Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-28/2025 18.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 vəkili Vəkil2, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "kompensasiya ödənilməklə cavabdehlər Ələkbərov (Əlimərdanov) Vaqif Frans oğlunun, Cavabdeh2 və Cavabdeh3 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, cavabdehlərin həmin evdən məcburi çıxarılması və iddiaçının həmin evə köçürülməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "10000 (on min manat) kompensasiya ödəmək şərtilə cavabdehlər Ələkbərov (Əlimərdanov) Vaqif Frans oğlunun, Cavabdeh2 və Cavabdeh3 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, cavabdehlərin həmin evdən məcburi çıxarılması və iddiaçının həmin evə köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili Rafiq Mustafayev xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək kompensasiya ödənilmədən cavabdehlər Ələkbərov (Əlimərdanov) Vaqif Frans oğlunun, Cavabdeh2 və Cavabdeh3 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, cavabdehlərin həmin evdən məcburi çıxarılması və iddiaçının həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında icraata qəbul edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Rafiq Mustafayev xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ümumilikdə 12000 manat kompensasiya ödənilməklə cavabdehlər Ələkbərov (Əlimərdanov) Vaqif Frans oğlunun, Cavabdeh2 və Cavabdeh3 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, cavabdehlərin həmin evdən məcburi çıxarılması və iddiaçının həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərin vəziyyətini yaxşılaşdırması əsası ilə məhkəmə mülki işin baxış mərhələsində olmasına baxmayaraq ərizəni icraata qəbul etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DƏDRXnin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX Siriyalı № 09409944 saylı Dövlət Reyestrində çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin 2/3 hissəsi mülkiyyət hüququ ilə iddiaçının məhrum atası X7 məxsus olmuşdur. Həmin evin digər 1/3 hissəsi mülkiyyət hüquqi ilə X3 adına qeydiyyata alınmışdır. İddiaçının atası sağ olarkən xx.xx.2018-ci il tarixdə Yasamal rayon məhkəməsinə iddia ərizəsi verib kompensasiya ödəməklə, onun məxsus evdə yaşayan cavabdeh X4 və onun ailə üzlərinin mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin, həmin ərəfədə mübahisəli evdə ümumi mülkiyyətçilərin (X5 və X3) payları müəyyən edilmədiyi üçün , məhkəmə iddia ərizəsini baxılmamış saxlamış və payların müəyyən edilməsi barədə sənəd təqdim edilməsi tələb etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-25/2023 nömrəli qətnaməsinə əsasən ümumi mülkiyyətdə olan payların naturada bölünmüşdür və iddiaçının evinə ünvan 2 ünvanı verilmişdir. Beləliklə mülkiyyətçilərin payları naturada bölünmüşdür və hər birinə ayrıca çıxarış və texniki pasport verilmişdir. Atam vəfat edəndən sonra onun daşınamz əmlakda olan mülkiyyət hüququ vərəsəlik qaydasında mənim mülkiyyətimə keçmişdir. Bu barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsin Bakı şəhəri 1 saylı Ərazi İdarəsi tərəfindən iddiaçıya tam mülkiyyət hüququ ilə № ********** qeydiyyat nömrəli 17.07. 2023-cü il tarixli dövlət reyestrindən “ Çıxarış” və texniki pasport verilmişdir. 5 ildən artıqdır ki, iddiaçı cavabdehlərlə razılığa gələ bilməmiş, kompensasiya ödəməklə cavabdehləri mənzilindən çıxara bilməmişdir. Tərəflər arasında mübahisə yaranandan sonra 5 (beş) idən artıqdır ki cavabdehlər mülkiyyətçiyə heç bir təminat ödəmədən onun evində yaşamışlar və bunu davam edirlər. İddiaçı isə mülkiyyətçi ola-ola mənzilindən istifadə edə bilmir, kirayə haqqı ödəməklə başqa mənzildən yaşamağa məcburdur. Cavabdehlərin qanunsuz hərkətləri nəticəsindən iddiaçının hüquqları uzun müddət ərzində davamlı şəkildə pozulmuşdur, maddi və mənzəvi ziyan vurulmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 vəkili Vəkil2 iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi Bakı şəhəri 12 saylı notariat kontorunun 2V-68 nömrəli xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyinə əsasən müəyyən edilir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin Cavabdeh1 və onun ailə üzvlərinin istifadəsində olan hissəsinin orta aylıq kirayə haqqı 350 manat təşkil edir. Qiymətləndirmə işinin həyata keçirilməsinin dəyəri 350 manat təşkil edir, həmin ödənişin 150 manat hissəsi iddiaçı tərəfindən ödənilmiş, qalan 200 manat hissəsi isə ödənilməmişdir. İş materiallarında olan “X11 Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli rəyinə əsasən müəyyən edilir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin Cavabdeh1 və onun ailə üzvlərinin istifadəsində olan hissəsinin orta aylıq kirayə haqqı 335 manat təşkil edir. Qiymətləndirmə işinin həyata keçirilməsinin dəyəri 300 manat təşkil edir, həmin ödəniş iddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(103)- 647/2025 nömrəli qətnaməsinə əsasən müəyyən edilir ki, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Bakı şəhəri 12 saylı Notariat Kontoruna qarşı “xx.xx.2016-cı il tarixli və xx.xx.2023-cü il tarixli vərəsəlik şəhadətnaməsinin ləğvi və miras payının müəyyən olunması” tələbinə dair iddiası Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-1043/2024 nömrəli qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-1043/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən müəyyən edilir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində qeydiyyatdadırlar. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, Cavabdeh3 adına ünvan 4 ünvanı xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmiş və mülkiyyətindədir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi əsas götürülməklə mübahisəyə münasibətlərin yarandığı tarixdə qüvvədə olmuş maddi hüquq norması qismində Azərbaycan SSR Mənzil Məcəlləsinin tələbləri tətbiq edilə bilər. Azərbaycan SSR Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, (Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(103)-647/2025 nömrəli qətnaməsində müəyyən edilən hallar da nəzərə alınmaqla), Bakı şəhəri, Yasamal rayonu, 7-ci Xreptovıy küçəsi 8 saylı (hazırda S.Dadaşov küçəsi ev 20) fərdi yaşayış evinin 2\3 hissəsinə X1, 1\3 hissəsinə X3 mülkiyyət hüquqları xx.xx.1957-ci ildə qeydiyyata alınmışdır. Bakı şəhəri Yasamal rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1969-cu il tarixli AZ 133880 saylı evlənmək haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 ilə X10 xx.xx.1969-cu il tarixdə nikaha daxil olmuşlar. Bakı şəhəri Yasamal rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli İVJQ 270333 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 xx.xx.1992-ci il tarixdə ölmüşdür. xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mübahisə predmeti olan mərhum X2 (1962-ci ildə vəfat etmişdir) məxsus ünvan 2 ünvanına dair 2/3 hissədə payı mərhumun vərəsəsi (oğlu) X5 miras payıdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi 20 E saylı fərdi yaşayış evinə dair X5 mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mübahisə predmeti olan mərhum X7 məxsus ünvan 2 ünvanına dair 2/3 hissədə payı mərhumun vərəsəsi (qızı) İddiaçı miras payıdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi 20 E saylı fərdi yaşayış evinə dair İddiaçı mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ailə üzvü olmaqla müvafiq olaraq ata-ana-övlad kimi birlikdə mübahisə predmeti olan mənzildə yaşayırlar. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən Cavabdeh3 adına ünvan 4 ünvanı xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir. Məhkəmə hesab edir ki, cavabdehlərin həmin evə istifadə hüquqlarına xitam verilməlidir. Belə ki, Cavabdeh3 xüsusi mülkiyyətində mənzil vardır. Odur ki, cavabdehlər hazırki mübahisə predmeti olan mənzildə yaşadıqları kimi xüsusi mülkiyyətdə olan mənzildə də birlikdə yaşaya bilərlər. ünvan 4 ünvanının cavabdeh tərəfindən öz “adından çıxarılması” hazırki mübahisə üzrə kompensasiyanın ödənilməsinə əsas deyildir (cavabdeh xx.xx.2025ci il tarixdə keçirilmiş məhkəmə iclasında bildirmişdir). Əvvəla cavabdeh tərəfindən bu barədə hər hansı sübut təqdim edilməmişdir. Bundan əlavə, həmin əməliyyat (addan çıxartma) mübahisə dövründə həyata keçirildiyindən hazırki mübahisəyə təsir etmək məqsədilə formal xarakter daşıya bilər. Və ya həmin əmlakın satışından (əgər həqiqi alqı-satqı olmuşdursa) əldə edilmiş vəsait hesabına cavabdehlərin ailə olaraq özlərinə yeni mənzil almaq imkanı vardır. Cavabdehlərin maddi imkanı yoxdursa da (mənzilin satışından əldə etdikləri vəsaiti borclarına ödəmişlərsə) bu o demək deyildir ki, mənzil hüquqlarının digər şəxslərin hesabına təmin etməlidirlər. Nəticə olaraq məhkəmə nəzərə alır ki, cavabdehləri yaşamaq üçün maddi imkanları, mənzilləri vardır. Mülkiyyətçinin mülkiyyət hüquqlarının müdafiəsinə dövlət təminat verir. Odur ki, məhkəmə hesab edir ki, mübahisəyə operativ qaydada baxılmaqla qərar qəbul edilməli, formal əsaslarla süründüməçiliyə yol verilməməlidir. Göstərilənlərə baxmayaraq, iddiaçının cavabdehlərə kompensasiya ödəmək barədə iradə ifadəsi onun hüququdur və bu hal cavabdehlərin mənafeyinə uyğundur. Mənzilin şəraiti, sahəsi (mənzilin ümumi dəyəri nəzərə alınmalıdır) nəzərə alınmaqla və cavabdehlərin vahid ailə olmaları (ata, ana,oğul), məhkəmə iclaslarında vahid mövqedən, bir ailə kimi çıxış etmələri, onların uzun illərdir ki, mübahisə predmeti olan evə birlikdə yaşamaları (xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasında cavabdeh bildirmişdir) nəzərə alınmaqla 12.000 manat kompensasiyanın ödənilməsi əsaslıdır. İstifadə hüququ ilə bağlı kompensasiya institutunun mahiyyəti subyektləri varlandırmaq deyil, onlara yaşamaq üçün minimum imkanların təmin edilməsidir. Mülki hüquq münasibətlərinin subyektləri hüquqlarından hüquqi baxımdan vicdanla istifadə etməlidirlər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Nəticə etibarilə, mülkiyyətçi olan iddiaçının iddia tələbi əsaslıdır. Məhkəmə qərarı qanuni və əsaslı olmalıdır. Hüquqi müəyyən, aydın, anlaşılan hüquq norması digər formada təfsir edilə bilməz. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən, ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. İş üzrə aparılmış ekspertiza üzrə 200 (iki yüz) manat məbləğində ekspertiza xərci cavabdehlər Ələkbərov (Əlimərdanov) Vaqif Frans oğlu, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" MMC-nin VÖEN **********, AZ74RBTA******************** Rabitə Bank ASC, SWİFT RBTAAZ22 hesabına köçürülməlidir. “X11 Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli rəyinə əsasən 300 manat ekspertiza xərci iddiaçıya aid edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, ümumilikdə 12.000 (on iki min) manat kompensasiya ödənilməklə cavabdehlər Ələkbərov (Əlimərdanov) Vaqif Frans oğlunun, Cavabdeh2 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməli, cavabdehlər Ələkbərov (Əlimərdanov) Vaqif Frans oğlu, Cavabdeh2 və Cavabdeh3 həmin evdən çıxarılmalı və İddiaçı həmin evə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "kompensasiya ödənilməklə cavabdehlər Ələkbərov (Əlimərdanov) Vaqif Frans oğlunun, Cavabdeh2 və Cavabdeh3 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, cavabdehlərin həmin evdən məcburi çıxarılması və iddiaçının həmin evə köçürülməsi” tələbinə dair iddiası təmin edilsin. Ümumilikdə 12.000 (on iki min) manat kompensasiya ödənilməklə cavabdehlər Ələkbərov (Əlimərdanov) Vaqif Frans oğlunun, Cavabdeh2 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər Ələkbərov (Əlimərdanov) Vaqif Frans oğlu, Cavabdeh2 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılsın. İddiaçı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülsün. Mülki iş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehlər Ələkbərov (Əlimərdanov) Vaqif Frans oğlu, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilsin. Mülki iş üzrə aparılmış ekspertiza üzrə 200 (iki yüz) manat məbləğində ekspertiza xərci cavabdehlər Ələkbərov (Əlimərdanov) Vaqif Frans oğlu, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" MMC-nin VÖEN **********, AZ74RBTA******************** Rabitə Bank ASC, SWİFT RBTAAZ22 hesabına köçürülsün. “X11 Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli rəyinə əsasən 300 manat ekspertiza xərci İddiaçı aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-28/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-28/2025
18.04.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver