Məhkəmə qərarları › İş №e-2(004)-2749/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2749/2024

29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2749/2024 29.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********14936 SAMSUNG GALAXY A33 markalı telefon, SAMSUNG 25W CHARGER üçün 785,58 (yeddi yüz səksən beş manat 58 qəpik) manat ödənilməmiş hissə, 78,42 (yetmiş səkkiz manat 42 qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********73745 XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün, 534,96 (beş yüz otuz dörd manat 96 qəpik) manat ödənilməmiş hissə, 53,04 (əlli üç manat 4 qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, PALTARYUYAN HOFFMANN, BASEUS POWERBANK üçün qiyməti 187,85 (yüz səksən yeddi manat 85 qəpik) manat ödənilməmiş hissə, 18,15 (on səkkiz manat 15 qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, KİESLECT SMART CALLİNG SAAT üçün 147,1 (yüz qırx yeddi manat 10 qəpik) manat ödənilməmiş hissə, 14,9 (on dörd manat 90 qəpik) manat cərimə, ümumilikdə 1820 (bir min səkkiz yüz iyirmi) manat borc və 38,20 (otuz səkkiz manat 20 qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə tərəfindən rəsmi qaydada qeydiyyatda olduğu ünvan üzrə və eləcə də, qeydiyyatda olduğu ünvan üzrə mənzil kommunal təsərrüfatı birliyi vasitəsi ilə bildiriş göndərilmişdir. Məhkəmə iş materillarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 991,08 (doqquz yüz doxsan bir manat 8 qəpik) manata İMEİ kodu **********14936 SAMSUNG GALAXY A33 markalı telefon, SAMSUNG 25W CHARGER nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 55,06 manat ödəmək şərti ilə 18 ay müddətinə (ilkin ödəniş 0 manat olmaqla) ödəməyi öz üzərinə götürmüşdür. Eyni zamanda Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 534,96 (beş yüz otuz dörd manat 96 qəpik) manata İMEİ kodu **********73745 XİAOMİ REDMİ NOTE 11 markalı telefon nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 44,58 manat ödəmək şərti ilə 12 ay müddətinə (ilkin ödəniş 0 manat olmaqla) ödəməyi öz üzərinə götürmüşdür. Eyni zamanda Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 770,04 (yeddi yüz yetmiş manat 4 qəpik) manata PALTARYUYAN HOFFMANN, BASEUS POWERBANK nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 64,17 manat ödəmək şərti ilə 12 ay müddətinə (ilkin ödəniş 0 manat olmaqla) ödəməyi öz üzərinə götürmüşdür. Eyni zamanda Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 182,4 (bir yüz səksən iki manat 4 qəpik) manata KİESLECT SMART CALLİNG SAAT nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 15,2 manat ödəmək şərti ilə 12 ay müddətinə (ilkin ödəniş 0 manat olmaqla) ödəməyi öz üzərinə götürmüşdür. Cavabdehin müqavilələr üzrə cəmi ödədiyi məbləğ 822,99 manat təşkil edir. Cavabdehə borcun ödənilməsinə dair dəfələrlə şifahi xəbərdarlıq edilmiş, həmçinin poçt vasitəsi ilə ona rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdeh xəbərdarlıqlara məhəl qoymaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 567, 600.1, 601.1, 404.1, 386.1, 385.1, 600.4, 442, 445.1 və 462.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 785,58 (yeddi yüz səksən beş manat 58 qəpik) manat ödənilməmiş hissə, 78,42 (yetmiş səkkiz manat 42 qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 534,96 (beş yüz otuz dörd manat 96 qəpik) manat ödənilməmiş hissə, 53,04 (əlli üç manat 4 qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 187,85 (yüz səksən yeddi manat 85 qəpik) manat ödənilməmiş hissə, 18,15 (on səkkiz manat 15 qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 147,1 (yüz qırx yeddi manat 10 qəpik) manat ödənilməmiş hissə, 14,9 (on dörd manat 90 qəpik) manat cərimə, cəmi 1820 (bir min səkkiz yüz iyirmi) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 38,20 (otuz səkkiz manat 20 qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 785,58 (yeddi yüz səksən beş manat 58 qəpik) manat ödənilməmiş hissə, 78,42 (yetmiş səkkiz manat 42 qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 534,96 (beş yüz otuz dörd manat 96 qəpik) manat ödənilməmiş hissə, 53,04 (əlli üç manat 4 qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 187,85 (yüz səksən yeddi manat 85 qəpik) manat ödənilməmiş hissə, 18,15 (on səkkiz manat 15 qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 147,1 (yüz qırx yeddi manat 10 qəpik) manat ödənilməmiş hissə, 14,9 (on dörd manat 90 qəpik) manat cərimə, cəmi 1820 (bir min səkkiz yüz iyirmi) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İş üzrə ödənilmiş 38,20 (otuz səkkiz manat 20 qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar