Məhkəmə qərarları › İş №e-2(004)-2904/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-2904/2023

07.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-2904/2023 07.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı cavabdehin üzərinə müqavilə öhdəliklərinin yerinə yetirilməsi vəzifəsinin qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK-nin üzərinə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanındakı yaşayış kompleksində 4-cü bina, 11-ci mərtəbədə yerləşən 4 otaqlı 59 saylı mənzilində xx.xx.2015-ci il tarixli B04/482 nömrəli müqavilə üzrə “Mənzilin ilkin təmiri hədiyyə” məhsulu üzrə 8 adda ilkin təmir-quraşdırma işlərinin həyata keçirilməsi və ödənilmiş 300 manat mütəxəssis rəyinin alınması üçün xidmət haqqı, 120 manat hüquqi yardım göstərilməsinə görə ödənilmiş haqq və məhəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumu olmaqla, ümumilikdə 520 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" (əslində Cavabdeh) MTK (Grand Hayat MTK) arasında xx.xx.2015-ci il tarixli B04/482 nömrəli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanındakı yaşayış kompleksində 4-cü bina, 11-ci mərtəbədə yerləşən 4 otaqlı 59 saylı mənzil İddiaçı satılmışdır. Həmin müqavilənin 12-ci vərəqində olan Əlavəsinə görə, İddiaçı müqavilədə nəzərdə tutulan işlərdən əlavə "xxxx" MTK (İcraçı) tərəfindən təqdim olunan “Mənzilin ilkin təmiri hədiyyə” məhsulu üzrə 8 adda ilkin təmirquraşdırma işlərinin görülməsi nəzərdə tutulmuşdur. İddiaçı müqavilənin şərtlərində tikinti işlərinin başa çatıb sifarişçiyə təhvil veriləcəyi müddət konkret göstərilməsə də, iddiaçı kifayət qədər ağlabatan müddət gözləmiş, lakin tikinti işləri 4 ildən yuxarı müddət ərzində başa çatmadığından, yaşayışını təmin etmək üçün digər yaşayış sahəsi almaq məcburiyyətində qalaraq, əlavə maddi xərclərə düşmüşdür. Təxminən 2021-ci ilin ortalarında cavabdeh tərəfindən iddiaçıya cavabdehin məktubu təqdim edilmiş və həmin məktubda cavabdeh, guya binanın 2018-ci ildən istifadəyə verildiyini göstərərək, “Mənzilin ilkin təmiri hədiyyə” məhsulu üzrə işlərin həyata keçirilməsi üçün ilkin təmir işlərinin həyata keçirilməsini iddiaçıdan tələb etmişdir. Cavabdeh ilkin təmir işlərinin onlar tərəfindən hədiyyə olunduğunu bildirsə də, iddiaçıdan əsassız olaraq müqavilədə nəzərdə tutulmayan kondisioner, kombi və santexnika işlərinin xəttlərinin çəkilməsi tələb edilmişdir. İddiaçı cavabdehə tikinti işlərini gec başa çatdırdığından, yaşayışını təmin etmək üçün əlavə mənzil almalı olduğunu və bu səbəbdən gözlənilməz maddi xərclərlə qarşlaşdığını bildirdikdən sonra, iddiaçıya mənzili təhvil almağını və mənzili təhvil aldıqdan sonra, bir neçə ay ərzində “Mənzilin ilkin təmiri hədiyyə” məhsulu üzrə 8 adda ilkin təmir-quraşdırma işlərinin həyata keçiriləcəyi bildirilmişdir. xx.xx.2022-ci il tarixdə mənzil təmirsiz vəziyyətdə iddiaçıya təhvil verildikdən 2 ay sonra, o, cavabdehdən “Mənzilin ilkin təmiri hədiyyə” məhsulu üzrə 8 adda ilkin təmirquraşdırma işlərinin həyata keçirilməsini tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə bunlardan yayınmağa başlamışdır. İddiaçının bununla bağlı cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli müraciətləri cavabdeh tərəfindən qəbul edilsə də, hər-hansı bir rəsmi cavab verilməmiş, yalnız şifahi söhbətlər aparılaraq, hazırda həmin işləri həyata keçirən işçilərinin olmadığını əsas gətirib, qeyd olunan işlərin görülməsi üçün şifahi şəkildə ilkin olaraq 5438,60 manat, daha sonra isə hər kvadrat metri üçün 75 manat olmaqla ümumlikdə 11250 manat təklif etmişdir. Lakin iddiaçının nümayəndəsi “Mənzilin ilkin təmiri hədiyyə” məhsulu üzrə 8 adda ilkin təmirquraşdırma işlərinin həyata keçirilməsi üçün tələb olunan məbləğin müəyyən edilməsi üçün "xxxx" MMC ilə müqavilə bağlanmış və verilmiş mütəxəssis rəyi ilə həmin işlərin görülməsi üçün 23093 manat xərc tələb olunduğu göstərilmişdir. Mütəxəssis rəyinin alınması üçün iddiaçı tərəfindən 300 manat ödəniş edilmişdir. Qeyd olunan mütəxəssis rəyi iddiaçı tərəfindən cavabdehə təqdim edilsə də, sonuncu həmin məbləğlə razılaşmadığından, ona “Mənzilin ilkin təmiri hədiyyə” məhsulu üzrə 8 adda ilkin təmirquraşdırma işlərinin özü tərəfindən həyata keçirilməsi təklif olunsa da, müsbət nəticə əldə edilməmişdir. Cavabdeh tərəfindən öz öhdəliklərinin ağlabatan müddətdə icra edilməməsi ilə əlaqədar iddiaçı əlavə xərclərlə qarşılaşmış, hazırda iddiaçı mənzili təmir etdirmək istəyində olsa da, materialların və xidmət haqqının qiymətinin artması zəminində yaranmış fərqə görə iddiaçı əlavə məsrəflərə düçar olmuşdur. Bundan başqa, iddiaçı mənzilindən istifadə edə bilməməsinə baxmayaraq, ona artıq xx.xx.2022-ci il tarixdən hər ay kommunal xərclər hesablanır. xx.xx.2023-cü il tarixdə iddiaçı və cavabdeh məhkəməyə birgə ərizə ünvanlayaraq, mübahisə predmeti barəsində barışıq sazişi bağladıqlarını bildirərək, barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İddiaçı ilə cavabdeh "xxxx" MTK arasında 23 iyun 2023-cü il tarixdə aşağıdakı məzmunda barışıq sazişi bağlanmışdır: “Bir tərəfdən iddiaçı qismində çıxış edən İddiaçı nümayəndəsi Nümayəndə1, digər tərəfdən cavabdeh qismində çıxış edən Cavabdeh direktoru X1, "müqavilə öhdəliyinin icra edilməsi və pul tələbi barədə" iddia ərizəsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iş üzrə (iş N° 2(004)2904/2023) aşağıdakı şərtlər əsasında bu Sazişi bağladılar:

1. İddiaçı Cavabdehnə qarşı Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanındakı yaşayış kompleksində 4-cü bina, 11-ci mərtəbədə yerləşən 4 otaqlı 59 saylı mənzilində xx.xx.2015-ci il tarixli B04/482 nömrəli müqavilə üzrə "Mənzilin ilkin təmiri hədiyyə" məhsulu üzrə 8 adda ilkin təmir-quraşdırma işlərinin həyata keçirilməsi və ödənilmiş 300 manat mütəxəssis rəyinin alınması üçün xidmət haqqının, 120 manat hüquqi yardım göstərilməsinə görə ödənilmiş haqqın və məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumunun, ümumilikdə 520 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia tələblərindən imtina edir.

2. Cavabdeh 15.000 (on beş min) manat məbləğində pulu məhkəmənin barışıq sazişinin təsdiqi barədə qərardadı qəbul edildikdən sonra 3 iş günü ərzində İddiaçı ödəməyi öhdəsinə götürür.

3. Tərəflər bu Sazişi imzalamaqla bildirir ki, Sazişin bütün bəndləri icra olunduqdan sonra Saziş imzalanan ana aralarında olan bütün münasibətlər üzrə bir-birlərinə qarşı maliyyə iddiası daxil olmaqla, bununla məhdudlaşmadan digər hər-hansı bir tələb və iddiaları yoxdur və olmayacaqdır.

4. Sazişin bütün bəndləri konfidensialdır. Tərəflər konfidensial məlumatı gizlin və məxfi saxlamalı və saxlanılması üçün zəruri tədbirlər görməli, onu üçüncü şəxslərə ötürməməli, onu yaymamalıdır. Tərəflər konfidensial məlumatdan yalnız Sazişin icrası məqsədi ilə və bu funksiyaların və öhdəliklərin icrası üçün zəruri olan qədər istifadə edə bilər. Bu Saziş Azərbaycan dilində, 1 (bir) vərəqdə, 3 (üç) nüsxədə tərtib olunmuşdur, nüsxələr eyni hüquqi qüvvəyə malikdir, tərəflərin imzaladığı və məhkəmənin qərardadla təsdiq etdiyi andan qüvvəyə minir, nüsxələrdən biri iddiaçıda, biri cavabdehdə, biri isə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində iş materiallarında saxlanılır. TƏRƏFLƏR:İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh direktoru Nümayəndə2.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir. (maddə 881.3) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, tərəflər barışıq sazişi bağladıqlarından, barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin saziş məhkəmə tərəfindən təsdiq edilməli və mülki işin icraatına xitam verilməlidir. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 261, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq

QƏRARA ALDİ:

İddiaçı ilə Cavabdeh arasında 23 iyun 2023-cü il tarixdə bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin: “Bir tərəfdən iddiaçı qismində çıxış edən İddiaçı nümayəndəsi Nümayəndə1, digər tərəfdən cavabdeh qismində çıxış edən Cavabdeh direktoru X1, "müqavilə öhdəliyinin icra edilməsi və pul tələbi barədə" iddia ərizəsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iş üzrə (iş N° 2(004)2904/2023) aşağıdakı şərtlər əsasında bu Sazişi bağladılar:

1. İddiaçı Cavabdehnə qarşı Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanındakı yaşayış kompleksində 4-cü bina, 11-ci mərtəbədə yerləşən 4 otaqlı 59 saylı mənzilində xx.xx.2015-ci il tarixli B04/482 nömrəli müqavilə üzrə "Mənzilin ilkin təmiri hədiyyə" məhsulu üzrə 8 adda ilkin təmir-quraşdırma işlərinin həyata keçirilməsi və ödənilmiş 300 manat mütəxəssis rəyinin alınması üçün xidmət haqqının, 120 manat hüquqi yardım göstərilməsinə görə ödənilmiş haqqın və məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumunun, ümumilikdə 520 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia tələblərindən imtina edir.

2. Cavabdeh 15.000 (on beş min) manat məbləğində pulu məhkəmənin barışıq sazişinin təsdiqi barədə qərardadı qəbul edildikdən sonra 3 iş günü ərzində İddiaçı ödəməyi öhdəsinə götürür.

3. Tərəflər bu Sazişi imzalamaqla bildirir ki, Sazişin bütün bəndləri icra olunduqdan sonra Saziş imzalanan ana aralarında olan bütün münasibətlər üzrə bir-birlərinə qarşı maliyyə iddiası daxil olmaqla, bununla məhdudlaşmadan digər hər-hansı bir tələb və iddiaları yoxdur və olmayacaqdır.

4. Sazişin bütün bəndləri konfidensialdır. Tərəflər konfidensial məlumatı gizlin və məxfi saxlamalı və saxlanılması üçün zəruri tədbirlər görməli, onu üçüncü şəxslərə ötürməməli, onu yaymamalıdır. Tərəflər konfidensial məlumatdan yalnız Sazişin icrası məqsədi ilə və bu funksiyaların və öhdəliklərin icrası üçün zəruri olan qədər istifadə edə bilər. Bu Saziş Azərbaycan dilində, 1 (bir) vərəqdə, 3 (üç) nüsxədə tərtib olunmuşdur, nüsxələr eyni hüquqi qüvvəyə malikdir, tərəflərin imzaladığı və məhkəmənin qərardadla təsdiq etdiyi andan qüvvəyə minir, nüsxələrdən biri iddiaçıda, biri cavabdehdə, biri isə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində iş materiallarında saxlanılır. TƏRƏFLƏR: İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh direktoru Nümayəndə2.” Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər.

Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar