Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2861/2025 16.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 340.80 (üç yüz qırx manat, səksən qəpik) manat ödənilməmiş hissə, 34.08 (otuz dörd manat səkkiz qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 380.30 (üç yüz səksən manat otuz qəpik) manat ödənilməmiş hissə, 38.03 (otuz səkkiz manat üç qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 388.30 (üç yüz səksən manat otuz qəpik) manat ödənilməmiş hissə, 38.83 (otuz səkkiz manat səksən üç qəpik) manat olmaqla ümumilikdə 1220.34 (min iki yüz iyirmi manat otuz dörd qəpik) manat borc və 32.21 (otuz iki manat iyirmi bir qəpik) ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2024-cü il, xx.xx.2024-ci il, xx.xx.2024-cü il tarixli müqavilələrinə əsasən, MAGSAFE POWERBANK, HUAWEİ WATCH FİT 3 qol saatı, DEFUNC qulaqlıq, zəmanət +2 il xidmət, JBL qulaqlıq, XİAOMİ REDMİ NOTE 13, XİAOMİ REDMİ BUDS 5 qulaqlıq, qızıl zəmanət ultra 1 il xidmət üçün almış və nəticədə 1220.34 (min iki yüz iyirmi manat otuz dörd qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 408.96 (dörd yüz səkkiz manat doxsan altı qəpik) manat (12 ay x 34.08 manat + 0 manat ilkin ödəniş) olan JBL qulaqlıq üçün ümumilikdə 374.88 (üç yüz yetmiş dörd manat səksən səkkiz qəpik) manat olmaqla ondan, 340.80 (üç yüz qırx manat səksən qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 34.08 (otuz dörd manat səkkiz qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 651.96 (altı yüz əlli bir manat doxsan altı qəpik) manat (12 ay x 54,33 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********80986 XİAOMİ REDMİ NOTE 13, XİAOMİ REDMİ BUDS 5 qulaqlıq, qızıl zəmanət ultra 1 il üçün ümumilikdə, 418.33 (dörd yüz on səkkiz manat otuz üç qəpik) manat olmaqla ondan, 380.30 (üç yüz səksən manat otuz qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 38.03 (otuz səkkiz manat üç qəpik) manat cərimə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 800.1 (səkkiz yüz manat bir qəpik) manat (18 ay x 44,45 manat + 0 manat ilkin ödəniş) olan MAGSAFE POWERBANK, HUAWEİ WATCH FİT 3 qol saat,DEFUNC qulaqlıq, zəmanət +2 il üçün ümumilikdə, 427.13 (dörd yüz iyirmi yeddi manat on üç qəpik) manat olmaqla ondan, 388.30 (üç yüz səksən səkkiz manat otuz qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 38.83 (otuz səkkiz manat səksən üç qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, xx.xx.2024-cü il tarixində DEFUNC qulaqlıqdan imtina etmiş və məhsul 300.06 manat qiymətləndirilərək borcundan silinmişdir. xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödədiyi məbləğ 111.74 (bir yüz on bir manat yetmiş dörd qəpik) manat cəmi 411.80 (dörd yüz on bir manat səksən qəpik) olmaqla, digər müqavilələr üzrə 339.82 (üç yüz otuz doqquz manat səksən iki qəpik) manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il,xx.xx.2024-cü il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə tərəfindən mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh elektron kabinetinə AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəmə bildirişi yerləşdirilmişdir. Lakin cavabdeh iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2024-cü il tarixli, 18786277 saylı müqavilədən və əlavədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında ümumilikdə dəyəri 408.99 (dörd yüz səkkiz manat doxsan doqquz qəpik) manat təşkil edən JBL malın alqı-satqısına dair müqavilə bağlanılmışdır. xx.xx.2024-cü il tarixli əşyaların təhvil-təslim aktına əsasən, 18786277 nömrəli müqavilə üzrə JBL qulaqlıq tam qüsursuz halda Cavabdeh təhvil verilmiş, o isə aktı imza etməklə malları qəbul etmişdir. xx.xx.2024-cü il tarixli, 02617969 saylı müqavilədən və əlavədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında ümumilikdə dəyəri 651.96 (altı yüz əlli bir manat doxsan altı qəpik) manat təşkil edən İmei kod **********80986 XİAOMİ REDMİ NOTE 13, XİAOMİ REDMİ BUDS 5 qulaqlıq, qızıl zəmanət ultra 1 il adlı malın alğı-satqısına dair müqavilə bağlanılmışdır. xx.xx.2024-cü il tarixli əşyaların təhvil-təslim aktına əsasən 02617969 nömrəli müqavilə üzrə İmei kod **********80986 XİAOMİ REDMİ NOTE 13, XİAOMİ REDMİ BUDS 5 qulaqlıq, qızıl zəmanət ultra 1 il adlı mal tam qüsursuz halda Cavabdeh təhvil verilmiş, o isə aktı imza etməklə malları qəbul etmişdir. xx.xx.2024-cü il tarixli əşyaların təhvil-təslim aktına əsasən, 02707949 nömrəli müqavilə üzrə 800.1 (səkkiz yüz manat bir qəpik) manat təşkil edən MAGSAFE POWERBANK, HUAWEİ WATCH FİT 3 qol saat,DEFUNC qulaqlıq, zəmanət +2 il xidmət üçün adlı mal tam qüsursuz halda Cavabdeh təhvil verilmiş, o isə aktı imza etməklə malları qəbul etmişdir. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 02707949 saylı 1-cü müqavilə üzrə ödənilməmiş borcu 388.30 (üç yüz səksən səkkiz manat otuz qəpik) manat, xx.xx.2024-cü il tarixli, 18786277 saylı 2-ci müqavilə üzrə ödənilməmiş borcu 340.80 (üç yüz qırx manat səksən qəpik) manat, xx.xx.2024-cü il tarixli, 02617969 saylı 3-cü müqavilə üzrə ödənilməmiş borcu 380.30 (üç yüz səksən manat otuz qəpik) manat, təşkil edir. Cavabdehə ödənişləri gecikdirməklə müqavilə şərtlərini pozduğuna görə hər üç müqavilənin ödəniş cədvəlinin 2-ci bəndinə uyğun olaraq 1-ci müqavilə üzrə müştəriyə güzəşt olaraq 38.83 (otuz səkkiz manat səksən üç qəpik) manat, 2-ci müqavilə üçün 34.08 (otuz dörd manat səkkiz qəpik) manat, 3-cü müqavilə üçün 38.03 (otuz səkkiz manat üç qəpik) manat cərimə hesablanmışdır. xx.xx.2025-ci il tarixli, ********** nömrəli “Hökümət ödəniş portalı” və ya “AsanPay” vasitəsilə ödənilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 32.21 (otuz iki manat iyirmi bir qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Yuxarıda qeyd edilən malların alqı-satqısına dair müqaviləyə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malların qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malları alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malların dəyərini ödəmək üzrə vəzifəsini icra etməmiş və xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, tərəf olduğu müqavilə üzrə cavabdehin 1-ci müqavilə üzrə 388.30 (üç yüz səksən səkkiz manat otuz qəpik) manat əsas borc, 38.83 (otuz səkkiz manat səksən üç qəpik) manat cərimə borcu, 2-ci müqavilə üzrə 340.80 (üç yüz qırx manat səksən qəpik) manat əsas borc, 34.08 (otuz dörd manat səkkiz qəpik) cərimə borcu, 3-cü müqavilə üzrə 380.30 (üç yüz səksən manat otuz qəpik) manat əsas borcu, 38.03 (otuz səkkiz manat üç qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1220.34 (bir min iki yüz iyirmi manat otuz dörd qəpik) manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqısatqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddianın cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 38,03 (otuz səkkiz manat üç qəpik) manat cərimənin, xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 38,83 (otuz səkkiz manat səksən üç qəpik) manat cərimənin və xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 34.08 (otuz dörd manat səkkiz qəpik) manat cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilələr üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və hər müqavilə üzrə 10 (on) manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 32.21 (otuz iki manat iyirmi bir qəpik) manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 380.30 (üç yüz səksən manat otuz qəpik) manat əsas borc, 10 (on manat) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 388.30 (üç yüz səksən səkkiz manat otuz qəpik) əsas borc, 10 (on manat) manat cərimə borcu və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 340.80 (üç yüz qırx manat səksən qəpik) manat əsas borc, 10 (on) manat cərimə borcu olmaqla, hər üç müqavilə üzrə cəmi 1139.40 (bir min yüz otuz doqquz manat qırx qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 32.21 (otuz iki manat iyirmi bir qəpik) manat pul tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 32.21 (otuz iki manat iyirmi bir qəpik) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 380.30 (üç yüz səksən manat otuz qəpik) manat əsas borc, 10 (on manat) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 388.30 (üç yüz səksən səkkiz manat otuz qəpik) əsas borc, 10 (on manat) manat cərimə borcu və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 340.80 (üç yüz qırx manat səksən qəpik) manat əsas borc, 10 (on) manat cərimə borcu olmaqla, hər üç müqavilə üzrə cəmi 1139.40 (bir min yüz otuz doqquz manat qırx qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 32.21 (otuz iki manat iyirmi bir qəpik) manat pul tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-2861/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2861/2025
16.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver