Məhkəmə qərarları › İş №e-2(004)-2878/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2878/2025

14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2878/2025 14.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı, xx.xx.2023-cü il tarixli, ********* saylı, xx.xx.2023-cü il tarixli, ********* saylı, xx.xx.2024-cü il tarixli, ********* saylı, xx.xx.2024-cü il tarixli, ********* saylı, xx.xx.2024-cü il tarixli, ********* saylı, xx.xx.2024-cü il tarixli, 01191154 saylı nisyə alqı-satqı müqavilələrinə əsasən cavabdeh qazan dəsti, “Honor” markalı mobil telefon, “Samsung” markalı mobil telefonlar, qulaqcıq, aksesuarlar, blender və s. əşyalar almış və hər bir əşya üçün müvafiq müqavilə ilə nəzərdə tutulan məbləği ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilələrin şərtləri pozularaq dövri olaraq ödənilməli olan ödənişlər ödənilməmiş və nəticədə xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 59,4 (əlli doqquz manat qırx qəpik) manat əsas 8,9 (səkkiz manat doxsan qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 68,3 (altmış səkkiz manat otuz qəpik) manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 281,2 (iki yüz səksən bir manat iyirmi qəpik) manat əsas, 42,1 (qırx iki manat on qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 323,3 (üç yüz iyirmi üç manat otuz qəpik) manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 36,9 (otuz altı manat doxsan qəpik) manat əsas, 5,5 (beş manat əlli qəpik manat) manat cərimə borcu olmaqla, ümumilikdə 42,4 (qırx iki manat qırx qəpik) manat, xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli(nisyə) alqı-satqı müqaviləsi üzrə 370,9 (üç yüz yetmiş manat doxsan qəpik) manat əsas, 55,6 (əlli beş manat altmış qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 426,5 (dörd yüz iyirmi altı manat əlli qəpik) manat, xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 277,5 (iki yüz yetmiş yeddi manat əlli qəpik) manat əsas, 41,6 (qırx bir manat altmış qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 319,1 (üç yüz on doqquz manat on qəpik) manat, xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 198,8 (yüz doxsan səkkiz manat səksən qəpik) manat əsas, 29,8 (iyirmi doqquz manat səksən qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 228,6 (iki yüz iyirmi səkkiz manat altmış qəpik) manat, xx.xx.2024-cü il tarixli, 01191154 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 129,9 (yüz iyirmi doqquz manat doxsan qəpik) manat əsas, 19,4(on doqquz manat qırx qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 149,3 (yüz qırx doqquz manat otuz qəpik) manat, yekun olaraq yeddi müqavilə üzrə 1354,6 (min üç yüz əlli dörd manat altmış qəpik) manat əsas, 202,9 (iki yüz iki manat doxsan qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1557,5 (min beş yüz əlli yeddi manat əlli qəpik) manat borcu yaranmışdır. Göstərilənlərə əsasən, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə 59,4 (əlli doqquz manat qırx qəpik) manat əsas 8,9 (səkkiz manat doxsan qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 68,3 (altmış səkkiz manat otuz qəpik) manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 281,2 (iki yüz səksən bir manat iyirmi qəpik) manat əsas, 42,1 (qırx iki manat on qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 323,3 (üç yüz iyirmi üç manat otuz qəpik) manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 36,9 (otuz altı manat doxsan qəpik) manat əsas, 5,5 (beş manat əlli qəpik manat) manat cərimə borcu olmaqla, ümumilikdə 42,4 (qırx iki manat qırx qəpik) manat, xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli(nisyə) alqı-satqı müqaviləsi üzrə 370,9 (üç yüz yetmiş manat doxsan qəpik) manat əsas, 55,6 (əlli beş manat altmış qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 426,5 (dörd yüz iyirmi altı manat əlli qəpik) manat, xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 277,5 (iki yüz yetmiş yeddi manat əlli qəpik) manat əsas, 41,6 (qırx bir manat altmış qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 319,1 (üç yüz on doqquz manat on qəpik) manat, xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 198,8 (yüz doxsan səkkiz manat səksən qəpik) manat əsas, 29,8 (iyirmi doqquz manat səksən qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 228,6 (iki yüz iyirmi səkkiz manat altmış qəpik) manat, xx.xx.2024-cü il tarixli, 01191154 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 129,9 (yüz iyirmi doqquz manat doxsan qəpik) manat əsas, 19,4(on doqquz manat qırx qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 149,3 (yüz qırx doqquz manat otuz qəpik) manat, yekun olaraq yeddi müqavilə üzrə 1354,6 (min üç yüz əlli dörd manat altmış qəpik) manat əsas, 202,9 (iki yüz iki manat doxsan qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1557,5 (min beş yüz əlli yeddi manat əlli qəpik) manat borc və 35.57 (otuz beş manat əlli yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı Shosman qazan dəstini Cavabdeh qızına satmış, cavabdeh alınmış əşyanın əvəzində 18 ay müddətinə, hər ay 20 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı "Honor" markalı mobil telefonu Cavabdeh qızına satmış, cavabdeh alınmış əşyanın əvəzində 18 ay müddətinə, hər ay 36 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı "Samsung" markalı mobil telefonu Cavabdeh qızına satmış, cavabdeh alınmış əşyanın əvəzində 12 ay müddətinə, hər ay 22 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********* saylı alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı "Airpods Pro" markalı qulaqcığı Cavabdeh qızına satmış, cavabdeh alınmış əşyanın əvəzində 12 ay müddətinə, hər ay 63 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********* saylı alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı "Samsung A245" markalı mobil telefonu Cavabdeh qızına satmış, cavabdeh alınmış əşyanın əvəzində 12 ay müddətinə, hər ay 48 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********* saylı alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı "Samsung A055" markalı mobil telefonu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində 12 ay müddətinə, hər ay 25 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 01191154 saylı alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı Sem Set SK 233 markalı blenderi Cavabdeh qızına satmış, cavabdeh alınmış əşyanın əvəzində 12 ay müddətinə, hər ay 11 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 11 mart 2025-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, ********* saylı müqaviləyə əsasən 59,4 (əlli doqquz manat qırx qəpik) manat əsas, 89 (səksən doqquz) manat cərimə, xx.xx.2023-cü il tarixli, ********* saylı müqaviləyə əsasən 281,2 (iki yüz səksən bir manat iyirmi qəpik) manat əsas, 421 (dörd yüz iyirmi bir) manat cərimə, xx.xx.2023-cü il tarixli, ********* saylı müqaviləyə əsasən 36,9 (otuz altı manat doxsan qəpik) manat əsas, 55 (əlli beş) manat cərimə, xx.xx.2024-cü il tarixli, ********* saylı müqaviləyə əsasən 370,9 (üç yüz yetmiş manat doxsan qəpik) manat əsas, 556 (beş yüz əlli altı) manat cərimə, xx.xx.2024-cü il tarixli, ********* saylı müqaviləyə əsasən 277,5 (iki yüz yetmiş yeddi manat əlli qəpik) manat əsas, 416 (dörd yüz on altı) manat cərimə, xx.xx.2024-cü il tarixli, ********* saylı müqaviləyə əsasən 198,8 (yüz doxsan səkkiz manat səksən qəpik) manat əsas, 298 (iki yüz doxsan səkkiz) manat cərimə, xx.xx.2024-cü il tarixli, 01191154 saylı müqaviləyə əsasən 129,9 (yüz iyirmi doqquz manat doxsan qəpik) manat əsas, 194(yüz doxsan dörd) manat cərimə borcu vardır. İddiaçı tərəfindən cərimə borcuna güzəşt tətbiq olunaraq borc azaldılmışdır. İş materiallarında olan "xxxx" MMC-nin Cavabdeh ünvanladığı bildirişdən görünür ki, sonuncuya borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (cərimə öhdəliyinə münasibətdə), 467 (cərimə borcunun azaldılmasına münasibətdə) və 600.4-cü (əsas öhdəliyə münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, alıcı Cavabdeh satıcı ilə bağladığı yuxarıda qeyd olunan nisyə alqı-satqı müqavilələri üzrə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə MM-in 467-ci maddəsinə əsasən, xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə cərimə pulunu 8,9 manat məbləğində deyil, 5 (beş) manat məbləğində (əsas öhdəliyin 10%-ə qədər həddində), xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə cərimə pulunu 42,1 manat məbləğində deyil, 25 (iyirmi beş) manat məbləğində, xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə cərimə pulunu 5,5 manat məbləğində deyil, 3 (üç) manat məbləğində, xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə cərimə pulunu 55,6 məbləğində deyil, 35 (otuz beş) manat məbləğində, xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə cərimə pulunu 41,6 manat məbləğində deyil, 25 (iyirmi beş) manat məbləğində, xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə cərimə pulunu 29,8 manat məbləğində deyil, 16 (on altı) manat məbləğində, xx.xx.2024-cü il tarixli, 01191154 saylı müqavilə üzrə cərimə pulunu 19,4 manat məbləğində deyil,10 (on) manat məbləğində tutmağı məqsədə müvafiq hesab edir. Belə ki, iddia tələbində qeyd olunan məbləğlərdə cərimə pulunun tutulması əsaslı, qanuni və ədalətli hesab edilə bilməz. Cərimə pulunun aşağı məbləğdə müəyyən edilməsi bazar iqtisadiyyatının təşviq edilməsi, mövcud iqtisadi şərtlər, biznes maraqları nəzərə alınmaqla iddiaçı nöqteyinəzərdən, cərimə pulunun yuxarı məbləğdə müəyyən edilməsi cavabdeh nöqteyinəzərdən məqsədə müvafiq hesab edilmir. İddia tələbinin faktiki və hüquqi halları ilə tərəflər arasında bağlanmış nisyə alqısatqı müqavilələrinin şərtləri və MM-in 462 (cəriməyə münasibətdə), 467 (cərimə borcunun azaldılmasına münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Məhkəmə tərəfindən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı, xx.xx.2023-cü il tarixli, ********* saylı, xx.xx.2023-cü il tarixli, ********* saylı, xx.xx.2024-cü il tarixli, ********* saylı, xx.xx.2024-cü il tarixli, ********* saylı, xx.xx.2024-cü il tarixli, ********* saylı, xx.xx.2024-cü il tarixli, 01191154 saylı nisyə alqı-satqı müqavilələrinə əsasən cavabdeh qazan dəsti, “Honor” markalı mobil telefon, “Samsung” markalı mobil telefonlar, qulaqcıq, aksesuarlar, blender və s. əşyalar almış və hər bir əşya üçün müvafiq müqavilə ilə nəzərdə tutulan məbləği ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilələrin şərtləri pozularaq dövri olaraq ödənilməli olan ödənişlər ödənilməmiş və nəticədə xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 59,4 (əlli doqquz manat qırx qəpik) manat əsas, 5 (beş) manat cərimə borcu, xx.xx.2023cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 281,2 (iki yüz səksən bir manat iyirmi qəpik) manat əsas, 25 (iyirmi beş) manat cərimə borcu, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 36,9 (otuz altı manat doxsan qəpik) manat əsas, 3 (üç) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli(nisyə) alqı-satqı müqaviləsi üzrə 370,9 (üç yüz yetmiş manat doxsan qəpik) manat əsas, 35 (otuz beş) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 277,5 (iki yüz yetmiş yeddi manat əlli qəpik) manat əsas, 25 (iyirmi beş) cərimə borcu, xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 198,8 (yüz doxsan səkkiz manat səksən qəpik) manat əsas, 16 (on altı) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli, 01191154 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 129,9 (yüz iyirmi doqquz manat doxsan qəpik) manat əsas, 10(on)manat cərimə borcu, yekun olaraq yeddi müqavilə üzrə 1354,6 (min üç yüz əlli dörd manat altmış qəpik) manat əsas, 119 (yüz on doqquz) manat cərimə borcu yaranmışdır. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 35.57 (otuz beş manat əlli yeddi qəpik) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 59,4 (əlli doqquz manat qırx qəpik) manat əsas, 5 (beş) manat cərimə borcu olmaqla, ümumilikdə 64,4 (altmış dörd manat qırx qəpik) manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 281,2 (iki yüz səksən bir manat iyirmi qəpik) manat əsas, 25 (iyirmi beş) manat cərimə borcu olmaqla, ümumilikdə 306,2 (üç yüz altı manat iyirmi qəpik) manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 36,9 (otuz altı manat doxsan qəpik) manat əsas, 3 (üç) manat cərimə borcu olmaqla, ümumilikdə 39,9 (otuz doqquz manat doxsan qəpik) manat, xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli(nisyə) alqı-satqı müqaviləsi üzrə 370,9 (üç yüz yetmiş manat doxsan qəpik) manat əsas, 35 (otuz beş) manat cərimə borcu olmaqla, ümumilikdə 405,9 (dörd yüz beş manat doxsan qəpik) manat, xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə 277,5 (iki yüz yetmiş yeddi manat əlli qəpik) manat əsas, 25 (iyirmi beş) cərimə borcu olmaqla, ümumilikdə 302,5 (üç yüz iki manat əlli qəpik) manat, xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 198,8 (yüz doxsan səkkiz manat səksən qəpik) manat əsas, 16 (on altı) manat cərimə borcu olmaqla, ümumilikdə 214,8 (iki yüz on dörd manat səksən qəpik) manat, xx.xx.2024-cü il tarixli, 01191154 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 129,9 (yüz iyirmi doqquz manat doxsan qəpik) manat əsas, 10(on)manat cərimə borcu olmaqla, ümumilikdə 139,9 (yüz otuz doqquz manat doxsan qəpik) manat, yekun olaraq yeddi müqavilə üzrə 1354,6 (min üç yüz əlli dörd manat altmış qəpik) manat əsas, 119 (yüz on doqquz) manat cərimə borcu olmaqla, ümumilikdə 1473,6 (min dörd yüz yetmiş üç manat altmış qəpik) manat borc və 35.57 (otuz beş manat əlli yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 59,4 (əlli doqquz manat qırx qəpik) manat əsas, 5 (beş) manat cərimə borcu olmaqla, ümumilikdə 64,4 (altmış dörd manat qırx qəpik) manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 281,2 (iki yüz səksən bir manat iyirmi qəpik) manat əsas, 25 (iyirmi beş) manat cərimə borcu olmaqla, ümumilikdə 306,2 (üç yüz altı manat iyirmi qəpik) manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 36,9 (otuz altı manat doxsan qəpik) manat əsas, 3 (üç) manat cərimə borcu olmaqla, ümumilikdə 39,9 (otuz doqquz manat doxsan qəpik) manat, xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli(nisyə) alqı-satqı müqaviləsi üzrə 370,9 (üç yüz yetmiş manat doxsan qəpik) manat əsas, 35 (otuz beş) manat cərimə borcu olmaqla, ümumilikdə 405,9 (dörd yüz beş manat doxsan qəpik) manat, xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 277,5 (iki yüz yetmiş yeddi manat əlli qəpik) manat əsas, 25 (iyirmi beş) cərimə borcu olmaqla, ümumilikdə 302,5 (üç yüz iki manat əlli qəpik) manat, xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 198,8 (yüz doxsan səkkiz manat səksən qəpik) manat əsas, 16 (on altı) manat cərimə borcu olmaqla, ümumilikdə 214,8 (iki yüz on dörd manat səksən qəpik) manat, xx.xx.2024-cü il tarixli, 01191154 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 129,9 (yüz iyirmi doqquz manat doxsan qəpik) manat əsas, 10(on)manat cərimə borcu olmaqla, ümumilikdə 139,9 (yüz otuz doqquz manat doxsan qəpik) manat, yekun olaraq yeddi müqavilə üzrə 1354,6 (min üç yüz əlli dörd manat altmış qəpik) manat əsas, 119 (yüz on doqquz) manat cərimə borcu olmaqla, ümumilikdə 1473,6 (min dörd yüz yetmiş üç manat altmış qəpik) manat borc və 35.57 (otuz beş manat əlli yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar