Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2919/2022 06.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə İddiaçı (“ERA Electronics”) Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (“ERA Electronics”) Cavabdeh qarşı “pul tələbinə” dair dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı (“ERA Electronics”-in) xeyrinə 210 (iki yüz on) manat əsas və 20 (iyirmi) manat cərimə borcu və 325 (üç yüz iyirmi beş) manat əsas və 30 (otuz) manat cərimə olmaqla, cəmi 585 (beş yüz səksən beş) manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 615 (altı yüz on beş) manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı (“ERA Electronics”) ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı (“ERA Electronics”) kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdehilə İddiaçı (VÖEN:**********02) “ERA Electronics” mağazası arasında imzalanmış 26.12.2019 -ci il tarixli, 20294 saylı müqaviləsinə əsasən borclu “ERA Electronics”-dən kreditlə 489 (dörd yüz səksən doqquz) manat məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 37 (otuz yeddi) manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 13 ay müddətində ödəməyi 09.02.2020-ci il tarixli, 20959 saylı müqaviləsinə əsasən borclu “ERA Electronics”-dən kreditlə 489 (dörd yüz səksən doqquz) manat məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 41 (qırx bir) manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Borclu ödəməli olduğu borcu ödəməkdən yayınmış və beləliklə “ERA Electronics”arasında bağlamış olduğu 26.12.2019-cu il tarixli, 20294 saylı və 09.02.2020-ci il tarixli, 20959 saylımüqavilələrin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Borclunun “ERA Electronics”-ə olan borcunun ödənilməsi barədə onlara dəfələrlə şifahi və bir dəfə də rəsmi xədərdarlıq edilməsinə baxmayaraq o “ERAElectronics”-ə olan borcunu 02 ilə yaxın müddətdir ki ödəməmişdir. Borclu sonuncu dəfə 30.07.2020 -cu il tarixdə 169 (yüz altmiş doqquz) manat məbləğ ödəniş etsə də, o vaxtdan bu günə qədər heç bir ödəniş etməmişdir. Hazırda Borclunun yuxarıdakı müqavilələr üzrə müvafiq olaraq “ERAElectronics”-ə olan borcu 210 (iki yüz on)manat əsas və 20 (iyirmi) manat cərimə borcu və 325 (üç yüz iyirmi beş) manat əsas və 30 manat cərimə olmaqla, ümumilikdə 585 (beş yüz səksən beş) manat təşkil edir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş 26.12.2019-cu il tarixli 20294 nömrəli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh İddiaçı (“ERA Electronics”)-dən, İmei kodu **********448923 XİAOMİ REDMİ NOTE 8 markalı telefon almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə ümumilikdə 230 (iki otuz) manat olmaqla ondan, 210 (iki yüz on) manat əsas borc, 20 (iyirmi) manat cərimə borcu yaranmışdır. İş materiallarında əlavə edilmiş 26.12.2019-cu il tarixli CR20294 saylı müqaviləyə 1 saylı Əlavədən görünür ki, Cavabdeh İddiaçı (“ERA Electronics”)-dən, İmei kodu **********448923 XİAOMİ REDMİ NOTE 8 (4-64GB) markalı telefon almışdır. İş materiallarına əlavə olunmuş 09.02.2020-ci il tarixli 20959 nömrəli müqavilədən görünür ki, müqavilə əsasında Cavabdeh İddiaçı (“ERA Electronics”)-dən, XİAOMİ REDMİ markalı telefon almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə ümumilikdə 355 (üç yüz əlli beş) manat olmaqla ondan, 325 (üç yüz iyirmi beş) manat manat əsas borc, 30 (otuz) manat cərimə borcu yaranmışdır. İş materiallarında əlavə edilmiş 09.02.2020-ci il tarixli CR20959 saylı müqaviləyə 1 saylı Əlavədən görünür ki, Cavabdeh İddiaçı (“ERA Electronics”)-dən, İmei kodu **********24037 XİAOMİ REDMİ NOTE 8T (4-64GB) markalı telefon almışdır. İş materiallarına əlavə olunmuş İddiaçı (“ERA Electronics”) tərəfindən cavabdehə ünvanlanmış 15.11.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, qısa zaman ərzində 26.12.2019-cu il tarixli 20294 nömrəli və 09.02.2020-ci il tarixli 20959 nömrəli kredit müqavilələri üzrə ödəniş etməyəcəyi təqdirdə iddiaçı məhkəmədə mülki iddia qaldıracağı barədə Cavabdeh xəbərdar etmişdir. İş materiallarında olan “ABC Telecom” tərəfindən təqdim olunmuş 25.04.2022-ci il tarixli maliyyə arayışından görünür ki, 26.12.2019-cu il tarixli 20294 müqavilə üzrə Cavabdeh cəmi borcu 230 (iki otuz) manat olmaqla ondan, 210 (iki yüz on) manat əsas borc, 20 (iyirmi) manat cərimə, 09.02.2020-ci il tarixli 20959 müqavilə üzrə cəmi borcu 355 (üç yüz əlli beş) manat olmaqla ondan, 325 (üç yüz iyirmi beş) manat manat əsas borc, 30 (otuz) manat cərimə borcu vardır. Beləliklə, müəyyən olundu ki, 26.12.2019-ci il tarixli 20294 müqavilə üzrə Cavabdeh cəmi borcu 230 (iki otuz) manat olmaqla ondan, 210 (iki yüz on) manat əsas borc, 20 (iyirmi) manat cərimə, 09.02.2020-ci il tarixli 20959 müqavilə üzrə cəmi borcu 355 (üç yüz əlli beş) manat olmaqla ondan, 325 (üç yüz iyirmi beş) manat əsas borc, 30 (otuz) manat cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 26.12.2019-cu il tarixli 20294 nömrəli müqavilə üzrə 210 (iki yüz on) manat əsas borc, 20 (iyirmi) manat cərimə, 09.02.2020-ci il tarixli 20959 nömrəli müqavilə üzrə 325 (üç yüz iyirmi beş) manat əsas borc, 30 (otuz) manat cərimə olmaqla, cəmi 585 (beş yüz səksən beş) manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-2919/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2919/2022
06.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver