-43" MMMC-nin idarə heyətinin üzvlüyündən kənarlaşdırılmışdır. 3.Açıq məktubda ünvan üzrə binaya aid çoxsaylı qətnamə və qərarlarda, həmçinin, müxtəlif səlahiyyətli qurumların xüsusi ilə, AR Fövqəladə Hallar Nazirliyinin (FHN) müxtəlif qurumları tərəfindən yoxlamaların nəticələri barədə Cavabdeh MMMC-nin icarə heyəti üzvlərinin məlumatsız olmaları və həmin sənədlərdə təsbit olunan halları müzakirə etməsi və münasibət bildirməməsi, müəmmalı və anlaşılmaz haldır” (səhifə 1, abzas 6) iddiasına cavab olaraq nəzərinizə çatdırır ki, ünvan üzrə bina "xxxx" MTK tərəfindən zamanında məhz adı hallanan həmin dövlət orqanına təhvil verilmiş, həmin orqanın səlahiyyətli qurumları və məsul şəxsləri tərəfindən 139 saylı mənzilin sakini olaraq qaldırdığı çoxsaylı iddialar əsasında müxtəlif məhkəmə instansiyan tərəfindən təsbit olunan nöqsan və qüsurlarla təhvil alınmış, istismarına icazə verilmiş, bütün bunlara dair Cavabdeh MMMC tərəfindən aidiyyəti orqanlara yazılı müraciətlər ünvanlanmış, ancaq cavabsız və nəticəsiz qalmışdır. 4. Açıq məktubda (səhifə 2, abzas 2) Binanın isti su və istilik sisteminin təchizatının bərpa edilməməsi, 4 (dörd) il ərzində Cavabdeh MMMC-nin idarə heyətinin diqqətində oımamışdır və bunu təkzibedici əsas yoxdur” iddiasına cavab nəzərinizə çatdırır ki, ünvan üzrə binanın istilik və isti su təchizatı hələ Cavabdeh MMMC yaranmadan, təsdiq olunmadan və rəsmi fəaliyyətinə başlamadan əvvəl "xxxx" MTK tərəfindən "Azəristiliktəchizat’ ASC-yə ünvanlanmış yazılı müraciət əsasında 2019-cu ilin dekabr ayından etibarən dayandırılmışdır. Bu hal, "Azəristiliktəchizat” ASC-nin xx.xx.2021cı il tarixli 20/196 saylı Abonent və Müştəri Xidmətləri şöbəsinin rəisi Rafiq Əliyevin imzası ilə yazılan rəsmi məktubda təsdiqlənir.”Yasamal-43” MMMC-nin binanın istilik və isti su təchizatının bərpa olunmasına dair “Azəristiliktəchizat" ASC-yə ünvanladığı Yasamal43mmmc/0083/-2021 saylı, xx.xx.2021-ci il tarixli müraciətinə isə həmin dövlət orqanının sədr müavini ilham Mırzəlıyevin imzası ilə göndərilən xx.xx.2021-ci ıl tarixli №10/71-03 saylı məktubda bina sakinlərinin guya istifadə edilən istilik və isti su xidmətlərinə görə 7643.87 manat məbləğində borcu olduğu və həmin borc ödəniləcəyi təqdirdə xidmətin yenidən bərpa olunması məsələsinə baxıla biləcəyi qeyd olunmuşdur. Əlavə olaraq qeyd edir ki, məsələ ilə bağlı Cavabdeh MMMC-nin xx.xx.2020-ci il tarixli 5 saylı Protokolu, daha sonra isə xx.xx.2021-ci il tarixli idarə heyətinin 8 saylı Protokolu ilə qeydiyyata alınmış iclaslarında "xxxx" MTK-nın sədri Həbib Zülfüqarova yaranmış borcun ödənilməsi və qeyd olunan xidmətlərin bərpa olunmasına dair öhdəliklərini yerinə yetirməsi diqqətinə çatdırılmışdır və bunun üçün ona 15 (on beş) gün müddətin verilməsi qərara alınmışdır. Eyni zamanda, ”Yasamal-43” MMMC tərəfindən AR "xxxx" ASC-yə yasamal43mmmc/0082/-2021 saylı, xx.xx.2021-cı il tarixli məktubla müraciət edilərək, "xxxx" MTK-nın həmin dövlət orqanına 32.000 (otuz ıkı min) manat borcunun olduğunun müəyyən edildiyi və məsələnin həllinin vacibliyi barədə məlumat verilmişdir. Rəsmi müraciətinə "xxxx" ASC-nin işlər idarəsinin rəisi Möhsün Quliyevin imzası ilə xx.xx.2021-ci il tarixli 01/1/01-7/6/8768 saylı məktubla məsələnin daimi fəaliyyət göstərən missiyaya təqdim olunduğu və Komissiyanın qərarının bizə məlumat veriləcəyi bıldirilsə də, 3 (üç) ildən çox müddət keçməsinə baxmayaraq, hələ də müraciətləri nəticəsiz və cavabsız qalmışdır. 5. Açıq məktubda (səhifə 3,.abzas 4) ”Yasamal-43” MMMC-nin idarə heyəti üzvlərinin davamlı müddət ərzində tutduqları vəzifələrə müvafiq qanun tələbləri barədə hüquqi biliyə malik olmaları, mütləqdir” fikrinızə cavab olaraq nəzərə çatdırır ki, Cavabdeh MMMC-nin rəsmi fəaliyyəti AR “Mənzil Məcəlləsinin, habelə digər qanunlarımızın tələbləri lə tənzimlənir bu baxımdan idarə heyəti və təftiş komissiyasının üzvləri qanunlarımızla müəyyən olunmuş hüquqi biliyə malikdir. Eyni zamanda, məhkəmə instansiyalarında mübahisəli məsələlərin həlli məqsədi ilə Cavabdeh MMMC Vəkillər Kollegiyasının üzvü olan peşəkar hüquqşünas və vəkillərin xidmətindən qanuni formada müqavilələr əsasında istifadə edir. 6. Açıq məktubda (səhifə 4) Cavabdeh MMMC-nin aşkar korrupsiya və cinayət tərkibli əməldə günahlandırılması məhkəmələrə müraciət haqqı olan hüquqi mübahisə predmetidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən, ünvan 40 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət kimi İddiaçı adına xx.xx.2018-ci il tarixdə ********** nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən, ünvan 41 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət kimi Ağa-zadə Afət Rəşid qızının adına xx.xx.2018-ci il tarixdə ********** nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, məhəllə 1028, İzmir küçəsi, ev 9C ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət kimi X20 adına xx.xx.2019-cu il tarixdə ********** nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xİdməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, məhəllə 1028, İzmir küçəsi, ev 9C (Yeni qaydalarla: AZ 1065, Bakı şəhəri, ünvan 42 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət kimi "xxxx" MMC-nin adına xx.xx.2024-cü il tarixdə ********** nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xİdməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, məhəllə 1028, İzmir küçəsi, ev 9C ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət kimi Orucov Məhəmmədin adına xx.xx.2018-ci il tarixdə ********** nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, MİHO/2.1.1-2-2022-4034 nömrəli müraciətə cavab məktubuna əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 27 dekabr 2016-cı il tarixli 569 nömrəli Sərəncamı ilə ünvan 15 ünvanda "xxxx" Mənzil-Tikinti Kooperativinin sifarişi əsasında inşa olunmuş və tikintisi başa çatmış 19 mərtəbəli (zirzəmili) 3 girişli yaşayış binasının (1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi), binaya bitişik 2 mərtəbəli (zirzəmili) ofis binasının və 3 səviyyəli yeraltı avtodayanacağının istismarına icazə verilmişdir. İş materiallarında olan Cavabdeh MMMC-nin "xxxx" MTK-nın sədri Həbib Zülfüqarova ünvanlanmış xx.xx.2025-ci il tarixli, Yasamal-43MMMC/083/-2025 nömrəli məktubuna əsasən 03 fevral 2025-ci il tarixində Cavabdeh MMMC-nin İdarə heyəti və Təftiş komissiyasının üzvlərinin iştirakı ilə keçirilmiş iclasında 139 saylı mənzilin sakini Nümayəndə1 xx.xx.2024-cü il tarixli “Yasamal-43’’ MMMC-nin sədrinə və İdarə heyətinin üzvlərinə ünvanladığı təkrar Açıq Məktubun 5-inci bəndində qeyd olunan ünvan 28 ünvanda "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının həyətyanı sahəsinin mərkəzində, sakinlərin hüquqlarına və qanuni mənafelərinə zidd olaraq, onların istirahətinə maneə yaradan və əlverişsiz şəraitə səbəb olan, tikintiyə icazə sənədi, təyinatı və sahibi məlum olmayan “Ofis” adı altnda qanunsuz iki mərtəbəli yarıtikili barədə geniş müzakirələr aparılmışdır. Aparılan müzakirələr nəticəsində uzun müddətdir təmirsiz vəziyyətdə adı qeyd olunan ikimərtəbəli yarıtikilinin Azərbaycan Respublikasının qanunlarının tələblərinə müvafiq qaydada səlahiyyətli dövlət orqanları tərəfindən təsdiq olunmuş layihəsinin, təyinatı, tikinti və istismarına rəsmi icazə sənədlərinin bir nüsxəsinin 10 (on) gün müddət ərzində Cavabdeh MMMC-yə təqdim olunması barədə qərar qəbul edilmişdir. Bunları nəzərə alaraq, qeyd olunan rəsmi sənədlərin “Yasamal-43’’ MMMC-yə təqdim olunmasını rica edir. Eyni zamanda, CavabdehMMMC tərəfindən qeyd olunan məsələnin hüquq zəminində konkret həlli, xüsusilə də ünvan üzrə bina sakinlərinin hüquqlarının və qanuni mənafelərinin təminatı və müdafiəsi məqsədi ilə müvafiq dövlət orqanları və strukturlarına müraciəti hazırlanır və "xxxx" MTK-dan alınacaq cavaba görə də lazımi tədbirlər görüləcəkdir. İş materiallarında olan Cavabdeh MMMC-nin "xxxx" MTK-nın sədri Həbib Zülfüqarova ünvanlanmış xx.xx.2025-ci il tarixli, Yasamal-43MMMC/083/-2025 nömrəli məktubuna əsasən 3 fevral 2025-ci il tarixində Cavabdeh MMMC-nin İdarə heyəti və Təftiş komissiyasının üzvlərinin iştirakı ilə keçirilmiş iclasında ünvan 28 ünvanda "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının həyətyanı sahəsinin mərkəzində,sakinlərin hüquqlarına və qanuni mənafelərinə zidd olaraq,onların istirahətinə maneə yaradan və əlverişsiz şəraitə səbəb olan,tikintiyə icazə sənədi,təyinatı və mülkiyyət sahibi məlum olmayan, "xxxx" MMMC-yə yazılı və şifahi surətdə müraciətlərlə sayıları gündən- günə artan sakinlərin şikayət və narazılıqlarına səbəb olan “Ofis” adı altında inşa edilmiş ikimərtəbəli yarıtikili barədə geniş müzakirələr aparılmışdır. Aparılan müzakirələr nəticəsində uzun müddətdir təmirsiz vəziyyətdə ünvan üzrə binanın həyətyanı sahəsini zəbt etmiş ikimərtəbəli yarıtikilinin Azərbaycan Respublikasının qanunlarının tələblərinə müvafiq qaydada səlahiyyətli dövlət orqanları tərəfindən təsdiq olunmuş layihəsinin, təyinatı, tikinti və istismarına rəsmi icazə sənədlərinin bir nüsxəsinin 10 (on) gün müddət ərzində CavabdehMMMC-yə təqdim olunması barədə yekdil qərar qəbul edilmişdir. Eyni zamanda, ”Yasamal-43” MMMC tərəfindən qeyd olunan məsələnin hüquq zəminində konkret həlli, xüsusilə də ünvan üzrə bina sakinlərinin hüquqlarının və qanuni mənaafelərinin təminatı və müdafiəsi məqsədi ilə müvafiq dövlət orqanları və strukturlarına müraciət hazırlanır və "xxxx" MTK-dan alınacaq cavaba görə qanunların tələblərinə uyğun qaydada lazımi hüquqi tədbirlər görüləcəkdir. İş materiallarında olan "xxxx" MTK-nın Cavabdeh MMMC-nin sədri Nümayəndə2 ünvanlanmış xx.xx.2025-ci il tarixli nömrəli məktubuna əsasən xx.xx.2025-ci il tarixli Yasamal-43 MMMC/083/-2025 saylı məktuba cavab olaraq bildirilir ki, qeyd ediıən 2 mərtəbəli binanın layihəsi 18/04-233 saylı, xx.xx.2013 tarixli razılaşma ilə Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq Baş İdarəsi tərəfindən razılaşdırılmış, imza və möhürlə təsdiqlənmişdir. Daha sonra həmin bina xx.xx.2014-cü il tarixdə X1. Əlavədə razılaşdırılmış Memarlıq həlli, İsmayılov S.M müqaviləsi, Protokoldan Çıxarışı, Maliyyə Arayışı və Arxivə verilməsi barədə AKT-n sürətləri təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli "xxxx" MTK-nin üzvlərinin ümumi yığıncağının 02 saylı iclasın protokolundan çıxarışa əsasən vətəndaş X17 müəssisənin üzvü qəbul olunmaqla "Qranit” MTK-nın ünvan 48 ünvanında yerləşən kooperativ binasının - ümumi sahəsi 178 kv.m olan. Ofis Binasının payçısı olması təsdiq edilməsi və sənədlər X9 AR Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin Bakı Şəhəri Ərazi İdarəsinə hüquqların dövlət qeydiyyatına alınması üçün göndərilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" MTK-nın xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən ünvan 48 ünvanında yerləşən müasir tipli yaşayış və ticarət kompleksi "Qranit” MTK-nə məxsusdur. Qeyd edilən müasir tipli yaşayış və ticarət kompleksinin yaşayış binasında İzmir küçəsi 9C, - ümumi sahəsi 178 kv.m olan Ofis Binasının dəyəri tam ödənilmişdir və X5 "Qranit” MTK-nə borcu yoxdur. İş materiallarında olan "xxxx" MTK-nın üzvlərinin xx.xx.2014-cü il tarixli kooperativ binada qeyri-yaşayış tikintisi haqqında müqaviləyə əsasən Kooperativ, Bakı şəhəri, Yasmaal rayonu, İzmir 9c, 1028-ci məhəllə ünvanda yerləşmiş "xxxx" MTK-nin yaşayış binasının – ümumi sahəsi 178 kv. m olan, Ofis Binasını payçıya verməyi, payçı isə həmin sahəni qəbul etməyi öhdəsinə götürür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2016-cı il tarixli, 22104 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, “Qırmızı Şərq” şəhərciyində yerləşən “Qranit" MTK-nin inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının tədqiq olunan 2-ci girişinin bütün mərtəbələrindəki pilləkən marşlarında olan pillələrin əsasən hündürlük ölçülərinin müxtəlif olmasını nəzərə alaraq, həmin pilləkən marşlarının parametrlərinin tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilir. Həmin pilləkən marşlarındakı pillələrin hündürlük ölçülərinin eyni səviyyəyə çatdırılması, göstərilən pilləkən marşlarının üzlük daşlarla üzlənməsi yolu ilə mümkün ola bilər. Belə ki, 2-ci girişin aşağı bir mərtəbəsində həmin işlərin yerinə yetirildiyi və mövcud olmuş qüsurların aradan qaldərıldığı müşahidə edilmişdir. Eyni zamanda binanın 2-ci girişində olan və rəyin tədqiqat hissəsində ətraflı qeyd olunan digər qüsurların da tamamlama işləri aparılmaqla aradan qaldırılması mümkün ola bilər. Tədqiq olunan binanın 2-ci girişin bəzi mərtəbələrindəki ümumi istifadə yerlərinin (liftin qarşısı, mənzillərin qarşısı) döşəmə hissələrinə monolit dəmir-beton örtük üzərindən, sement məhlulundan hamarlayıcı qatın (styajka) töküldüyü və cilalandığı (şlifovka), lakin bir çox yerlərdə həmin hamarlayıcı qatın üzərində çatların yarandığı müəyyən edilmişdir. Göstərilən çatların bina sakinləri üçün təhlükə yaradıb-yaratmaması, yalnız həmin çatların xarakteri tikinti konstruksiyası sahəsi üzrə xüsusi biliyə malik mütəxəssislər tərəfindən öyrənildikdən sonra müəyyən edilə bilər. Mərkəzdə tikinti konstruktoru olmadığından, 2 noyabr 2015-ci il tarixdə vəsastətdə, müvafiq mütəxəssisin ekspertiza tədqiqatına cəlb edilməsi barədə məhkəmə qarşısında məsələ qaldırılmışdır. Lakin keçirilmiş baxış zamanı mütəxəssislərin iştirakı təmin edilməmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən binanın 2-ci girişində ümumi istifadə üçün nəzərdə tutulmuş döşəmə sahələrində əmələ gəlmiş çatların sakinlər üçün təhlükə yaradıb-yaratmamasının müəyyən edilməsinə dair tədqiqat aparılmadı. Məhkəmənin xx.xx.2015-ci il tarixli məktubu ilə mərkəzə təqdim olunmuş, binanın “Memarlıq həlli”ndə olan baş planda, yalnız tikinti kompleksinə aid olan müxtəlif təyinatlı tikililərin səviyyələr üzrə sxematik yerləşmə planı əks olunmuşdur. Layihənin digər səhifələrində Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarısinin 18/04-254 saylı, 29.08.12-ci il tarixli “razılaşdırma” möhürü olsa da, binanın “Memarlıq həlli”ndə olan baş planda göstərilən möhür mövcud deyildir. Həyətyanı sahənin baş planda 9 literi ilə qeyd olunan “layihələndirilən ofis binası” ilə eyni səviyyədə, yəni 7.200 səviyyəsində olduğu müəyyən edilsə də, baş planda həmin səviyyənin vəziyyəti əks olunmamışdır (həmin hissədə yalnız həyətin altındakı (0.000 səviyyəsi) 4 literi ilə qeyd olunan yeraltı qarajlar göstərilmişdir). Bu səbəbdən də həyətyanı sahənin daxilində yaradılmış arakəsmələrin binanın layihəsində nəzərdə tutulb-tutulmadığını müəyyən etmək mümkün deyildir. İş materiallarında olan Cavabdeh MMMC-nin idarə heyətinin iclasının xx.xx.2024-cü il tarixli, 22 nömrəli protokoluna əsasən 139 saylı mənzil mülkiyyətçisi Kimya Abdullayevə və onun rəsmi nümayəndəsi (əri) Nümayəndə1 adından Cavabdeh MMMC-yə ünvanlanan xx.xx.2024-cü il tarixli açıq məktubu, həmçinin daxil olacaq digər müraciətləri Bakı şəhər Appelyasiya Məhkəməsinin qərardadına müvafiq surətdə cavablandırılması, 139 saylı mənzilin sakini Nümayəndə1 ”Yasamal-43” MMMC idarə heyəti və təftiş komissiyasının aylıq iclaslarında iştirakına şərait yaradılması və bu barədə məlumatlandırılması, ”Yasamal-43”MMMC-nin iş rejiminə dair məlumat lövhəsi hazırlanması və binanın hər üç blokunda divara asılması, ünvan üzrə binanın inşası sırasında qüsur və nöqsanların aradan qaldırılmasına dair öhdəliklərinin icrası üçün ”Qranit” MTK-ya qarşı 139 saylı mənzil mülkiyyətçisi və onun rəsmi nümayəndəsinin iddiaları əsasında keçiriləcək məhkəmə proseslərində "xxxx" MMMC-nin nümayəndəsinin iştirakı nəzərdə tutulması qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMMC-nin Azərbaycan Respublikası Yasamal rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, Yasamal 43mmmc/0085/-2021 nömrəli məktubuna əsasən "Yasamal-43’'MMMC, Bakı şəhəri,Yasamal rayonu, İzmir 9c, 1028-ci məhəllə ünvanında yerləşən yaşayış binasının sakinlərinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına müvafiq olaraq ümumi yığıncağının qərarına əsasən keçirilmiş səsvermənin nəticələrinə görə qurulmuş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin 1120-MM7-0156 saylı 08 yanvar 2020-ci il tarixli qərarı ilə dövlət qeydiyyatından keçmiş, Nizamnaməsi təsdiq olunaraq binanın idarəetmə fəaliyyətinə başlamışdır. Fəaliyyət göstərdikləri və sakinləri olduğu yaşayış binasının ərazisində sədri Həbib Zülfüqarov olan "Qranit” MTK tərəfindən ofis adı altında təməli atılmış ikimərtəbədən ibarət layihəsi, təyinatı və icazə sənədlərinin mövcudluğu məlum olmayan, ən əsası isə birinci və ikinci mərtəbələrinin tam mərkəzindən bizim yaşayış binaları da daxil olmaqla Qırmızı şərq hərbi şəhərciyi və ətrafda olan bir çox bina və iaşə obyektlərini təbii qazla təmin edən mərkəzi qaz borusunun keçdiyi təmirsiz yarıtikili mövcuddur. Uzun müddətdir ki. təmirsiz qalmış, həm binaya, həm də ətraf yaşayış binaları və iaşə obyektləri üçün hər an qaz partlayışı təhlükəsinin mənbəyi olan yarıtikilinin müqəddəratı barədə rəsmi surətdə müvafiq qərarın verilməsi məqsədi ilə Yasamal rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndə və mütəxəssislərindən ibarət heyət tərəfindən baxış keçirilməsi və rəsmi qərarın verilməsini xahiş etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Yasamal rayon İcra Hakimiyyətinin "xxxx" MMMC-yə ünvanlanmış cavab məktubuna əsasən qaldırılan məsələ ilə bağlı müvafiq tədbirlərin görülməsi Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid olduğundan FHN Tikintidə X14 Agentliyinə müraciət edilməsi məqsədəuyğun hesab edilmiş, eyni zamanda, "xxxx" MTK ilə yaranmış problemlər həll edilmədiyi təqdirdə qaldırdığınız məsələyə hüquqi zəmində aydınlıq gətirilməsi məqsədilə iddialar ilə mülki qaydada aidiyyəti üzrə məhkəməyə müraciət edə biləcəyi bildirilmişdir. İş materiallarında olan "xxxx" MMMC-nin Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, Yasamal 43mmmc/0103/-2021 nömrəli məktubuna əsasən "xxxx"‘ MMMC Bakı şəhəri, Yasamal rayonu, İzmir 9c, 1028-ci məhəllə ünvanında yerləşən yaşayış binasının sakinlərinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına müvafiq olaraq ümumi yığıncağının qərarına əsasən keçirilmiş səsvermənin nəticələrinə görə qurulmuş.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin 1120-MM7-0156 saylı 08 yanvar 2020-ci il tarixli qərarı ilə dövlət qeydiyyatından keçmiş.Nizamnaməsi təsdiq olunaraq binanın idarəetmə fəaliyyətinə başlmışdır. Fəaliyyət göstərdikləri yaşayış binasının ərazisində binanı inşa etmiş "xxxx" MTK tərəfindən ofis adı altında təməli atılmış ikimərtəbədən ibarət layihəsi, təyinatı və icazə sənədlərinin mövcudluğu məlum olmayan.ən əsası isə birinci və ikinci mərtəbələrinin tam ortasından binaları və Qırmızı şərq hərbi şəhərciyi daxil olmaqla ətrafda yerləşən bır çox bina və iaşə obyektlərini təbii qazla təmin edən 100-lük mərkəzi qaz borusunun keçdiyi təmirsiz və baxımsız yarıtikili mövcuddur. Uzun müddətdir ki təmirsiz qalmış, həm bina, həm də ətraf yaşayış binaları və iaşə obyektləri üçün hər an qaz sızması və partlayışı təhlükəsinin mənbəyi olan yarıtikili barədə müvafiq qərarın verilməsi və tədbirlər görülməsi üçün aidiyyatı struktur qurumlara göstəriş verilməsini xahiş etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin "xxxx" MMMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli, xx/xx-06619 nömrəli cavab məktubuna əsasən mütəxəssislər tərəfindən, sözügedən ünvana keçirilmiş baxış zamanı ərazidə ikimərtəbəli, inşası başa çatmamış tikilinin olması faktı təsdiqini tapmışdır. Qeyd olunan ünvanda inşa edilən tikiliyə dair icazəverici sənədlərin Agentliyə təqdim olunması və yaranmış narazılığın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişlər. İş materiallarında olan "xxxx" MMMC-nin Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, Yasamal 43mmmc/0104/-2021 nömrəli məktubuna əsasən "xxxx"MMMC Bakı şəhəri, Yasamal rayonu, İzmir 9c, 1028-ci məhəllə ünvanında yerləşən yaşayış binasının sakinlərinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına müvafiq olaraq ümumi yığıncağının qərarına əsasən keçirilmiş səsvermənin nəticələrinə görə qurulmuş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin 1120-MM7-0156 saylı 08 yanvar 2020-ci il tarixli qərarı ilə dövlət qeydiyyatından keçmiş, Nizamnaməsi təsdiq olunaraq binanın idarəetmə fəaliyyətinə başlamışdır. Fəaliyyət göstərdiikləri yaşayış binasının ərazisində binanı inşa etmiş "Qranit” MTK tərəfindən ofis adı altında təməli atılmış ikimərtəbədən ibarət layihəsi, təyinatı və icazə sənədlərinin mövcudluğu məlum olmayan, ən əsası isə birinci və ikinci mərtəbələrinin tam ortasından binaları və Qırmızı şərq hərbi şəhərciyi daxil olmaqla ətrafda yerləşən bir çox bina və iaşə obyektlərini təbii qazla təmin edən 200-lük mərkəzi qaz borusunun keçdiyi təmirsiz və baxımsız yantikili mövcuddur. Uzun müddətdir ki, təmirsiz qalmış, həm bina, həm də ətraf yaşayış binaları və iaşə obyektləri üçün hər an qaz sızması və partlayışı təhlükəsinin mənbəyi olan yantikili barədə müvafiq qərarın verilməsi və tədbirlər görülməsi üçün aidiyyatı struktur qurumlara göstəriş verilməsini xahiş etmişlər. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(103)-1121/2017 nömrəli qətnaməsinə əsasən X26, X10 və İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-325/2016 saylı iş üzrə 03 iyun 2016-cı il tarixli qətnaməsi qismən - iddia tələbinin binanın müvafiq səlahiyyətli qurumları tərəfindən təsdiq edilmiş tikinti layihəsinin binanın həyətyanı sahəsinə aid hissəsində öz əksini tapmamış qanunsuz və icazəsiz tikintilərin, hasarlamanın və əlavə qurğuların sökülməsinin təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbi təmin edilməsi, "xxxx" Mənzil Tikintisi Kooperativi tərəfindən ünvan 59 ünvanında inşa edilmiş binanın üçüncü girişi ilə birinci və ikinci girişilərini ayıran taxta güldan, 3-cü giriş qarşısındakı söhbətgahlar, birinci girişə bitişik olan ikimərtəbəli qeyri-yaşayış binası sökülməsi, qətnamə iddia tələbinin təmin edilməyən qalan hissəsində X26, X10 və İddiaçı qızma münasibətdə dəyişdirilmədən saxlanılması, mübahisələndirilən hissə üzrə Bakı Apellyasiya Məhkəməsinin 05 dekabr 2016-cı il tarixli qərardadına əsasən aparılmış ekspertiza tətqiqatmın dəyəri olan 100 manat cavabdeh "xxxx" Mənzil Tikintisi Kooperativindən tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(102)-7288/2017 nömrəli qərarına əsasən cavabdehlər “Qranit" MTK və onun sədri X11 birgə verdikləri kassasıya şikayəti təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 may 2017-ci il tarixli, 2(103)-1121/2017 saylı qətnaməsi kassasiya şikayəti ilə mübahisələndirilən hissədə, yəni "xxxx" MTK tərəfindən ünvan 59 ünvanında inşa edilmş binanın üçüncü girişi ilə birinci və ikinci girişlərini ayıran taxta güldan, 3-cü giriş qarşısındakı söhbətgahlar, birinci girişə bitişik olan ikimərtəbəli qeyri-yaşayış binasının sökülməsi" hissəsində ləğv edilmiş, işin həmin hissədə apellyasiya baxışına qaytarılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-5785/2018 nömrəli qərarına əsasən iddiaçılar X26 və Abdullayevə Kimya Hənifə qızının kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-2424/2018 nömrəli iş üzrə 12 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-5777/2023 nömrəli qətnaməsinə əsasən Abdullayevə Kimya Hənifə qızının X21, Cavabdehnə, "xxxx" Mənzil Tikinti Kooperativinə və X7 qarşı kommunal xidmətlərə dair bildirişin qanunsuz hesab edilməsi, kommunal xidmətlərə görə hesablanmış pul məbləğinin silinərək ləğv edilməsi və pul ödənişi tələbinin qanunsuz hesab edilməsi, müraciətlərə cavab verilməməsinə görə hərəkətin (hərəkətsizliyin) qanunsuz hesab edilməsi və cavabdehin üzərinə müraciətlərə cavab verilməsi vəzifəsinin qoyulması barədə iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(004)- 2230/2023 nömrəli qətnaməsindən iddiaçı Abdullayevə Kimya Hənifə qızının verdiyi apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(004)-2230/2023 nömrəli qətnaməsi qismən - "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin sədri Nümayəndə2 imzası ilə Abdullayevə Kimya Hənifə qızının adına göndərilən 12 yanvar 2023-cü il tarixli, № 0171/2023 saylı bildirişin qanunsuz hesab edilməsi, Bakı Apelyasiya Məhkəməsinin 16 iyul 2019-cu il tarixli qətnaməsinin icra vərəqəsində təsbit olunan əsaslarla, ünvan üzrə binada, iddiaçı Abdullayevə Kimya Hənifə qızına məxsus 139 saylı mənzil üzrə, binanın ümumi əmlakın saxlanması üzrə kommunal xidmətlərə görə, "xxxx" Mənzil Tikinti Kooperativi əsasında yenidən təşkil edilmiş hüquqi şəxs "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin mühasibat sənədlərində, 01 fevral 2020-ci tarixdən hazırkı vaxtadək hesablanmış 1660 manat pul məbləğinin silinərək ləğv edilməsi və həmin qətnamədə təsbit olunan tələblər tam yerinə yetirilənədək, binanın ümumi əmlakının saxlanmasına aid kommunal xidmətlərə görə, Abdullayevə Kimya Hənifə qızından "xxxx" Mərzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin pul ödənişi tələbinin qanunsuz hesab edilməsi, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti və "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin sədri Nümayəndə2, iddiaçı Abdullayevə Kimya Hənifə qızı tərəfindən göndərilən məktubları (müraciətləri) qəbul etməməsi, müraciətlərində göstərilən məsələlərin mahiyyətinə uyğun, tam məzmunda və vaxtında cavab verməməsi səbəbindən, iddiaçının hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsində maneələr yaradan hərəkətinin (hərəkətsizliyi) qanunsuz hesab edilməsi və onun üzərinə müraciətlərə qanun tələblərinə müvafiq cavab verilməsinin vəzifəsinin qoyulması hissələrində ləğv edilməsi, həmin hissələrdə iş üzrə yeni qətnamə çıxarılması, Abdullayevə Kimya Hənifə qızının iddiası qismən təmin edilərək, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən Abdullayevə Kimya Hənifə qızının adına göndərilmiş 1660 manat məbləğində pul vəsaitinin tələb olunması ilə bağlı 12 yanvar 2023-cü il tarixli, № 0171/2023 saylı bildirişi qanunsuz hesab olunaraq həmin bildirişə əsasən binanın ümumi əmlakının saxlanması üzrə kommunal xidmətlərə görə hesablanmış 1660 manat pul məbləğində borcun silinməsi, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Abdullayevə Kimya Hənifə qızı tərəfindən göndərilən müraciətlərə cavab verməməsi qanunsuz hesab edilməsi və onun üzərinə müraciətlərə qanunvericiliyin tələblərinə uyğun olaraq cavab verilməsi vəzifəsi qoyulması qət edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü madəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 123.0.5-ci maddəsinə əsasən çoxmənzilli binanın bütün sahə mülkiyyətçiləri tərəfindən onların çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda paylarına mütənasib olaraq ümumi əmlakının saxlanılması və təmiri üzrə vəzifələrinin yerinə yetirilməsini təmin etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəzifəsidir. 123.0.6-cı maddəsinə əsasən ümumi əmlaka sahiblik, ondan istifadə və barəsində sərəncam vermək qaydası müəyyən edilərkən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin hüquqlarına və qanuni mənafelərinə riayət edilməsini təmin etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəzifəsidir. 123.0.7-ci maddəsinə əsasən sahə mülkiyyətçilərinin çoxmənzilli binanın ümumi əmlakına sahiblik, ondan istifadə və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək hüquqlarının həyata keçirilməsini çətinləşdirən və maneçilik törədən üçüncü şəxslərin hərəkətlərinin qarşısının alınması və ya bu kimi hərəkətlərə son qoyulması üçün zəruri tədbirlər görmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəzifəsidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 79.1.9-cu maddəsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin tikintisinə icazə tələb olunmur. 95.1-ci maddəsinə əsasən tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1-ci maddəsinə əsasən tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 95.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda; 95.2-ci maddəsinə əsasən bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi / Azərbaycan Respublikası Prezidentinin 2012ci il 12 sentyabr tarixli 695 nömrəli Fərmanı) tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 95.3-ci maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi / Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 12 sentyabr tarixli 695 nömrəli Fərmanı) tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. 95.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1-ci maddəsində nəzərdə tutulmuş halda tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 95.4-ci maddəsinə əsasən bu Məcəllənin 95.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda tikinti obyekti həmin Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, 74.2-ci maddəsinə uyğun olaraq sökülür. 95.5 -ci maddəsinə əsasən sökülməsi barədə qərar qəbul edilmiş tikinti obyekti 1 ay müddətində onun sahibi tərəfindən sökülmədikdə həmin tikinti obyekti müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi) (reklam qurğuları isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən sökülür. 95.6-ci maddəsinə əsasən tikinti obyektinin sökülməsi müvafiq layihə əsasında həyata keçirilir. 95.7-ci maddəsinə əsasən.tikinti obyektlərinin sökülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi) tərəfindən müəyyən edilir. 101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. 101.2-ci maddəsinə əsasən tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. 101.3-cü maddəsinə əsasən bu Məcəllənin 101.1-ci maddəsində nəzərdə tutulmuş müddəa tikintisinə icazə tələb edilməyən obyektlərə şamil olunmur. Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2014-cü il tarixli 349 nömrəli fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın: 1.5-ci bəndinə əsasən tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi səlahiyyətləri Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən Nazirliyin Tikintidə X14 Agentliyi (bundan sonra – Agentlik) və Tikintidə X14 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi (bundan sonra –Müfəttişlik) vasitəsilə həyata keçirilir. 1.6-ci bəndinə əsasən Agentlik və Müfəttişlik tikinti obyektinin sökülməsi zamanı söküntü işlərinin texniki-təhlükəsizlik və şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun aparılmasına nəzarəti həyata keçirir. 2.1-ci bəndinə əsasən mülkiyyət formasından və təyinatından asılı olmayaraq, tikintisinə icazə tələb olunan obyektin tikintisinin bütün mərhələlərində aparılan tikintiquraşdırma işlərinə və barəsində məlumatlandırma icraatının tətbiq olunduğu obyektin tikintisinə Agentlik və Müfəttişlik tərəfindən dövlət nəzarəti həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 22 may 2015-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi qaydaları”nın 2.1.4-cü bəndinə əsasən layihənin memarlıq planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə tikinti müvafiq icra hakimiyyətinin və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının 29 iyun 2012-ci il tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli Fərmanının 4.10-cu bəndinə əsasən Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş “Tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı yazılı göstərişlər və tikinti işlərinin dayandırılması”, Məcəllənin 95.2-ci maddəsində nəzərdə tutlmuş yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar qəbul edilməsi, 95.3-cü maddəsində nəzərdə tutulmuş tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ünvan 40 ünvanında yerləşən, ümumi sahəsi 121.5 kv.metr olan mənzil xüsusi mülkiyyət kimi İddiaçı adına xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 0083 nömrəli tikinti obyektinin istismarına icazə sənədinə əsasən "xxxx" MTK tərəfindən ünvan 15 ünvanında yerləşən yaşayış binası, binaya bitişik ofis binası və yeraltı avtodayanacağı kimi istismarına icazə verilmiş və binadakı hazır mənzillər payçılara təhvil verilmişdir. Daha sonra "xxxx" MTK və onun sədri X21 ilə İddiaçı arasında çoxsaylı məhkəmə çəkişmələri olmuş, çoxsaylı məhkəmə aktları qəbul edilmişdir. Hazırda isə İddiaçı Cavabdehnə qarşı ünvan üzrə binanın həyətyanı mərkəzi hissəsində, 1-ci və 2-ci girişlərin qarşısında zəbt olunmuş sahədə binanın sahə mülkiyyətçilərinin hüquqlarına və qanuni mənafelərinə zidd olaraq, sakinlərin istirahətinə ciddi maneə yaradan, həyətyanı sahədə əlverişsiz şəraitə səbəb olan, tikintiyə icazə sənədi olmayan və qanunsuz inşa edilmiş 2 (iki) mərtəbəli yarıtikilinin sökülməsi, ünvan üzrə binanın həyətyanı sahəsində 19 mətəbəli binanın 1-ci girişinə bitişik, tikinti layihə sənədlərində 2 mərtəbəli ofis binası kimi göstərilən, reallıqda 2 mərtəbəli ofis binasının yerində ölçüləri genişləndirilərək qanunsuz inşa edilmiş və müxtəlif sahəli biznes təyinatla fəaliyyət göstərən 5 mərtəbəli binanın səlahiyyətli qurumlar tərəfindən təsdiq edilmiş rəsmi tikinti layihə sənədinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X8 Agentliyinin xx.xx.2015-ci il tarixli, 531 nömrəli rəyinə və Bakı şəhəri İcra Hakimiyyətinin 27 dekabr 2016-cı il tarixli, №00083 nömrəli “Tikinti obyektinin istismarına “icazə” sənədinə müvafiq ölçüdə saxlanılması və qanunsuz inşa edilmiş hissəsinin sökülməsi, ünvan üzrə binanın Eldar Ağayev küçəsi istiqamətindən binanın həyət sahəsinə aid olan girəcək hissədə strateji əhəmiyyətə malik yeganə girişçıxış yolunda avtomobillərin qanunsuz parklanmasının qarşısını almaq məqsədi ilə, həmin yol hissəsində qanunsuz yerdə quraşdırılmış şlaqbaum binanın Eldar Ağayev küçəsinə tərəf sərhədində quraşdırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh olaraq Cavabdeh MMMC-yə yönəltdiyi tələblər mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin hüquq və vəzifələrinə aid deyildir. Belə ki, qanunvericiliyin tələbinə görə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə yaradılır və həmin vəzifələri daşıyır. Həmçinin, məhkəmə ünvan 61 ünvanındakı 139 nömrəli mənzilin mülkiyyətçisi – İddiaçı, eləcə də digər şəxslərin hüquqlarına və qanuni mənafelərinə zidd olmadığının və sakinlərin istirahətinə ciddi maneə yaratmadığının müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, ünvan 15 ünvanında yerləşən 2 mərtəbəli yarıtikili, 5 mərtəbəli bina və şlaqbaumun həmin yerdə olması binanın sakini kimi iddiaçının hüquqlarını və qanuni mənafelərini pozmur, iddiaçının mülkiyyətində olan əmlakın istifadəsinə maneələr yaratmır. Həmçinin, yuxarıda sadalanan qanunvericiliyin tələbləri baxımından məhkəmə hesab edir ki, hazırkı iddia buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən irəli sürülmüşdür. Belə ki, bu iddianı irəli sürmək hüququ müvafiq icra hakimiyyəti orqanına məxsusdur. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində nəzərdə tutulmuş “qanunla qorunan maraq'’ anlayışının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli qərardadında qeyd edilmişdir ki, subyektiv hüququn mövcudluğu müəyyən bir marağın təmin olunmasına xidmət etsə də, hər bir maraq subyektiv hüquqla qorunmur. Qanunla qorunan maraqlar subyektiv hüquqlarla bilavasitə əlaqəlidir. Bu baxımdan qanunla qorunan maraq anlayışının qiymətləndirmə tələb edən kateqoriya olduğunu və belə maraqların konkret dairəsini əvvəlcədən müəyyənləşdirməyin mümkün olmadığını nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr şəxsin marağının nədə ifadə olunduğunu, bu marağın qanunla qorunub-qorunmadığını, belə marağın bu və ya digər subyektiv hüququn icrası vasitəsilə müdafiəsinin mümkünlüyünü hər bir işin hallarından asılı olaraq müəyyən etməlidir. Həmçinin qanunla qorunan maraqların məhkəmə müdafiəsi hüququndan sui-istifadəyə yol verilməməli, real hüquqi əsaslar olmadan tələblərin irəli sürülməsi qanunsuz və əsassız üstünlüklərin əldə olunmasına gətirib çıxarmamalıdır.O da qeyd edilməlidir ki, qanunla qorunan maraqlar sərhədsiz olmamaqla digərlərinin hüquq, azadlıq və qanuni mənafeləri ilə məhdudlaşır. Bu baxımdan maraqların özlüyündə qanunvericiliyə zidd olmaması həmin maraqların həyata keçirilməsində məhdudiyyətlərin tətbiqini istisna etmir. Odur ki, hər bir mübahisəyə hüquqi qiymət verilərkən maraqların ziddiyyəti,müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması vasitəsilə, qanunvericilik normaları və hüququn ümumi və sahəvi prinsipləri nəzərə alınmaqla məhkəmələr tərəfindən həll olunmalıdır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, İddiaçı Cavabdehnə qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Mənzil Tikinti Kooperativi cəlb edilməklə “yarıtikilinin sökülməsi və s.” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar