Məhkəmə qərarları › İş №e-2(004)-2887/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2887/2022

13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2887/2022 13.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavadbeh Cavabdeh İddiaçı xeyrinə ECK5638915 saylı müqavilə üzrə 1932 manat əsas borc, 580 manat faiz borcu və 46 manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə 2558 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhərində yerləşən “Soliton” mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında 20 mart 2019-cu il tarixində alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh 20 mart 2019-cu il tarixli ECK5638915 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 2116 manat olan 1 ədəd “Samsung” markalı televizor və 1 ədəd “Grundig HS Grillcaps” almış, ilkin ödəniş olaraq 100 manat ödəniş etmiş, nəticədə 2016 manat borc yaranmışdır. Cavabdeh tərəfindən 20 mart 2019-cu il tarixli ECK5638915 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 84 manat ödəniş edilmişdir. Bugünədək cavabdehə etdikləri yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımi qaydada icra edilməmiş və alqı-satqı qiyməti ümumi 2116 manat olan 1 ədəd “Samsung” markalı televizor və 1 ədəd “Grundig HS Grillcaps” üçün ümumilikdə 1932 manat ödənilməmiş hissə, 580 manat faiz borcu yaranmışdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 445, 468, 600-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Belə ki, Cavabdeh (alıcı) İddiaçı (satıcı) ilə bağladığı 20 mart 2019-cu il tarixli ******* saylı alqı-satqı müaviləsinə əsasən, 1 ədəd “Samsung” markalı televizor və 1 ədəd “Grundig HS Grillcaps” almış və nəticədə 2512 manat borc yaranmışdır və borclu müqavilə üzrə öhdəliklərinin icrasını gecikdirir, ödəniş cədvəlində nəzərdə tutulan vaxt və qaydaya əməl etmir. 20 mart 2019-cu il tarixli ******* saylı müqaviləyə əsasən alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1 faizi həcmində satıcının xeyrinə cərimə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh 20 mart 2019-cu il tarixli, ECK5638915 saylı müqavilə üzrə 1932 (min doqquz yüz otuz iki manat) əsas, 580 (beş yüz səksən) manat faiz borcu olmaqla, cəmi 2512 (iki min beş yüz on iki) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 46 (qırx altı) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin iddianın 46 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ İddia ərizəsi təmin edilsin. Cavabdeh 20 mart 2019-cu il tarixli, ECK5638915 saylı müqavilə üzrə 1932 (min doqquz yüz otuz iki manat) əsas, 580 (beş yüz səksən) manat faiz borcu olmaqla, cəmi 2512 (iki min beş yüz on iki) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 46 (qırx altı) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar