Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2932/2025 03.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehlər Cavabdeh3, Cavabdeh2 nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh3, X4 və Cavabdeh1 ASC-yə qarşı “əmlaka mülkiyyət hüquqlarının tanınması, vərəsəlik şəhadətnamələrinin ləğv edilməsi və sair” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh3 və X4 qarşı “əmlaka mülkiyyət hüququnun tanınması, vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsində və sahibliyində olan JAC J7 markalı, ** EA *** dövlət qeydiyyat nişanlı avtomaşına və Cavabdeh1 ASC-də saxlanılan 13 adda qızılzinət əşyalarına onun mülkiyyət hüququnun tanınması, avtomaşında və qızıl-zinət əşyalarında Cavabdeh3 və Cavabdeh2 1/5 hissə miras əmlak payları olması barədə 3 saylı “Asan Xidmət” Mərkəzi tərəfindən onlara verilmiş qanun üzrə vərəsəlik şəhadətnamələrinin və həmin 1/5 hissə payların ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçının bacısı X7, xx.xx.2023-cü ildə Bakı şəhərində vəfat etmişdir. Bu zaman onun mülkiyyəti kimi qeydə alınmış, lakin pulu onun tərəfindən ödənilməklə alınmış, onun istifadəsində olan, buraxılış ili 2022-ci il, ban nömrəsi LJ12FKT34 № 0118358, mühərrik nömrəsi № 3304619, JAC J7 markalı, ** EA *** dövlət qeydiyyat nömrəli minik avtomaşını, cavabdeh, Cavabdeh1 ASC-nin Yasamal filialında mərhum X2 özü tərəfindən xx.xx.2023-cü il tarixdə girov qoyularaq, əvəzində 3090 manat məbləğində kredit götürülən, onun özünə məxsus, dəyəri 5075,4 manat olan 6 ədəd qızıl-zinət əşyası, yenə də bacısı X2 adından xx.xx.2023-cü il tarixdə Cavabdeh1 ASC-nin Yasamal filialında mənim tərəfimdən girov qoyulan, lakin mənə məxsus olan, dəyəri 23753 manat olan 7 ədəd qızıl-zinət əşyaları miras əmlakı kimi qalmışdır. Cavabdeh2 və cavabdeh olan bacısı Cavabdeh3 3 saylı Bakı “Asan Xidmət” Mərkəzində qanunsuz olaraq həmin əmlakları mərhum bacısı X1 miras qalmış əmlak kimi qeydə aldıraraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Belə ki, 3 saylı Bakı “Asan Xidmət” Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixli № 2V-76 ilə reyestrdə qeydə alınmış vərəsəlik şəhadətnaməsinə əsasən ona məxsus JAC J7 markalı ** EA *** dövlət nömrə nişanlı minik avtomaşınının 1/5 hissəsinə cavabdeh bacısı Cavabdeh3 miras payı, Bakı “Asan Xidmət” Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2V-151 reyestr nömrəli vərəsəlik şəhadətnaməsinə əsasən həmin maşının 1/5 hissəsinə qardaşı Cavabdeh2 miras payı qeydə alınmışdır. Cavabdeh1 ASC-də saxlanılan və 5075 manat məbləğində dəyərləndirilən 6 adda qızıl-zinət əşyalarının və 23753 manat məbləğində qiymətləndirilən 7 adda qızıl-zinət əşyalarının 1/5 hissəsinə də 3 saylı Bakı “Asan Xidmət” Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2V-173 №-li reyestr qeydli vərəsəlik şəhadətnaməsi ilə cavabdeh bacım Cavabdeh3 miras payı, 3 saylı Bakı “Asan Xidmət” Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2V-181 reyestr nömrəli vərəsəlik şəhadətnaməsi ilə Cavabdeh2 1/5 hissə miras payı müəyyən edilmişdir. Cavabdehlərin iddiaçının mərhum bacısı X1 miras qalmış əmlak hesab etdikləri avtomaşın və hazırda Cavabdeh1 ASC-də girov qismində saxlanılan qızıl-zinət əşyaları bacısından miras qalmış əmlaklar deyil, onun şəxsi əmlaklarıdır. Ona görə də, həmin əmlaklara onun mülkiyyət hüquqları tanınmalı, həmin əmlaklar miras əmlak siyahısından çıxarılmalıdır. Həmin əmlaklara dair vərəsəlik şəhadətnamələri ləğv edilməlidir. Cavabdehlər tərəfindən miras əmlak hesab edilən avtomobillə bağlı qeyd edir ki, bacım Fəridə Hüseynovanın mülkiyyəti kimi qeydə alınmış, lakin faktiki onun əmlakı və istifadəsində olan JAC J7 markalı, ** EA *** dövlət qeydiyyat nişanlı minik avtomaşınının dəyərini o ödəmişdir. Belə ki, onun mülkiyyətində 2013-cü buraxılış ili olan “Hunday ACCENT” markalı ** SH *** dövlət nömrə nişanlı minik avtomaşın olmuşdur. Avtomobilin ili köhnə olduğundan, yəni 2013-cü il istehsalı olduğundan o, maşını dəyişmək qərarına gəlmişdir. Buna görə də hazırda istifadəsində olan, lakin mərhum bacısı Fəridə Hüseynovanın mülkiyyəti kimi qeydə alınmış JAC J7 markalı, avtomaşın üçün xx.xx.2022-ci il tarixdə satıcı "xxxx" MMC-yə öz adından 3500 manat beh vermişdir, ** SH *** dövlət qeydiyyat nişanlı avtomaşını xx.xx.2022-ci ildə baş etibarnamə ilə vətəndaş X10 12000 (on iki min) manata satmışdır, həmin gün də hazırda Cavabdeh1 ASC-də girov kimi qalan qızıllarını bacısı Fəridənin adından girov qoyaraq 10.800 manat kredit götürmüşdür, ehtiyatda olan 10.000 manat pulunu da bir yerə toplayaraq xx.xx.2022-ci ildə avtomaşını 33500 (otuz üç min beş yüz) manata almışam. Bankdan bacısı Fəridənin adına götürdüyü 10800 (on min səkkiz yüz) manat kreditin hər aylıq 1037 manat ödənişini 2022-ci ilin iyun ayından başlayaraq 2023-cü ilin may ayına qədər yaşadığım Xırdalan şəhərindən bacım Fəridənin adından milliön aparatı ilə ödəmişdir. Avtomaşına aid beh müqaviləsini, əvvəlki avtomaşının baş etibarnamə ilə satılmasına dair etibarnamənin, bankdan götürdüyüm kreditin onun tərəfindən ödənilməsi barədə qəbzlərin surətini, avtomaşının alqı-satqı müqaviləsinin surətini iddia ərizəsinə əlavə etmişdir. Cavabdehlər, bacısı Cavabdeh3 və qardaşı Cavabdeh2 bacısı X1 miras qalmış hesab etdikləri və hazırda Cavabdeh1 ASC-də saxlanılan qızıl-zinət əşyaları da onun əmlakıdır, miras kütləsi deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə etdiyini bildirmiş, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbi qəbul etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X3 nümayəndəsi Nümayəndə2 verdiyi izahatında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ikisi Cavabdeh3, ikisi isə Cavabdeh2 aiddir. Miras kütləsinin 1/5 hissə Cavabdeh2, 4/5 hissə Cavabdeh2 məxsusdur. İddiaçı tərəfindən bütün miras kütləsindən ona çatası hissədən imtina etmişdir. Avtomobil alqı-satqı müqaviləsi əsasında Fəridə Hüseynova tərəfindən alınmışdır. Fəridə Hüseynova tərəfindən iddiaçıya nəqliyyat vasitəsi ilə bağlı heç bir etibarnamə verilməmişdir. Miras passivinin kim tərəfindən ödənilməsinin hazırki məhkəmə mübahisəsinə heç bir aiddiyatı yoxdur. Ödəniş qəbzləri isə dublikatdır. Nəqliyyat vasitəsinə dair alqı-satqı müqaviləsi etibarlı əqddir. Qızıl-zinət əşyalarının iddiaçıya məxsus olmasına dair heç bir sübut təsdiqini tapmır. Beləliklə, məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ 347960 seriyalı 25 avqust 2023-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, iddiaçının bacısı X7 10 avqust 2023-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan 8İ-35100 nömrə ilə qeydiyyata alınan notariat qaydasında təsdiq edilmiş 28 avqust 2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh3 bacısı X1 qalmış miras əmlakı qəbul etmişdir. İş materiallarında olan 8İ-34785 nömrə ilə qeydiyyata alınan notariat qaydasında təsdiq edilmiş 28 avqust 2023-cü il tarixli ərizədən görünür ki, X9 bacısı X1 qalmış miras əmlakı qəbul etmişdir. İş materiallarında olan 8İ-35096 nömrə ilə qeydiyyata alınan notariat qaydasında təsdiq edilmiş 28 avqust 2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı bacısı X1 irs qalmış (yaşayış (ev, mənzil, otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsindən bacısı Cavabdeh3 xeyrinə imtina etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin 09 sentyabr 2023-cü il tarixli, 3-xx-xx/2119848/2023 saylı məktubundan görünür ki, komputer uçot bazasının məlumatlarına əsasən xx.xx.1961-ci il təvəllüdlü X2 adında xx.xx.2011-ci il tarixdən “SKODA FABİA” markalı **-LO-*** və xx.xx.2022-ci il tarixdən “JAC J7” markal ** EA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi Cavabdeh3dır və o miras əmlakdan 4/5 hissədə pay almalıdır. Şəhadətnamə reyestrə 2V-76 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi Cavabdeh2dur və o miras əmlakdan 1/5 hissədə pay almalıdır. İş materiallarında olan 19 aprel 2023-cü il tarixli, MQ/23983/91/15 saylı kredit sazişindən görünür ki, Cavabdeh1 ASC ilə X7 arasında kredit müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə X5 bank tərəfindən 14.500 manat məbləğində kredit vəsaiti verilmişdir. İş materiallarında olan 13 iyun 2023-cü il tarixli MQ/18932/92/15 saylı kredit sazişindən görünür ki, Cavabdeh1 ASC ilə X7 arasında kredit müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə X5 bank tərəfindən 3090 manat məbləğində kredit vəsaiti verilmişdir. İş materiallarında olan 13 iyun 2023-cü il tarixli MQ/18932/92/15 saylı kredit müqaviləsinə əlavədən görünür ki, borclu X7 tərəfindən aldığı kreditin təminatı olaraq 6 adda qızıl-zinət əşyaları – 1 ədəd 18.3 qram 750 əyar boyunbağı, 1 ədəd 10.4 qram 585 əyar sep-klon, 1 ədəd 8,28 qram 585 əyar cüt sırğa, 1 ədəd 6,74 qram 585 əyar kolye, 1 ədəd 4 qram cüt sırğa 585 əyar, 1 ədəd 3,59 qram 585 əyar üzük girov qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ. hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.2-ci ikinci növbədə - İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1268.1-ci maddəsinə əsasən Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, cavabdehlərə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə notarial qaydada təsdiq olunmuşdur. İddiaçı isə könüllü surətdə notariat qaydasında təsdiq olunmuş ərizə verməklə ona çatası paydan imtina etmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. İddiaçı mərhum bacısı X2 ona məxsus qızılları girov qoymaqla Cavabdeh1 ASC ilə onun adından kredit müqaviləsi bağlandığını, müqaviləyə əsasən ödənişlərin onun tərəfindən ödənilməsini iddia edərək, ödəniş qəbzlərinə sübut qismində təqdim edir. Lakin, bacısına məxsus kredit borcunun onun tərəfindən ödənilməsi özlüyündə qızılların və ya kredit borcunun ona məxsus olduğunu göstərmir. Belə ki, bacısının adından ödəniş etməsi də istisna olunmur. Cavabdeh3 və X8 mərhum X6 qanuni vərəsələri hesab olunur və şəhadətnamələrin etibarsız hesab olunması üçün heç bir əsas yoxdur. Eyni zamanda, iddiaçı öz ərizəsi ilə mərhum bacısından qalan təkcə yaşayış və qeyri-yaşayış sahələrindən deyil, bütün digər əmlaklardan imtina etmiş, həmin dövrdə hazırda qeyd etdiyi halı mübahisələndirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Beləliklə məhkəmə işin hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh3 və X4 qarşı “əmlaka mülkiyyət hüququnun tanınması, vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və sair” tələbinə dair iddiası rədd edilməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh3 və X4 qarşı “əmlaka mülkiyyət hüququnun tanınması, vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və sair” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-2932/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2932/2025
03.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver