Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2886/2022 27.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-ə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən itirilmiş qaz sərfiyyatı kimi xüsusi mülkiyyətində olan mənzilin **********00030 nömrəli abonent koduna 11643 m yəni 2689.75 manat yazılmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilə dair qazdan istifadə edilməsi barədə müqavilə bağlanmış və sayğac quraşdırılmışdır. Sayğac daim normal vəziyyətdə işləmiş və ödənişlər sərfiyyata uyğun 2020-ci ilə kimi (yəni yaşadığı vaxtlarda) vaxtında ödənilmişdir. Qeyd edir ki, cavabdehin əməkdaşları sayğacların əvəzlənməsi ilə bağlı gəlmişlər və qaz sayğacını sökmüşlər, yerinə isə yeni qaz sayğacı quraşdırmışlar. Sayğac sökülən zaman sayğacın elektron tablosunun işləmədiyi bildirilmişdir. O isə təxmini iki ilə yaxındır ki, mənzildə yaşamadığından yaşayış olmadığından xəbəri olmadığını bildirmişdir. Bu zaman cavabdehin əməkdaşkarı çıxıb getdilər. Quraşdırılan smartkart sayğacda isə 20m3 limit qoyulmuşdu ki, onu işlədim sonra karta pul köçürək. O isə limit bitməmiş qaz kartına pul köçürmək istədikdə pul köçürülməmiş və kart bloklandı yazılmışdı. Bunun araşdırılması üçün getmiş və ona cavabdeh orqan sayğacın elektron tablosu işləmədiyi üçün yaşamadığı və istifadə etmədiyi mənzilinin **********00030 nömrəli abonent koduna 11643 m’ yəni 2689.75 manat borc yazmışalar. Hləmin borc ödənilməsə kartın blokunun açılmasının mümkün olmadığını bildirdilər. Hesab edir ki, həmin borc əsassız olaraq hesablaraq ona yazılmışdır. Beləki, o iki ilə yaxındır ki, mənzilində yaşamır və qazdan istifadə etmir, eyni zamanda da əgər sayğacın elektron tablosu işləməsə belə sayğac smartkart olduğundan karta pul köçürməsə və sayğaca yükləməsən qaz axınının olması və istifadəsi mümkünsüdür. Belə olan halda cavabdehin hansı qaz sərfiyyatına görə yazdığı anlaşılan deyil və əsassızdır. Hətta həmin sayğac artıq 10 ildən çoxdur ki, quraşdırılmışdır və 5 (beş) il istismar müddəti vardır. Bu da onu göstərir ki, istismar müddəti bitibsə deməli o öz-özünə xarab ola bilər. Həm də ki, həmin zədələnmənin kim tərəfindən və ya necə baş verməsi araşdırılmamışdır. Bütün bunlara baxmayaraq hazırda cavabdeh əsassız olaraq mülkiyyətində olan mənzilin **********00030 nömrəli abonent koduna 11643 m3 yəni 2689.75 manat borc yazmışlar ki, onu da silmirlər və əksinə tələb edir. Bütün bu səbəblərdən də cavabdehin qanunsuz hərəkətlərinin artıq ona qarşı əsassız yazılaraq borc kimi ona ödətdirmək istdədikləri onun hüquqlarının pozulmasına səbəb olub. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, cavabdehin nümayəndəsinin məhkəmə iclasında hesablanmış borcun 2689.75 manat deyil, 1534,75 manat olduğu bildirildiyindən 1534,75 manat məbləğində hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, əvvəlki sayğac 2010-cu ildə quraşdırılmışdır. Abonent tərəfindən 2020-2022-ci illər ərzində ümumiyyətlə ödəniş olunmamışdır. Borc kub olaraq 10 qəpik və 12 qəpik hesablanıb. O sayğaca heç cür müdaxilə etmək mümkün deyil. Kart abonentə təqdim olunandan sonra elektron sayğaca nəzarət etmirlər, çünki abonent hər dəfə pul yükləyərək özü istifadə edir. Ödəniş də saldoda görsənmir. Mexaniki sayğacda qazdan nə qədər istifadə olunduğu görünürdü. 2022-ci ilin aprel ayında elektron sayğaca baxış keçirilən zaman borc aşkarlanmış və akt iddiaçının iştirakı ilə tərtib olunmuşdur. Bu borc sırf sərfiyyatdır, cərimə deyil. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və buna görə də təmin edilməlidir. Belə ki, iş materiallarında olan RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Yasamal rayonu, Abdulla Şaiq küçəsi, məhəllə 616, ev 216, 3 saylı mənzili İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1192 nömrəli reyestr kitabının 108294 nömrəli vərəqində xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Bakı şəhəri Yasamal rayonu, Abdulla Şaiq küçəsi, məhəllə 616, ev 216, 3 saylı mənzil üzrə Smart tipli 1102AQ**********8 nömrəli sayğacın elektron tablosu işləmədiyi səbəbindən Smart Zenner G4T Smart tipli sayğacla əvəz olunmuşdur. İş materiallarına əlavə edilmiş Kodu **********00030 olan İddiaçı abonentin saldosundan görünür ki, Bakı şəhəri Yasamal rayonu, Abdulla Şaiq küçəsi, məhəllə 616, ev 216, 3 saylı mənzil üzrə 2022-ci il üzrə 1534,75 (bir min beş yüz otuz dörd manat yetmiş beş qəpik) manat ödənilməmiş borcu vardır. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının mənzilinə 25 avqust 2018-ci il tarixdə Smart tipli sayğac quraşdırılmışdır. Daha sonra həmin ünvanda elektron tablosu işləmədiyi səbəbindən qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Məhkəməyə sübut kimi təqdim olunmuş abonent saldosundan görünür ki, iddiaçının mənzilinə 1534,75 (bir min beş yüz otuz dörd manat yetmiş beş qəpik) manat borc hesablanmışdır. Məhkəməyə həmin borcun 2022-ci il ərzində hansı müddətdə və hansı əsaslarla yarandığına dair mötəbər sübutlar təqdim olunmamışdır. Ona görə də məhkəmə hesablanmış borcu əsassız hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Məhkəmə qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur, qanunun tələbinə görə istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi təbii qaza görə haqq tələb edilə bilməz. İddiaçının sayğac üzrə heç bir borcu olmamışdır, çünki, qazdan istifadə smart kart vasitəsilədir. Hesabda pul olmayanda qazın verilməsini avtomatik olaraq sayğac özü dayandırır. İstifadə etmədiyi təbii qaza görə cavabdehin qanunsuz hesabladığı borc məbləği istehlakçı kimi iddiaçının abunə kodundan silinməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 2 ünvanı üzrə **********00030 nömrəli abonent koduna hesablanmış 1534,75 (bir min beş yüz otuz dörd manat yetmiş beş qəpik) manat məbləğində borc silinsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-2886/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2886/2022
27.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver