Məhkəmə qərarları › İş №e-2(004)-2894/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2894/2025

16.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2894/2025 16.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh Bəydəmir qızına qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh Bəydəmir qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixinə yaranmış xx.xx.2024-ci il tarixli ********* nömrəli Müddətli (Nisyə) alğı-satqı müqaviləsi üzrə 86,4 (səksən altı manat qırx qəpik) manat əsas 12.9 (on iki manat doxsan qəpik) manat cərimə ümumilikdə 99,3 (doxsan doqquz manat otuz qəpik) manat borcun, xx.xx.2024-cü il tarixli ********* nömrəli Müddətli (Nisyə) alğı-satqı müqaviləsi üzrə 512,9 (beş yüz on iki manat doxsan qəpik) manat əsas və 76,9 (yetmiş altı manat doxsan qəpik) manat cərimə, cəmi 589,8 (beş yüz səksən doqquz manat səksən qəpik) manat borc, ümumilikdə iki müqavilə üzrə 599,3 (beş yüz doxsan doqquz manat otuz qəpik) manat əsas, 89,8 (səksən doqquz manat səksən qəpik) manat cərimə, 689,1 (altı yüz səksən doqquz manat on qəpik) manat cəmi borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh Bəydəmir qızından tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh Bəydəmir qızı arasında bağlanmış xx.xx.2024-ci il tarixli ********* müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı X2 Choise Watch (BOT-WB01) Black (5504AAMB244H0413) adlı məhsula görə 12 ay ödəniş cədvəli üzrə hər ay 14 manat olmaqla, cəmi 159,99 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2024-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilə üzrə ümumi ödənilən məbləğ 73,5 manat və son ödənişi xx.xx.2025-ci il tarixdə 3 manat olmuşdur və cəmi qalıq qalmış 86,4 manat borcu qaytarmamışdır. "xxxx" MMC ilə Cavabdeh Bəydəmir qızı arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* nömrəli Müddətli (Nisyə) alğı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı SAMSUNG A245 LİGHT GREEN 128GB (**********12774/**********12771), Hİ-Fİ X1 Earburds X5 Lite (LST-ME00) White (5504AANY242KH565) adlı məhsullara görə 12 ay ödəniş cədvəli üzrə hər ay 47 manat olmaqla, cəmi 559,98 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2024-cü il tarixli ********* nömrəli Müddətli (Nisyə) alğı-satqı müqaviləsi üzrə ümumilikdə ödənilən məbləğ 47 manat və son ödənişi xx.xx.2025-ci il tarixində 10 manat olmuşdur və cəmi qalıq qalmış 512,9 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqavilələrinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu xx.xx.2024-ci il tarixli ********* nömrəli müqavilə üzrə cəmi 129 manat və xx.xx.2024-cü il tarixli ********* nömrəli müqavilə üzrə cəmi 769 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 129 və 769 manat təşkil ediyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğlərinin 90%-i güzəşt edilmişdir. Beləliklə, cavabdehin xx.xx.2025-ci il tarixədək "xxxx" MMC-yə olan borcu xx.xx.2024-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə və xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 599,3 manat əsas, 89,8 manat cərimə, cəmi 689,1 manat təşkil etmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərpoçt vasitəsi ilə bildiriş göndərilsə də, həmin bildiriş «bu ünvanda yaşamır» qeyd ilə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh Bəydəmir qızı arasında bağlanmış xx.xx.2024-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi və müqaviləyə 1 saylı əlavəyə əsasən, İddiaçı MMC X2 Choise Watch (BOT-WB01) Black (5504AAMB244H0413) adlı məhsulu alıcıya verməyi, alıcı isə 159,99 manat məbləğində pulu hər ay 14 manat olmaqla 12 ay ərzində ödəməyi və xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi və müqaviləyə 1 saylı əlavəyə əsasən, SAMSUNG A245 LİGHT GREEN 128GB (**********12774/**********12771), Hİ-Fİ X1 Earburds X5 Lite (LST-ME00) White (5504AANY242KH565) adlı məhsulu alıcıya verməyi, alıcı isə 559,98 manat məbləğində pulu hər ay 47 manat olmaqla 12 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: Kreditin alınması üçün ərizə-anketdən görünür ki, Cavabdeh Bəydəmir qızı kreditlə mal alınması üçün "xxxx" MMC-yə müraciət etmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-ci il tarixli, ********* saylı müqaviləyə əsasən, Cavabdeh Bəydəmir qızının 86,4 manat əsas, 129 manat cərimə borcu olmaqla, cəmi 215,4 manat məbləğində və xx.xx.2024-ci il tarixli, ********* saylı müqaviləyə əsasən, 512,9 manat əsas, 769 manat cərimə borcu olmaqla, cəmi 1281,9 manat borcu vardır. İddiaçı MMC-nin Cavabdeh Bəydəmir qızına ünvanladığı xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubu ilə müəyyən olunur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli “Hökümət ödəniş portalı” və ya “Asanpay” vasitəsilə ödənilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Məcəllənin (bundan sonra - MM) 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddianın cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 76,9 manat cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 15 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Bəydəmir qızından xx.xx.2024-ci il tarixli ********* nömrəli Müddətli (Nisyə) alğı-satqı müqaviləsi üzrə 86,4 (səksən altı manat qırx qəpik) manat əsas borc, 12.9 (on iki manat doxsan qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli ********* nömrəli Müddətli (Nisyə) alğı-satqı müqaviləsi üzrə 512,9 (beş yüz on iki manat doxsan qəpik) manat əsas və 15 (on beş) manat cərimə olmaqla, ümumilikdə iki müqavilə üzrə 627,2 (altı yüz iyirmi yeddi manat iyirmi qəpik) manat cəmi borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Bəydəmir qızından xx.xx.2024-ci il tarixli ********* nömrəli müqavilə üzrə 86,4 (səksən altı manat qırx qəpik) manat əsas borc, 12.9 (on iki manat doxsan qəpik) manat cərimə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 512,9 (beş yüz on iki manat doxsan qəpik) manat əsas və 15 (on beş) manat cərimə olmaqla, ümumilikdə iki müqavilə üzrə 627,2 (altı yüz iyirmi yeddi manat iyirmi qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar