Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2888/2023 26.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, Ərizəçi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi İddiaçı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə (maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayəçilik Komissiyası) mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2003-cü il tarixdə anadan olmuş X3 və xx.xx.2003-cü il tarixdə anadan olmuş X9 fəaliyyət qabiliyyəti olmayan şəxslər hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, əkiz övladları X6 və X11 xx.xx.2003cü il tarixdə anadan olmuşdur. X1 "Qeyri-üzvi mənşəli enkoprez, sidik və nəcis saxlamır. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Çox ağır əqli gerilik, ciddi davranış pozuntuları ilə. Kənər şəxsin daima qulluq və müalicəsinə ehtiyacı var” diaqnozu qoyulmuşdur. X4 isə “F71.1 Orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə. Nitqin ləngiməsi. Kənar şəxslərin qulluq və köməyinə ehtiyacı var” diaqnozu qoyulmuşdur. Hər iki övladı müddətsiz birinci qrup əlildir. Onlar hal-hazırda onunla birgə yaşayır. Sərbəst şəkildə özlərini idarə edə bilmirlər və mütəmadi qulluğa ehtiyacları vardır. Bu səbəbdən də onların fəaliyyət qabiliyyəti olmayan hesab edilmələrinə zərurət var. Məhkəmə iclasında ərizəçi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ərizəsinin məzmununa uyğun izahat verərək, X6 və X9 fəaliyyət qabiliyyəti olmayan şəxslər hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan: AZ-İ seriya və 440014 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2003-cü il tarixdə Yevlax rayonunda doğulmuşdur. X2, anası İddiaçıdır. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2004-cü il tarixdə 136 nömrə ilə qeyd edilmişdir. AZ-İ seriya və 440013 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2003-cü il tarixdə Yevlax rayonunda doğulmuşdur. X2, anası İddiaçıdır. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2004-cü il tarixdə 135 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası ƏƏSMN-nin xx.xx.2023-cü il tarixli Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışın surətindən görünür ki, xx.xx.2003-cü il təvəllüdlü X10 “F71.1 Orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə. Nitqin ləngiməsi. Kənar şəxslərin qulluq və köməyinə ehtiyacı var” diaqnozu ilə müddətsiz olaraq birinci dərəcəli əlillik verilmişdir. Azərbaycan Respublikası ƏƏSMN-nin xx.xx.2023-cü il tarixli Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışın surətindən görünür ki, xx.xx.2003-cü il təvəllüdlü X5 "Qeyri-üzvi mənşəli enkoprez, sidik və nəcis saxlamır. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Çox ağır əqli gerilik, ciddi davranış pozuntuları ilə. Kənər şəxsin daima qulluq və müalicəsinə ehtiyacı var” diaqnozu ilə müddətsiz olaraq birinci dərəcəli əlillik verilmişdir. "xxxx" MMMC-nin xx.xx.2023-cü il tarixli, 87 nömrəli arayışının surətindən görünür ki, X6 həqiqətən də Yasamal rayonu, H.Zərdabi küçəsi, 3153-cü məhəllədə 7 saylı binanın 3cü girişinin 6-ci mərtəbəsindəki 141 saylı mənzildə qeydiyyatsız yaşayır. "xxxx" MMMC-nin xx.xx.2023-cü il tarixli, 88 nömrəli arayışının surətindən görünür ki, X11 həqiqətən də Yasamal rayonu, H.Zərdabi küçəsi, 3153-cü məhəllədə 7 saylı binanın 3-cü girişinin 6-ci mərtəbəsindəki 141 saylı mənzildə qeydiyyatsız yaşayır. "xxxx" MMMC-nin xx.xx.2023-cü il tarixli, 86 nömrəli arayışının surətindən görünür ki, İddiaçı həqiqətən də Yasamal rayonu, H.Zərdabi küçəsi, 3153-cü məhəllədə 7 saylı binanın 3-cü girişinin 6-ci mərtəbəsindəki 141 saylı mənzildə qeydiyyatsız yaşayır. İş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının 2202 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, xx.xx.2003-cü il təvəllüdlü X11 psixi vəziyyətinə görə öz hərəkətlərini dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. X9 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. İş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının 2204 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, xx.xx.2003-cü il təvəllüdlü X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də, X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, ərizəçi İddiaçı X6 və X9 anası olduğundan, onların fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, X6 və X9 öz psixi vəziyyətlərinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadıqları ərizəçinin nümayəndəsi və vəkilinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyləri ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X6 və X9 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X6 və X11 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305-306, 317-322 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2003-cü il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan X6 və xx.xx.2003-cü il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan X11 fəaliyyət qabiliyyəti olmayan şəxslər hesab edilsinlər. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-2888/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2888/2023
26.09.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver