Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-281/2024 18.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Müstəqil tələb irəli sürən üçüncü şəxs X3, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “payın naturada ayrılması, mənzilə köçürülmə və s.” tələbinə dair, müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “payın naturada ayrılması, mənzilə köçürülmə və s.” tələbinə dair iddia ərizələrinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh1 qarşı “payın naturada ayrılması, fərdi yaşayış evinə köçürülmə, icarədən əldə olunmuş gəlirin paylara uyğun bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində payların naturada ayrılması, onun həmin evə köçürülməsi, həmin evin icarəsindən əldə olunan gəlirin paylara uyğun bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 39 saylı fərdi yaşayış evi mərhum atası X15 məxsus olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-191/2021 saylı qətnaməsi ilə mərhum X13 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 39 saylı fərdi yaşayış evinə (keçmiş 10-cu Xrebtovı ev 39) Cavabdeh1 1/3 hissədə, İddiaçı 1/3 hissədə və X3 1/3 hissədə vərəsəlik hüquqları tanınmış və paylar müəyyən edilmişdir. Qeyd edilən məhkəmə aktı artıq qanuni qüvvəyə minmiş və o hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023) almışdır. Çıxarışa əsasən sahəsi 175.90 kv.m. olan fərdi yaşayış evi və 0,031420 ha torpaq sahəsi onun, Cavabdeh1 və X3 paylı mülkiyyətindədir. Lakin qeyd edilən evdə paylar müəyyən edilmədiyindən onlar həmin evə köçüb yaşaya bilmirlər. Cavabdeh1 ilə münasibətləri soyuq olduğundan öz aralarında hər hansı bir razılığa da gələ bilmirlər. Cavabdeh1 həmin evə tam sahiblənərək evin 4 otağını obyekt kimi icrayə vermiş və gəlir əldə etmişdir. Evin paylı mülkiyyətçiləri olmaqlarına baxmayaraq həmin gəliri onlarla bölüşmür. Bu hal da qanuna ziddir. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan əmlakın müəyyən hissələri icarəyə verilmiş Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 da cavabdeh qismində işə cəlb edilməsini xahiş etmiş və eyni zamanda iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində payların naturada ayrılması, İddiaçı həmin evə köçürülməsi, həmin evin icarəsindən əldə olunan gəlirin paylara uyğun bölünməsi, icarə müqavilələrinin ləğvi, evin icarəyə verilmiş hissələrinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində payların naturada ayrılması, İddiaçı Böyükağa qızının ünvan 1 ünvanına köçürülməsi, Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 07 may 2020-ci il tarixli icarə müqaviləsinə, Cavabdeh1 ilə Cavabdeh4 arasında bağlanmış 04 aprel 2023-cü il tarixli icarə müqaviləsinə, Cavabdeh1 ilə Cavabdeh2 ilə bağlanmış 25 avqust 2021-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin icarəsindən əldə olunan gəlirin Cavabdeh1 alınaraq paylara uyğun bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində payların naturada ayrılması, İddiaçı Böyükağa qızının ünvan 1 ünvanına köçürülməsi, Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 07 may 2020-ci il tarixli icarə müqaviləsinin, Cavabdeh1 ilə Cavabdeh4 arasında bağlanmış 04 aprel 2023-cü il tarixli icarə müqaviləsinin, Cavabdeh1 ilə Cavabdeh2 ilə bağlanmış 25 avqust 2021-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, icarə müqavilələri bağlanan gündən qətnamə icra olunan günə qədər ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin icarəsindən əldə olunan gəlirin Cavabdeh1 alınaraq paylara uyğun bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, müstəqil tələb irəli sürən üçüncü şəxs X7 xx.xx.2023-cü il tarixdə Cavabdeh1 qarşı “payın naturada ayrılması, fərdi yaşayış evinə köçürülmə, icarədən əldə olunmuş gəlirin paylara uyğun bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində payların naturada ayrılması, onun həmin evə köçürülməsi, həmin evin icarəsindən əldə olunan gəlirin paylara uyğun bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 39 saylı fərdi yaşayış evi mərhum babası X15 məxsus olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-191/2021 saylı qətnaməsi ilə mərhum X13 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 39 saylı fərdi yaşayış evinə (keçmiş 10-cu Xrebtovı ev 39) Cavabdeh1 1/3 hissədə, İddiaçı 1/3 hissədə və X3 1/3 hissədə vərəsəlik hüquqları tanınmış və paylar müəyyən edilmişdir. Göründüyü kimi qeyd edilən əmlakın 1/3 hissəsinin mülkiyyətçisi özüdür. O da müstəqil tələb irəli sürən üçüncü şəxs kimi işə daxil olmaq istəyir və onun da cavabdehə qarşı iddia tələbi vardır. Qeyd edilən məhkəmə aktı artıq qanuni qüvvəyə minmiş və o hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023) almışdır. Çıxarışa əsasən sahəsi 175.90 kv.m. olan fərdi yaşayış evi və 0,031420 ha torpaq sahəsi onun, Cavabdeh1 və xalası İddiaçı paylı mülkiyyətindədir. Lakin cavabdeh onlara mübahisəli evə köçüb yaşamağa imkan vermir. Eyni zamanda cavabdeh evin bir hissəsini icarəyə verir, lakin əldə etdiyi gəlirdən onlara heç nə vermir. Bundan sonra, müstəqil tələb irəli sürən üçüncü şəxs X7 xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində payların naturada ayrılması, onun həmin evə köçürülməsi, Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 07 may 2020-ci il tarixli icarə müqaviləsinə, Cavabdeh1 ilə Cavabdeh4 arasında bağlanmış 04 aprel 2023-cü il tarixli icarə müqaviləsinə, Cavabdeh1 ilə Cavabdeh2 ilə bağlanmış 25 avqust 2021-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin icarəsindən əldə olunan gəlirin Cavabdeh1 alınaraq paylara uyğun bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, müstəqil tələb irəli sürən üçüncü şəxs X7 xx.xx.2024-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində payların naturada ayrılması, onun ünvan 1 ünvanına köçürülməsi, Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 07 may 2020-ci il tarixli icarə müqaviləsinin, Cavabdeh1 ilə Cavabdeh4 arasında bağlanmış 04 aprel 2023-cü il tarixli icarə müqaviləsinin, Cavabdeh1 ilə Cavabdeh2 ilə bağlanmış 25 avqust 2021-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, icarə müqavilələri bağlanan gündən qətnamə icra olunan günə qədər ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin icarəsindən əldə olunan gəlirin Cavabdeh1 alınaraq paylara uyğun bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin xx.xx.2024-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrinin məhkəmə baxışında verilməsinə baxmayaraq məhkəmə həmin ərizələri ona görə qəbul etməyi əsaslı hesab etmişdir ki, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs xx.xx.2024-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verməzdən əvvəlki tələblərində Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 07 may 2020-ci il tarixli icarə müqaviləsinə, Cavabdeh1 ilə Cavabdeh4 arasında bağlanmış 04 aprel 2023-cü il tarixli icarə müqaviləsinə, Cavabdeh1 ilə Cavabdeh2 ilə bağlanmış 25 avqust 2021-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi tələbini qoysa da, tələbin əsasını icarə müqaviləsinin etibarsızlığı təşkil etmişdir. Belə ki, iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia ərizələrindən, o cümlədən iddiaçının nümayəndəsi və vəkilinin məhkəmə iclasında verdiyi izahatlarından da görünür ki, onların icarə müqavilələri ilə bağlı tələbinin əsasını icarə müqavilələrinin paylı mülkiyyətçilərin razılığı olmadan bağlanması təşkil etmişdir. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs icarə müqavilələri ilə bağlı tələblərində ilk əvvəl icarə müqavilələrinin xitamını qoysalar da, əslində elə həmin vaxt da həmin müqavilələrinin etibarsızlığını nəzərdə tutmuşlar. Bu baxımdan məhkəmə iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin xx.xx.2024-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrinin məhkəmə baxışında verilməsinə baxmayaraq qəbul etməyi əsaslı hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Mübahisəli fərdi yaşayış evinə yerli baxış keçirilən zaman məlum olmuşdur ki, Cavabdeh1 paylı mülkiyyətdə olan fərdi yaşayış evinin ayrı-ayrı otaqlarını icarəyə vermişdir və gəlir əldə edir. Sənədə əsaslansalar, həmin otaqlar yaşayış otaqlarıdır. Həmin mülkdə Cavabdeh1 öz ailəsi ilə birlikdə yaşayır. Hesab edirlər ki, icarə müqavilələri digər paylı mülkiyyətçilərin razılığı olmadan bağlandığından etibarsız hesab edilməlidir. Ekspert rəyi əsassızdır, çünki ekspert rəyində otaqlar, tikililər düzgün göstərilməmişdir. Yerli baxış zamanı müəyyən edilmişdir ki, həmin otaqlara rahat giriş-çıxış etmək olar. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Parça dükanı, lombard B tikilisinin ön hissəsidir. A tikilisinə market və ev daxildir. Market, lombard, parça dükanı, ev 175,90 kavdratmetr sahəyə daxildir. Yalnız ət dükanı həmin sahəyə aid deyil. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs X7 izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, iddiaları qəbul etmir. İddiaçının babasından 2 otaq, bir eyvan, bir kiçik mətbəx qalmışdır. Çıxarışda sahə 178 kvadratmetr göstərilmişdir. Həmin 2 otaq, 1 eyvanın sahəsi 99 kvadratmetr təşkil edir. Marketdə Cavabdeh2 fəaliyyət göstərir. Lombardda Cavabdeh3 fəaliyyət göstərir. Lombardı 100 manata icarəyə vermişdir. Onun sahəsi 11 kvadratmetr təşkil edir. İcarə müqavilələri ayrı-ayrı vaxtlarda bağlanmışdır. Cavabdeh2 45000 manata aldığı hissəni 250 manata icarəyə vermişdir. Onun sahəsi 30 kvadratmetr təşkil edir. Cavabdeh4 ət dükanını 100 manata icarəyə vermişdir. Onun sahəsi 18 kvadratmetr təşkil edir. Parça dükanını Fazil adlı şəxsə 100 manata icarəyə vermişdir. Onun sahəsi 11 kvadratmetr təşkil edir. Ət dükanı, market və mətbəx onun tərəfindən tikilmişdir. Qalan tikililər əvvəl də mövcud olmuşdur. Parça və lombard dükanı babası tərəfindən qediyyat yolu ilə Adıgözəl Əsgərova satılmışdır. Parça və lombard dükanının sahəsini azaltmışdır. Marketin sahəsini artırmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, iddiaları qəbul etmir. Həmin ev bir ailə üçün nəzərdə tutulmuşdur. İddiaçı vaxtı ilə ona aid olan, sökülən hissənin əvəzinə pul vəsaiti almışdır. Cavabdeh1 mağaza yerləşən hissəni alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. İddiaların rədd edilməsini xahiş edir. Digər cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onlarn iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında izahatı alınmış ekspert X4 izahatında bildirmişdir ki, rəyi müdafiə edir. Suallara cavab verə bilər. Tikililər texniki passporta uyğun gəlmir. Texniki passportda göstərilən giriş ayrı yerdədir. Tikililərin ölçülərində uyğunsuzluqlar var. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-191/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçılar İddiaçı və X1 birgə, müstəqil tələb irəli sürən üçüncü şəxs X7 tərəfindən ayrı verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 iyun 2017-ci il tarixli, 2(004)-4293/2017 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçılar İddiaçı və X1 və müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iddialarının qismən təmin edilməsi, mərhum X13 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 39 saylı fərdi yaşayış evinə (keçmiş 10-cu Xrebtovı ev 39) dair 27 avqust 1993-cü il tarixdə 19 saylı Dövlət Notariat kontorunda 4 k-H-95 nömrə ilə qeydə alınmış vərəsəlik hüququ haqqında şəhadətnamə, şəhadətnamə əsasında verilmiş xx.xx.1993-cü il tarixli qeydiyyat vəsiqələrinin (235 nömrəli reyestr kitabının, 15451-ci səhifəsində 30/3946 nömrə ilə qeydiyyata alınmış), xx.xx.1998-ci il tarixdə 12 saylı Dövlət Notariat Kontorunda 3SM- 3-451 reyestr nömrə ilə qeydə alınmış bağışlanma müqaviləsi, xx.xx.1998-ci il tarixli, 143251 nömrəli qeydiyyat vəsiqəsi (235 nömrəli reyestr kitabının, 15451-ci səhifəsində 13351 nömrə ilə qeydiyyata alınmış) və xx.xx.2015-ci il tarixli, ******* nömrəli çıxarışın (daşınmaz əmlakın dövlət reyestrində 312 nömrəli reyestr kitabının 29078 nömrəli vərəqində qeydiyyata alınmışdır) etibarsız hesab edilməsi, mərhum X13 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 2 - saylı fərdi yaşayış evinə (keçmiş 10-cu Xrebtovı ev 39) Cavabdeh1 (atası mərhum Oqtay Eyvazova qanun üzrə vərəsəlik qaydasında çatası paya görə) 1/3 hissədə, İddiaçı 1/3 hissədə və X3 (qanun üzrə vərəsə İsmət Cəlil qızına çatası paya görə vəsiyyət üzrə vərəsəlik qaydasında) 1/3 hissədə vərəsəlik hüquqlarının tanınması və paylarının müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən X3 adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0.031420 ha torpaq sahəsi və onun üzərində yerləşən 175.90 kv.m sahədən ibarət fərdi yaşayış evinin 1/3 hissəsi xx.xx.2023-cü il tarixdə X3 adına qeydiyyata alınmışdır. Həmin daşınmaz əmlakın 1/3 hissəsinə Cavabdeh1, digər 1/3 hissəsi isə İddiaçı adına qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X10 üzrə Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, vergi orqanında Cavabdeh1 məxsus ünvan 4 ünvanında yerləşən təsərrüfat subyektinin (obyektinin) vergi ödəyiciləri Cavabdeh4 (VÖEN: **********) tərəfindən **********-13002 kodla və Cavabdeh2 (VÖEN: **********) tərəfindən **********-13003 kodla qeydiyyata alınması barədə məlumat müəyyən edilmişdir. Cavabdeh1 ilə Cavabdeh4 arasında bağlanılmış icarə müqaviləsində icarə haqqı məbləği 100 manat, Cavabdeh2 arasında bağlanılmış icarə müqaviləsində isə icarə haqqı məbləği 250 manat qeyd olunmuşdur. İş materiallarında olan Cavabdeh1 (icarəyə verən) ilə Cavabdeh4 (icarəçi) arasında bağlanılmış 04 aprel 2023-cü il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən ünvan 2 ünvanında yerləşən 15 kv.m olan qeyri-yaşayış sahəsini icarəçiyə 5 il müddətinə icarəyə vermiş, icarəçi isə hər ay 100 manat məbləğində icarə haqqını icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh1 (icarəyə verən) ilə Cavabdeh3 (icarəçi) arasında bağlanılmış 07 may 2020-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən ünvan 2 ünvanında yerləşən ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə Cavabdeh1 verilmiş **********78-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə ona məxsus sahəsi 138,2 kv.m olan fərdi yaşayış evinin 10 kv.m olan hissəsini icarəçiyə 1 il müddətinə (icarə müddəti xx.xx.2025-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 il uzadılmış hesab edilir) icarəyə vermiş, icarəçi isə hər ay 100 manat məbləğində icarə haqqını icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh1 (icarəyə verən) ilə Cavabdeh2 (icarəçi) arasında bağlanılmış 25 avqust 2021-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən ünvan 2 ünvanında yerləşən 25 kv.m olan qeyri-yaşayış sahəsini icarəçiyə 5 il müddətinə icarəyə vermiş, icarəçi isə hər ay 250 manat məbləğində icarə haqqını icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/3112 nömrəli ekspert rəyinə əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin tərəflər arasında 1/3 paylara uyğun olaraq təcrid mənzillər şəklində üç hissəyə bölünçəsi İnşaat Norma və Qaydalarının 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)- 5280/2024 saylı qərardadına əsasən iddiaçı Cavabdeh1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Resyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər İddiaçı Böyükağa qızı və X7) “əmlakın ölçülərinə dair rəqəmlər arasında olan uyğunsuzluq aradan qaldırılmaqla yeni çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 3572/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-5280/2024 saylı qərardadının dəyişdirilmədən saxlanması qərara alınmışdır. İş materiallarında olan 2(004)-281/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli yerli baxış protokolundan görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “payın naturada ayrılması, mənzilə köçürülmə və s.” tələbinə dair, müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “payın naturada ayrılması, mənzilə köçürülmə və s.” tələbinə dair iddia ərizələri barədə mülki iş üzrə ünvan 2 ünvanına baxış keçirilmiş , yerli baxış zamanı arxa hissədə olan 3 otağın yaşayış sahəsi kimi istifadə edildiyi, ön hissədə olan 3 otağın isə market (mağaza), lombard və parça mağazası olaraq icarəyə verildiyi müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-191/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə hazırki mülki iş üzrə Cavabdeh1 1/3 hissədə, İddiaçı 1/3 hissədə və müstəqil tələb irəli sürən üçüncü şəxs X3 1/3 hissədə vərəsəlik hüquqlarının tanınmış və payları müəyyən edilmişdir. Paylı mülkiyyət xx.xx.2023-cü il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0.031420 ha torpaq sahəsi və onun üzərində yerləşən 175.90 kv.m sahədən ibarət fərdi yaşayış evinin 1/3 hissəsi X3 1/3 hissəsi Cavabdeh1, digər 1/3 hissəsi isə İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdeh1 ünvan 2 ünvanında yerləşən sahəsi 138,2 kv.m olan fərdi yaşayış evinin 10 kv.m olan hissəsini 07 may 2020-ci il tarixli icarə müqaviləsi əsasında icarə haqqı hər ay 100 manat olmaqla 1 il müddətinə (icarə müddəti xx.xx.2025-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 il uzadılmış hesab edilir) Cavabdeh3; ünvan 2 ünvanında yerləşən 25 kv.m olan qeyri-yaşayış sahəsini 25 avqust 2021-ci il tarixli icarə müqaviləsi əsasında icarə haqqı hər ay 250 manat olmaqla 5 il müddətinə Cavabdeh2; ünvan 2 ünvanında yerləşən 15 kv.m olan qeyri-yaşayış sahəsini 04 aprel 2023-cü il tarixli icarə müqaviləsi əsasında icarə haqqı hər ay 100 manat olmaqla 5 il müddətinə Cavabdeh4 icarəyə vermişdir. Mübahisəli ünvan 2 ünvanına mülki iş üzrə xx.xx.2024-cü il tarixdə baxış keçirilmiş, yerli baxış zamanı arxa hissədə olan 3 otağın yaşayış sahəsi kimi istifadə edildiyi, ön hissədə olan 3 otağın isə market (mağaza), lombard və parça mağazası olaraq icarəyə verildiyi müəyyən edilmişdir. Hazırda mülki iş üzrə İddiaçı, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs X7 hər birinin 1/3 payı müəyyən edilən paylı mülkiyyətlərində olan mübahisəli əmlakdan istifadə etmək, yararlanmaq imkanlarından Cavabdeh1 hərəkətləri nəticəsində məhrum olduqlarını bildirməklə məhkəməyə iddia ərizələri ilə müraciət edərək, hər biri ayrı-ayrılıqda ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində payların naturada ayrılması, onun ünvan 1 ünvanına köçürülməsi, Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 07 may 2020-ci il tarixli icarə müqaviləsinin, Cavabdeh1 ilə Cavabdeh4 arasında bağlanmış 04 aprel 2023-cü il tarixli icarə müqaviləsinin, Cavabdeh1 ilə Cavabdeh2 ilə bağlanmış 25 avqust 2021-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, icarə müqavilələri bağlanan gündən qətnamə icra olunan günə qədər ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin icarəsindən əldə olunan gəlirin Cavabdeh1 alınaraq paylara uyğun bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk əvvəl iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində payların naturada ayrılması” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 220-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmə qeyd edir ki, İddiaçı, müstəqil tələb irəli sürən üçüncü şəxs X3 və Cavabdeh1, yəni paylı mülkiyyətçilərin hər birinin mübahisəli əmlakdan (ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən) istifadə hüquqları vardır. Lakin, tərəflər ümumi paylı mülkiyyətdə olan evə sahiblik və ondan istifadə barədə razılığa gələ bilmirlər. Həmçinin, paylı mülkiyyətçilər tərəfindən mülkiyyətin öz aralarında naturada bölünməsində də razılıq əldə edilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/3112 nömrəli ekspert rəyinə görə mübahisəli əmlakın paylı mülkiyyətçilərin payına müvafiq olaraq naturada ayrılması da mümkün deyildir. Bu halda Mülki Məcəllənin 220.6-cı maddəsinə və Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarındakı mövqeyinə əsasən iddiaçının və müstəqil tələb irəli sürən şəxsin hüquqi vardır ki, paylı mülkiyyətlərində olan əmlakın açıq hərracdan satılmasını və satışdan əldə olunan vəsaitin paylı mülkiyyətçilərin paylarına uyğun olaraq aralarında bölüşdürülməsini tələb etsinlər. Lakin, hazırki iş üzrə iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs bu barədə tələb irəli sürməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin göstərişinə görə hakim işdə iştirak şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. İddiaçı və müstəqil tələb irəli sürən şəxs yalnız əmlakda olan payının naturada ayrılmasını tələb etmişdir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ilə təsdiq olunur ki, bu tələbi təmin etmək mümkün deyil. Məhkəmə iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının “onların ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazılığı hüququ vardır. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimi yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyasının xx.xx.1952-ci il tarixli 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynalxalq hüququnun ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Başqa sözlə, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilməsini qadağan edir. Bu zaman ən mühüm amil fərdin mülkiyyət hüququ ilə, həmin hüququ məhdudlaşdıran maraqlar arasında ədalətli tarazlığın müəyyən edilməsi və gözlənilməsidir. Məhkəmə qeyd edir ki, mübahisəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə həmçinin iddiaçıya və müstəqil tələb irəli sürən şəxsə məxsus olması, onların həmin fərdi yaşayış evinə istifadə və sahiblik hüquqlarının olmasını ehtiva edir. Ona görə də, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs öz mülahizəsinə görə paylı mülkiyyətlərində olan mübahisəli mənzilə dair sahiblik və istifadə hüququna malikdir. Lakin, Cavabdeh1 onları mübahisəli mənzilə buraxmaması nəticəsində İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X7 göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Bu səbəbdən iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs bu hüquqların onlara tanıdığı imkandan istifadə edərək həmin fərdi yaşayış evinə köçürülmələrini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə həmçinin iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının “Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 07 may 2020-ci il tarixli icarə müqaviləsinin, Cavabdeh1 ilə Cavabdeh4 arasında bağlanmış 04 aprel 2023-cü il tarixli icarə müqaviləsinin, Cavabdeh1 ilə Cavabdeh2 ilə bağlanmış 25 avqust 2021-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edlən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Qanunvericiliyin mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Tərəfin tələbinin əsası kimi istinad etdiyi dəlilə münasibət bildirərək məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 07 may 2020-ci il tarixli icarə müqaviləsi, Cavabdeh1 ilə Cavabdeh4 arasında bağlanmış 04 aprel 2023-cü il tarixli icarə müqaviləsi və Cavabdeh1 ilə Cavabdeh2 ilə bağlanmış 25 avqust 2021-ci il tarixli icarə müqavilələrindən görünən odur ki, icarə müqaviləsinin predmeti, yəni icarəyə verən tərəfindən icarəçilərə verilən əmlak tərəflərin paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi deyildir. Tərəflərin məhkəmə iclasında verdikləri izahatlarından, habelə mübahisəli fərdi yaşayış evinə baxış keçirilən zaman müəyyən edilmiş hallardan belə nəticəyə gəlmək olur ki, Cavabdeh1 iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslə paylı mülkiyyətlərində olan fərdi yaşyış evinin yerləşdiyi torpaq sahəsində əlavə qeyri-yaşyış sahələri tikmiş və icarəyə verilən obyektlər də məhz onlardır. Qeyd edilən fakt Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-10/3112 nömrəli ekspert rəyi ilə də öz təsdiqini tapır. Həmin rəyi vermiş ekspert X4 məhkəmə iclasına çağırılmış və izahatında bildirmişdir ki, rəyi müdafiə edir. Tikililər texniki passporta uyğun gəlmir. Texniki passportda göstərilən giriş ayrı yerdədir. Tikililərin ölçülərində uyğunsuzluqlar var. Belə olduğu təqdirdə, icarə predmetini tərəflərin paylı mülkiyyətində olan fərdi yaşayış evi təşkil etmədiyindən iddiaçı və müstəqil tələb irəli sürən şəxsin icarə müqavilələrinin bağlanması zamanı onların razılığının alınmadığına istinad edərək, verdikləri icarə müqavilələrinin etibarsız hesab edilməsi tələbi əsassızdır. Odur ki, Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 07 may 2020-ci il tarixli, Cavabdeh1 ilə Cavabdeh4 arasında bağlanmış 04 aprel 2023-cü il tarixli və Cavabdeh1 ilə Cavabdeh2 ilə bağlanmış 25 avqust 2021-ci il tarixli icarə müqavilələri Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə bağlanmış, müqavilələrin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Məhkəmə həmçinin iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının “icarə müqavilələri bağlanan gündən qətnamə icra olunan günə qədər ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin icarəsindən əldə olunan gəlirin Cavabdeh1 alınaraq paylara uyğun bölünməsi” hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi bu hissədə icarə müqavilələrinin etibarsız hesab edilməsi hissəsindən asılı olduğundan və məhkəmənin yuxarda qeyd edilən qənaəti ilə iddia icarə müqavilələrinin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən, həmin hissədə də iddialar təmin edilə bilməz. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “payın naturada ayrılması, mənzilə köçürülmə və s.” tələbinə dair iddiası qismən təmin edilməli, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməli, iddia qalan hissədə təmin edilməməli, müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “payın naturada ayrılması, mənzilə köçürülmə və s.” tələbinə dair iddiası qismən təmin edilməli, müstəqil tələb irəli sürən üçüncü şəxs X7 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməli, müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iddiası qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən iş üzrə ödənilmiş dövlət rüsumları onlara aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti - texniki ekspertizasının xərci olan 100 (bir yüz) manat pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “payın naturada ayrılması, mənzilə köçürülmə və s.” tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “payın naturada ayrılması, mənzilə köçürülmə və s.” tələbinə dair iddiası qismən təmin edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X7 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu müstəqil tələb irəli sürən üçüncü şəxs X5 aid edilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti - texniki ekspertizasının xərci olan 100 (bir yüz) manat pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X2 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-281/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-281/2024
18.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver