Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2918/2022 17.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, İddiaçı (“ERA Electronics”-in) Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (“ERA Electronics”) Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı (“ERA Electronics”-in) xeyrinə 288 (AZN) Azərbaycan manatı əsas, 30 (AZN) Azərbaycan manatı cərimə borcu və 124 (AZN) Azərbaycan manatı əsas, 10 (AZN) Azərbaycan manatı cərimə borcu olmaqla ümumilikdə 452 (AZN) Azərbaycan manatı məbləğində borcun və 30 (AZN) məbləgində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 482 (AZN) Azərbaycan manatı məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. İş materiallarında olan İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2019-ci il tarixli, 18854 saylı müqaviləyə əsasən müəyyən olunur ki, satıcı Müqavilə əsasında məişət və texniki avadanlıqları (bundan sonra “Mal” adlandırılacaq) Alıcıya satır və Alıcı öz növbəsində, 18 ay müddətində, sonuncu ay 42,00 olmaqla, hər ay 41,00 manat olmaqla, ümumilikdə 739,00 manat məbləği ödəniş etməyi öz öhdəsinə götürmüşdüR. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Borclu, Cavabdeh xx.xx.2019-cu il tarixli 18854 saylı müqaviləsinə əsasən hissəhissə ödəmək şərtilə 739 AZN dəyərində Mal almışdır. Borclu həmin müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 41 AZN olmaqla, ümumilikdə 451 AZN ödəniş etmişdir. Hal-hazırda borclunun həmən müqavilə üzrə 288 AZN əsas borcu və 30 AZN cərimə borcu olmaqla, ümumilikdə 318 AZN borcu qalmışdır. İş materiallarında olan İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 21077 saylı müqaviləyə əsasən müəyyən olunur ki, satıcı Müqavilə əsasında məişət və texniki avadanlıqları (bundan sonra “Mal” adlandırılacaq) Alıcıya satır və Alıcı öz növbəsində, 12 ay müddətində, sonuncu ay 24,00 olmaqla, hər ay 25,00 manat olmaqla, ümumilikdə 299,00 manat məbləği ödəniş etməyi öz öhdəsinə götürmüşdü. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Borclu, Cavabdeh xx.xx.2020-ci il tarixli, 21077 saylı müqaviləsinə əsasən hissəhissə ödəmək şərtilə 299 AZN dəyərində Mal almışdır. Borclu həmin müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 25 AZN olmaqla, ümumilikdə 175 AZN ödəniş etmişdir. Hal-hazırda borclunun həmən müqavilə üzrə 124 AZN əsas borcu və 10 AZN cərimə borcu olmaqla, ümumilikdə 134 AZN borcu qalmışdır. İş materiallarında olan İddiaçı Cavabdeh ünvanladığı xx.xx.2021-ci il tarixli pretenziya məktubuna əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2019-ci il tarixli, 18854 saylı saylı müqaviləyə əsasən, 288 (AZN) Azərbaycan manatı məbləğində əsas, 30 (AZN) Azərbaycan manatı cərimə borcu, xx.xx.2020-ci il tarixli, 21077 saylı müqaviləyə əsasən isə 124 (AZN) Azərbaycan manatı məbləğində əsas borc, 10 (AZN) Azərbaycan manatı cərimə borcu və 30 (AZN) Azərbaycan manatı məbləğində ödənilmiş dövlət rüsumu, ümumilikdə 482 (AZN) Azərbaycan manatı məbləğində pul alınaraq İddiaçı (“ERA Electronics”-ə) ödənilməlidir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdeh öz öhdəliklərini yerinə yetirməyərək borcunu tam ödəməmişdir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alq0ı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı (“ERA Electronics”-in) xeyrinə 288 (AZN) Azərbaycan manatı əsas, 30 (AZN) Azərbaycan manatı cərimə borcu və 124 (AZN) Azərbaycan manatı əsas, 10 (AZN) Azərbaycan manatı cərimə borcu olmaqla ümumilikdə 452 (AZN) Azərbaycan manatı məbləğində borcun və 30 (AZN) məbləgində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 482 (AZN) Azərbaycan manatı məbləğində pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №e-2(004)-2918/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2918/2022
17.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver