Məhkəmə qərarları › İş №e-2(004)-2896/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2896/2024

07.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2896/2024 07.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********41589 SAMSUNG GALAXY A52 markalı telefon üçün 171,21 (yüz yetmiş bir manat iyirmi bir qəpik) manat ödənilməmiş hissə, 17,79 (on yeddi manat yetmiş doqquz qəpik) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********05329 İPHONE 11 markalı telefon üçün, 541 (beş yüz qırx bir) manat ödənilməmiş hissə, 54 (əlli dörd) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********22099 İPHONE 11 markalı telefon üçün 1733,78 (min yeddi üyz otuz üç manat yetmiş səkkiz qəpik) manat ödənilməmiş hissə, 173,22 (yüz yetiş üç manat iyirmi iki qəpik) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, PALTARYUYAN TOSHİBA üçün 995,89 (doqquz yüz doxsan beş manat səksən doqquz qəpik) manat ödənilməmiş hissə, 99,11(doxsan doqquz manat on bir qəpik) manat cərimə, ümumilikdə 3786 manat borc və 57,86 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə tərəfindən rəsmi qaydada qeydiyyatda olduğu ünvan üzrə və eləcə də, qeydiyyatda olduğu ünvan üzrə mənzil kommunal təsərrüfatı birliyi vasitəsi ilə bildiriş göndərilmişdir. Məhkəmə iş materillarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 1028,34 (bir min iyirmi səkkiz manat 34 qəpik) manata İMEİ kodu **********41589 SAMSUNG GALAXY A52 markalı telefon nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 57,13 manat ödəmək şərti ilə 18 ay müddətinə (ilkin ödəniş 0 manat olmaqla) ödəməyi öz üzərinə götürmüşdür. Eyni zamanda Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 1954,80 (bir min doqquz yüz əlli dörd manat 80 qəpik) manata İMEİ kodu **********05329 İPHONE 11 markalı telefon nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 108,60 manat ödəmək şərti ilə 18 ay müddətinə (ilkin ödəniş 0 manat olmaqla) ödəməyi öz üzərinə götürmüşdür. Eyni zamanda Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 2401,92 (iki min dörd yüz bir manat 92 qəpik) manata İMEİ kodu **********22099 İPHONE 11 markalı telefon nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 133,44 manat ödəmək şərti ilə 18 ay müddətinə (ilkin ödəniş 0 manat olmaqla) ödəməyi öz üzərinə götürmüşdür. Eyni zamanda həmin müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 1380,06 (bir min üç yüz səksən manat 06 qəpik) manata PALTARYUYAN TOSHİBA nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 76,67 manat ödəmək şərti ilə 18 ay müddətinə (ilkin ödəniş 0 manat olmaqla) ödəməyi öz üzərinə götürmüşdür. Cavabdehin müqavilələr üzrə cəmi ödədiyi məbləğ 3323,24 manat təşkil edir. Cavabdehə borcun ödənilməsinə dair dəfələrlə şifahi xəbərdarlıq edilmiş, həmçinin poçt vasitəsi ilə ona rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdeh xəbərdarlıqlara məhəl qoymaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 567, 600.1, 601.1, 404.1, 386.1, 385.1, 600.4, 442, 445.1 və 462.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 171,21 (yüz yetmiş bir manat iyirmi bir qəpik) manat ödənilməmiş hissə, 17,79 (on yeddi manat yetmiş doqquz qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 541 (beş yüz qırx bir) manat ödənilməmiş hissə, 54 (əlli dörd) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********22099 İPHONE 11 markalı telefon üçün 1733,78 (min yeddi üyz otuz üç manat yetmiş səkkiz qəpik) manat ödənilməmiş hissə, 173,22 (yüz yetiş üç manat iyirmi iki qəpik) manat cərimə, PALTARYUYAN TOSHİBA üçün 995,89 (doqquz yüz doxsan beş manat səksən doqquz qəpik) manat ödənilməmiş hissə, 99,11 (doxsan doqquz manat on bir qəpik) manat cərimə, cəmi 3786 (üç min yeddi yüz səksən altı) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 57,86 (əlli yeddi manat 86 qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 171,21 (yüz yetmiş bir manat iyirmi bir qəpik) manat ödənilməmiş hissə, 17,79 (on yeddi manat yetmiş doqquz qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 541 (beş yüz qırx bir) manat ödənilməmiş hissə, 54 (əlli dörd) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********22099 İPHONE 11 markalı telefon üçün 1733,78 (min yeddi üyz otuz üç manat yetmiş səkkiz qəpik) manat ödənilməmiş hissə, 173,22 (yüz yetiş üç manat iyirmi iki qəpik) manat cərimə, PALTARYUYAN TOSHİBA üçün 995,89 (doqquz yüz doxsan beş manat səksən doqquz qəpik) manat ödənilməmiş hissə, 99,11 (doxsan doqquz manat on bir qəpik) manat cərimə, cəmi 3786 (üç min yeddi yüz səksən altı) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İş üzrə ödənilmiş 57,86 (əlli yeddi manat 86 qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar