Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-292/2024 10.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı "xxxx" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh MTK-ya qarşı "xxxx" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Grand Plaza MTK-dan 12870 (on iki min səkkiz yüz yetmiş) manat kompensasiyanın və ödənilmiş 129 (bir yüz iyirmi doqquz) manat dövlət rüsumunun tutularaq, ona (İddiaçı) ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, (İddiaçı) Grand Plaza MTK ilə 25 iyul 2018-ci il tarixdə müqavilə bağlamışdır. Müqaviləyə əsasən mən (İddiaçı) 1125 nömrəli reyestr kitabının 101922 nömrəli vərəqində xx.xx.2010-cu il tarixdə **********74-05101- 093020 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MA seriyalı ******* nömrəli Çıxarış ilə öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 64, 4 kv.m olan (faktiki sahəsi 77 kv.m) ibarət olan yaşayış sahəsini sökülmək üçün Grand Plaza MMC-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi üzərimə götürmüşəm. Müqavilənin 1.1.2-ci bəndinə əsasən “Tikinti Şirkəti” Cavabdeh MMC Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 59 ünvanında yerləşən “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsi və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək inşa etdiyi binada ümumi sahəsi 92,4 kv.m olan, təmirsiz mənzili “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətinə verməyi öhdəsinə götürür. Sonradan verilən mənzilin sahəsi ölçülmüş və 82.50 kv.m olduğu müəyyən edilmişdir. Müqaviləyə əsasən bir kv.m sahə 1300 manat məbləğində hesablanmışdır. Cavabdeh Grand Plaza MTK-ya yuxarıda qeyd edilən kirayə haqqının ödənilməsi ilə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsindən imtina edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Bağırova Ramilə məhkəməyə izahatında iddia tələbini qəbul etməyərək, onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında AR Ədliyyə Nazirliyinin Mühəndis-texniki ekspertizalar şöbəsinin aparıcı eksperti, İİ dərəcəli ədliyyə qulluqçusu X4 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, mənzilin sahəsi içdən-içə 79,5 kv.m-dir. Lakin texniki səhv olaraq 75,9 kv.m kimi qeyd olunmuşdur. Bu hissəni riyazi hesablayanda da açıq-aydın görünür. Düzəlişlə bağlı ərizəni məhkəməyə təqdim edibdir. Bildirmək istəyir ki, ümumi sahə Şəhərsalma və Tikinti məcəlləsinin 59-cü maddəsinə uyğun hesablanır. Çöl divarı altına düşən hissə ilə bağlı hesablanmır. Balkona isə 0,3 əmsal tətbiq olunur. Məhkəmə proses iştirakçılarının izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 25 iyul 2018-ci il tarixli müqaviləyə əsasən “Əmlak mülkiyyətçisi” öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 64,4 kv.m olan (faktiki sahəsi 77 kv.m) ibarət olan yaşayış sahəsini sökülmək üçün Grand Plaza MMC-yə təhvil verməyi, “Tikinti Şirkəti” Cavabdeh MMC isə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 59 ünvanında yerləşən “Əmlak mülkiyyətçisi”nin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsi və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək inşa etdiyi binada ümumi sahəsi 92,4 kv.m olan, təmirsiz mənzili “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.4-cü maddəsinə əsasən “Tikinti şirkəti” “Əmlak mülkiyyətçisi”nə veriləcək sahə, layihəyə uyğun ölçüdən az olduğu təqdirdə yaranan nisbətin pul şəklində “Əmlak mülkiyyətçisinə” ödəmək vəzifəsi daşıyır. “X3” Mərkəzi tərəfindən verilmiş rəydən görünür ki, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin sökülərək, həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək "xxxx" MMC tərəfindən təhvil verilmiş ümumi sahəsi 92.4 kv.m olan mənzilin faktiki sahəsi 82.5 kv.m təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 iyun 2024-cü il tarixli, 3-16-16/2-10/9564 №-li ekspert rəyinin məzmunundan, habelə məhkəmə prosesində AR Ədliyyə Nazirliyinin Mühəndis-texniki ekspertizalar şöbəsinin aparıcı eksperti, İİ dərəcəli ədliyyə qulluqçusu X2 verdiyi ərizədən görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən, hazırda İddiaçı istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəmov küçəsində yerləşən mənzilin (içdən-içə) ümumi sahəsi 79,5 kv.m təşkil etdiyi müəyyən olumuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış 25 iyul 2018-ci il tarixli müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, “Tikinti Şirkəti” isə yaşayış sahəsinin sökülməsi və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək inşa etdiyi binada ümumi sahəsi 92,4 kv.m olan, təmirsiz mənzili “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə təhvil verilməli olan mənzilin sahəsi 92,4 kv.m olmalı olduğu halda faktiki olaraq, həmin sahənin 79,5 kv.m təşkil etməsi müəyyən edilmişdir. İddiaçı tələbində 9,9 kv.m-in kompensasiyasını istəyir. Məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə hesab edir ki, cavabdeh MTK müqavilə üzrə öhdəliyini lazimi qaydada yerinə yetirmədiyindən, iddiaçı əsaslı olaraq, məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbi təmin edilməli, Cavabdeh MTK-dan 12.870 (on iki min səkkiz yüz yetmiş) manat məbləğində pul və ödənilmiş 129 (bir yüz iyirmi doqquz) manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilməlidir. Habelə, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh MTK-dan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh MTK-dan 12.870 (on iki min səkkiz yüz yetmiş) manat məbləğində pul və ödənilmiş 129 (bir yüz iyirmi doqquz) manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFTBİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-292/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-292/2024
10.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver