Məhkəmə qərarları › İş №e-2(004)-2931/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2931/2022

02.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2931/2022 02.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, 19.12.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********89521 X3 8 markalı telefon üçün 422 (dörd yüz iyirmi iki) manat ödənilməmiş hissə, 42 (qırx iki) manat cərimə; 06.02.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********11593 Samsung Galaxy A51 markalı telefon, Qoruyucu şüşə, QCY Qulaqlıq üçün 328 (üç yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 32 (otuz iki) manat cərimə; 13.02.2020-ci il tarixli müqaviləyə əsasən, 2 ədəd QCY Qulaqlıq üçün 102.3 (yüz iki manat, otuz qəpik) manat ödənilməmiş hissə, 10.7 (on manat, yetmiş qəpik) manat cərimə; 01.07.2020-ci il tarixli müqaviləyə əsasən, Xiaomi Qulaqlıq, X2 üçün 80.8 (səksən manat, səksən qəpik) manat ödənilməmiş hissə, 8.2 (səkkiz manat, iyirmi qəpik) manat cərimə; ümumilikdə, 1026 manat borc və 30.26 manat dövlət rüsumunun Cavabdeh "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh məhkəmə tərəfindən rəsmi qaydada qeydiyyatda olduğu ünvan üzrə və eləcə də, qeydiyyatda olduğu ünvan üzrə mənzil kommunal təsərrüfatı birliyi vasitəsi ilə bildiriş göndərilmişdir. Məhkəmə iş materillarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh ilə "xxxx" MMC arasında 19.12.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 670 manata İMEİ kodu **********11593 olan X3 8 markalı telefonu nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 33.5 manat ödəmək şərti ilə 20 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. 06.02.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 944.6 manata İMEİ kodu **********11593 Samsung Galaxy A51 markalı telefon, Qoruyucu şüşə, QCY Qulaqlığı nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 58.3 manat (ilkin ödəniş 245 manat) ödəmək şərti ilə 12 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. 13.02.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 196 manat olan 2 ədəd QCY Qulaqlığı nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 14 manat ödəmək şərti ilə 14 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. 01.07.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, iddiaçı cavabdehə ödəniş qrafikinə əsasən alqı-satqı qiyməti 121.8 manat olan Xiaomi Qulaqlıq, X1 nisyə satmışdır. Alıcı həmin məbləği hər ay 20.3 manat ödəmək şərti ilə 6 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. Cavabdehin cəmi ödədiyi məbləğ 999.3 manat təşkil edir. Cavabdehə borcun ödənilməsinə dair dəfələrlə şifahi xəbərdarlıq edilmiş, həmçinin poçt vasitəsi ilə ona rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdeh xəbərdarlıqlara məhəl qoymaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 567, 600.1, 601.1, 404.1, 386.1, 385.1, 600.4, 442, 445.1 və 462.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 19.12.2019-cu il tarixli müqavilə üzrə 422 (dörd yüz iyirmi iki) manat əsas, 42 (qırx iki) manat cərimə; 06.02.2020-ci il tarixli müqavilə üzrə 328 (üç yüz iyirmi səkkiz) manat əsas, 32 (otuz iki) manat cərimə borcu; 13.02.2020-ci il tarixli müqavilə üzrə 102 (bir yüz iki) manat 30 (otuz) qəpik əsas, 10 (on) manat 70 (yetmiş) qəpik cərimə; 01.07.2020-ci il tarixli müqavilə üzrə 80 (səksən) manat 80 (səksən) qəpik əsas, 8 (səkkiz) manat 20 (iyirmi) qəpik cərimə; ümumilikdə 1026 (bir min iyirmi altı) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat 26 (iyirmi altı) qəpik dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-230, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 19.12.2019-cu il tarixli müqavilə üzrə 422 (dörd yüz iyirmi iki) manat əsas, 42 (qırx iki) manat cərimə; 06.02.2020-ci il tarixli müqavilə üzrə 328 (üç yüz iyirmi səkkiz) manat əsas, 32 (otuz iki) manat cərimə borcu; 13.02.2020-ci il tarixli müqavilə üzrə 102 (bir yüz iki) manat 30 (otuz) qəpik əsas, 10 (on) manat 70 (yetmiş) qəpik cərimə; 01.07.2020-ci il tarixli müqavilə üzrə 80 (səksən) manat 80 (səksən) qəpik əsas, 8 (səkkiz) manat 20 (iyirmi) qəpik cərimə; ümumilikdə 1026 (bir min iyirmi altı) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İş üzrə ödənilmiş 30 (otuz) manat 26 (iyirmi altı) qəpik dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar