Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2771/2023 05.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə ilə yüksək təzyiqli yuyucu aparat almaqla 900 (doqquz yüz doxsan) manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə ilə mini soba Hoffman almaqla 330 (üç yüz otuz) manat öhdəliyi yaranmışdır. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilənin şərtləri pozularaq alqı-satqı qiyməti yüksək təzyiqli yuyucu aparat üçün ümumilikdə 990 (doqquz yüz doxsan) manat olmaqla onun 900 (doqquz yüz) manat ödənilməmiş hissə, 90 (doxsan) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə ümumilikdə 363 (üç yüz altmış üç) manat olmaqla, 330 (üç yüz otuz) manat ödənilməmiş hissə, 33 (otuz üç) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 123 (yüz iyirmi üç) manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində Müştəri mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən, xx.xx.2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 900 (doqquz yüz) manat ödənilməmiş hissə, 90 (doxsan) manat cərimə borcu olmaqla ümumilikdə 990 (doqquz yüz doxsan) manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən, 330 (üç yüz otuz) manat ödənilməmiş hissə, 33 (otuz üç) manat cərimə borcu ümumilikdə 363 (üç yüz altmış üç) manat pulun və 33,53 (otuz üç manat əlli üç qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilədən görünür ki, yüksək təzyiqli yuyucu aparatı və xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilədən görünür ki, Hoffman markalı mini sobanı iddiaçı "xxxx" MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan müqavilələr ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş 02 may 2023-cü il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 900 (doqquz yüz) manat ödənilməmiş hissə, 90 (doxsan) manat cərimə borcu olmaqla ümumilikdə 990 (doqquz yüz doxsan) manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən, 330 (üç yüz otuz) manat ödənilməmiş hissə, 33 (otuz üç) manat cərimə borcu ümumilikdə 363 (üç yüz altmış üç) manat borcu vardır. İş materiallarında olan 28 mart 2023-cü il tarixli xəbərdarlıq haqqında bildirişə əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən pretenziya tələbinə əməl edilmiş, cavabdeh öhdəlikləri barədə xəbərdar edilmiş, öhdəliklərin icra olunması cavabdehə təklif edilmiş, icra edilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi nəzərinə çatdırılmışdır. Məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh İddiaçı MMC-dən xx.xx.2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən yüksək təzyiqli yuyucu aparatı və xx.xx.2021-ci il tarixli 0343245nömrəli müqaviləyə əsasən Hoffman markalı mini sobanı almış, lakin müqavilə öhdəliklərinə əməl etməmiş və nəticədə xx.xx.2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 900 (doqquz yüz) manat ödənilməmiş hissə, 90 (doxsan) manat cərimə borcu olmaqla ümumilikdə 990 (doqquz yüz doxsan) manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən, 330 (üç yüz otuz) manat ödənilməmiş hissə, 33 (otuz üç) manat cərimə borcu ümumilikdə 363 (üç yüz altmış üç) manat məbləğində borcu yaranmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (cəriməyə münasibətdə) və 600.4-cü(əsas borca münasibətdə) maddələriçıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış Alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə Satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, Alıcı Satıcı ilə bağladığı yuxarıda qeyd olunan xx.xx.2021-ci il tarixli ******* nömrəli və xx.xx.2021-ci il tarixli ******* nömrəli nisyə alqı-satqı müqavilələri üzrə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, Satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. İddia tələbinin faktiki və hüquqi halları ilə MM-in 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 33,53 (otuz üç manat əlli üç qəpik) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 900 (doqquz yüz) manat ödənilməmiş hissə, 90 (doxsan) manat cərimə borcu olmaqla ümumilikdə 990 (doqquz yüz doxsan) manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən, 330 (üç yüz otuz) manat ödənilməmiş hissə, 33 (otuz üç) manat cərimə borcu ümumilikdə 363 (üç yüz altmış üç) manat məbləğində borc və 33,53 (otuz üç manat əlli üç qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 900 (doqquz yüz) manat ödənilməmiş hissə, 90 (doxsan) manat cərimə borcu olmaqla ümumilikdə 990 (doqquz yüz doxsan) manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən, 330 (üç yüz otuz) manat ödənilməmiş hissə, 33 (otuz üç) manat cərimə borcu ümumilikdə 363 (üç yüz altmış üç) manat məbləğində borc və 33,53 (otuz üç manat əlli üç qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-2771/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2771/2023
05.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver