Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-292/2023 16.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X5, İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 və qarşılıqlı iddia üzrə Cavabdeh2 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh1 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı və Cavabdeh2 qarşı “binaya və mənzilə əsas giriş-çıxış qapısının açılması, özbaşına tikililərin sökülməsi və binanın əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İkin iddia üzrə İddiaçı Cavabdeh1 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanının 1-ci mərtəbəsində Cavabdeh1 şəxsi mülkiyyətində olan mənzilə bitişik, yanğın əleyhinə olan çıxışda ümumi istifadədə olan sahədə cavabdeh tərəfindən qanunsuz inşa edilmiş əlavə tikililərin və dəmir qapının özbaşına tikinti sayılması barədə, ünvan 1 ünvanının 1-ci mərtəbəsində Cavabdeh1 şəxsi mülkiyyətində olan mənzilə bitişik, yanğın əleyhinə olan çıxışda ümumi istifadədə olan sahədə cavabdeh tərəfindən qanunsuz inşa edilmiş əlavə tikililərin və dəmir qapının öz hesabına sökülərək əvvəlki vəziyyətinə qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı və Cavabdeh2 qarşı “binaya və mənzilə əsas giriş-çıxış qapısının açılması, özbaşına tikililərin sökülməsi və binanın əvvəlki vəziyyə qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, mülkiyyətində olan ünvan 10in 1-ci mərtəbəsindəki 6 c saylı mənzilinə və binaya əsas giriş-çıxış qapının açılması, binanın ikinci mərtəbəsində qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən özbaşına inşa etdiyi tikililərin sökülməsi və binanın əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra qarşılıqlı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim olunaraq ünvan 10in 1ci mərtəbəsindəki 6 c saylı mənzilə və binanın piləkən qəfəsinə açılan ümümi giriş-çıxış qapının açılması, həmin qapıdan istifadəsi ilə bağlı yaradılan maneələrin aradan qaldırılması, binanın 2-ci və 3-cü mərtəbələrində qarşılıqlı iddia üzrə cavabdehlər tərəfindən özbaşına inşa etdiyi tikililərin sökülməsi və binanın əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən binanın birincimərtəbəsində Cavabdeh1 şəxsi mülkiyyətində olan mənzilinə bitişik ümumi istifadə sahəsində əlavə tikililər və dəmir qapı ucadılmışdır. Yuxarıda qeyd edilən tikililərə və dəmir qapıya Cavabdeh1 və ya digər şəxslərə tikiliyə icazə verilməsinə dair sərancam mövcudluğu barədə məlumatın verilməsinə dair 12 avqust 2022-ci il tarixdə Yasamal Rayonu İcra Hakimiyyətinə vəkil sorğusu göndərilmişdir. Yasamal Rayon İcra Hakimiyyətinin 6 sentyabr 2022-ci il tarixli cavab məktubunda bildirmişdir ki, sözügedən tikililərə və sökülərək çıxarılmış çıxış qapısının qarşısında ucaldılmış tikiliyə dair Cavabdeh1 hər hansı hüquqmüəyyənedici sənəd verilməmişdir. Belə ki, Yasamal rayonu, Vidadi küçəsi 50 ünvanında 1-ci mərtəbədə yerləşən mənzilin mülkiyyətçisi Cavabdeh1 mənzilində əlavələr dəyişikliklər etmiş və buna dair heç bir razlılıq sənədi texniki pasport tərtib edilməmişdir. Qeyd olunan mənzillərə dair əlavə tikililərin Texniki pasportları və mənzildə aparılmış dəyişikliklərin rəsmiləşdirilməsi ilə bağlı sənədlərin təqdim edilməsi təklif edilmişdir. Lakin cavabdeh qonşulara və Dövlət qurumlarına qeyd olunan əlavə tikililər barəsində edilmiş dəyişikliklərə dair heç bir razılıq sənədi (texniki pasport, çıxarış) təqdim etməmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırda baxılan iddialarla bağlı məhkəmə sorğusuna cavab olaraq DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2022-ci il tarixli,**********01 saylı məktubu ilə məhkəməyə Bakı şəhəri Yasamal rayonu, Vidadi küçəsi, 50 saylı ünvanda yerləşən binaya dair arxiv qovluğunda saxlanılan sənədlərin təsdiq edilmiş surətlərini təqdim etmişdir. Qeyd edilən sənədlərlə və Bakı şəhəri Yasamal rayonu Vidadi küçəsi 50 saylı ünvanda yerləşən 6 c saylı mənzilə dair verilmiş texniki pasportla bağlı sorğuya cavab olaraq DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********25 saylı məktubda bildirilmişdir ki, binaın arxiv texniki pasportunda sözügedən mənzildən 1-ci mərtəbənin ümumi istifadə dəhlizinə açılan qapı oyuğu göstərilmədiyini, lakin həmin qapı oyuğu faktiki olaraq əvvəldən mövcud olmuş və AR Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitunun xx.xx.2020-ci il tarixli aktında öz əksini tapdığını, bu əsasla da sözügedən mənzilin təqdim olunmuş razılaşdırılmış layihəsinə, FHN-nin Tikintidə X4 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitunun xx.xx.2020-ci il tarixli aktına və Bakı şəhəri Yasamal RİH-nin xx.xx.2022-ci il tarixli Q-108-091 saylı məktubuna əsasən sənədlərdə dəyişiklik olunaraq qapı oyuğu texniki pasporta əlavə olunmuşdur. Ərizəyə əlavə edilmiş “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun xx.xx.2020-ci il tarixli aktı ilə Bakı şəhəri Yasamal rayonu Vidadi küçəsi 50 saylı ünvanda yerləşən 3 mərtəbəli yaşayış evi 1903-cü ildə inşa edilmiş bina AR Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli qərarı ilə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi olaraq qeydiyyata götürülmüş, binanın birinci mərtəbəsində yerləşən 6 c saylı mənzilin Vidadi küçəsinə baxan otağın sol hissəsində mövcud qapı boşluğunun olması müşahidə olunmuş, qapı boşluğu yaşayış evin ümumi istifadəsində olan piləkən qəfəsinə açılsa da boşluq ümumi sahə tərəfindən bağlandığı müşahidə olunmuş, qapı boşluğu sonradan açılmamış bina tikilən zamandan mövcud olması müəyyən edilmişdir. İstinad edilmiş rəsmi dəyişikliklər əsasında da DƏDRX-nin 1 saylı ünvan 3 ünvanda yerləşən 6 c saylı mənzilə dair xx.xx.2022-ci il tarixli texniki pasport tərtib edilərək mənzilin sahibinə təqdim edilmişdir. Yaşayış evinin ümumi istifadədə olan pilləkən qəfəsinə giriş-çıxış qapısı cavabdehlər tərəfindən kodlaşdırılmış və qarşılıqlı idddiaçıya həmin qapıdan istifadəyə icazə verilməməsi səbəbi ilə axrıncı Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nə müraciət etmiş, həmin müraciətə cavab olaraq ərizəyə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 73521 Q saylı məktubu ilə mübahisə ilə bağlı mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Odur ki, ünvan 10in 1-ci mərtəbəsindəki 6 c saylı mənzilə və binanın piləkən qəfəsinə açılan ümümi giriş-çıxış qapının açılması, həmin qapıdan istifadəsi ilə bağlı yaradılan maneələrin aradan qaldırılması, binanın 2-ci və 3-cü mərtəbələrində qarşılıqlı iddia üzrə cavabdehlər tərəfindən özbaşına inşa etdiyi tikililərin sökülməsi və binanın əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması, qarşılıqlı iddianın isə rədd olunması barədə qətnamə çıxarılmasının məhkəmədən xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, burada diqqət çəmək istədiyi məqam zirzəminin üzərində tikilmiş əlavə tikililərlə bağlıdır. Yanğınəlehinə çıxışda olan pilləkən keçən ilin sentyabr ayında orada olarkən heç yox idi. Zirzəminin qapısı var idi, ancaq sonradan həmin qapının üzərində pilləkən tikildi. Bununla da artıq aşağıya düşmək mümkün olmadı. Pilləkənın davamında isə dəmir qapı inşa edildi. Buna görə hesab edir ki, zirzəminin üstündəki əlavə tikililər sökülməlidir. Layihə sxemlərində yoxdursa, deməli bu, əlavə tikilidir. Bu da iddiaçının hüquqlarını pozur. Ümumi istifadədə olduğuna görə burada mülkiyyət hüquqlarının pozulmasından söhbət gedir. Bunun sökülməsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş edir. Digər məsələ olan qapı məsələsinə isə bildirmək istəyir ki, İcra Hakimiyyətindən də bildirildi ki, həmin qapının qoyulması haqqında sərəncam yoxdur. Ekspert rəyində də göstərilir ki, dəmir qapı mövcud qüvvədə olan hər hansı sənəddə göstərilmir və bununla bərabər tikinti normalarına da uyğun deyil. Bütün bunları nəzərə alıb ilkin iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəkmədən xahiş edir. Qarşılıqlı iddiaya münasibətdə bildirmək istəyir ki, giriş-çıxış qapısı barədə hər hansı faktı ekspert müəyən edə bilməz. İddiaçı tərəfindən cavabdehə hər hansı maneə yaradılmamışdır. İcraat müddəti ərzində qarşı tərəf öz iddiası ilə əlaqədar hər hansı bir sübut təqdim etməmişdir. Bundan başqa İddiaçı evi barəsində olan əlavə tikililərlə əlaqədar ekspert rəyində də göstərmişdir ki, lazımi sərəncam və hüquq müəyyənedici sənədlər mövcuddur. Hətta bildirilir ki, əlavə tikililər olsa belə, üçüncü mərtəbədə olan əlavə tikililər birinci mərtəbədə olan daşınmaz əmlaka və şəxslərin mülkiyyət hüquqlarına maneə törətmir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək ilkin iddia tələbinin rədd olunması, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, ekspert rəyində açıq şəkildə əks edilmişdir ki, 2022-ci ilə aid olan texniki pasportda göstərilən əlavə tikililər texniki normalara uyğun inşa edilmişdir. Hazırda da həmin texniki pasporta qarşı hər hansı etiraz edilməyib. Bundan başqa bildirmək istəyir ki, zirzəminin qapısı tikilmiş pilləkəna görə bağlansa da, bunun qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən edildiyini göstərən sübutlar yoxdur. Ancaq qapı bağlıdırsa belə, bunun ikinci və üçüncü mərtəbədə yaşayan şəxslərin hüquqlarını pozması barədə qarşı tərəf hər hansı təsdiqedici sübutlar etməyib. Həmçinin hesab edir ki, qarşılıqlı iddia əsaslıdır. Öncəliklə,qeyd etmək istəyir ki, ümumi dəhlizdəki qapıdan əvvəl hər kəs istifadə edirdi. Bundan öncə verilmiş iddia ərizəsində məqsəd o idi ki, həmin qapıya bitişik pilləkanın altında yer var idi və qarşılıqlı iddia üzrə iddiaçı həmin hissəni özünə şkaf kimi istifadə edirdi və İddiaçı buna görə həmin tikilinin sökülməsini istəyirdi. Bundan sonra isə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 giriş-çıxış üçün məcburən həyətdə olan qapıdan istifadə etməyə başladı. Qapının bağlanmasından sonra o, FHN-ə müraciət etdi ki, niyə o vaxtdan etibarən tikilmiş qapı layihə sənədlərində göstərilmir. Cavab bildirildi ki, həqiqətən texniki səhvə yol verilib və buna görə qapı layihə sənədlərində göstərilməmişdir. Bunun əsasında sənədlər İcra Hakimiyyətinə, daha sonra isə Reyestr Xidmətinə təqdim edildi və hazırkı texniki pasport bu sənədlərin əsasında hazırlanmışdır. Qeyd etmək istəyir ki, Cavabdeh1 qanunla nəzərdə tutulmuş giriş-çıxış qapısı da qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən hörülmüşdür. Bundan başqa təxliyə qapısı olan giriş-çıxış qapısının kodlaşdırılması da cavabdeh tərəfin edilmişdir. Qapı kodlu olur. Buna görə də Cavabdeh1 mənzilinə girərkən həyətdən istifadə etməli olur. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə Cavabdeh2 ona qarşı irəli sürülən qarşılıqlı iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, ünvan 11, mənzil 8 xüsusi mülkiyyət hüququ üzrə 2/15 hissədə payla ona məxsusdur. O, mənzilində əlavə tikinti-quraşdırma işləri aparıldığı və aparılmış tikinti-quraşdırma işlərinə dair tərtib edilmiş lahiyə-cizgi sənədi xx.xx.1996cı il tarixdə Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmışdır. Bundan əlavə Cavabdeh1 mənzilində qapı oyuğundakı hörüyü o, 20 ildir ki, görmüşdür. Həmin hörük onun tərəfindən edilməmişdir. Binanın giriş-çıxış qapısındakı kod isə işləmir. Qapı daim açıqdır, yəni, Cavabdeh1 binaya girməyə maneə yaradılmır. Zirzəminin bağlanması məsələsi barədə isə bildirmək istəyir ki, bu ona də sərf etmir. Nəmlik olur və nəm divara yapışır, buna görə də övladına da, ona da narahatlıq yaradır. Həmçinin evin divarlarının boyası da tökülür. Buna görə zirzəminin qapısının açılmasını istərdi ki, havalandırma normal qaydada davam etsin. İş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verdikdən sonra məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin olunmalı, qarşılıqlı iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin vəkil sorğusuna cavab məktubunda qeyd olunur ki, ünvan 11, mənzil 6C adı altında Cavabdeh1 adına qeydiyyata alınmış və hazırda onun mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrdən RX seriyalı çıxarışın surətindən müəyyən olunur ki, ünvan 11, mənzil 8 xüsusi mülkiyyət hüququ üzrə 2/3 hissədə payla xx.xx.2017-ci il tarixdə İddiaçı adına 2106 nömrəli reyestr kitabının 194840 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin vəkil sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, ünvan 4 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində yanğın əleyhinə olan və sökülərək çıxarılmış çıxış qapısının qarşısında ucaldılmış tikiliyə dair Cavabdeh1 və X6 hər hansı hüquq müəyyənedici sənədin verilməsinə dair məlumat aşkar edilməmişdir. Eləcə də yanğın əleyhinə olan çıxış qapısının sökülməsinə dair İcra Hakimiyyəti tərəfindən hər hansı icazə verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 2-ci Ərazi Dövlət Yanğın Nəzarət İdarəsinin xx.xx.2022-ci il tarixli vəkil sorğusuna cavab məktubunda qeyd olunur ki, ünvan 5 ünvanında yerləşən yaşayış binasının Azərbaycan Respublikası Bakı Şəhər Yasamal rayonu İcra Hakimiyyəti Yasamal rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin nəznində olduğundan (köçümə) təxliyyə yollarının daim açıq vəziyyətdə olması məqsədilə, tərəfimizdən təxirə salınmaz tədbirlərin görülməsi üçün Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəhbərliyinə xx.xx.2022-ci il tarixli müvafiq məzmunlu məktub ünvanlanmışdır. Azərbaycan Respublikası Bakı Şəhər Yasamal rayonu icra Hakimiyyəti Yasamal rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən xx.xx.2022-ci il tarixli məktuba cavab olaraq bildirilmişdir ki, ünvan 5 ünvanında yerləşən yaşayış binasının qanunsuz olaraq bağlanmış təxliyə (köçürmə) çıxışı, 43 saylı Mənzil Kommunal istismarı Sahəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixində sökülərək əvvəllki vəziyyəti bərpa olunması barədə məlumat vermişdir. İş materiallarında olan Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunur ki, Bakı şəhəri Yasamal rayonu, Vidadi küçəsi, ev 50 ünvanında yerləşən yaşayış binasında yaşayan sakinlər tərəfindən ünvanlanmış müraciətlər əməkdaşları tərəfindən araşdırılmışdır. Araşdırma zamanı ünvan 2 ünvanında yerləşən mərtəbəli yaşayış binasının təxliyyə yolunun bağlandığı müəyyən olunmuşdur. Bu da, gələcəkdə baş verə biləcək yanğın və digər fövqəladə hadisələr zamanı insanların müvəffəqiyyətlə təxliyyə olunmasını çətinləşdirir. İş materiallarında olan Yasamal rayon MKTB-nin xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunur ki, Bakı şəhəri Yasamal rayonu, Vidadi küçəsi, ev 50 ünvanında bağlanılmış təxliyə çıxışı xx.xx.2022-ci il tarixdə sökülərək əvvəlki vəziyyəti bərpa olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrdən RX seriyalı ******* nömrəli çıxarışın surətindən müəyyən olunur ki, ünvan 11, mənzil 6C xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2019-cu il tarixdə Cavabdeh1 adına 3011 nömrəli reyestr kitabının 281149 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Cavabdeh1 cavab məktubunda qeyd edilmişdir ki, ünvan 4 ünvanında ümumi istifadədə olan qapının açılması və sakinlərin maneəsiz giriş-çıxışına şərait yaradılması barədə İddiaçı xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 2-ci Ərazi Dövlət Yanğın Nəzarət İdarəsinin xx.xx.2022-ci il tarixli Cavabdeh1 cavab məktubunda qeyd olunur ki, ünvan 1 ünvanında yerləşən yaşayış binasının təxliyyə yolunun bağlanması müəyyən olunmuş, bununla bağlı xx.xx.2022-ci il tarixində təxliyyə yolunun açıq, maneəsiz saxlanılması təmin olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportdan müəyyən olunur ki, Cavabdeh1 məxsus Bakı şəhəri Yasamal rayonu, Vidadi küçəsi, ev 50 6 C saylı mənzil 3 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşməklə, sahəsi 13,1 kv.m olan giriş-dəhliz tikilisindən, sahəsi 1,6 kv.m olan sanitar qovşağı tikilisindən, sahəsi 20,5 kv.m olan yaşayış otağı tikilisindən və sahəsi 15,0 kv.m olan antresol tikilisindən ibarətdir. İş materiallarında olan 43 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2022-ci il tarixli vəkil sorğusuna cavab məktubunda qeyd olunur ki, ünvan 8 ünvanı X10 məxsusdur, üçüncü mərtəbə mənzil 8 ünvanı X3 məxsusdur. İş materiallarında olan DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********25 saylı məktubda qeyd edilmişdir ki, Bakı şəhəri Yasamal rayonu Vidadi küçəsi 50 saylı ünvanda yerləşən 6 c saylı mənzilə dair verilmiş texniki pasportla bağlı sorğuya cavab olaraq binaın arxiv texniki pasportunda sözügedən mənzildən 1-ci mərtəbənin ümumi istifadə dəhlizinə açılan qapı oyuğu göstərilməmiş, lakin həmin qapı oyuğu faktiki olaraq əvvəldən mövcud olmuş və AR Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun xx.xx.2020-ci il tarixli aktında öz əksini tapmışdır. Sözügedən mənzilin təqdim olunmuş razılaşdırılmış layihəsinə, FHN-nin Tikintidə X4 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitunun xx.xx.2020-ci il tarixli aktına və Bakı şəhəri Yasamal RİH-nin xx.xx.2022ci il tarixli Q-108-091 saylı məktubuna əsasən sənədlərdə dəyişiklik olunaraq qapı oyuğu texniki pasporta əlavə olunmuşdur. İş materiallarında olan Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli Cavabdeh1 ünvanlanmış məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X15, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin xx.xx.2020-cİ il tarixli, 105- 01/TN- Q-14 nömrəli məktubunu və Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin “Azərdövlətsənayelayihə" DLİ-nin 19 avqust 2020ci il tarixli aktını nəzərə alaraq, qeyd olunan ünvanda mülkiyyətinizdə olan 6C saylı mənzilin ümumi girişə açılan qapısının texniki pasporta salınmasına Yasamal rayon İcra Hakimiyyəti etiraz etmir və mənzilin mövcud vəziyyətini əks etdirən eskiz layihəsi razılaşdırılır. İş materiallarında olan “Azərdövlətsənayelayihə” DLİ-nin 19 avqust 2020-ci il tarixli aktda qeyd olunur ki, 6C nömrəli mənzildə qapı boşluğu sonradan açılmamışdır, vaxtı ilə bina tikilən zamandan mövcud olmuşdur, qapı boşluğunun ətrafında çat və zədələnmələr müşahidə edilməmiş, ünvan 10 ünvanda yerləşən yaşayış evi texniki cəhətdən məhdud işlək vəziyyətdədir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin, Yasamal Rayonu İcra Hakimiyyətinin və Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin məhkəmə sorğularına cavab məktublarında qeyd olunur ki, Bakı şəhəri Yasamal rayonu, Vidadi küçəsi, ev 50 ünvanında yerləşən yaşayış evinə aid 43 saylı MKİS-də plan ölçü sxemi (texniki pasport və s.) mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrdən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən müəyyən olunur ki, ünvan 11, mənzil 8 xüsusi mülkiyyət hüququ üzrə 2/15 hissədə payla xx.xx.2018-ci il tarixdə Cavabdeh2 adına 2106 nömrəli reyestr kitabının 194840 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Yasamal rayon məhkəməsinin 2-504/1998 saylı, xx.xx.1998-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri, Vidadi küçəsindəki 50 nömrəli evin birinci mərtəbəsində küçə tərəfdən olan əsas girişdə tikilmiş daş divarların sökülməsi, əsas girişə X7 mənzilindən açılmış qapı bağlanıb əsas girişin ilkin vəziyyətinin bərpa edilməsi, bərpa işlərinin X13, X12 və X8 hesabına aparılması qət edilmişdir. İş materiallarında olan Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 2203 nömrəli sərəncamı ilə Vidadi küçəsi, ev 50, mənzil 8-də yaşayan vətəndaş X2 yaşadığı mənzildə yenidənqurma və əsaslı təmir işləri aparılmasına icazə verilmişdir. İş materiallarında olan xx.xx.1998-ci il tarixli aktda qeyd olunur ki, 8 saylı mənzildə yaşayan S.Mahmudova tərəfindən yaşadığı mənzilin həyət tərəfindən aparılmış təmir və yenidənqurma işləri Bakı şəhər Memarlıq və Şəhərsalma baş İdarəsi tərəfindən razılaşdırılmış xx.xx.1996-il tarixli 18/04Q-809 saylı məktub və eskiz layihəsinə uyğun yerinə yetirilmişdir. Binanın memarlıq görünüşünü pozmur və binanın uçması üçün heç bir təhlükə yaratmır. Binanın fasad tərəfdənpilləkən meydançasına giriş qapısı 1-ci mərtəbədə yaşayan Ə.Quliyev tərəfindən hörgü ilə bağlanaraq mənzil kimi istifadə edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1391 saylı rəyində qeyd olunur ki, ünvan 2 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində yerləşən Cavabdeh1 şəxsi mülkiyyətində mənzilə bitişik və yanğın yanğın əleyhinə olan çıxışın qarşısında ümumi istifadədə olan sahədə eni 0,6 m olan dəmir qapının quraşdırıldığı, quraşdırılmış qapının ünvan 2 ünvanında yerləşən binaya dair tərtib edilmiş ilkin lahiyə sənədlərində öz əksini tapmadığı müəyyən edilmişdir. Qeyd olunur ki, sözügedən dəmir qapı xx.xx.2022-ci il tarixdə tərtib edilmiş texniki pasportda göstərilən 2 saylı tikili və uzunluğu 2,1 m, eni 1,3 m olan hissə inşa edildikdən sonra quraşdırılmışdır. ünvan 2 ünvanında yerləşən binanın 1-ci mərtəbəsindəki Cavabdeh1 şəxsi mülkiyyətində olan mənzilə bitişik və yanğın əleyhinə olan çıxışın qarşısında ümumi istifadədə olan sahədə quraşdırılmış qapı binaya dair tərtib edilmiş ilkin lahiyə sənədlərində öz əksini tapmadığını nəzərə alaraq, quraşdırılmış dəmir qapının tikinti normalarına uyğun olmadığı müəyyən edilmişdir. Dəmir qapının mövcudluğunun yanğın zamanı yanğın əleyhinə olan çıxışdan istifadə etməyə maneə törədib-törətməməsinin və yanğın təhlükəsizliyi normalara uyğun olub-olmamasının müəyyən edilməsi tikinti-texniki ekspertinin həll etdiyi məsələrə aid olmadığından 6-cı sual üzrə tədqiqat aparılmamışdır. Cavabdeh1 şəxsi mülkiyyətində olan mənzilə bitişik ümumi istifadədə olan sahədə inşa edilmiş əlavə tikililər ünvan 2 ünvanında yerləşən binanın zirzəmisinin və həmin binanın 1-ci mərtəbəsində ümumi istifadədə olan sahə tərəfdən girişin üstündə inşa edildiyi müəyyən edilmişdir. İddiaçı şəxsi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən binanın 3-cü mərtəbəsindəki yerləşən mənzilə əlavə edilən tikililər, Cavabdeh1 şəxsi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən binanın 1-ci mərtəbəsindəki mənzilindən kənarda yerləşdiyini nəzərə alaraq, həmin əlavə tikililərin Cavabdeh1 şəxsi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən binanın 1-ci mərtəbəsindəki mənzilinə maneə törətmədiyi müəyyən edilmişdir. Cavabdeh1 məxsus ünvan 4 saylı evin 6C saylı mənzilinə binanın piləkən qəfəsindən girişçıxış qapısının mövcud olması göstərilmiş, DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsi tərəfindən mənzilin mülkiyyətinçının adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 04/850 inventar nömrəli texniki pasportun binanın ümumi layihə və tikinti sənədlərinə uyğun tərtib edilmədiyi müəyyən olunmuşdur. Belə ki, xx.xx.2022-ci ildə tərtib edilmiş texniki pasportda göstərilən və binanın pilləkən qəfəsinə tərəf olan qapı boşluğu xx.xx.1998-ci ildə tərtib edilmiş ilkin lahiyə sənədlərində öz əksini tapmamışdır. Cavabdeh2 məxsus ümumi sahəsi 96,48 kv.m olan Bakı şəhəri, Yasamal rayonu. Vidadi küçəsi, 50 saylı evin, 5 saylı və Cavabdeh2 ilə İddiaçınln paylı mülkiyyətində olan ümumi sahəsi 98,7 kv.m olan 8 saylı mənzillərdə əlavə tikinti-quraşdırma işləri aparıldığı və aparılmış tikintiquraşdırma işlərinə dair tərtib edilmiş lahiyə-cizgi sənədi xx.xx.1996-cı il tarixdə Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırıldığını nəzərə alaraq, həmin işlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000- ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1,4.2.- ci bəndinin tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Məhkəmə tərəfindən ünvan 11 ünvanına tərəflərin iştirakı ilə yerli baxış keçirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı iş materiallarında olan sübutlarla və yerli baxış zamanı müəyyən edilmişdir ki, ünvan 4 saylı ev 3 mərtəbəli, arxitektur layihəli, 2 girişli binadır. Binanın 1-ci mərtəbəsində yerləşən mənzil 6C Cavabdeh1 xüsusi mülkiyyətindədir. ünvan 11, mənzil 8 xüsusi mülkiyyət hüququ üzrə 2/3 hissədə payla xx.xx.2017-ci il tarixdə İddiaçı mülkiyyətindədir. İlkin iddia üzrə Cavabdeh1 tərəfindən öz mənzilinə bitişik və yanğın əleyhinə olan çıxışın qarşısında ümumi istifadədə olan sahədə dəmir qapı quraşdırılmış və həmin dəmir qapıya bitişik pilləkən tikilmişdir. Bundan əlavə binanın zirzəmisinin və həmin binanın 1-ci mərtəbəsində ümumi istifadədə olan sahə tərəfdən girişin üstündə Cavabdeh1 tərəfindən əlavə tikililər tikilmişdir. Binanın pilləkən qəfəsinə bitişik küçədən açılan giriş –çıxış qapısı vardır. Binanın 3-cü mərtəbəsində İddiaçı tərəfindən öz mənzilinə bitişik əlavə tikili tikilmişdir və bu tikili 1-ci mərtəbədə yerləşən Cavabdeh1 mülkiyyətində olan mənzilə maneə yaratmır. Cavabdeh2 məxsus, binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96,48 kv.m olan Bakı şəhəri, Yasamal rayonu. Vidadi küçəsi, 50 saylı evin, 5 saylı və Cavabdeh2 ilə İddiaçı paylı mülkiyyətində olan ümumi sahəsi 98,7 kv.m olan 8 saylı mənzillərdə əlavə tikinti-quraşdırma işləri aparılmışdır və Cavabdeh2 tərəfindən bu əlavə tikinti-quraşdırma işləri müvafiq razılıq əsasında aparılmış, İddiaçı tərəfindən aparılan tikinti-quraşdırma işləri isə Cavabdeh1ın mənzilinə maneə yaratmır. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməlidir. Belə ki, ilkin iddia tələbi üzrə Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində mənzilə bitişik ümumi istifadədə olan sahədə həmin binanın zirzəmisinə ümumi istifadədə olan sahədən girişin üstündə (yanğın əlehinə çıxışın qarşısında) yerləşən əlavə tikili olan eni 0.6 metrlik dəmir qapı və həmin dəmir qapıya bitişik tikilən pilləkən ümumi istifadədə olan ərazidə müvafiq qurumlardan razılıq alınmadan tikildiyindən və tikinti normalarına uyğun olmadığı müəyyən edildiyindən özbaşına tikili hesab edilməklə Cavabdeh1 hesabına sökülməlidir. Məhkəmə ilkin iddia tələbinin Cavabdeh1 mənzilinə bitişik əlavə tikililərin sökülməsinə münasibətdə qeyd edir ki, ünvan 1 ünvanının 1-ci mərtəbəsində yerləşən Cavabdeh1 şəxsi mülkiyyətində olan mənzilə bitişik inşa edilmiş digər əlavə tikililər Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən sözügedən mənzilə dair xx.xx.2022-ci il tarixdə tərtib edilmiş texniki pasport sənədlərində öz əksini tapdığından, həmin tikililər tikinti normalarına uyğun olduğundan və İddiaçı mənzilinə maneə törətmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, qarşılıqlı iddia tələbinin “binanın piləkən qəfəsinə açılan ümümi giriş-çıxış qapının açılması, həmin qapıdan istifadəsi ilə bağlı yaradılan maneələrin aradan qaldırılması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, ünvan 4 saylı binanın piləkən qəfəsinə bitişik küçədən açılan giriş-çıxış qapısının həmin binada yaşayan sakinlərin ümumi istifadəsi üçün nəzərdə tutulduğundan, yerli baxış zamanı da həmin giriş-çıxış qapısına da maneələr olması müəyyən edilmədiyindən, qarşılıqlı iddia üzrə iddiaçının cavabdehlər tərəfindən maneələrin yaradılması sübuta yetirilmədiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir. Bundan əlavə qarşılıqlı iddia tələbində binanın 2 və 3-cü mərtəbələrində cavabdehlər tərəfindən tikilən əlavə tikililərin sökülməsi xahiş olunsa da məhkəmə bildirir ki, İddiaçı şəxsi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən binanın 3-cü mərtəbəsindəki yerləşən mənzilə əlavə edilən tikililər, Cavabdeh1 şəxsi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən binanın 1ci mərtəbəsindəki mənzilindən kənarda yerləşdiyindən və onun mənzilinə maneə törətmədiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz. Binanın 2-ci mərtəbəsində Cavabdeh2 məxsus 5 saylı mənzilə aparılmış əlavə tikinti işləri xx.xx.1996-cı il tarixli razılıq əsasında aparıldığından və tikinti normalarına uyğun olduğundan və Cavabdeh1 mənzilinə maneə törətmədiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz. Bundan əlavə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 binanın birinci mərtəbəsində yerləşən özünün mülkiyyətində olan 6 c saylı mənzilin Vidadi küçəsinə baxan otağın sol hissəsində mövcud qapı boşluğunun olması, sonra da həmin sahənin cavabdehlər tərəfindən hörülməsini bildirsə də buna dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin həmin qapı oyuğu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 mülkiyyətində olan mənzilin divarında (mənzilə pilləkən qəfəsi tərəfindən giriş qapı oyuğu) yerləşdiyindən iddia tələbinin binanın 2-və 3-cü mərtəbəsində yaşayan cavabdehlərə yönəldilməsinin hüquqi əsası yoxdur. Odur ki, iddia tələbi bu hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə iüəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində _ öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya- şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı" yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin. Azərbaycan Respublikası Mənzil məcəlləsinin 23-cü maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar_ və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. Yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin- quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Həmin məcəllənin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Həmin məcəllənin 27.1-ci maddəsinə əsasən bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. Həmin məcəllənin 27.2.2- ci maddəsinə əsasən bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir. Həmin məcəllənin 27.3-cü maddəsinə əsasən bu Məcəllənin 27.2.2-ci maddəsində nəzərdə tutulmuş tələb vaxtında yerinə yetirilmədikdə razılaşdırmanı həyata keçirən orqan həmin tələbin yerinə yetirilməsi iddiası ilə məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 272 saylı xx.xx.2010-cu il tarixli Fərmanının 1.4.-cü bəndinə əsasən Mənzil məcəlləsinin 24.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət (məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş mənzil fonduna münasibətdə Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin razılığı ilə) və özəl mənzil fondlarına münasibətdə yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq bələdiyyənin razılığı əsasında yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində olan ekspertiza xərci Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində Cavabdeh1 mülkiyyətində olan mənzilə bitişik ümumi istifadədə olan sahədə həmin binanın zirzəmisinə ümumi istifadədə olan sahədən girişin üstündə (yanğın əlehinə çıxışın qarşısında) yerləşən əlavə tikili olan eni 0.6 metrlik dəmir qapı və həmin dəmir qapıya bitişik tikilən pilləkən özbaşına tikili hesab edilməklə Cavabdeh1 hesabına sökülsün. İddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia rədd edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 50 (əlli) manat məbləğində pul ilkin iddia üzrə Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-292/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-292/2023
16.08.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver