Məhkəmə qərarları › İş №e-2(004)-2860/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2860/2025

17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2860/2025 17.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Əhmədli Qəndab Rüstəm qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 448,16 (dörd yüz qırx səkkiz manat on altı qəpik) manat məbləğində əsas və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu, ümumilikdə 478,56 (dörd yüz yetmiş səkkiz manat əlli altı qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən X6 mülkiyyətində olan və icarə müqaviləsi əsasında X14 istifadəsində olan ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsi yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərlərin əvəzinin ödənilməsi məqsədilə xx.xx.2016-cı il tarixində“daşınmaz əmlakın icbari sığortası” növü üzrə BA593531 nömrəli sığorta müqaviləsi (şəhadətnaməsi) ilə sığortalanmışdır. xx.xx.2016-cı il tarixində X14 istifadəsində olan qeyri-yaşayış sahəsi çoxmərtəbəli binanın yuxarı, yəni cavabdeh X10 mülkiyyətində olan 326 nömrəli mənzildən axan su kütlələri (subasma) nəticəsində zərər görmüşdür. Həmçinin iş materiallarında olan 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 157 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2016-cı il tarixli arayışından görünür ki, Hüseyn Cavid prospekti, 577-ci məhəllə, ev 87, 323 saylı mənzili icarəyə götürmüş X14 obyektinə xx.xx.2016-cı il tarixdə 326 saylı mənzildən su axıdılması nəticəsində maddi zərər dəymişdir. Həmçinin iş materiallarında olan 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 157 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2017-ci il tarixli arayışından görünür ki, Hüseyn Cavid prospekti, 577-ci məhəllə, ev 87, 326 saylı mənzil 30/738 saylı,xx.xx.2001-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən X10 şəxsi mülkiyyətindədir. Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemində olan məlumata əsasən X17 xx.xx.2022-ci il tarixdə vəfat etdiyi üçün barəsində xx.xx.2022-ci il tarixində Bakı şəhəri 12 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Sözügedən vərəsəlik işi üzrə Cavabdeh xx.xx.2023-cü ildə həmin notariat ofisində vərəsəlik üzrə şəhadətnamə təqdim olunmuşdur. İş materiallarında olan xx.xx.2016-ci il tarixli əmlakın qiymətləndirilməsinə dair 354 saylı rəydən görünür ki, X14 istifadəsində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə subasma nəticəsində 500 (beş yüz) manat məbləğində zərər vurulmuşdur. Beləliklə, baş vermiş hadisə ilə bağlı xx.xx.2016-cı il tarixli, 1033/CFİ-057/2016 nömrəli aktla 50 (əlli) manat azadolma məbləği və s. məbləğlər çıxılmaqla, 448,16 (dörd yüz qırx səkkiz manat on altı qəpik) manat məbləğində pul vəsaiti İddiaçı ASC tərəfindən faydalanan şəxsin bank hesabına köçürülmüşdür. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Sığorta şirkəti heç bir araşdırma aparmayaraq Mütəxəssis və ekspert rəyi olmadan 157 saylı MKİS-dən alınmış arayışa istinad edərək X14 bank hesabına hansısa bir məbləğ pul vəsaiti köçürmüşdür. Bundan bir sual çıxır ki, o, nəyə görə kiminsə tərəfindən mənimsənilən pulu ödəməlidir? Odur ki, qeyd edilənləri nəzərə alaraq, bu haqsızlığın araşdırılaraq işə yenidən baxılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2860/2025 saylı,xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "sığorta müqaviləsi üzrə pul" tələbinə dair kiçik iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə elektron poçt vasitəsilə ərizə ünvanlayaraq bildirmişdir ki, səhhəti ilə bağlı yaranmış problemlə bağlı məhkəmə baxış iclasında iştirak edə bilməyəcəkdir. Qonşuların imzası ilə tərtib edilmiş aktı məhkəməyə təqdim edir. Ona qarşı irəli sürülən iddianı qəbul etməyərək, onun rədd edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi barədə məlumatından görünür ki, X6 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ünvanında yerləşən qeyri yaşayış sahəsi sığortalanmış və bu barədə BA seriyalı 593531 nömrəli sığorta şəhadətnaməsi verilmişdir. “X28 Valuation Services” MMG-nin 354 saylı, 07 aprel 2016-cı il tarixli rəyindən görünür ki, X7 məxsus ünvan 2 ünvanında 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri yaşayış sahəsinə (çay evi) dəymiş zərərin bazar qiməti 500 manat müəyyən edilmişdir. 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 157 saylı Mənzil- Kommunal İstismar Sahəsinin xx.xx.2016-cı il tarixli arayışından görünür ki, Hüseyn Cavid prospekti, 577-ci məhəllə, ev 87, 323 saylı mənzili icarəyə götürmüş X14 obyektinə xx.xx.2016-cı il tarixdə 326 saylı mənzildən su axıdılması nəticəsində maddi zərər dəymişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2016-ci il tarixli,1033/CFİ-057/2016 saylı sığorta aktından görünür ki, X6 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ünvanında yerləşən qeyri yaşayış sahəsinə subasma nəticəsində 500 manat zərər vurulmuşdur. "xxxx" ASC tərəfindən 448,16 (dörd yüz qırx səkkiz manat on altı qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 157 saylı Mənzil- Kommunal İstismar Sahəsinin xx.xx.2017-ci il tarixli arayışından görünür ki, Hüseyn Cavid prospekti, 577-ci məhəllə, ev 87, 326 saylı mənzil 30/738 saylı,xx.xx.2001-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən X10 şəxsi mülkiyyətindədir və hal-hazırda orada yaşayır. "xxxx" ASC tərəfindən X11 ünvanlanmış xx.xx.2023-cü il tarixli prentenziyadan (bildiriş) görünür ki, X1 hadisəsi nəticəsində tərəflərindən ödənilmiş 448,16 manat məbləğin bildirişin daxil olduğu tarixdən 5 gün ərzində subroqasiya hüququna əsasən "xxxx" ASC-nin hesabına ödənilməməsi tələb olunmuş, əks halda müvafiq məhkəməyə iddia ilə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Ədliyyə Nazirliyinin tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “Elektron notariat” informasiya sistemindəki araşdırma nəticəsində müəyyən olunmuşdur ki, X17 xx.xx.2022-ci il tarixdə vəfat etdiyi üçün barəsində xx.xx.2022-ci il tarixində Bakı şəhəri 12 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Sözügedən vərəsəlik işi üzrə Cavabdeh xx.xx.2023-cü ildə həmin notariat ofisində vərəsəlik üzrə şəhadətnamə təqdim olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti publik hüquqi şəxsinin MH seriyalı ******* saylı çıxarışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospektində istifadədə olan 0.712 ha torpaq sahəsində yerləşən 87 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 58.49 kv.m olan 3 otaqlı 323 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 85 nömrəli reyestr kitabının 7280 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2025-ci il tarixli Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti məhəllə 577, bina 87, blok 26 da yaşayan sakinlər X18, X19, X12, X4, X15 və X5 tərəfindən tərtib olunmuş aktdan görünür ki, xx.xx.2016-cı il tarixində Mərhum X2 olduğu 326-cı mənzil sahəsindən qeyri-yaşayış sahəsi kimi istifadədə olan 323-cü mənzilin sahəsinə hec bir subasma hadisəsi baş verməmişdir. Belə ki, subasmanın nə olduğunu onlar çox yaxşı bilirlər. Haqsız olaraq 326-cı mənzilin mərhum sahibi olan X11 və indiki sahibi olan Cavabdeh qarşı irəli sürülən bu iddianı əsassız qəbul edərək öz imzaları ilə təsdiq etmişlər. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2016-cı il tarixində X6 mülkiyyətində olan və X14 istifadəsində olan qeyri-yaşayış sahəsi (çay evi) çoxmərtəbəli binanın yuxarı, yəni X10 mülkiyyətində olan 326 nömrəli mənzildən axan su kütlələri (subasma) nəticəsində zərər görmüşdür. İş matariallarında olan “X28 Valuation Services” MMG-nin 354 saylı, 07 aprel 2016-cı il tarixli rəyindən görünür ki, X7 məxsus ünvan 2 ünvanında 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri yaşayış sahəsinə (çay evi) dəymiş zərərin bazar qiməti 500 manat müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən 448,16 (dörd yüz qırx səkkiz manat on altı qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 157 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2017-ci il tarixli arayışından görünür ki, Hüseyn Cavid prospekti, 577-ci məhəllə, ev 87, 326 saylı mənzil 30/738 saylı,xx.xx.2001-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən X10 şəxsi mülkiyyətindədir və orada yaşayır. Daha sonra borclu X17 vəfat etmiş, Cavabdeh vərəsəsi olaraq ondan miras qalmış əmlakı qəbul etməklə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Qanunvericiliyin tələbinə görə Cavabdeh X10 vərəsəsi olaraq özünün payına mütənasib surətdə subroqasiya qaydasında tələb olunan məbləği ödəməlidir. Qeyd edilməlidir ki, sübuta ehtiyacı olmayan haldır ki, miras əmlak olan mənzilin dəyəri tələb olunan siğorta ödənişinin məbləğindən artıqdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən siğorta ödənişinin tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq, sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 448,16 (dörd yüz qırx səkkiz manat on altı qəpik) manat məbləğində ödənilmiş sığorta ödənişi və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 121, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 448,16 (dörd yüz qırx səkkiz manat on altı qəpik) manat məbləğində ödənilmiş sığorta ödənişi və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar